Məhkəmə qərarları › İş №2-1(102)-1556/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1556/2019

30.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1556/2019 30.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı MMC Azərbaycan Respublikası Vergilər Nazirliyinə və Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, cavabdehlərin vəkili oğlunun, nümayəndələri qızının və oğlunun iştirakı ilə İddiaçı MMC-nin cavabdehlər Azərbaycan Respublikası Vergilər Nazir liyinə və Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı ƏDV depozit hesabına qoyulan məhdudiyyətin aradan qaldırılması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-633/2019 saylı iş üzrə 15 fevral 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 30 may 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MMC cavabdehlər Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlerə İddiaçı MMC-nin ƏDV depozit hesabına elektron qaydada bl ok, məhdudıyyət qoyulmasının qadağan edilməsi və cavabdehlərdən ƏDV depozit hesabına elektron qaydada qoyulmuş blok, məhdudiyyətə görə dəymiş ziyanın əvəzi olaraq 50000 (əlli min) manat pulun tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı həmçinin müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizə verərək iş üzrə mübahisə məhkəmə qaydasında həll edilənə (yekun qərar qanuni qüvvəyə minənə) qədər cavabdeh AR Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə İddiaçı MMCnin ƏDV depozit hesabına elektron qaydada qoyulmuş blok, məhdudiyyətin aradan qaldırılması vəzifəsinin həvalə edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-5094/2018 saylı, 24 dekabr 2018-ci il tarixli qərardadı (hakim - R.L.Kərimli) ilə ərizə təmin edilərək iş üzrə yekun məhkəmə qərarı qəbul edilib qanuni qüvvəyə minənədək iddiaçının ƏDV depozit hesabına elektron qaydada qoyulmuş blok, məhdudiyyətin aradan qaldırılması cavabdehə həvalə edilmişdir. Qərardaddan narazı qalan hər iki cavabdeh tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-633/2019 saylı, 15 fevral 2019-cu il tarixli qərardadı (sədrlik edən və məruzəçi hakim – S.S.Seyidova, hakimlər İ.B.Əhmədov və V.M.Məmmədov) ilə apellyasiya şikayətləri təmin edilərək 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-5094/2018 saylı, 24.12.2018-ci il tarixli qərardadı ləğv olunmaqla İddiaçı MMC-nin qanuni təmsilçisi X1 tərəfindən verilm iş müvəqqəti xarakterli müdafiə haqqında ərizə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə münasibətdə təmin edilməmiş, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə münasibətdə isə mümkün sayılmamışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 fevral 2019-cu il tarixli qərardadının ləğv edilməsi və ərizənin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsinin qərardadı əsassız olduğundan, eləcə də maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarıldığından ləğv edilməlidir. Belə ki, cavabdehlər tərəfindən ƏDV depozit hesabına elektron qaydada qoyulmuş texniki məhdudiyyət və ya blok iddiaçın ın mülkiyyət hüquqlarına birbaşa müdaxilə təşkil edir. Cavabdeh bu hallara əvvəllər də yol vermiş, lakin şifahi şəkildə edilmiş şikayət və müraciətlərdən sonra məhdudiyyəti aradan qaldırmışdır. Sonuncu dəfə 07 dekabr 2018-ci il tarixdə ƏDV depozit hesabından istifadə məhdudlaşdırılandan sonra edilmiş şikayətlər heç bir nəticə verməmişdir. Bakı Apellyasiya Məhkəməsi öz qərardadında qeyd edib ki, iddiaçı ƏDV Depozit hesabına qoyulan məhdudiyyətin nədən ibarət olduğunu sübut edə bilməmişdir.Halbuki, iddiaçı tərəfin prosesdə iştirakı təmin edilmədiyindən bu barədə sübutu (ƏDV Depozit hesabımıza qoyulan məhdudiyyəti əks etdirən videoçəkilişi) təqdim etmək imkanından məhrum edilmişlər. Nəticədə isə işə baxarkən çəkişmə prinsipi pozulmuşdur. İddiaçı tərəf məhkəmədə iştirak etməmiş, məhkəmənin d iqqətinə öz mülahizə və dəlillərini çatdıra bilməmişdir. Halbuki, İnzibati Prosessual Məcəllənin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. Eyni zamanda, məhkəmə iddiaçı tərəfə İPM-in 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardım göstərməklə, müvəqqəti xarakterli müdafiə tədbirini zəruri edən hərəkətlərin nədən ibarət olduğunu düzgün müəyyən etməyə, habelə natamam faktiki məlumatların tamamlanmasına, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasına yardım etməli, yaxud düzgün iddia qaldırmağı təklif etməli idi. Bununla bağlı məhkəmə tərəfindən heç bir belə təklif və hüquqi yardım olmadan, birtərəfli qərardad qəbul edilmişdir. Tərəflərin i zahatları Məhkəmə iclasında cavabdehlərin vəkili və nümayəndələri kassasiya şikayətinin təmin edilmədən, qanuni və əsaslı olduğu üçün apellyasiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı tərəf məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mü bahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, İnzibati Prosessual Məcəllənin 11.2-ci maddəsinə görə məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Həmin Məcəllənin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 16-cı maddəsinə görə məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Həmin Məcəllənin 62-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə proses iştirakçılarını şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Məhkəmə bildirişi şifahi məhkəmə baxışı ilə bağlı iclasın təyin edildiyi tarixə (günə) ən azı 10 gün qalmış proses iştirakçılarına təqdim edilməlidir. Xüsusilə təcili hallarda sədrlik edən hakim həmin müddəti azalda bilər. Məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. Həmin Məcəllənin 87.1-ci maddəsinə görə isə apellyasiya instansiyası məhkəməsi daxil olmuş şikayətin surətini digər proses iştirakçılarına göndərir, proses iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır, qərarın qəbul edilməsi üçün zəruri olan digər müvafiq tədbirləri görür. Kollegiya qeyd edir ki, apellyasiya məhkəməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərini pozmaqla iddiaçı tərəfi məhkəmə iclasının yeri və vaxtı b arədə lazımi qaydada məlumatlandırmadan işə baxmışdır. Belə ki, iş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən 15 fevral 2019-cu il tarixə təyin edilmiş iclas barədə tərəflərə məhkəmə bildirişi göndərilsə də, həmin bildiriş iddiaçı tərəfə çatmamış və məktub məhkəməyə geri qaytarılmışdır. Lakin məhkəmə 15 fevral 2019-cu il tarixdə keçirdiyi iclasında düzgün olmayaraq iddiaçının iclasın yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırıldığı nəticəsinə gəlməklə işə baxmışdır. Hazırkı iş üzrə İPM-in 16.2 və 16.3-cü maddələrində nəzərdə tutulmuş hallar mövcud olmadığından apellyasiya məhkəməsi iddiaçı tərəfi prosesin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırmadan işə baxmaqda haqlı olmamışdır. Bununla da, məhkəmə işə baxarkən iddiaçı tərəfə münasibətdə dinlənilmə hüqu qunu təmin etməmişdir. Bu prinsipə riayət edilməməsi isə İPM-in 92.0.3-cü maddəsinə əsasən kassasiya instansiyasında məhkəmə qərarının (qərardadının) ləğv edilməsi üçün mütləq əsası kimi çıxış edir. Həmin normaya görə proses iştirakçısının dinlənilmə hüququnun təmin edilməsindən, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, imtina olunduqda məhkəmə qərarı (qərardadı) kassasiya qaydasında mütləq ləğv olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-633/2019 saylı iş üzrə 15 fevral 2019-cu il tarixli qərardadı ləğv edilsin. İş t

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar