Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1556/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: məcburi sosial sığorta haqqı üzrə ödənilmiş vəsaitin pensiya kapitalına aid edilməsi; əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1957-ci il təvəllüdlü; FİN-xxxxxxx) cavabdeh Azərb aycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “işlədiyi illərin iş stajına daxil edilməklə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-182/2022 nömrəli, 3 mart 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasındakı qeydlərə əsasən, o, 6 dekabr 1974-cü ildən 31 dekabr 1993-cü ilə qədər Cəlilabad rayonu, “Səfərəliyev” adına üzümçülük sovxozunda 6 saylı briqadada fəhlə vəzifəsində, 1 oktyabr 2002-ci ildən 1 may 2010-cu il ə qədər Bakı şəhəri Mənzil Kommunal Təsərrüfat Birliyinin 78 saylı Mənzil Kommunal İstismarı sahəsində süpürgəçi (dalandar) vəzifəsində işləmişdir.
2. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir.
3. Cavabdeh inzibati orqanın **********5 nömrəli, 13 fevral 2020-ci il tarixli imtina məktuba ilə bildirilmişdir ki: “...1 yanvar 2006-cı il tarixədək 22 il 03 ay 25 gün sığorta stajınız vardır. 1 yanvar 2006-cı il tarixdən sonrakı dövr üzrə əmək kitabçanızda 1 may 2010-cu il tarixədək 18 saylı Mənzil Kommunal İstismar sahəsində işləməyiniz barəsində qeyd olunmasına baxmayaraq, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə PAS (X3) sistemində heç bir məlumat əks edilməmişdir. xx.xx.2006-cı il tarixindən sonra sığorta stajı yalnız məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsi və fərdi hesabın sığorta hissəsində pensiya kapitalının əks edilməsi şərti ilə nəzərə alınır. Fərdi hesabınızın sığorta hissəsində hər hansı bir pensiya kapitalı əks edilmədiyindən yaşa görə əmək pensiyası təyin edilməsi mümkün deyildir.” İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2002ci ildən xx.xx.2010-cu il tarixə kimi Bakı şəhəri MKTB-nin 78 saylı Mənzil Kommunal İstismarı sahəsində süpürgəçi (dalandar) vəzifəsində işləməklə, həmin illərin onun iş stajı hesab edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri MKTB- nin 78 saylı Mənzil Kommunal İstismarı sahəsində işləyən zaman ona Dövlət Sosial Sığorta Şəhadətnaməsi verilmişdir. Hazırda əmək pensiyası almaq üçün cavabdehə müraciət etdikdə bildirilmişdir ki, əmək kitabçasında 78 saylı MKİS-də işləməyi qeyd edilsə də, onun məcburi dövlət sığorta haqlarının ödənilməsi barədə PAS sistemində heç bir məlumat əks edilməmişdir və fərdi hesabının sığorta hissəsində hər hansı bir pensiya kapitalı əks edilmədiyindən, ona yaşa görə əmək pensiyasi təmin edilə bilməz. Hazırkı halda idarənin təqsiri səbəbindən ondan məcburi sosial sığorta haqları tutulmamışdır. Bu səbəbdən cavabdehin imtinası əsassızdır.
6. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilmiş, etirazda imtinanın dəlilləri təkrarlanmışdır.
7. DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkə zi Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş 27 oktyabr 2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, 1 yanvar 2006-cı il tarixdən 1 yanvar 2017-ci il tarixədək olan dövr üzrə sığortaedən 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlar”a (Forma B1) əsasən yaranmış məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borcu tam şəkildə sığortaedən tərəfindən Fondun hesablaşma-hesabına ödənilmədiyi üçün həmin dövrdə müəssisədə çalışmış sığortaolunanların fərdi şəxsi hesablarında hesablanmış məcburi dövlət sosial sığorta haqlarına nisbətdə tam əks olunmamışdır. Sığortaedən 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən 5 mart 2018-ci il tarixdə 580.70 mana t ödənilmiş məcburi dövlət sosial sığorta haqqı ödəniş ardıcıllığına uyğun olaraq (ilk öncə cari borc ödənildikdən sonra debitor borc ödənilir) sığortaedən tərəfindən təqdim edilmiş 2018-ci ilin 1-ci rübü üzrə “Məcburi dövlət sosial sığortası üzrə hesabat”da adları qeyd olunan sığortaolunanlar üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqlarına nəzərən proporsional qaydada bölüşdürülərək fərdi şəxsi hesablarında əks olunmuşdur. 13 iyun 2018-ci il tarixli ödəniş tapşırığında qeyd olunan 580.70 manat ödənilmiş məcburi dövlət sosial sığorta haqqı Nazirliyin “X1 Sistemi”nin “Sığorta” altsisteminin Birbaşa daxil olan ödənişlərin uçotu bölməsində aşkar olunmadı. Nazirliyin “X1 Sistemi”nin “Sığorta” altsisteminin birbaşa daxil olan ödənişlərin uçotu bölməsində 20 iyun 2018-ci il tarixdə 580. 70 manat ödənilmiş məcburi dövlət sosial sığorta haqqının sığortaedən 2 saylı Xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən ödənildiyi aşkarlanmışdır.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3705/2020 nömrəli, 28 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakim E.Ə.Əliyev) iddianın təmin edilməsi, iddiaçının 1 oktyabr 2002-ci il tarixdən 1 may 2010-cu il tarixə kimi Bakı şəhəri MKTB-nin 78 saylı Mənzil Kommunal İstismarı sahəsində süpürgəçi (dalandar) vəzifəsində işlədiyi dövr üzrə iş stajı nəzərə alınmaqla, hüququnun yarandığı vaxtdan ona əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının xx.xx.2006-cı ilədək olan əmək stajı əmək kitabçası ilə, o cümlədən sığortaedən 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərr üfatı Birliyi tərəfindən 5 mart 2018-ci il tarixdə ABB Nərimanov Filialı vasitəsi ilə cəmi 1161.0 manat məbləğində pulun məcburi dövlət sosial sığorta haqqı kimi İddiaçı fərdi şəxsi uçot hesabına köçürülməsi üçün İri Sığorta edənlərlə İş Departamentinin (hazırkı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının) hesabına ödəniş etməsi iş materialları ilə öz təsdiqini tapdığından cavabdehin imtinası əsassız olmuşdur.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-752/2021 nömrəli, 3 mart 2021-ci il tarixli qərarı ilə (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, V.M.Məmmədov və N.Ş.Cəfərov) apellyasiya şikayətinin təmin edilmiş, birinci instansiya məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən İddiaçı üçün xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə DSMF-nun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə İş Departamentinin hesabına ümumilikdə 1161.40 (580.70+580.70) manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödənilsə də, 2018-ci ildə müəssisə tərəfindən aparılan ödənişlər iddiaçının tələbinin təmin olunması və xx.xx.2002-ci ildən xx.xx.2010-cu ilə kimi işlə diyi illərin onun iş stajı kimi hesab edilməsi üçün əsas vermir.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. a) kassasiya instansiyası məhkəməsində icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1180/2021 nömrəli, 23 iyun 2021-ci il tarixli qərarı ilə (hakimlər: Z.M.Quliyev /sədrlik edən və məruzəçi/, R.S.Nəbizadə və S.Ə.Kərimov) kassasiya şikayətinin qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 3 mart 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
15. Məhkəmə hesab etmişdir ki, işə təkrar baxan apellyasiya instansiya məhkəməsi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı işin halları və işdəki sübutlar hərtərəfli araşdırılmalıdır. b) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
16. İddiaçı iddia tələbinə dair dəqiqləşmə verərək, 1 oktyabr 2002-ci il tarixdən 1 may 2010-cu il tarixə kimi Bakı şəhəri MKTB-nin 78 saylı Mənzil Kommunal İstismarı sahəsində süpürgəçi (dalandar) vəzifəsində işlədiyi dövr üzrə iş stajı nəzərə alınmaqla hüququnun yarandığı vaxtdan ona əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-182/2022 nömrəli, 3 mart 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.S.Hüseynov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli qərarı qismən – “xx.xx.2002-ci ildən xx.xx.2006-cı il tarixə kimi işlədiyi dövr üzrə iş stajı nəzərə alınmaqla” hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi rədd edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 3 mart 2022-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh kassasiya şikayətində iddiaya qarşı etirazın və imtinanın dəlillərini təkrarlamış və əlavə olaraq qeyd etmişdir ki, “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığorta olunan lar haqqında məlumatın tərtibi” Qaydalarına əsasən, sığortaedənin məlumat ili üçün ödədiyi məcburi sosial sığorta haqqının məbləği hesablanmış məcburi dövlət sosial sığorta haqqının məbləğindən az olduğu zaman ödənilmiş məbləğ hesablanmış məbləğə bölünməklə proporsional nisbət tapılır və həmin nisbət hər bir sığortaolunan üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqının məbləğinə vurulmaqla sığortaolunanlar arasında bərabər şəkildə bölünür. Hazırkı iş üzrə sığortaedən 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən xx.xx.2018-ci il tarixdə 580.70 (beş yüz səksən manat yetmiş qəpik) manat ödənilmiş məcburi dövlət sosial sığorta haqqı ödəniş ardıcıllığına uyğun olaraq (ilk öncə cari borc ödənildikdən sonra debitor borc ödənilir) sığortaedən tərəfindən təqdim ed ilmiş 2018-ci ilin 1-ci rübü üzrə “Məcburi dövlət sosial sığortası üzrə hesabat”da adları qeyd olunan sığortaolunanlar üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqlarına nəzərən proporsional qaydada bölüşdürülərək onların fərdi şəxsi hesablarında əks olunmuşdur. İddiaçının əmək müqaviləsinə 2010-cu ildə xitam verildiyi üçün 2018-ci il üzrə təqdim edilmiş hesabatda onun adı mövcud olmadığından, onun fərdi şəxsi hesabında məcburi dövlət sosial sığorta haqqı əks edilməmişdir. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.7. fərdi hesab - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaol unana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır; Maddə 1.0.8. fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; Maddə 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; 22. “Sosial sığorta haqqında” Qanun: Maddə
2. Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmu ş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Maddə 14.1. Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Maddə 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Maddə 14.6. Bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əmək haqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir.
23. İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Ma ddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qə rar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyi üçün hazı rkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. X2 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliy ə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Bununla belə, məhkəmə kollegiyası cavabdehin “ödənilmiş məcburi sosial sığorta haqqının sığortaolunanlar arasında proporsional olaraq bölünməsi” dəlili ilə bağlı aşağıdakıları n qeyd olunmasını zəruri hesab edir.
30. Cavabdehin dəlillərindən görünür ki, iddiaçının xx.xx.2006-cı ildən sonrakı stajının nəzərə almamasının səbəbi kimi məcburi sosial sığorta haqlarının ödənilməməsi göstərilir.
31. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış halları ilə müəyyən edilir ki, cavabdehin mübahisələndirdiyi iş illəri ilə bağlı işəgötürən – 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən xx.xx.2018-ci il tarixli, 25 saylı və xx.xx.2018-ci il tarixli, 68 saylı ödəniş tapşırıqlarına əsasən, DSMF-nin Bakı şəhəri üzrə Hüquqi şəxslərlə İş Departamentinin hesabına ümumilikdə 1161.40 (580.70+580.70) manat məbləğində pul köçürülmüş, ödənişin təyinatı və əsası kimi “İddiaçı üçün məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir” göstərilmişd ir.
32. Qeyd edilənlərlə bağlı cavabdehin mövqeyi ondan ibarət olmuşdur ki, sığortaedən tərəfindən həyata keçirilən məcburi dövlət sosial sığorta haqqı ödəniş ardıcıllığına uyğun olaraq sığortaedən tərəfindən təqdim edilmiş 2018-ci ilin 1-ci rübü üzrə “Məcburi dövlət sosial sığortası üzrə hesabat”da adları qeyd edilən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqlarına proporsional qaydada bölüşdürülərək onların fərdi şəxsi hesablarında əks olunmuşdur.
33. Məhkəmə kollegiyası qeyd edir ki, işəgötürən – sığortaedən tərəfindən iddiaçının adına ödənilmiş məcburi dövlət sosial sığorta haqqının digər sığortaolunanlar üzrə proporsional qaydada bölüşdürülməsi iddiaçının konstitusion hüququ olan sosial təminat hüququnun pozulması ilə nəticələnmişdir.
34. Belə ki, işçidən məcburi dövlət s osial sığorta haqqının tutulması və ödənilməsi işəgötürənin – sığortaedənin məsuliyyət sferasına aid məsələdir. İşəgötürənin məcburi dövlət sosial sığorta haqlarını qanunamüvafiq qaydada vaxtında və tam ödəməməsi işçinin (hazırkı halda iddiaçının) sosial təminat hüququnun məhdudlaşdırılması üçün əsas ola bilməz. Nəzərə alınmalıdır ki, hazırkı iş üzrə işəgötürən tərəfindən iddiaçıya aid məcburi dövlət sosial sığorta haqları tam şəkildə ödənilmişdir. Cavabdehin ödəniş təyinatında birbaşa olaraq iddiaçının adı göstərilən məcburi dövlət sosial sığorta haqqı ödənişinin sığortaedənin borclu olduğu digər şəxslər üzrə proporsional qaydada bölüşdürməsi yolverilməzdir.
35. Qeyd olunmalıdır ki, qanunvericilikdə sığortaedənlər tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqqının sığortaolunanl ar arasında proporsional formada bölüşdürülməsi ilə bağlı imperativ norma təsbit etməmişdir. Belə olan halda isə, cavabdehin bu mövqedən çıxış edərək iddiaçının adına ödənilmiş məbləğin digər sığortaolunanlar arasında bölüşdürülməsi ilə bağlı hərəkəti qanunsuz olmuş və iddiaçının sosial təminat hüququnun pozulması ilə nəticələnmişdir.
36. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən cavabdehin hesabına köçürülən pul vəsaitinin ödəniş təyinatına uyğun olaraq iddiaçının məcburi dövlət sosial sığorta haqları üzrə pensiya kapitalına aid edilməsi barədə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir.
37. Odur ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasi ya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-182/2022 nömrəli, 3 mart 2022-ci il tarixli qərarı (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.