Məhkəmə qərarları › İş №2-1(102)-1555/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1555/2023

14.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1555/2023 14.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Təhsildə X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasını n 10 mart 2023-cü il tarixli, 2-1(103)-1131/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 2004-cü ildə Bakıda fəaliyyət göstərən Rusiya Dövlət Sosial Universitetinə (maliyyə və kredit) daxil olmuş, 2009-cu ildə oranı bitirmişdir. Həmin ildə Universitet tərəfindən təhsil ocağını bitirməsi haqqında iddiaçıya diplom verilmişdir.

2. İddiaçı diplomun tanınması üçün cavabdehə müraciət etmişdir.

3. Cavabdeh müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, iddiaçı tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında Rusiya Federasiyasında (təhsil aldığı xarici ölkədə) ümumiyyətlə olmadığından diploma əlavədə qeyd olunan tədris yükünü yerinə y etirməsi qeyri-mümkündür. Cavabdeh imtinanın hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydalarının 3.7-ci bəndinə istinad etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 5 aprel 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin imtinasının əsassız sayılması və diplom üzrə ixtisasın tanıması və ekvivalentlik şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1997-ci ildən bu günədək, yəni 25 ilə yaxın bir müddətdə ixtisası üzrə bank sektorunda, müxtəlif mötəbər təşkilatlarda çalışmış, bilik, bacarıq, təcrübəsi ilə həm işlədiyi qurumların etimadını qazanmış, həm də öz peşə bacarığını, təcrübəsini artıraraq vəzifələrdə irəli çəkilmişdir. O, 2002-ci il sentyabrın 22-də Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında təhsil sahəsində bağlanmış Əməkdaşlıq protokolu və Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında təhsil sənədləri, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması haqqında Sazişi, ölkə başçısının təhsil sahəsində apardığı uğurlu, köklü islahatlar nəticəsində ali məktəblərdə yaranan şəffaf mühiti nəzərə alaraq, 2004-cü ildə Bakıda fəaliyyət göstərən Rusiya Dövlət Sosial Universitetinə (maliyyə və kredit) daxil olmuş, 2009-cu ildə oranı bitirmişdir. Həmin ildə Universitet tərəfindən təhsil ocağını bitirməsi haqqında iddiaçıya diplom verilmişdir (Protokol №20, xx.xx.2009-cu il). 6. 2011-ci ildə həmin Universitetin adı dəyişdirilərək Rusiya Dövlət Sosial Universiteti adlandırılmışdır.

7. İddiaçı həm Kollec, həm də Universitet diplomu ilə öz əmək fəaliyyətini davam etdirmiş, işində əldə etdiyi bilik, bacarıq, təcrübəsi ilə müəyyən uğurlar qazanmışdır. 8. 2 il öncə xarici dövlət tərəfindən verilmiş diplomların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) Qaydaları»na əsasən Təhsildə Keyfiyyət Təminatı Agentliy i tərəfindən təsdiq edilməsinin zəruriliyini bildikdən sonra o, Agentliyə müraciət etmiş və müəyyən olunmuş bütün prosedurlardan, o cümlədən, yazılı və şifahi müsahibələrdən müvəffəqiyyətlə keçmişdir. Diplomumun apostil olunması üçün isə, 2019-cu ildə Moskva Şəhər Təhsil və Elm Departamentinə müraciət etmişdir. 3 – 4 ay ərzində ciddi araşdırmalar apararaq iddiaçının həqiqətən də qeyd olunan Universitetdə təhsil almasını, eləcə də, təhsil ocağını bitirməsi haqqında ona diplom verilməsi faktını müəyyən etdikdən sonra diploma 2019-cu il noyabr ayının 7- də həmin Departament tərəfindən apostil vurulmuşdur. Departamentlə razılıq əsasında Universitet rəhbərliyi həmin təhsil ocağının adı 2011-ci ildə dəyişdirildiyindən, gələcəkdə problemlə üzləşməmək, çətinliklər yaşamamaq üçün iddiaçıya 2009-cu ildə Bakıda təqdim olunmuş köhnə diplom əvəzinə yeni diplom – dublikat verilmişdir (Rusiya Federasiyası Dövlət Sosial Universiteti mütəxəssis diplomu № 107724 11778851, qeydiyyat nömrəsi 1266, verilmə tarixi 27 sentyabr 2019-cu il). Bununla belə, iddiaçıya diplomun Universitetin 2009-cu il 20 fevral tarixli 20 nömrəli protokoluna əsasən verilməsi də diplomda öz əksini tapmışdır. Lakin Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (noştrifikasiyası) Qaydaları»nın 3.7-ci bəndi əsas götürülərək, iddiaçının təhsil illərində heç bir zaman Rusiya Federasiyasında (təhsil aldığı xarici ölkədə) olmaması və bununla da diploma əlavədə qeyd olunan tədris yükünü guya yerinə yetirməsinin qeyri-mümk ünlüyü səbəbindən diplom üzrə ixtisasın tanınması və ekvivalentlik şəhadətnaməsinin verilməsinə dair müraciətinə cavab olaraq 11 fevral 2021-ci il tarixdə imtina qərarı qəbul olunmuşdur.

9. Yuxarıda adıçəkilən Qaydaların 3.7-ci bəndində diplom üzrə ixtisasın tanınması və ekvivalentlik şəhadətnaməsinin verilməsi üçün təhsil aldığın xarici ölkədə olmaqla bağlı hər hansı bir müddəa mövcud deyil. Digər tərəfdən, bir daha vurğulanmalıdır ki, o, Rusiya Federasiyasında deyil, Rusiya Federasiyası Dövlət Sosial Universitetinin Bakıda fəaliyyət göstərən filialında təhsil almışdır. Bunun üçün vaxtilə Moskvaya getməsi ilə bağlı hər hansı bir ehtiyac olmamışdır. Bunu, onunla bir yerdə təhsil alan tələbə yoldaşları da təsdiq edə bilər.

10. İddiaçı hesab edir ki, diplomun ölkədə tanınması üçün xarici uni versitetin (Rusiya Dövlət Sosial Universiteti) Bakı filialında təhsil alan tələbədən tədris yükünün guya yerinə yetirilməsinin qeyri-mümkünlüyü və onun xaricdə ümumiyyətlə olmamasını əsas kimi göstərmək absurd məsələdir, heç bir məntiqə sığmır. Eyni zamanda, vurğulamaq yerinə düşər ki, Universitetdə təhsil zamanı iddiaçının tədris yükünü nə dərəcədə yerinə yetirməsi, tədris olunan fənlərin hansı səviyyədə mənimsəməsi məsələsinə qiymət verilməsi cavabdehin deyil, təhsil aldığı müəssisənin (orada fəaliyyət göstərmiş Dövlət İmtahan Komissiyasının) səlahiyyətlərinə aiddir və iddiaçı bu mərhələni artıq 12 il öncə başa vurmuşdur.

11. «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (noştrifikasiyası) Qaydaları»nın 2.3-cü bəndində ali təhsil sahəsində ixtisasların tanınması üçün yalnız aşağıda qeyd edilənlərin olmasının zəruriliyi barədə deyilir: Ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması; Təhsil sahəsində ixtisasların tanınmasının Azərbaycan Respublikasının beynəlxalq müqavilələrdə nəzərdə tutulması. Bu da, öz növbəsində diplomun tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 2 mart 2021-ci il tarixli Ə-43/03-TKTA qeydiyyat nömrəli imtina məktubunun Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiqlənmiş Qaydalara zidd olmasına, eləcə də cavab məktubunun heç bir hüquqi əsasının olmamasına dəlalət edir.

12. Bundan əlavə, iddiaçı Rusiya Dövlət Sosial Universitetinin Bakı filialında təhsil almışdır. Yəni, filial Moskvada və ya Rusiya Federasiyasının digər şəhərlərində yox, məhz Bakı şəhərində (Təhsil Nazirliyinin yaxınlığında) fəaliyyət göstərmişdir. Bu isə o deməkdir ki, təhsil müddəti ərzində ölkə sərhədini keçməyə belə ehtiyac, heç bir zərurət olmamışdır.

13. İddiaçı hesab edir ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin bu formal, əsaslandırılmamış imtina qərarı bir qayda olaraq, məntiqsiz, ədalətsiz, əsassız olduğu üçün ləğv edilməlidir. Əslində, cavabdeh bu hərəkətləri ilə onun hüquqlarını, Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin İ hissəsində təsbit olunmuş təhsil almaq hüququnu pozmuş, onu xəyal qırıqlığına uğratmış, ona mənəvi zərbə vurmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin 2-ci hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə zəmanət verir.

14. Qeyd edilən təhsil ocağı heç də Rusiya Federasiyasının hansısa ucqar əyalətindəki özəl Universitetlərdən biri deyil, məhz Rusiya Federasiyasının paytaxtında, Moskva şəhərində aparıcı dünya dövlətlərinin mötəbər ali təhsil ocaqlarının tanıdığı və əməkdaşlıq etdiyi nüfuzlu, mötəbər bir Universitetdir. Məhz, bu səbəbdən Bakı şəhərində onun filialı açılmışdır. Həm də Təhsildə Keyfiyyət Təminatı Agentliyinin imtina üçün istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli qərarının qəbul olunduğu bir vaxtda. Nüfuz etibarı ilə bu, Azərbaycanda fəaliyyət göstərən özəl universitetlərlə müqayisə olunmayacaq dərəcədə mötəbər təhsil ocağı kimi tanımır. İddiaçıya həmin Universitet tərəfindən verilən diplom dünyanın böyük dövlətlərindən olan Rusiya Federasiyasının bütün nöqtələrində, eləcə də, əksər d ünya dövlətlərində keçərli olduğu təqdirdə, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin həmin diplomu tanımaqdan imtina etməsi nə dərəcədə doğru, ədalətlidir. Onların bu hərəkəti yalnız təəccüb, təəssüf, gülüş doğurur. İddiaçı iki ilə yaxındır Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də öz ixtisası üzrə çalışır və istəyir ki, gələcəkdə iş fəaliyyətində müəyyən uğurları, irəliləyişləri olsun. Lakin Təhsildə Keyfiyyət Təminatı Agentliyi bu imtina qərarı ilə onun bütün arzularının, gələcək perspektivlərinin üstündən xətt çəkir. Hərçənd, istər Bakıda kollecdə, istərsə də Universitetdə aldığı biliklər, həyat yolları da ona gərəkli olub. Lakin 25 ildə təcrübədə qazandığı biliklər isə qat-qat üstün olmuşdur. Belə bir vəziyyətdə, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin diplomu tanımaqdan imtin a etməsi onun bilik və bacarığıma kölgə salmaqdan başqa bir şey deyildir. Azərbaycan Dövləti Rusiya Federasiyasının ali məktəblərində azərbaycanlıların təhsil almalarına daim böyük diqqət yetirir, lazımı şərait yaradır. Məhz bu məqsədlə ölkə başçısının şəxsi təşəbbüsü ilə Bakıda M. Lomonosov adına Moskva Dövlət Universiteti və Seçenev adına X2 Universitetinin filialları açılmışdır. İddiaçı da zamanında Rusiya Dövlət Sosial Universitetinin Bakıdakı filialında təhsil almışdır. Bu onun haqqıdır, uzun illər ərzində çəkdiyi zəhmətin bəhrəsidir. Bu haqqı, bu zəhmətini heç kim onun əlindən ala bilməz, bu yolverilməzdir. İddiaçı qanuni olaraq, Universitetin bütün tələblərinə, dərs proqramlarına, tədris normativlərinə və yükünə uyğun təhsil almış, Dövlət İmtahan Komissiyasının qərarına əsasən müvaf iq diploma yiyələnmişdir. Bu diplom Rusiya Federasiyası kimi tarixi ənənələri olan dövlətin aparıcı və tanınmış Universiteti, eləcə də Moskva Şəhər Təhsil və Elm Departamenti tərəfindən tanınmış, təsdiq olunmuş, apostilizasiyadan keçmişdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin bu qanuni diplomu tanımaqdan imtina etməsi isə heç bir məntiqə, ədalətə, vicdana sığmır. Cavabdehin etirazları:

15. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, Agentlik İddiaçı müraciətinə baxaraq, həmin ölkədə ümumiyyətlə olmadığından onun diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkün olduğu və aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığı üçün ona müvafiq sənədin verilməsindən cavab məktubu ilə imtina etmişdir. Hesab olu nur ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, təqdim edilmiş diplom üzrə ixtisasının «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»na uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçı ərizəsində sözügedən təhsil müəssisəsinin Bakı filialında təhsil aldığını qeyd etmişdir. Lakin onun nə diplomunda, nə də ki diploma əlavəsində, o cümlədən hər hansı digər rəsmi sənəddə (məs: arayış və s.) onun Bakı filialında təhsil alması faktı öz əksini tapmamışdır. İddiaçının sərhəd məlumatlarının yoxlanılması zamanı isə tədris müddətində Rusiya Federasiyasında ümumən olmadığı məlum olmuşdur. Bu səbəbdən də həmin ölkə ərazisində olmadan tədris yükünün mənimsənilməsi qeyri-mümkün hesab edilmişdir.

16. İddia ərizəsində qeyd edilən iddiaçının Bakı filialında təhsil almasına münasibətdə bildirilir ki, sözügedən filial Azərbaycan Respublikasında fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmədən – qanunsuz olaraq fəaliyyət göstərmişdir. Həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar»ın 1.5-ci bəndinə əsasən xarici hüquqi və fiziki şəxslər, habelə xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri öz öhdəliklərində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş o lmadığı halda, həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar. Eyni zamanda, həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 1997-ci il tarixli 637 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı»na əsasən ali və orta ixtisas təhsil müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlimtərbiyə müəssisələrinin fəaliyyəti lisenziya tələb olunan fəaliyyətlər sırasında yer almışdır. Bundan əlavə, Azərbaycan Respublikasının da qoşulduğu «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Lissabon Konvensiyanın, habelə Xarici kvalifikasiyaların qiymətləndirilməsi meyarları və prosedurlarına dair yenidən işlənilmiş Tövsiyələrin V hissəsinə (qiymətləndirmə meyarları), «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Lissabon Konvensiyanın tətbiqinə dair qəbul edilmiş «Avropa regionu üzrə tanınma Təlimatı»nın 3-cü hissəsinə əsasən qeyd olunur ki, tanınma proseduru zamanı xarici ali təhsil ixtisasının əldə edildiyi ali təhsil müəssisəsinin statusu məsələsinə diqqət yetirilməli, yəni həmin müəssisənin qanunvericiliyin tələblərin uyğun olaraq fəaliyyət göstərməsi, o cümlədən, akkreditasiyasının və lisenziyasının olubolmaması nəzərə alınmalıdır. «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın müddəaları nəzərə alınaraq, iddiaçıya məxsus olan diplomun tanınmasına heç bir hüquqi əsas olmadığından onun iddia tələ bi rədd edilməlidir. Göstərilənlərə əsaslanaraq, məhkəmədən iddianın təmin edilməməsi barədə qərar çıxarılması xahiş olunur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

17. Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2-1(112)-811/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

18. Məhkəmə qeyd etmişdir ki, iddiaçı X3 Universitetinin Bakı filialında 2004 – 2009cu illərdə təhsil alsa da, həmin filial təhsil müəssisəsi kimi nə dövlət qeydiyyatı, nə də müvafiq lisenziya alması barədə aidiyyəti orqanlarda məlumatlar aşkar edilməmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi iddiaçının həmin təhsil müəssisəsi tərəfindən verilmiş diplom üzrə ixtisasının Azərbaycan Respublikası ərazisində tanınmasından imtina etməkdə haqlı olmuşdur və bu imtina qanuna zidd qiymətləndirilə bilməz.

19. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2023-cü il tarixli, 2-1(103)-1131/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2-1(112)-811/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

22. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh Rusiya Dövlət Sosial Universiteti tərəfindən iddiaçıya verilən diplomu, ona Moskva şəhər Elm və Təhsil departamenti tərəfindən vurulmuş apostili tanımamaqla, qüvvədə olan Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıq]) tanınması sahəsində əməkdaşlıq haqqında imzalanmış 23 sentyabr 2022-ci il tarixli sazişin birinci maddəsini və Rusiya Federasiyası hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında mədəniyyət və elmi əməkdaşlığa dair 6 iyun 1995-ci il tarixli sazişin 21-ci maddəsini kobud surətdə pozmuşdur. Çünki, Sazişlərə görə onun müddəaları Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri, onların tanınmasını əhatə edir. Sazişlərin tələblərinə əsasən, aldığım təhsilin yalnız müddətinə və məzmununa dair dəlilər nəzərə alınmalıdır.

24. Belə ki, Sazişin tərəfi olan dövlət məzuna verdiyi diplomla onun ali təhsil proqramını uğurla başa vurduğunu təsdiq etmişdir (Qaydaların 1.2-ci bəndi).

25. Həmin normaların tələbləri cavabdeh inzibati orqan və inzibati məhkəməsi tərəfindən nəzərə alınmamışdır. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin tanınmasından imtinanın, buradan, hazırkı məzmunda iddianın rədd edilməsinin qeyri-şərtsiz (sazişlərdə və təhsil qanunv ericiliyində təsdiq olunmuş digər tələblər nəzərə alınmadan) əsası kimi çıxış edilə bilməz.

26. Digər tərəfdən, iddiaçı Bakıda qiyabi formada təhsil almış, bu faktı ona verilmiş diplom, diploma əlavə və Rusiya Dövlət Sosial Universiteti tərəfindən verilmiş 4 rəsmi məktub (arayış) təsdiq edir. Bu da onu göstərir ki, iddiaçı bütün təhsil müddəti ərzində bütün semestrlərdə imtahan sessiyalarında bilavasitə iştirak etmiş, tələbə qrupları ilə birgə Dövlət imtahan komissiyası (RDSU tərəfindən təşkil olunmuş və həmin Universitetin professor-müəllim heyətinin iştirakı ilə) qarşısında yekun Dövlət imtahanı vermişdir. Komissiyanın qərarına əsasən, iddiaçıya “Maliyyə və kredit” ixtisası üzrə “iqtisadçı” ixtisası verilmişdir.

27. İddiaçı 25 ildən çox maliyyə və iqtisad sahəsində çalışmış, 2009-cu ildə n etibarən, qeyd edilən diplomla dövlət və qeyri-dövlət strukturlarında müxtəlif məsul və rəhbər vəzifələrdə, o cümlədən, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin də maliyyə departamentində çalışmışdır. Yəni, diplom artıq bu müddət ərzində faktiki olaraq tanınmışdır. Təəssüf ki, məhkəmə bu faktı da nəzərə almamışdır.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"nın 1.6-cı bəndinin üçüncü abzasında deyilir ki, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiz a keçirilmədən verilir.

29. Göründüyü kimi, cavabdeh “Qaydalar”ın və “Saziş”in qeyd olunan normalarını da pozmuşdur. Məhkəmə bunu da nəzərə almamışdır.

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(102)-882/2023 saylı qərarında analoji olaraq mübahisə təhlil edilmiş və vətəndaşın xeyrinə qərar qəbul olunmuşdur İddiaçı hesab edir ki, həmin təcrübə ona də tətbiq edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

32. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyə t kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə müba hisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxl aya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

33. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

34. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

36. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, Rusiya Dövlət Sosial Universitetinin Bakı filialının təhsil müəssisəsi kimi nə dövlət qeydiyyatı, nə də müvafiq lisenziya alması barədə aidiyyəti orqanlarda məlumatlar aşkar edilmədiyindən, cavabdeh tərəfindən iddiaçının müraciəti təmin olunmamış və birinci instansiya məhkəməsi də haqlı olaraq iddianın təmin edilməməsi barədə yekun nəticəyə gəlmişdir.

37. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bu qənaətlə bağlı əsaslandırmasını İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir.

38. İddiaçının kassasiya şikayətinin əsas dəlili onda n ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)882/2023 saylı qərarında analoji mübahisə təhlil edilmiş və vətəndaşın xeyrinə qərar qəbul olunmuşdur. İddiaçı hesab edir ki, həmin təcrübə ona da tətbiq edilməlidir.

39. Qeyd edilməlidir ki, həmin iş üzrə kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə “...qeyd edilən Universitetin Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi dövrdə mövcud olmuş və hazırkı qanunvericilikdə, Rusiya Federasiyasında qeydiyyata alınmış ali təhsil müəssisəsinin Azərbaycan Respublikasında fəaliyyət göstərməsi üçün lisenziya tələbi nəzərdə tutulmamışdır”.

40. Məhkəmə kollegiyası həmin qərarında, həmçinin qeyd etmişdir ki, “...Təhsildə Keyfiyyət Agentliyinin məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli 00-05-333/TKTA və 00-05-334/ TKTA nömrəli məktublarından görünür ki,...Rusiya Federasiyasının Rusiya Dövlət Sosial Universitetindən (keçmiş adı Moskva Dövlət Sosial Universiteti) 2006-cı ilədək məzun olmuş və əldə etdiyi xarici ali təhsil ixtisasının tanınması məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmiş 56 ərizəçinin xarici ali təhsil ixtisası ölkə ərazisində tanınmış və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi barədə qərar qəbul edilmişdir.”.

41. Bundan başqa, həmin qərarda, həmçinin qeyd edilir ki, “...Universitetin Bakıdakı fəaliyyəti filial deyil, səyyar sessiyalar formasında həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.1999-cu il tarixli xx-xx-1841/16 saylı məktubundan görünür ki, Moskva Dövlət Sosial Universi tetində qiyabi təhsil alan tələbələrin, Universitetin Bakıda yerləşən tədris-məsləhət məntəqəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar səyyar sessiyalarının müvəqqəti olaraq "Bilik" Elm-Sosial Mərkəzinin (işdə olan vergi orqanının arayışına əsasən həmin Mərkəz 1998-ci ildə dövlət qeydiyyatına alınmışdır) nəzdində təşkil edilməsi barədə məlumat nəzərə alınmışdır. Səyyar sessiya isə filialdan fərqli olaraq mahiyyətinə görə fəaliyyət göstərdiyi ölkənin tənzimləyici müdaxiləsini tələb etməyən bir formadır.”.

42. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən iddiaçı ilə eyni təhsil müəssisəsində, eyni vaxtda və eyni qaydada təhsil almış digər şəxslərin diplom üzrə ixtisasının ölkə ərazisində tanınıb-tanınmamasına dair, habelə analoji iş üzrə Ali Məhkəmənin İnzibat i Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-882/2023 saylı qərarında ifadə edilmiş hüquqi mövqe nəzərə alınmaqla araşdırma aparmamışdır.

43. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2, 58.7, 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.

44. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

45. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməs inin İnzibati Kollegiyasının 10 mart 2023-cü il tarixli,, 21(103)-1131/2023 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar