Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1554/2019 04.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Sarıyev Rauf Həsən oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə (bundan sonra mətndə ca vabdeh) qarşı bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınıb reyestrdən çıxarışın verilməsi, plan və ölçünün tərtib edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-578/19 saylı, 7 fevral 2019-cu il tarixli qərardadından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 4 iyun 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi 6209 saylı bağ sahəsinə dair mülkiyyət hüququnun qeydə alınıb reyestrdən çıxarışın verilməsi, plan və ölçünün tərtib edilməsi vəzifəsini cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş et mişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 oktyabr 2018-ci tarixli qərardadı ilə iddiaçının mübahisə açdığı torpaq sahəsinə dair subyektiv hüququ olmadığından iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya məhkəməsinə ərizə ilə müraciət edərək apellyasiya şikayəti üzrə müddətin buraxıldığını bildirib müddətin bərpa olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X1məruzəçi, X5 və X2, 2-1(103)-678/19 saylı iş) 7 fevral 2019-cu il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilməmiş, apellyasiya şikayəti mümkün sayılmamışdır. İddiaçı 21 fevral 2019-cu il tarixdə qərardadın surətini almış, 28 fevral 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Xəs tə olduğu üçün qərardadı gec almış və şikayət vermə müddətini təqsiri olmadan buraxmışdır. Müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün keçmədən müddətin üzrlü hesab edilməsi üçün məhkəməyə müraciət etmişdir. Şikayətin hüquqi əsası kimi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarına istinad edilmişdir. əsaslandırma hissəsi: İddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məh kəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət əsaslı deyildir. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İşdə olan sənədlərdən görünür ki, birinci instansiya məhkəməsinin qərardadı 23 noyabr 2018-ci il tarixdə iddiaçıya poçtla təqdim edilmişdir (səh. 201). Apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə 9 yanvar 2019-cu ildə apellyasiya məhkəməsinə daxil olmuşdur (səh.228-230). İddiaçı 8 yanvar 2019-cu il tarixli ərizəsində bildirmişdir ki, xəstə olduğundan birinci instansiya məhkəməsi nin qərardadını gec almış, müddətə əməl olunmasına mane olan hal aradan qalxdıqdan 15 gün keçmədən müddətin üzrlü sayılması üçün hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəyə əlavə edilən Bakı Baş Səhiyyə İdarəsinin Bakı şəhəri 1 saylı X3 8 yanvar 2019-cu il tarixli arayışında iddiaçının 1 dekabr 2018-ci il tarixdə 18 saylı şəhər poliklinikasında müayinədən keçdiyi, 1 dekabr 2018-ci il tarixdən 26 dekabr 2018-ci il tarixə kimi “Övrə” diaqnozu ilə müayinə və müalicədə olduğu, ambulator qeyd edilmişdir. İPM-in 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də, məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçı larına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsi ilə verilir (İPM-in 85.1-ci maddəsi). İPM-in 23.1-cü maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Cavabdehi n mübahisə açdığı birinci instansiya məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli qərardadından şikayət vermə müddəti (2 dekabr qeyri-iş günü olduğundan) 3 dekabr 2018-ci il tarixdə bitirdi. Şikayət vermə müddətinin sonuncu günündə iddiaçı ambulator müayinə və müalicəyə başlamışdır. Şəxsin ambulator qaydada 25 gün ərzində müayinə və müalicə olunması apellyasiya şikayəti üzrə qanunla nəzərdə tutulan müddətin üzrlü sayılması üçün əsas deyildir. Həmin müddətdə iddiaçı stasionar qaydada müalicə olunmamış, bu səbəbdən də şikayət vermə müddəti ərzində məhkəmə qərardadını mübahisələndirmək imkanı olmuşdur. İPM-in 24.1-ci maddəsində qeyd edilir ki, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış pros essual müddəti bərpa etməlidir. Cavabdehin apellyasiya şikayəti üzrə müəyyən olunmuş müddətin onun təqsiri olmadan buraxması işdə olan sənədlərlə təsdiq edilmir. Konstitusiya Məhkəməsi Cavad İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi 13 fevral 2007-ci il tarixli qərarında qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir: “qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsi ilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələ l gətirir. Belə vəziyyətdə cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır”. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. Cavabdeh apellyasiya şikayətini vaxtında vermədiyindən, müəyyən olunmuş müddətin onun təqsiri olmadan buraxılması iş materialları ilə təsdiq edilmədiyindən qeyd olunan prosessual hüquq normalarına və məhkəmə p resedentlərinə əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-578/19 saylı, 7 fevral 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1554/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1554/2019
04.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver