Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1555/2021 06.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: tövlənin sökülməsinə görə kompensasiya tələbi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh2nə (bundan sonra cavabdeh) qarşı “iddiaçıya məxsus 0,01116 ha torpaq sahəsində sökülmüş tövlənin əvəzi olaraq 20000 manat məbləğində maddi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati kol legiyasının 2-1(107)243/2021 saylı, 24 may 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 19.01.1998-ci il tarixli 13 nömrəli qərarı ilə Qəbələ rayonu Hacıalılı kəndində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsi iddiaçının, X1 və X4 ümumi mülkiyyətinə verilmişdir. X6 10.02.2007-ci ildə vəfat etmişdir. Mərhumun əmlakına (Qəbələ rayonu Hacıalılı kəndində yerləşən 0,16 ha torpaq sahəsində 1961-ci ildə tikilmiş, yaşayış sahəsi 55,5 kv.m, köməkçi sahəsi 15,6 kv.m, ümumi sahəsi 71,1 kv.m olan üç otaqlı fərdi yaşayış evi) iddiaçının adına 16.11.2011-ci ildə "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir.
2. Qəbələ rayonu Hacıalılı kəndində yerləşən 0,16 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı 55,5 kv.m yaşayış sahəsi və 15,6 kv.m yardımçı sahədən ibarət olan 71,1 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi, 1 mərtəbəli 45,15 kv.m sahədən ibarət tövlə, 1 mərtəbəli 42 kv.m sahədən ibarət quraqlıq, 2,4 kv.m sahədən ibarət olan ayaqyolu və 20,45 kv.m sahədən ibarət hasar tikilisinə iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 24.01.2012-ci ildə qeydiyyata alınmışdır. 3. 28.08.2012-ci il tarixli qarşılıqlı razılaşma protokolundan görünür ki, müstəqil qiymətləndirici tərəfindən torpaq sahəsi və yaşayış evinə görə ümumilikdə 55400 manat kompensasiya hesablanmış və 28.08.2012-ci il tarixli qarşılıqlı razılaşma protokolu ilə həmin məbləğ iddiaçıya ödənilmişdir.
4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 18.08.2020-ci il tarixli məktubunda qeyd edilir ki, iddiaçının mülkiyyətində 0,16 ha həyətyanı torpaq sahəsi olmuş və həmin torpaq sahəsindən yol çəkilişi ilə bağlı layihəyə düşən torpaq sahəsi çıxıldıqdan sonra mülkiyyətində 0,011161 ha torpaq sahəsi qalmışdır. 5. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən "Qəbələ-Ağdaş avtomobil yolunun tikintisi" layihəsi həyata keçirilərkən məlum olmuşdur ki, sözügedən layihə çərçivəsində İddiaçı mərhum anası X2 məxsus 53,05 kv.m yaşayış evi, 16,10 kv.m şüşəbənd mətbəx, 21 kv.m açıq eyvan, 45,88 kv.m çardaq, 66 kv.m daş hasar, 1751,06 kv.m (həmin torpaq sahəsinin 262,67 kv.m hissəsi zəbt) torpaq sahəsi yolun tikintisi altına düşmüşdür. Göstərilən əmlaka müstə qil qiymətləndirici tərəfindən ümumilikdə 55400 manat (yaşayış evinə görə 18567,50 manat, şüşəbənd mətbəxə görə 4025 manat, açıq eyvana görə 4200 manat, çardağa görə 3670,40 manat, daş hasara görə 3300 manat, torpaq sahəsi və meyvə ağaclarına görə 14883,90 manat) kompensasiya hesablanmış və 28.08.2012-ci il tarixli qarşılıqlı razılaşma protokolu ilə həmin məbləğ bank vasitəsilə iddiaçıya ödənilmişdir.
6. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, həyətində olan tövlənin sökülməsinə görə ona kompensasiya ödənilməsini xahiş etmiş, lakin cavabdeh 10.02.2020-ci il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, Qəbələ şəhəri - Hava Limanı yolunun yenidən qurulması zamanı iddiaçının həyətyanı sahəsinə ödənilən kompensasiya ona qanunamüvafiq qaydada bank vasitəsilə ödənilmişdir. İş üz rə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdehlər Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinə, Cavabdeh2nə və “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə qarşı “Hacıalılı Bələdiyyəsi tərəfindən əsassız satılmış 0,0148 ha torpaq sahəsi və bələdiyyə torpağı kimi qeyd olunmuş, əslində iddiaçıya məxsus 0,007839 ha torpaq sahələrinin qeyri-qanuni sahiblikdən geri alınaraq, iddiaçıya qaytarılması öhdəliyinin Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin və Cavabdeh2 üzərinə qoyulması və iddiaçıya məxsus 0,01116 ha torpaq sahəsində sökülmüş tövlənin əvəzi olaraq 20000 manat məbləğində maddi ziyanın cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə" 06.05.2020-ci il tarixli iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir.
8. İddiaçı məhkəməyə 09.07.2020-ci il tarixli başqa bir iddia ərizəsi göndərməklə iddiasını dəyişdirmişdir. Həmin iddia ərizəsində tələb cavabdehlər Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinə və Cavabdeh2nə qarşı verilmişdir və “Hacıalılı Bələdiyyəsi tərəfindən əsassız satılmış 0,0148 ha torpaq sahəsi və bələdiyyə torpağı kimi qeyd olunmuş, əslində iddiaçıya məxsus 0,007839 ha və iddiaçıya məxsus hasardan bayıra salınmış 0,0061 ha torpaq sahələri qeyri-qanuni sahibliyindən (yəni Arzu Manafovdan) geri alınaraq, iddiaçıya qaytarılması öhdəliyinin Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin və Cavabdeh2 üzərinə qoyulması və iddiaçıya məxsus 0,01116 ha torpaq sahəsində sökülmüş tövlənin əvəzi olaraq 20000 manat məbləğində maddi ziyanın cavabdehlərdən alınaraq iddiaçıya verilməsi”ndən ibarətdir.
9. Şəki İnzibati Məhkəməsinin 04.08.2020-ci il tarixli qərardadı ilə məhkəmənin icraatında olan 2-1(116)-1013/2020 nömrəli inzibati işdə birgə baxılan iki tələb üzrə icraat aşağıdakı ayrı-ayrı müstəqil icraata ayrılmışdır. 1) İddiaçının cavabdehlər Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinə və Cavabdeh2nə qarşı “Hacıalılı Bələdiyyəsi tərəfindən əsassız satılmış 0,0148 ha torpaq sahəsi və bələdiyyə torpağı kimi qeyd olunmuş, əslində iddiaçıya məxsus 0,007839 ha və iddiaçıya məxsus hasardan bayıra salınmış 0,0061 ha torpaq sahələri qeyri-qanuni sahibliyindən (yəni Arzu Manafovdan) geri alınaraq, iddiaçıya qaytarılması öhdəliyinin Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin və Cavabdeh2 üzərinə qoyulması” barədə, 2) İddiaçının cavabdehlər Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinə və Cavabdeh2nə qarşı “iddiaçıya məxsus 0,01116 ha torpaq sa həsində sökülmüş tövlənin əvəzi olaraq 20000 manat məbləğində maddi ziyanın cavabdehlər Qəbələ Rayon Hacıalılı Bələdiyyəsindən və Cavabdeh2ndən alınaraq iddiaçıya verilməsi” barədə.
10. Hazırkı iş yuxarıda göstərilən 2-ci işdir. İddiaçı 03.03.2021-ci ildə məhkəməyə ərizə verərək iddia tələbini dəqiqləşdirmiş və bildirmişdir ki, cavabdehlər Qəbələ Rayon Hacıalılı Bələdiyyəsindən və Cavabdeh2ndən tələb etdiyi 20000 manat məbləğində maddi ziyanın ödənilməsini yalnız Cavabdeh2ndən tələb edir, Qəbələ Rayon Hacıalılı Bələdiyyəsindən həmin maddi ziyanı tələb etmir.
11. Beləliklə, hazırkı iş iddiaçının cavabdehə qarşı sökülmüş tövlənin əvəzi olaraq 20000 manat məbləğində maddi ziyanın cavabdehdən alınaraq ona verilməsi barədə iddiası üzrədir.
12. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ona məxs us olan həyətyanı torpaq sahəsində yerləşən və dəyəri ödənilmiş tikililər söküldüyü zaman ona məxsus olan tövlə cavabdehin işçiləri tərəfindən qanunsuz olaraq sökülmüş və bununla da ona 20000 manat maddi ziyan vurulmuşdur.
13. Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin 24.08.2020-ci il tarixli etiraz məktubunda qeyd olunur ki, iddiaçıya məxsus tövlənin kimlərin tərəfindən sökülməsi haqqında məlumatı yoxdur.
14. Cavabdehin 24.08.2020-ci il tarixli etiraz məktubunda qeyd olunur ki, görülmüş işlərə dair tərtib olunan aktlarda iddiaçıya məxsus tövlə binasının sökülməsinə aid heç bir qeydiyyat yoxdur.
15. Birinci instansiya məhkəməsi 05.10.2020-ci il tarixli məktubu ilə iddiaçıya ona məxsus tövlənin Cavabdeh2 və Qəbələ Rayon Hacıalılı Bələdiyyəsi tərəfindən sökülməsini təsdiq edən sübutları məhkəm əyə təqdim etməsini təklif etmiş və iddiaçı həmin məktuba cavab olaraq məhkəməyə İddiaçı, Daşdiyev Mənsur və qeyriləri (cəmi 15 nəfər) tərəfindən imzalanmış 20.10.2020-ci il tarixli akt təqdim etmişdir. Həmin aktda deyilir ki, torpaq sahəsində olan tikililər sökülən zaman icra hakimiyyətinin nümayəndəsi Arif müəllimin başçılığı altında mal tövləsi də sökülmüşdür.
16. İddiaçı tövlənin sökülməsində Cavabdeh2 başçısının müavini X3, Cavabdeh2 başçısının Hacıalılı kəndi üzrə nümayəndəsi X9 və Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin sədri X11 iştirak etdiklərini bildirərək onların şahid qismində dindirilməsini xahiş etmiş və həmin vəsatət məhkəmə tərəfindən təmin edilmişdir.
17. Şahid qismində dəvət edilmiş X8 08.12.2020-ci ildə məhkəməyə gələrək yazılı izahat vermişdir. O, həmin izahatında bildir mişdir ki, iddiaçının tövləsinin sökülməsi ilə bağlı cavabdehin heç bir məlumatı yoxdur. Belə ki, X24 tikintisi vaxtı 22 km məsafədə bütün fərdi yaşayış evlərinin, həmçinin qeyri-yaşayış obyektlərinin dövlət layihəsinə düşməsi ilə əlaqədar Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən həyata keçirilmişdir. Bütün obyektlər qeydiyyata götürülmüş, sonradan Maliyyə Nazirliyi tərəfindən qiymətləndirilərək vətəndaşların pulları bank vasitəsilə ödənilmişdir. Həmçinin iddiaçının həyətindəki tikililər və torpaq qiymətləndirilərək 55.400 manat vəsait ödənilmişdir. Bu pula da vətəndaş 5 otaqlı yeni ev tikmişdir. Vətəndaşın qeyd etdiyi tövlənin sökülməsi barəsində vətəndaşa bir neçə dəfə izah olunmuşdur. İcra Hakimiyyəti və ya Bələdiyyə tikinti sökmür. Bundan başqa, müəyyən problemlərlə də bağlı vətən daşa bir neçə dəfə köməklik göstərilmişdir.
18. X5 ifadəsində göstərmişdir ki, o, iddiaçı ilə orta məktəbdə bir sinifdə oxumuş, onunla eyni kənddə yaşayır, onunla düşmənçiliyi, ədavəti yoxdur. O, 2005-ci ildən 20.08.2012-ci ilədək Cavabdeh2 başçısının Hacıalılı kəndi üzrə nümayəndəsi vəzifəsində işləmişdir. İddiaçının həyətindəki ev sökülmüşdür. Evi Azəravtoyol və Cavabdeh2 sökdürürdü. İcra Hakimiyyətindən X8 və memar sökdürürdülər. O özü evin söküldüyü zaman həmin yerdə olmuş, lakin işlə bağlı onu çağırdıqlarına görə o, çıxıb getmiş və tövlənin kim tərəfindən söküldüyünü görməmişdir.
19. X7 ifadəsində göstərmişdir ki, iddiaçını həmkəndli kimi tanıyır, onunla ədavəti və düşmənçiliyi yoxdur. O, 2005-2019-cu illərdə Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin sədri vəzifəsində işləmiş, 18.01.2021- ci ildən etibarən yenə həmin vəzifədə işləyir. O, iddiaçıya məxsus evin sökülməsinin şahidi olsa da, həmin vaxt tövlənin sökülməsini xatırlamır.
20. Şəki İnzibati Məhkəməsinin (hakim X18, 2-1(116)-158/2021 saylı iş) 3 mart 2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.
21. Birinci instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, iddiaçının dəvət etdiyi şahidlər iddiaçıya məxsus olan tövlənin cavabdeh tərəfindən sökülməsini təsdiq etməmişlər. İddiaçı məhkəməyə ona cavabdeh tərəfindən maddi ziyan vurulmasını təsdiq edən başqa sübut da təqdim edə bilməmişdir.
22. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
23. Şəki İnzibati Məhkəməsinin mövqe yi ilə razılaşan Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X19-məruzəçi, X10 və X20, 2-1(107)- 243/2021 saylı iş) 24 may 2021-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 3 mart 2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
24. Cavabdeh 4 iyun 2021-ci il tarixdə qərarın surətini almış, 2 iyul 2021-ci il tarixdə kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
25. İddiaçının mülkiyyətində qalan 0,01116 ha torpaq sahəsində cavabdeh tərəfindən dağıdılmı ş tövlənin kompensasiyası ödənilməmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi iddiaçının məktubuna cavab olaraq, tövlənin agentlik tərəfindən həyata keçirilmiş “Qəbələ-Ağdaş avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində sökülmədiyini bildirilmişdir. Həmin layihəyə düşmədiyi halda iddiaçıya məxsus tövləni sökdürən cavabdeh olmuşdur ki, həmin faktı təsdiq edəcək şahidlər də vardır.
26. Xüsusi mülkiyyət dövlət tərəfindən qorunur və müdafiə olunur. İddiaçı məhkəmələrin diqqətinə həmin məsələni çatdırsa da və bu işin mübahisəsiz halı olduğu təqdirdə məhkəmələr işin qeyd olunan hallarına heç bir hüquqi qiymət verməmiş, işin göstərilən hallarını nəzərə almamış və cavabdehin mənafeyi mövqeyindən çıxış edərək, həmin mövqeyi müdafiə edərək iddianı təmin etməmişlər. İddiaçı hesab edir ki, göstərilən bu hal üzrə məhkəmələr düzgün araşdırma aparmadığı və maddi, prosessual hüquq normalarını düzgün təfsir etmədiyi üçün qərarlar ləğv olunmalıdır.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hüquqi müəyyənlik prinsipi Konstitusiyanın Preambulasında əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanınır. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya, məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-cİ il tarixli Qərarları)
28. Şikayətin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 21.1, 1096.1, 1097.1, 1100, 1115-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
30. İddiaçı teleqram göndərərək qolu sındığına görə məhkəmə kollegiyasının iclasına gələ bilmədiyini bildirmişdir.
31. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasınd a iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 32. “İnzibati icraat haqqında” Qanun: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
33. Mülki Məcəllə: Mad də 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Maddə
211. Mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsi zliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur (1115-ci maddə). 34. “İnsan hüquqlarının və ya əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc ist ifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
35. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəll ənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icra at zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-). 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı q ətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
36. Kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Kasasiya məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. İşin hallarından gör ünür ki, iddiaçının mülkiyyətində Qəbələ rayonu Hacıalılı kəndində 0,16 ha torpaq sahəsi və onun üzərində yerləşən 71,1 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi olmuş, 21.01.2012-ci il tarixli “Daşınmaz əmlakın texniki pasportu”na əsasən torpaq sahəsində yaşayış evindən başqa, tövlə, quraqlıq, ayaqyolu, darvaza, hasar, hasar (metal tor) da olmuşdur. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən “Qəbələ-Ağdaş avtomobil yolunun tikintisi” layihəsi həyata keçirilərkən məlum olmuşdur ki, sözügedən layihə çərçivəsində iddiaçının mərhum anası X2 məxsus yaşayış evi və torpaq sahəsi yolun tikintisi altına düşdüyündən kompensasiya hesablanmış və iddiaçıya ödənilmişdir.
39. İddiaçı bildirir ki, həyətində olan tövlə də cavabdeh tərəfindən söküldüyündən tövləyə görə ona kompensasiya ödə nilməlidir. Mülkiyyətində qalan 0,16 ha torpaq sahəsində cavabdeh tərəfindən dağıdılmış tövlənin kompensasiyası bu günə kimi ödənilməmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məktubuna cavab olaraq tövlənin agentlik tərəfindən həyata keçirilmiş “Qəbələ-Ağdaş avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində sökülmədiyini bildirmişdir. Həmin layihəyə düşmədiyi halda tövləni sökdürən Cavabdeh2 (müavin Arif m.) olmuşdur ki, həmin faktı təsdiq edəcək şahidlər də vardır.
40. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
41. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ona məxsus olan həyətyanı torpaq sahəsində yerləşən və dəyəri ödənilmiş tikililər söküldüyü zaman ona məxsus olan tövlə cavabdehin işçiləri tərəfindən qanunsuz olaraq sökülmüş və bununla da ona maddi ziyan vurulmuşdur.
42. Cavabdeh iddiaya qarşı 24.08.2020-ci il tarixli 2/1507/315 nömrəli etirazında bildirmişdir ki, görülmüş işlərə dair tərtib olunan aktlarda iddiaçıya məxsus tövlə binasının sökülməsinə aid heç bir qeydiyyat yoxdur.
43. İddiaçının tələbinin faktiki əsasını şahidlərin verəcəyi ifadələr təşkil edir.
44. İddiaçı tövlənin sökülməsində Cavabdeh2 başçısının müavini X8, Cavabdeh2 başçısının Hacıalılı kəndi üzrə nümayəndəsi X13 və Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin sədri X11 iştirak etdiklərini bildirərək onların şahid qismində dindirilməsini xahiş etmiş və həmin vəsatət məhkəmə tərəfindən təmin edilmişdir.
45. Şahid qismində dəvət edilmiş X8 08.12.2020-ci ildə məhkəməyə gələrək yazılı izahat vermişdir. O, izahatında bildirmişdir ki, iddiaçının tövləsi nin sökülməsi ilə bağlı Cavabdeh2 heç bir məlumatı yoxdur.
46. X5 məhkəmə iclasında bildirmişdir ki, 2005-ci ildən 20.08.2012-ci ilədək Cavabdeh2 başçısının Hacıalılı kəndi üzrə nümayəndəsi vəzifəsində işləmişdir. İddiaçının həyətindəki ev sökülmüşdür, tövlənin kim tərəfindən söküldüyünü görməmişdir.
47. X7 ifadəsində bildirmişdir ki, 2005-2019-cu illərdə Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin sədri vəzifəsində işləmiş, 18.01.2021-ci ildən etibarən yenə həmin vəzifədə işləyir. O, iddiaçıya məxsus evin sökülməsinin şahidi olsa da, həmin vaxt tövlənin sökülməsini xatırlamır.
48. İddiaçının adlarını çəkdiyi şəxslər ona məxsus olan tövlənin cavabdeh tərəfindən sökülməsini təsdiq etməmişlər. İddiaçı məhkəməyə ona cavabdeh tərəfindən maddi ziyan vurulmasını təsdiq edən başqa sübut təqdim edə bilm əmişdir.
49. Apelyasiya instansiyası məhkəməsinin araşdırması ilə iddiaçıya məxsus tövlənin cavabdehin əməkdaşları tərəfindən sökülməsi sübut olunmamışdır.
50. Cavabdehdən zərərin ödənilməsinin tələb edilməsi üçün əsas şərtlərdən biri inzibati orqanın təqsirli və hüquqazidd hərəkətinin törədilməsini müəyyən etməkdir. Zərərin əvəzinin ödənilməsi tələbinin delikt hüququndan irəli gələ bilməsi üçün mütləq cavabdehin hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl törətməsi tələb olunur. Yuxarıda da qeyd olunduğu kimi iddiaçıya məxsus tövlənin sökülməsi ilə bağlı 20.000 manatlıq ziyanda cavabdehin iştirakı sübuta yetirilmədiyindən müvafiq olaraq o, həmin məbləğə görə təqsirli şəxs kimi qəbul edilə b ilməz. Beləliklə, iddiaçının ona dəymiş maddi ziyanın cavabdeh tərəfindən ödənilməli olduğuna dair iddia tələbinin qanuni əsasının (Mülki Məcəllənin 1096-cı maddəsinin) dispozisiyası şərtləri mövcud olmadığından həmin əsasın hüquqi nəticəsi də yaranmamışdır.
51. Cavabdehin təqsirli, hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır.
52. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkət, yaxud hərəkətsizliyi nəticəsində vurulması, iddiaçının hüquqi vəziyyətinin cavabdehin öz vəz ifəsini yerinə yetirməməsi ilə pisləşmiş olması, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübut olunmur.
53. Bəhs olunanlara əsasən kasasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur.
54. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
55. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-243/2021 saylı, 24 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.