Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1554/2024 07.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fərdi yaşayış evi ilə təmin edilmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 sentyabr 2023-cü il tarixli, 2-1(103)-3071/2023 nömrəli q ərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AA seriyalı, 318692 №-li məcburi köçkün vəsiqəsindən müəyyən olunur ki, iddiaçı 1993-cü ildən Füzuli rayonundan məcburi köçkündür. Hazırda müvəqqəti Suraxanı rayonunda məskunlaşmışdır.
2. İddiaçı cavabdehə müraciət edərək onun mənzil şəraitinin yaxşılaşdırılmasını xahiş etmişdir.
3. Cavabdehin xx.xx.2021-ci il tarixli 01/2398 №-li və xx.xx.2022-ci il tarixli 01/2544 №-li eyni məzmunlu məktublarında qeyd olunmuşdur ki, məcburi köçkünlərin müvəqqəti məskunlaşması məqsədilə inşa edilmiş qəsəbələrə təyinatı üzrə köçürülməsi nəzərdə tutulmuş ailələrin mənzilə təmin edilməsi prosesi başa çatmışdır. Eyni zamanda 44 günlük Vətən müharibəsi nəticəsində 30 ilə yaxın müddət ərzində işğal altında saxlanılmış ərazilər azad edildiyindən, keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına Böyük Qayıdışına şərait yaranmışdır. Ölkə rəhbərliyinin tapşırığına əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərdə, qeydiyyatda olduqları şəhər və rayonlar üzrə onlar üçün mərhələli şəkildə tikiləcək yeni evlərlə təmin olunacaqları nəzərdə tutulmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının Ağoglan (Hadrut) qəsəbəsində mənzil məişət şəraiti yaşamağa imkan verən həyət evi ilə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, erməni işğalçı siyasəti nəticəsində yaşadıqları Füzuli şəhəri, İnşaatçılar küçəsi ev 10/8 də yerləşən mənzillərindən eləcə də oradakı yardımçı həyatyanı sahələrindən məhrum edilərək, doğulub boya başa çatdığı Qarabağdan məcburi şəkildə düşmən hərbi birləşmələrin təcavüzü nəticəsində 30 ilə yaxındır ki, məcburən köçkünlük həyatı yaşamağa məcbur olmuşdur. Onun ailə üzvü 4 nəfərdən ibarət olmuşdur. Bu müddət ərzində, onlar 4 nəfər ailə üzvü ilə heç bir mənzil məişət şəraiti olmayan qeyri yaşayış sahələrində yaşamağa məcbur olmuşdur. Məcburi köçkünlük illərində dəfələrlə cavabdeh inzibati orqana onların dövlət hesabına ti kilən mənzillərlə təmin olunması barədə müraciətləri təmin olunmamışdır.
6. Cavabdeh iddiaya dair yazılı etiraz və etiraza əlavə təqdim edərək iddianın rədd olunmasını xahiş etmişdir. Etiraza əlavədə qeyd göstərilmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin 16 noyabr 2022-ci il 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”ında işğaldan azad olunmuş ərazilərdə aparılmış bərpa- quruculuq işləri və mövcud vəziyyət, məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı, təhlükəsizliyin tam təmin edilməsinə dair və digər məsələlər müəyyən olunmuşdur. X3 uyğun olaraq, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdı şının növbəli qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Dövlət Proqramında 3-cü prioritet istiqamətdə müəyyən olunmuş aidiyyəti bəndlər üzrə üzrə (əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi) müvafiq Komitə əsas icraçı orqan kimi göstərilmişdir. 2022-2026-cı illəri əhatə edən X1 əsas icraçısı olduğu bəndlər üzrə, məcburi köçkünlər arasında aparılacaq sosioloji sorğu əsasında əhalinin geri qayıdışı ilə bağlı ilkin proqnozların hazırlanması, məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması, tərtib edilmiş planlar üzrə bərpa qrafikinə uyğun olaraq mərhələli formada inşa edilmiş evlərə ailələrin köçürülməsi, geri qayıdan əhaliyə dəstək məqsədilə xüsusi qaynar xəttin ya radılması və onların adaptasiyası ilə bağlı tədbirlərin daha səmərəli həyata keçirilməsi üçün müvafiq dövlət orqanları əməkdaşlarının peşəkar təlimlərə cəlb olunması, əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili nəzərdə tutulmuşdur. Dövlət Proqramına əsasən, tərtib edilmiş planlar üzrə bərpa qrafikinə uyğun olaraq, mərhələli qaydadda inşa edilmiş evlərə 2022-2026-cı illər ərzində 34500 məcburi köçkün ailəsinin köçürülməsi nəzərdə tutulmuşdur. İddiaçı və ailəsi yaşayış yeri üzrə Füzuli rayonunda qeydiyyatda olduğundan, digər məcburi köçkün ailələri kimi onların da qeydiyyatda olduqları ünvan üzrə yaşayış sahəsi ilə təmin edilməsi Dövlət Proqramına və geri qayıdışla bağlı bu sahədə qəbul ediləcək digər normativ hüquqi aktlara əsasən həyata keçi riləcəkdir. Komitə tərəfindən məcburi köçkünlərin Bakı, Sumqayıt və respublikanın digər şəhər və rayonlarında müvəqqəti yaşayış sahələri ilə təmin edilməsi torpaqların işğaldan azad edilməsi ilə əlaqədar dayandırılmışdır. Məhkəmənin diqqətinə çatdırılmışdır ki, İddiaçı iddia ərizəsində ona dəymiş ziyanla bağlı qeyd etdiyi nüanslar bilavasitə Komitənin qəbul etdiyi inzibati akt və ya hərəkət (hərəkətsizliyi) nəticəsində baş vermədiyindən, iddiaçının mənzillə təmin olunması və kompensasiya verilməsi Komitənin imkanı xaricindədir. Eyni zamanda İddiaçı Dövlət Proqramından əlavə növbədənkənar qaydada işğaldan azad olunmuş ərazidə yaşayış sahəsi ilə təmin edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Əsasnamə ilə ona verilmiş səlahiyyət və funksiyaların ı yalnız Azərbaycan Respublikası dövlət büdcəsindən onun üçün ayrılmış vəsait hesabına və yalnız “Azərbaycan Respublikasının vahid büdcə təsnifatın”na əsasən Komitə üçün təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatlar üzrə həyata keçirir. Komitə tərəfindən məcburi köçkünlərə yardım və maddi köməkliyin göstərilməsi yalnız təsdiqlənmiş xərclər smetasına uyğun olaraq həyata keçirilir və təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatlardan kənar hər hansı kompensasiyanın ödənilməsi mümkün deyildir.
7. Bakı İnzibati Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2-1(112)-8284/2023 nömrəli qərarı ilə (hakim Q.Qarayeva) iddia rədd edilmişdir.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçının Ağoğlan (Hadrut) şəhər tipli qəsəbəsində mənzil-məişət şəraiti yaşamağa imkan verən mənzillə təmin olunması bağlı ərizəsinin cavabdeh tərəfindən icra edilməməsi qanuni və əsaslı olmuşdur. Belə ki, işğaldan azad edilmiş ərazilərdə məcburi köçkünlərin məskunlaşdırılması dövlət əhəmiyyətli məsələ olmaqla, dövlət həllinə çalışdığı prioritet və aktual problemlərdən biridir. Məhz buna görə də, dövlət tərəfindən vətəndaşların məskunlaşdırılması xaotik deyil, planlı şəkildə həyata keçirilir. Elə bunu məntiqi nəticəsi olaraq, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı” təsdiq edilmişdir. Proqramda işğaldan azad olunmuş ərazilərdə aparılmış bərpa- quruculuq işləri və mövcud vəziyyət, məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı, təhlükəsizliyin tam təmin edilməsinə dair və digər məsələlər müəyyən olunmuşdur. X3 uyğun olaraq, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışının növbəli qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Dövlət Proqramında 3-cü prioritet istiqamətdə müəyyən olunmuş aidiyyəti bəndlər üzrə (əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi) müvafiq Komitə əsas icraçı orqan kimi göstərilmişdir. 2022-2026-cı illəri əhatə edən X1 əsas icraçısı olduğu bəndlər üzrə, məcburi köçkünlər arasında aparılacaq sosioloji sorğu əsasında əhalinin geri qayıdışı ilə bağlı ilkin proqnozların hazırlanması, məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması, tərtib edilmiş planlar üzrə bərpa qrafikinə uyğun olaraq mərhələl i formada inşa edilmiş evlərə ailələrin köçürülməsi, geri qayıdan əhaliyə dəstək məqsədilə xüsusi qaynar xəttin yaradılması və onların adaptasiyası ilə bağlı tədbirlərin daha səmərəli həyata keçirilməsi üçün müvafiq dövlət orqanları əməkdaşlarının peşəkar təlimlərə cəlb olunması, əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili nəzərdə tutulmuşdur. Dövlət Proqramına əsasən, tərtib edilmiş planlar üzrə bərpa qrafikinə uyğun olaraq, mərhələli qaydada inşa edilmiş evlərə 2022-2026-cı illər ərzində 34500 məcburi köçkün ailəsinin köçürülməsi nəzərdə tutulmuşdur. İddiaçı və ailəsi yaşayış yeri üzrə Füzuli rayonunda qeydiyyatda olduğundan, digər məcburi köçkün ailələri kimi onların da qeydiyyatda olduqları ünvan üzrə yaşayış sahəsi ilə təmin edilməsi Dövlət Proqramına və geri qayıdışla bağlı bu sahədə qəbul ediləcək digər normativ hüquqi aktlara əsasən həyata keçiriləcəkdir.
9. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 sentyabr 2023-cü il tarixli, 2-1(103)-3071/2023 nömrəli qərarı ilə (hakimlər: K.Əkbərov- sədrlik edən və məruzəçi, M.Tağızadə və F.Talişinski) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 12 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli 3378 nömrəli Sərəncamı təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022– 2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”na istinad edərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
13. İddiaçının kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin 3.8., 3.11., 3.20., 3.27-ci bəndləri tətbiq olunmamış, əsassız olaraq “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”larını maddələri tətbiq edilərək vətən müharibəsi iştirakçısı, qaçqın statusu olan İddiaçı hüquqları pozulmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli 3378 nömrəli Sərəncamı təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosialiqtisadi inkişaf Strategiyası”
16. Azərbaycan Respublikasının Prezidentinin 16 noyabr 2022-ci il 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı” 1
7. İnzibati Prosessual Məcəllə a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Madd ə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
18. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şika yət mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
22. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predme tini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Qanunvericiliyin yuxarıda istinad olunan normaların a görə apellyasiya məhkəməsi iddia tələbi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
25. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
26. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı onun işğaldan azad edilmiş ərazi olan Ağoğlan (Hadrut) qəsəb əsində fərdi yaşayış evi ilə təmin edilməsinə yönəlmişdir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, işğaldan azad edilmiş ərazilərdə məcburi köçkünlərin məskunlaşdırılması dövlət əhməiyyətli məsələ olmaqla, dövlət həllinə çalışdığı priotet və aktual problemlərdən biridir. Məhz buna görə də, dövlət tərəfindən vətəndaşların məskunlaşdırılması xaotik deyil, planlı şəkildə həyata keçirilir.
28. Bununla bağlı, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı” təsdiq edilmişdir. Proqramda işğaldan azad olunmuş ərazilərdə aparılmış bərpa- quruculuq işləri və mövcud vəziyyət, məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı, təhlükəsizliyin tam təmin edilməsinə dair v ə digər məsələlər müəyyən olunmuşdur. X3 uyğun olaraq, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışının növbəli qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Dövlət Proqramında 3-cü prioritet istiqamətdə müəyyən olunmuş aidiyyəti bəndlər üzrə (əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi) müvafiq Komitə əsas icraçı orqan kimi göstərilmişdir. 2022-2026-cı illəri əhatə edən X1 əsas icraçısı olduğu bəndlər üzrə, məcburi köçkünlər arasında aparılacaq sosioloji sorğu əsasında əhalinin geri qayıdışı ilə bağlı ilkin proqnozların hazırlanması, məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması, tərtib edilmiş planlar üzrə bərpa qrafikinə uyğun olaraq mərhələli formada inşa edi lmiş evlərə ailələrin köçürülməsi, geri qayıdan əhaliyə dəstək məqsədilə xüsusi qaynar xəttin yaradılması və onların adaptasiyası ilə bağlı tədbirlərin daha səmərəli həyata keçirilməsi üçün müvafiq dövlət orqanları əməkdaşlarının peşəkar təlimlərə cəlb olunması, əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili nəzərdə tutulmuşdur. Dövlət Proqramına əsasən, tərtib edilmiş planlar üzrə bərpa qrafikinə uyğun olaraq, mərhələli qaydada inşa edilmiş evlərə 2022-2026-cı illər ərzində 34500 məcburi köçkün ailəsinin köçürülməsi nəzərdə tutulmuşdur.
29. Belə olan halda, apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı və ailəsi yaşayış yeri üzrə Füzuli rayonunda qeydiyyatda olduğundan, digər məcburi köçkün ailələri kimi onların da qeydiyyatda o lduqları ünvan üzrə yaşayış sahəsi ilə təmin edilməsi Dövlət Proqramına və geri qayıdışla bağlı bu sahədə qəbul ediləcək digər normativ hüquqi aktlara əsasən həyata keçiriləcəkdir.
30. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırki qərarın 15-17(a) bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. Odur ki, kassasiya şikayətin əsassız olduğundan təmin edilməməli, şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 sentyabr 2023-cü il tarixli, 2-1(103)-3071/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.