Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1555/2019 29.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-1555/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, X1 ibarət tərkibdə, iddiaçının vəkili Vəkil iştirakı, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qaçqın statusunun verilməsi haqqında tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-234/2019 saylı q ərarından İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, tacik mənşəli əfqan olduğunu, xx.xx.1991-ci ildə Əfqanistanın Herat vilayətinin İncil rayonunun Bağadəşt kəndində anadan olduğunu, babası öldükdən sonra miras əmlakının bölüşdürülməsi ilə bağlı ailə üzvləri arasında münaqişə yarandığını, onlara qarşı Taliban dəstələri ilə əməkdaşlıq edən əmisi və onun oğlanlarının təzyiqlər göstərdiyini və sonda onu və qardaşlarını zindana atdığını, 6 aydan sonra həbsdən qurtulduğunu, daha sonra atasının məsləhəti ilə İrana köçdüyünü, orada 3 il qaldıqdan sonra, 2006-cı ildə Azərbaycana gəldiyini, himayə sənədi əsasında burada yaşadığını və Azərbaycan vətəndaşı X2 ilə nikaha daxil olduğunu, bundan sonra arvadı və uşaqları ilə birlikdə Əfqanıstana gəldiyini, Taliban tərəfitndən 2 ay həbsdə saxlanıldığını və azərbaycanlı ilə nikaha girməsi ilə əlaqədar sorğu-sual edildiyini, həbsdən azad edilsə də, silahlı basqına məruz qaldığını, bu zaman anasının həlak olduğunu, təqiblərdən xilas olmaq üçün yenə də Azərbaycana gəldiyini, qaçqın statusu almaq üçün cavabdehə etdiyi müraciətə komissiyanın qərarına əsasən imtina olunduğunu bildirərək, cavabdehin **** №-li xxxx 2017-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarı qanunsuz hesab edilməklə, ona qaçqın statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(81)-1739/2018 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir (hakim – T.Ə.Əsədova). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-234/2019 saylı qərarı ilə (sədrlik edən C.A.Yusifov, hakimlər V.M.Ağayev və A.B.Nuriyeva) iddiaçı Mohammad X5 apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından İddiaçı və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin təm in edilməsibarədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, iddiaçıya sığınacaq verilməsindən imtina edilməklə, onun sığınacaq, inzibati icraat, pis rəftara məruz qalmamaq, şəxsi həyata hörmət, səmərəli vasitələr hüquqları pozulmuş, nəticə etibarı ilə cavabdehin qərarı maddi-hüquqi və prosessual (formalhüquqi) baxımdan qanuni deyildir, eləcə də həmin qərar əsassızdır, cavabdeh tərəfindən qaçqın statusunun verilməsindən imtina edilməsinə dair inzibati akt qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuş, İPM-in 73.1-ci maddəsinə əsasən bu halda məhkəmə qaçqın sta tusunun verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoymalıdır, beləliklə, cavabdehin qaçqın statusu verilməsindən imtina olunması haqqında qərarının ləğv edilməsi üçün qanuni əsaslar olmuş, inzibati orqan qaçqın statusunun müəyyən edilməsinə dair müddəalara riayət etməmişdir. Tərəflərin izahatları İddiaçının vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsibarədə yeni qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb ol madan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının vəkili Vəkil izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)234/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Əfqanıstan İslam Respublikasının vətəndaşı, xx.xx.1991-ci il təvəllüdlü X1 X6 xxxx 2017-ci il tarixdə “qaçqın statusu verilməsi haqqında” vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, onun vəsatəti üzrə şəxsi iş açılmış, müsahibə keçirilmiş, iddiaçı müsahibə zamanı torpaq üstündə əmisi oğlanları ilə aral arında yaranan münaqişənin hələ də davam etdiyini, bu səbəbdən də Əfqanıstana qayıda bilmədiyini bildirsə də, müsahibə zamanı hazırda torpaq payının olmadığını, torpağın əmisi və onların uşaqları arasında bölüşdürüldüyünü, ən çox payın isə atasına düşdüyünü qeyd etmiş, habelə atasının hazırda təhdid və təqibə məruz qalmadan öz kəndlərində yaşadığı məlum olmuş, bundan əlavə onun dediklərindən münaqişə baş verəndən sonra 1 il 8 ay Əfqanistanda yaşadığı, həmçinin müəyyən müddət Azərbaycanda yaşadıqdan sonra yenidən Əfqanıstana qayıtdığı, lakin ötən müddət ərzində həyatı üçün heç bir ciddi təhlükənin yaranmadığı məlum olmuş, arvadı X1 isə Azərbaycana qayıtdıqdan sonra bir daha nə ərinin, nə də ki, özünün qayıtmadıqlarını bildirsə də, ərizəçi sonuncu dəfə (xxxx 2017-xxxx 2017) Əfqanıstana qayıt dığını və təxminən 2 həftə orada qalıb geri (Azərbaycana) qayıtdığını bildirmiş, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-67/1 saylı, 14.11.2017-ci il tarixli qərarına əsasən iddiaçıya və onun ailə üzvlərinəqaçqın statusu verilməsindən imtina edilmiş, iddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin həmin qərarından inzibati qaydada şikayət vermiş və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən İnzibati şikayətin təmin edilməməsi haqqında 06 saylı, 15 yanvar 2018-ci il tarixli qərar qəbul edilmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, inandırıcılığın qiymətləndirilməsi zamanı iddiaçının qorxu və həyəcanları ehtimallara əsaslanmaqla məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, ərizəçinin izahatında bəzi ziddiyyətli məqamlar və uyğunsuzluqlar aşkar edilmiş, həmçinin iddiaçının müsahibə zamanı verdiyi izahata görə o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, milli və dini etiqadlarına görə təqib olunmamış, beləliklə, Dövlət Miqrasiya Xidməti tərəfindən ərizəçidən alınan müsahibə zamanı onun vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətlərinə, milliyyətlərinə və dini etiqadlarına görə təqib olunmadığı müəyyən olunmuş, ərizəçi (iddiaçı) sığınacaq axtaran şəxs kimi məxsus olduğu ölkə tərəfindən onların təqiblərdən irəli gələn əsaslı səbəblər gətirə bilməmiş, hazırkı halda sübutetmə yükü (vəzifəsi) sığınacaq üçün müraciət edən şəxsin üzərinə düşür, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmiş, bu dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" xxxx 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmamış, həmçinin Azərbaycan Respublikası Prezidentinin xxxx 2000-ci il tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası"nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlməmiş, ərizəçiyə qaçqın statusu verilməsindən imtina olunması haqqında qərarın ləğv edilm əsi üçün qanuni əsaslar olmamışdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. “Qaçqınların statusuna dair” Konvensiyanın 1-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Konvensiyada “qaçqın” dedikdə elə bir şəxs nəzərdə tutulur ki, 1951-ci il xxxx baş vermiş hadisələr nəticəsində və irqi, dini əlamət, vətəndaşlıq, müəyyən sosial qrupa mənsubiyyət və ya siyasi əqidə üzündən təqib qurbanı olmaq barədə tam əsaslı ehtiyatlara görə vətəndaşı olduğu ölkədən kənardadır və həmin ölkənin himayəsindən istifadə edə bilmir və ya bu cür ehtiyatlar üzündən istifadə etmək istəmir: və ya müəyyən vətəndaşlığı olmadan və həmin hadisələr nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalaraq bu cür ehtiyatlar üzündən oraya qa yıda bilmir. "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" xxxx 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qaçqın-Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Azərbaycan Respublikası Prezidentinin xxxx 2000-ci il tarixli, 419 sayl ı Fərmanı ilə təsdiq edilmiş "Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası"nın 3-cü bəndinə əsasən "Qaçqın" statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir; Qaydanın 7-ci bəndinə əsasən Qaçqın" statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin rədd edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçıdan alınan müsahibə zamanı izahatında onun vət əndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətlərinə, milliyyətlərinə və dini etiqadlarına görə təqib olunmadığını bildirdiyini, iddiaçının sığınacaq axtaran şəxs kimi məxsus olduğu ölkə tərəfindən onun təqiblərdən irəli gələn əsaslı səbəblər gətirmədiyini, onun qaçqın statusu verilməsi barədə dəlillərinin "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmadığını, beləliklə, ərizəçiyə qaçqın statusu verilməsindən imtina olunması haqqında qərarın ləğv edilməsi üçün qanuni əsasların olmadığını nəzərə alaraq kassasiya şikayətinin bununla bağlı dəlillərini əsassız he sab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-234/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-234/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1555/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1555/2019
29.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver