Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1554/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1554/2020) Açar sözlər: 57 yaşdan güzəştli şərtlə pensiya təyin olunması. Bakı şəhəri xx xxxx 2020-ci il 29.07.2020 Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı cavabdehin vəkili Qurbanova Dilarə Fuad qızının iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın təyin edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-772/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı xx.xx.1960-cı ildə Zəngilan rayonunda doğulmuşdur və Bakı şəhərinin Abşeron rayonunda yaşayır. İddiaçı xx.xx.1977-ci ildə Bakı Politexnik Texnikumuna qəbul olunmuş, xx.xx.1978-ci ildən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olmuş və xx.xx.1982-ci il tarixdə texnikumu bitirmişdi r. İddiaçı “Azərbaycan Dövlət Dəmir Yolları” Mincivan yol distansiyasında (hazırda 9 nömrəli Mincivan yol sahəsi adlandırılan sahədə) xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci il tarixədək yol montyoru, xx.xx.1988-ci ildən xx.xx.1994-ü ilə kimi rels bağlayıcısı üzrə mexanik vəzifəsində işləmişdir. xx.xx.2008-ci il tarixdən Bakı Metropoliteninin Tunel qurğuları xidmətində 3-cü dərəcəli tunel fəhləsi peşəsində çalışmışdır (tuneldə yalnız gecə işi olmaqla). xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Tunel qurğuları xidmətinin 1 saylı tunel qurğuları distansiyasının İİİ sahəsində 4-cü dərəcəli tunel fəhləsi peşəsində işləmişdir (tuneldə yalnız gecə işi olmaqla). İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə xx.xx.2019-cu il tarixli ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaçıya pensiya təyin etməkdən imtina etmiş və **********2 saylı, xx xxxxxx 2019-cu il tarixli məktubla iddiaçıya cavab verərək, onun xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı olmamasına əsasən pensiya təyin edilməsinin mümkün olmadığını bildirmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona güzəştli şərtlərə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavadehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin ona pensiya təyin etməkdən imtina etməsi qanunsuzdur. Çünki onun 26 il 8 ay 12 gün sığorta stajı vardır. Ondan 15 il 6 ay 28 günü zərərli işdə işləmişdir. Hansı zərərli işlərdə, hansı vəzifədə və hansı müddətdə işləməsi də xx.xx.1981-ci il tarixdə verilmiş, AT-İİ ******* nömrəli əmək kitabçasından görünür. Cavabdeh onun texnikumda təhsil aldığı müddəti əmək stajına aid etməmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə etiraz etmiş və etirazı yuxarıda göstərilən imtina məktubunun məzmununa uyğun əsaslandırmışdır. Əlavə olaraq bildirmişdir ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür və 60 yaşı hələ tamam olmamışdır. Buna görə də, ona güzəştli şərtlərlə pensiya təyin edilməsi mümkün deyil. Eləcə də, “Vətəndaşların pensiya təminatı haqqında Qanunu ilə tələb olunan 25 il ümumi və 12 il 6 ay güzəştli stajını xx.xx.2006-cı il tarixədək toplamamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4315/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi təmin edilərək, İddiaçı yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş sənədlərlə (diplom, əmək kitabçası, hərbi bilet, arayışlar, şəxsiyyət vəsiqəsi) müəyyən edilir ki, iddiaçının xx.xx.2017-ci il tarixdə 57 yaşı olmuş, onun həmin vaxtda 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajı olmuşdur. Bununla da iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasının 9.1-ci ma ddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququ qazanmışdır. Bundan başqa iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan (xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş) “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin v) bəndində qeyd olunmuşdur ki, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. Cavabdehin nümayəndəsi həmin qərarın dəlilləri ilə razılaşmayaraq apelyasiya şikayəti vermiş, qərarın ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-772/2020 saylı, xx x xxx 2020-ci il tarixli qərarı ilə (hakimlər V.Həsənov (sədrlik edən və məruzəçi), Ü.Mayılov və M.Tağızadə) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci istansiya məhkəməsinin qərarı «güzəştli şərtlərlə» sözlərindən sonra «57 yaşı tamam olduğu tarixdən» sözləri artırılmaqla, dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh xx.xx.2020-ci ildə qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apelyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır, qərar qanunsuz və əsassızdır. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək ş əraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür və 60 yaşı tamam olmamışdır. Həmin Qanunun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İddiaçı xx.xx.2006-cı il tarixədək 25 il ümumi və 12 il 6 ay xüsusi stajı torlamamışdır. Tərəflərin izahatları: Cavabdehin vəkili Qurbanova Dilarə Fuad qızı kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən işə onun çıxışı dinlənilmədən baxılmışdır. Əsaslandırıcı hissə Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçü n əsaslar yoxdur. Lakin kassasiya şikayəti əsaslı deyil və aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından göründüyü kimi iddiaçı ilə cavabdehin arasında yaranan mübahisə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üzrə yaranmış mübahisədir. Belə ki, iddiaçı onun xx.xx.1960-cı il təvəllüdlü olmaqla 57 yaşına çatdığını, 25 il sosial sığorta stajına malik olduğunu, bu dövrün 12,5 ilinin güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasına imkan verən peşələrə aid olduğunu iddia edir və bu əsasla ona pensiya təyin olunmasını xahiş edir. İddiaçının bu tələbinin hüquqi əsaslarını təşkil edən «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tari xədək qüvvədə olan redaksiyasında deyilirdi ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bu normadan göründüyü kimi o kişilərə güzəştli şərtlərlə əmək pensiyası təyin edilə bilər ki: həmin şəxs istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısında göstərilən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləmiş olsun; 57 yaşına çatmış olsun; bu şəxs azı 25 il sığorta stajına malik olsun; bu müddətin azı 12 il 6 ayı Siyahıda göstərilən işlərdə işləmiş olsun. Əgər bu şərtlərdən hər hansı biri mövcud olmazsa, qeyd olunan qanun normasına əsasən şəxsə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması mümkün olmayacaqdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının xx.xx.2017-ci il tarixədək, yəni 57 yaşınadək 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi əmək stajı olduğundan, bununla da qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun pensiya hüququ y arandığından iddia tələbi təmin edilməlidir. Həqiqətən də iş materiallarından göründüyyü kimi, iddiaçı 2 il 1 ay 4 gün hərbi xidmətdə olmuş, xx.xx.1981-xx.xx.1981-illərdə (4 ay 8 gün) çilingər, xx.xx.1981-xx.xx.1982-ci illərdə (6 ay) gözətçi, xx.xx.1982-xx.xx.1994-cü illərdə (12 il 1 ay) Mincivan yol sahəsində, xx.xx.2008-ci ildən xx.xx.2018-ci il tarixədək (10 il 1 ay 27 gün) metropolitendə işləmişdir. Bu müddət toplam 25 ildən çoxdur. Apelyasiya instansiyası məhkəməsi iddiaçının orta-ixtisas təhsili aldığı müddəti də haqlı olaraq sosial sığorta stajına daxil etmişdir. Çünki «Vətəndaşların pensiya təminatı haqqında» qanunun 67-ci maddəsinin ğ) bəndində qeyd olunmuşdu ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtis asartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi iddiaçının orta-ixtisas təhsili aldığı müddətin onun əmək stajına daxil edilməsi, təhsil aldığı dövrün qanunvericiliyinin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində deyilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bundan başqa, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 27-ci maddəsində 2006-cı ilin yanvarın 1-dək qazanılmış pensiyanı n nəzərə alınması müəyyən edilmişdir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Göründüyü kimi qanunvericilik iddiaçının orta-ixtisas təhsil alınan dövrü sosial sığorta stajına daxil edilməsini tələb edir. Bu halda iddiaçının təhsil aldığı dövrün əmək stajı kimi inzibati orqanın qəbul etməməsi qanuna ziddir. Çünki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1 və 19.2-ci maddələrinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mö təbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 16.1-ci maddəsində deyilir ki, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan mövcud inzibati prakti kaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır (adı çəkilən Qanunun 11.1, 12.2 və 13.2-ci maddələri). Bundan başqa, cavabdehin “Azərbaycan Dövlət Dəmir Yolları” Mincivan yol distansiyasında (hazırda 9 nömrəli Mincivan yol sahəsi adlandırılan sahədə) xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci il tarixədək (06 il 04 ay) işlədiyi yol mantyoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il 12 saylı qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərə görə pensiya hüququna görə istehsalat işçilərinin peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 21.4-cü bəndində, Bakı Metropoliteninin Tunel qurğuları xidmətində x x.xx.2008-ci il tarixdən xx.xx.52017- ci il tarixədək işlədiyi tunel fəhləsi peşəsi isə həmin Siyahının 1.1.2 və 21.5-ci bəndlərinə əsasən güzəştli şərtlərlə pensiya təyin olunması hüququ verən peşələrdir. «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC İnfrastruktur Departamentinin 9 nömrəli Mincivan yol sahəsi tərəfindən verilmiş 110 saylı, xx xxxx 2019-cu il tarixli arayışda, habelə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş A/350 nömrəli, xx.xx.2019-cu il tarixli arayışda müvafiq dövrlərdə iddiaçının çalışdığı peşələrin sözügedən Siyahılarda göstərilən peşələrə uyğun olduğu əksini tapmışdır. Göründüyü kimi apelyasiya instansiya məhkəməsi şikayəti təmin etməməkdə haqlı olmuşdur və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.9-cu maddəsinə əsasən Ali Məhkəmə apelyasiya i nstansiyası məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-772/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1554/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1554/2020
29.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver