Məhkəmə qərarları › İş №2-1(102)-1555/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1555/2020

12.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1555/2020 12.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: artıq ödənilmiş məbləğin geri qaytarılması və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinə müvafiq məbləğlərin əlavə olaraq ödənilməsi barədə rəyin verilməsi, cavabdehə lazımi formada ərizə ilə müraciət, iddianın mümkünlük şərti giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Cavabdeh Azərbaycan Re spublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X8, vəkili X4 iştirakı ilə, İddiaçı X1 (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə(bundan sonra cavabdeh) qarşı (3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi)“artıq ödənilmiş 24.902,97 manat məbləğin və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0.1 faizi məbləğində faiz olaraq əlavə olaraq ödənilməsi barədə rəyin verilməsi və artıq ödəmənin geri qaytarılması barədə vəzifənin aidiyyəti üzrə cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə BakıApelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-563/2020 saylı, x xxxx 2020-ci il tarixli qərardadından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçının şəxsi hesab vərəqəsinə əsasən şəxsi vərəqənin çap olunan xx.xx.2019-cu il tarixinə olan saldosu 24.902,97 manat qeyd olunmuşdur. İşə əlavə edilmiş artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması barədə ərizədən göründüyü kimi artıq ödənilmənin yaranma tarixi kimi xx.xx.2019-cu il və artıq ödəmənin cəmi məbləği 24.902,97 kimi qeyd olunmuşdur. İddiaçı xx xxxx 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşd irilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək artıq ödənilmiş 24.902,97 manat məbləğin və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0.1 faizi məbləğində faiz olaraq əlavə olaraq ödənilməsi barədə rəyin verilməsi və artıq ödəmənin geri qaytarılması barədə vəzifənin aidiyyəti üzrə cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının şəxsi hesab vərəqəsində 24.902,97 manat artıq ödəməsi yaranmışdır. xx xxxx 2019-cu il tarixdə cavabdehə artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının geri qaytarilması barədə ərizə ilə müraciət et miş, lakin x xxxx 2019-cu il tarixli cavab məktubunda artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarını qaytarmaqdan imtina etmişdir. İddiaçı qeyd olunanlara və Vergi Məcəlləsinin 3.5, 15.1.4, 24.0.10, 85.5, 87.1, 87.3, 87.4-cü maddələrə istinad edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin xx xxxxxxx 2019-cu il tarixli etiraz ərizəsində qeyd olunmuşdur ki, iddiaçının qeyd olunan iddiası əsassızdır və təmin edilməməlidir. İddiaçı 24.902,97 manat məbləğin qaytarılması barədə xx xxxx 2019-cu il tarixli ərizə ilə cavabdehə müraciət etmişdir. Müraciətə baxılarkən vergi ödəyicisi tərəfindən təqdim edilmiş ərizədə artıq ödəmənin yaranma səbəbinin düzgün əks etdirilmədiyi aşkar edilmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş ərizədə artıq ödəmənin yaranma səbəbi kimi bütün məbləğlər üzrə 114314 dövlət təsnifat kodu ilə idman mərc oyunlarının operatoru və satıcıları olan hüquqi şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergidən yarandığı qeyd edilmişdir. İlk növbədə vergi ödəyicisi fiziki şəxsdir və ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı ilə məşğul olmuşdur. Vergi ödəyicisinin “idman mərc oyunlarının operatoru və satıcıları olan hüquqi şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi” üzrə hər hansı ödəməsi olmamışdır və həmin təsnifat üzrə ödəməsi olmadığı halda vergi ödəyicisinin artıq ödəməni tələb etməsi müvafiq təsnifat üzrə dövlət büdcəsinin əsassız azalmasına səbəb olacaqdır. Digər tərəfdən, vergi ödəyicisi ərizəsində artıq ödəmənin yalnız sadələşdirilmiş vergidən olan ödəmələrdən yarandığını qeyd etsə də, i ddiaçının artıq ödəməsinin 11.142,3 manatın 114329 təsnifat kodu üzrə digər fiziki şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi, 13.760,7 manat məbləğinin isə 143490 nömrəli təsnifat kodu üzrə digər vergi və daxilolmalar üzrə maliyyə sanksiyalarından daxilolmalar üzrə olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd edilənlərdən göründüyü kimi, vergi ödəyicisi tərəfindən təqdim edilən ərizə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hala uyğun olmadığı - Nazirlər Kabinetinin xx xxxx 2019-cu il Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizədə qeyd edilən məlumatlar düzgün doldurulmadığı üçün vergi ödəyicisinə məlumat verilmiş və yuxarıda qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən müraciət edəcəyi təqd irdə qaldırılan məsələyə qanunvericiliyin tələblərinə uyğun qaydada baxılacağı bildirilmişdir. Yəni vergi ödəyicisinə cavabdeh tərəfindən iddiaçıya imtina verilməmişdir. Həmçinin vergi ödəyicisinə əlavə məlumata ehtiyacı olacağı təqdirdə Vergilər Nazirliyi yanında X2 (195) və Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməsi təklif edilmişdir. Lakin ötən müddət ərzində iddiaçı artıq ödənilmiş vergilərin qaytarılması barədə dürüstləşdirilmiş ərizə forması ilə yenidən cavabdehə müraciət etməmişdir. Etirazın maddi hüquqi əsası kimi Vergi Məcəlləsinin 87.4-cü maddəsinə, Nazirlər Kabinetinin xx xxxx 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qay daları”na (1 nömrəli əlavə), “Büdcə sistemi haqqında” Qanunun 1.1.2-ci, 9.3-cü, 1.1.10-cu, istinad edilmişdir. Digər tərəfdən vergi ödəyicisi iddia tələbi ilə həmçinin artıq ödəmənin qaytarılmasının gecikdirildiyi hər gün üçün gecikdirilən məbləğin 0,1 faiz məbləğində faiz tələb etmişdir. Nazirlər Kabinetinin xx xxxx 2019-cu il Qərarının 6.3-cü maddəsində birbaşa olaraq qeyd edilmişdir ki, büdcəyə artıq ödəmələrin qaytarılmasının gecikdirilməsi vergi ödəyicisinin və ya sığortaedənin mövcud qaydalara riayət etməməsi səbəbindən baş verdiyi halda gecikdirilmiş müddət üçün faiz ödənilmir. Belə ki, vergi ödəyicisinin müraciəti düzgün şəkildə doldurulmadığı üçün onun gecikdirilmiş müddət üçün faiz ödənilməsini tələb etməsi əsassızdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakimTağıyev Zau r Müzəffər oğlu, 21(82)-2848/2019 saylı iş) xx xxxxxxx 2019-cu il tarixli qərarı iləiddia tələbi təmin edilərək artıq ödənilmiş 24.902,97 manat məbləğin və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0.1 faizi məbləğində faiz olaraq əlavə olaraq ödənilməsi barədə rəyin verilməsi və artıq ödəmənin geri qaytarılması barədə vəzifə cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, cavabdeh Vergi Məcəlləsinin tələblərini pozaraq iddiaçının tələbini əsassız olaraq təmin etməkdən imtina etmişdir. Halbuki cavabdehin istinad etdiyi hallar iş materiallarında öz əksin i tapmamışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X5-məruzəçi, X6 və X7, 2-1(103)-268/2020 saylı iş) xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Apelyasiya instansiyası məhkəməsi iddianı mümkün saymamasını onunla əsaslandırmışdır ki, vergi orqanı iddiaçının ərizəsinin təmin olunmasından imtina etməmiş, yalnız yaranmış qeyri dürüstlüyü aradan qaldırmaqla yenidən müraciət etmək imkanını saxlamışdır. İddiaçı isə dürüst formalı ərizə ilə müraciət etməli olduğu halda birbaşa məhkəmədə iddia tələbi irəli sürmüşdür. Eyni zamanda nəzərə alınmalıdır ki, artıq ödənilmiş vergilərin büdcədən qaytarılmasını təmin etmək səlahiyyəti Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə aid deyildir. Məhkəmə kollegiyası izah etmişdir ki, iddiaçı ərizəsində yol verdiyi texniki nöqsanları aradan qaldırmaqla yeni ərizə ilə müraciət etdikdən sonra Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı irəli sürə biləcəyi mümkün iddia tələbi büdcədən artıq ödəmənin qaytarılması barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müvafiq rəyin verilməsi öhdəliyinin qoyulması barədə ola bilər. İddiaçı xx xxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərardadın ləğv edilməsi, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: Şikayətdə “ İnzibati icraat haqqında” Qanunun 1, 3, 5, 6, 8, 12, 15, 19, 23, 24, 32-ci maddələrinə istinad edilərək qeyd olunur ki, cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri X3 öz sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb etmişdir. Təqdim etdiyi ərizədə ödəmənin yaranma səbəbi və ödənilmə tarixində müvafiq düzəlişlərin edilməsində cavabdeh köməklik etməliydi. Əksinə iddiaçının hərəkətsizlik etməyini əsas gətirərək, ərizənin icrasının mümkün olmadığın bildirmişdir. Halbuki vergi ödəyiciləri və onların ödədikləri vergilər haqqında bütün məlumatlar vergi orqanında mövcuddur. Əgər həqiqətən artıq ödəmə varsa (hansı ki, cavabdehin cavab məktubunda və apellyasiya şikayətində artıq ödəmə faktı öz təsdiqini tapır), vergi orqanı nəyə görə həmin məbləğin qayt arılmasına mane olur. Cavabdehin ərizəçiyə yardım etməsi bir kənara qalsın, işin hallarının araşdırılması onun səlahiyyətinə aid olsa da, həmin halları obyektiv araşdırmamışdır. Cavabdeh lazımı araşdırmaları apararaq, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının, yəni 24902.97 manat məbləğin qaytarılması barədə müvafiq rəy təqdim etməli idi. Əgər cavabdeh imtina etməyibsə, o zaman müvafiq düzəlişlərin aparılması üçün həmin ödəmə səbəblərini və tarixlərini qeyd edərək, vətəndaşa yardım edərdi və nəticədə ərizə də icra olunmuş olardı. Formal tələblərə görə ərizəni icra etməmək inzibati qanunvericiliyə ziddir. Cavabdeh kasasiya şikayətinə dair etiraz göndərərək şikayətin təmin edilməməsi, apelyasiya instansiyası məhkəməsinin qərardadının qüvvədə saxlanılması barədə qərar q əbul edilməsini xahiş etmişdir. tərəflərin izahatları: Cavabdehin nümayəndəsi kasasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin rədd olunmasını xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçı məhkəmə iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstəril mişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı artıq ödənilmiş 24.902,97 manat məbləğin və qaytarılmanın gecikdirilməsinə görə gecikdirilən hər bir gün üçün vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz olaraq əlavə olaraq ödənilməsi barədə rəyin verilməsi və artıq ödəmənin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli, 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması” Qaydalarının 3-cü bəndinə əsasən vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə il ə müraciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin qeydiyyatda olduğu vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada vergi ödəyicisinin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə və xarici diplomatik və analoji nümayəndəliklər üzrə 4 nüsxədə rəy tərtib edirlər. Rəydə ayrı-ayrı vergi növləri üzrə artıq ödənilmiş məbləğlər, habelə digər vergilər, faizlər maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borcların olmadığı əks etdirilməli və rəy müvafiq qaydada təsdiq olunmalıdır. 5.7-ci bəndə əsasən tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 5.4cü bəndində nəzərdə tutulmuş hallarda 12 gün müddətində artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına, 1 nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 nüsxəsi isə vergilərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır. Həmin Qaydaların 6-cı bəndinə əsasən maliyyə orqanları vergi ödəyicisinin büdcəyə daxil olmasını təmin edən orqanlar tərəfindən verilmiş rəyləri qəbul edirlər. Mərkəzləşdirilmiş gəlirlərin qaytarılması tələb olunan zaman yerli maliyyə orqanlarına təqdim olunmuş rəylərin bir nüsxəsi və ərizənin surəti 5 və ya bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hallarda 4 gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir. Maliyyə orqanları vergi ödəyicisinin vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlarda qeydiyyatından və vergilərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməyindən asılı olaraq vəsaitin qaytarılmasını təmin etməlidirlər. İstinad edilən normaların tələblərinə görə artıq ödənilmiş vergilərin büdcədən qaytarılması vergi ödəyicisinin həmin qaydalara uyğun təqdim edilmiş ərizəsi əsasında qəbul edilmiş vergi orqanının müvafiq rəyinə əsasən maliyyə orqanları tərəfindən təmin edilir. İddiaçı Qaydaların tələblərinə uyğun olaraq xx.xx.2019-cu il tarixdə artıq ödənilmiş verginin büdcədən qaytarılması üçün elektron fo rmada ərizə göndərməklə cavabdehə müraciət etmiş, lakin ərizədə artıq ödəmənin yaranma səbəbini bildirməmişdir. Cavabdeh ərizə ilə əlaqədar iddiaçıya göndərdiyi məktubunda ərizədə texniki çatışmazlıqlar aradan qaldırıldıqdan sonra qanunvericiliyin tələblərinə uyğun baxılacağını bildirmişdir. Bundan sonra iddiaçı artıq ödəmənin yaranma səbəbi barədə cavabdehə müraciət etməmiş, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddia nın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə b axan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Məhkəmə kollegiyasının qənaətinə görə cav abdehin hərəkəti nəticəsində iddiaçının hüququnun pozulması təsdiq edilmir. İddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmadığından iddia mümkün sayılmamışdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnziba ti mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Bəhs olunanlara əsasən cavabdehin hərəkəti nəticəsində iddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadığından iddia mümkün sayılmır. Kasasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-563/2020 saylı, x xxxx 2020-ci il tarixli qərardadı dəyişdiril

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar