Məhkəmə qərarları › İş №2-1(102)-1556/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1556/2020

25.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1556/2020 25.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: üçüncü şəxs qismində icraata cəlb etmə barədə ərizə üzrə icraat) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə, Ərizəçinin vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə ərizəçi X2 üçüncü şəxs qismində cəlb olunması tələbinə dair Bakı Apelyasiya Məhkəməsini n İnzibati Kollegiyasının 2020-ci il 18 mart tarixli 2-1(103)843/2020 nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “xxxx” MTK-nin x ünvanında inşa etdiyi yüksək mərtəbəli binanın birinci mərtəbəsində yerləşən sahəsi 220 kv.m olan qeyri-yaşayış sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2-1(82)4488/2017 nömrəli qərarı ilə iddia təmin edilmiş, “xxxx” MTK-nin x ünvanında inşa etdiyi yüksək mərtəbəli binanın birinci mərtəbəsində yerləşən sahəsi 220 kv.m olan qeyriyaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Qərar qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün cavabdehə göndərilmiş və qərar İdarə tərəfindən icra olunmuşdur. x ərizə ilə məhkəməyə müraciət edərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qərarının ləğv edilməsini, həmin iş üzrə onun üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarından məlumatlı olmamışdır. Bu barədə məlumat aldıqdan dərhal sonra xx xxxxxx 2019-cu il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx xxxxxx 2019-cu il tarixdə həmin qərarın surətini əldə etmişdir. Onunla “xxxx” MTK ilə aralarında bağlanmış xx xxxxxx 2007-ci il tarixli 11 saylı müqaviləyə əsasən “xxxx” MTK-nın x ünvanında inşa etdiyi yüksək mərtəbəli binanın A1 blokunun 1-2-3-4-cü mərtəbələrində yerləşən, ümumi sahəsi 860 kv.m olan qeyri-yaşayış sahəsinin dəyərini MTK-ya ödəyərək almışdır. “xxxx” MTK həmin müqavilə üzrə qeyd olunan qeyri-yaşayış sahələrinin təhvil verilməsi ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, onun iddia tələbi əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli 2(011)5834/2015 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, “xxxx” MTK-nın Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa etdiyi y üksək mərtəbəli binanın A1 blokunun 12-3-4-cü mərtəbələrində yerləşən ümumi sahəsi 860 kv.m - o cümlədən 1-ci mərtəbədə ümumi sahəsi 130 kv.m, 2-ci mərtəbədə ümumi sahəsi 130 kv.m, 3-cü mərtəbədə ümumi sahəsi 300 kv.m, 4-cü mərtəbədə ümumi sahəsi 300 kv.m olan qeyri-yaşayış sahəsinə onun sahiblik və istifadə hüququ tanınmış və həmin 860 kv.m qeyri-yaşayış sahəsinin onun sahibliyinə və istifadəsinə verilməsi vəzifəsi “xxxx” MTK-ya həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)-1496/2016 saylı qətnaməsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(011)-5834/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(102)-2939/2016 saylı qərarına əsasən Bakı Apellyasiya M əhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)-1496/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Xətai rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(011)-5834/2015 saylı qətnaməsi icraya yönəldilmiş və qeyd olunan 860 kv.m qeyriyaşayış sahəsi ona təhvil verilmişdir. O, həmin qeyri yaşayış sahəsində zəruri təmir tikinti işləri aparmışdır. Qeyd edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(82)4488/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə İddiaçı adına qeydiyyata alınması qərara alınan, “xxxx” MTK-nın x ünvanında inşa etdiyi yüksək mərtəbəli binanın A1 blokunun l mərtəbəsində yerləşən 220 kv.m qeyri yaşayış sahəsinin 130 kv.m hissəsi, yuxarıda istinad etdiyi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(011)-5834/2015 saylı qətnaməsi ilə ü zərində sahiblik və istifadə hüququ tanınan və onun sahibliyinə və istifadəsinə verilməsi qət olunan qeyri-yaşayış sahəsi ilə eynidir. Belə ki, 21(82)4488/2017 saylı inzibati işin materiallarına iddiaçı tərəfindən təqdim edilməklə əlavə edilmiş qeyri-yaşayış sahəsinin yerləşdiyi, “xxxx” MTK tərəfindən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilmiş yüksək mərtəbəli binanın A1 blokunun l mərtəbəsinin Bakı şəhəri İcra Hakimiyyətinin memarlıq və şəhərsalma Baş idarəsi ilə xx.xx.2012-ci il tarixdə 18/04-383 nömrə ilə razılaşdırılmış layihəsindən görünür ki, iş üzrə iddiaçının adına DƏDRX-də qeydiyyata alınması və adına çıxarışın verilməsi qərara alınan 220 kv.m qeyri-yaşayış sahəsi Al blokunun 1-4 oxları ilə B-D oxları və 4-5 oxları ilə D-E oxları arasında yerləşir. Qeyd edir ki, Bakı ş əhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(011)5834/2015 saylı qətnaməsinin icrası ilə bağlı, Xətai rayon İcra və Probasiya şöbəsinin xx xxxxxx 2017-ci il tarixli xx/xx-3173/10 saylı məktubu əsasında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyindən alınmış xx xxxxx 2017 ci il tarixli rəydən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(011)-5834/2015 saylı qətnaməsinə əsasən “xxxx” MTK ilə X5 arasında bağlanmış xx.xx.2007-ci il tarixli 11 saylı müqaviləyə görə ”xxxx” MTK tərəfindən X4 təhvil verilməli olan Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa olunmuş yüksək mərtəbəli binanın A1 blokunun 1-2-3-4-cü mərtəbələrində yerləşən ümumi sahəsi 860 kv.m - qeyri yaşayış sahəsinin 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 130 kv.m-dən ibarət hissəsi 1-4 oxları ilə D-L oxları arasında yerləşir. Bir sözlə 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsi, 2-1(82)4488/2017 saylı işə baxarkən, ona məlumat vermədən, eyni zamanda maraqlarına toxunan 3-cü şəxs qismində onu cəlb etmədən, artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə onun sahibliyinə və istifadəsinə verilmiş qeyri-yaşayış sahəsinin İddiaçı adına mülkiyyət hüququ ilə qeydiyyata alınmasına dair qərar qəbul etmişdir. Göründüyü kimi işə baxan 2 saylı İnzibati-İqtisadi Məhkəməsi hazırkı qərarı ilə sahibliyində, istifadəsində və potensial mülkiyyətində olan əmlak üzərində hüquqlarını kobud şəkildə pozmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(82)4488/2017 nömrəli qərarda dı ilə ərizə təmin edilməmişdir. Ərizəçi həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 18 mart tarixli 21(103)-843/2020 nömrəli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Ərizəçi həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını ərizədə göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 28.1, 28.2, 28.5-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddələrinin tələblərinə əməl etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçinin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Tərəflərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apelly asiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Şikayət qərardadın ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsinin tələbinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 81.3-cü maddəsinin tələbinə əsasən, bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci insta nsiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar... tətbiq olunur. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd edir ki, “İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü x tərəfindən Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 09/1 saylı xx.xx.2018-ci il tarixli rəydən müəyyən olunur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5834/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə X4 verilməli olan “xxxx” MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında tikilmiş çoxmərtəbəli yaşayış kompleksinin A1 blokunun 1-ci mərtəbəsindəki 130 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin ölçüləri ilə həmin ünvandakı yaşayış kompleksinin, A1 blokunun, birinci mə rtəbəsindəki xx.xx.2006-cı il tarixli müqavilədə, RX seriyalı ******* saylı ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışda göstərilən vətəndaş İddiaçı məxsus 220 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin ölçüləri üst-üstə düşmür.” Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini İPM-in 12-ci və 58.7-ci maddələrinin tələblərinə uyğun hesab etmir. Belə ki, həmin qənaət iddiaçının irəli sürdüyü tələb üzrə işə baxılması və mahiyyəti üzrə həll edilməsi mərhələsində tədqiq olunmuş sübutlara əsaslanmır. Ərizəçi isə, məhkəmə qərarı üzrə icra icraatına deyil, bilavasitə inzibati məhkəmə icraatına cəlb edilməsini tələb edir. İddia ərizəsində, ona əlavə edilmiş sənədlərdə, habelə iddianı təmin edən məhkəmənin qərarında iddia olunan sahənin yerləşmə vəziyyəti əks olu nmamış, müvafiq olaraq həmin məzmunda iddianı təmin edən məhkəmənin qərarında da iddia olunan sahənin yerləşmə vəziyyətini əks etdirən hər hansı mötəbər sübuta istinad olunmamışdır. İddiaya əlavə olunmuş sxem (ümumi layihədən çıxarış) notarial qaydada təsdiq olunsa da, həmin sxemdə iddia olunan sahə sərbəst şəkildə qaralanmış, iddiaçıya satılmış sahənin məhz həmin koordinatlarda yerləşdiyi lazımi qaydada təsdiq olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, “Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5834/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsində xa verilməli olan qeyri-yaşayış sahəsinin dəqiq ölçüləri göstərilməmişdir.”. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü x tərəfindən Bakı şəhəri Xətai rayon İcr a və Probasiya şöbəsinə ünvanlanmış 09/1 saylı xx.xx.2018-ci il tarixli rəyinin - həmin rəy iddianın mahiyyəti üzrə həll edilməsindən sonrakı mərhələyə aid olsa da, bir halda ki, məhkəmə öz qənaətinin əsası kimi ona istinad edir - mötəbərliyini qeyd-şərtsiz qəbul etdiyini əsaslandırmalı idi. Belə ki, əgər xa verilməli olan qeyri-yaşayış sahəsinin dəqiq ölçüləri göstərilmədiyi halda, mübahisəli və iddia olunan sahələrin üst-üstə düşmədiyini söyləmək mümkündürsə, deməli, eyni mövqedən çıxış edərək onların üst-üstə düşdüklərini də iddia etmək olar. Apellyasiya instansiyası məhkəməsi işin yuxarıda qeyd edilən hallarını, o cümlədən, apellyasiya şikayətinin dəlillərini İPM-in 12-ci və 58.7-ci maddələrinin tələblərinə uyğun yoxlamaqla nəzərdən keçirməli idi. Həmin normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması və istinad edilən normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərardadı yuxarıda istinad edilən normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət ərizəçinin üçüncü şəxs qismində icraata cəlb edilməsi hissəsində təmin oluna bilməz. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 18 mart tarixli 21(103)-843/2020 nömrəli qərardadı ləğv edi lir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov Z.M.Quliyev İ.Ə.Şəfiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar