Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1556/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin xxxnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: aqrar islahat nəticəsində mülkiyyətə verilmiş torpaq sahəsinə dair yeni nümunəli çıxarışın verilməsi) 11.09.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin xxxnə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilm əsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 dekabr 2024-cü il tarixli, 21(104)-394/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Xanlar rayon M.Ə.Rəsulzadə adına sovxozun X3 Komissiyasının xx.xx.1997-ci il tarixli, 16 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, təsərrüfatın ərazisindəki kəndlərdə vətəndaşların istifadəsində olan həyətyanı torpaq sahələri ölçülmüş, tərtib edilmiş siyahının təsdiq edilməsi qərara alınmışdır
2. Xanlar rayon Yeni Zod, Mixaylovka və Göyçəkənd kəndlərində vətəndaşların istifadəsində olan həyətyanı torpaq sahələrinin onların mülkiyyətinə verilməsi haqqında Xanlar rayon M.Ə.Rəsulzadə adına sovxozun X3 Komissiyasının xx.xx.1997-ci il tarixli, 16 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıda iddiaçıya 0,1022 ha torpaq sahəsinin verilməsi qeyd edilmişdir.
3. Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 16 nömrəli qərarı ilə iddiaçının mülkiyyətinə 0,10 ha torpaq sahəsi verilmiş və bu barədə onun adına torpağın mülkiyyətə verilməsinə dair JN-199A (kod: ********) nömrəli şəhadətnamə tərtib edilmişdir.
4. İddiaçı cavabdehə müraciət edərək, Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə ona ayrılmış 0,10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
5. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubunda iddiaçının müraciətinin təmin olunmasından imti na etdiyini bildirmiş və imtinasını onunla əsaslandırmışdır ki, müraciətdə qeyd edilən torpağın mülkiyyətə verilməsinə dair JN-199A nömrəli şəhadətnamənin arxiv nüsxəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən cavabdehə təhvil verilməmişdir. Həmçinin, torpaq islahatının subyekti olmuş vətəndaşların adlı siyahısında, elektron xəritə məlumatlarında və “Torpaq şəhadətnamələrinin qeydiyyatı kitabında” JN-199A nömrəli şəhadətnamə barədə məlumatlar aşkar olunmamışdır. Göygöl rayon Yeni Zod bələdiyyəsi tərəfindən tərtib edilmiş yerləşmə sxemində göstərilən 0,10 ha torpaq sahəsi Mixaylovka kəndinin kompleks yerquruluşu xəritəsində dövlət mülkiyyətində olan meşə fondu, bələdiyyənin yeni uçot xəritəsində isə kənd təsərrüfatı təyinatlı (örüş sahəsi) torpaql ar kimi göstərilmişdir.
6. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, torpağa mülkiyyət hüququna dair JN-199A (kod: ********) nömrəli şəhadətnamə, torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsinin elektron fayl materialında öz əksini tapmamış və mülkiyyətinə həyətyanı torpaq sahələri verilmiş vətəndaşların adlı siyahısında 199 nömrəli torpaq sahəsinin mülkiyyətçisi barədə məlumat qeyd olunmamışdır. Torpağa mülkiyyət hüququna dair şəhadətnamə sənədlərində torpaq sahəsinin döngə nöqtələrinin koordinatları (X və Y) əks olunmur. İddiaçının naturada faktiki istifadə sahəsi olaraq təqdim etdiyi 0,10 ha torpaq sahəsi, daxil olmuş iş materiallarında mövcud olan Yeni Zod bələdiyyəsinin sədri tərəfindən təsdiqlənmi ş koordinat sxemində (cizgi plan) qeyd olunan koordinatlar daxilində yerləşən 0,10 ha torpaq sahəsi ilə eynilik təşkil edir. Həmin naturada təqdim olunan 0,10 ha torpaq sahəsi, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) və AZCAD-da Bənövşəli kənd ərazisində, xüsusi mülkiyyətdə olan, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, eyni zamanda həyətyanı sahə olaraq göstərilmişdir. Lakin TEKUİS və AZCAD məlumatlarında həmin torpaq sahəsinə dair hər hansı məlumat qeyd olunmamışdır və eyni zamanda elektron kadastr bazası məlumatlarında, həmin torpaq sahəsinə xüsusi mülkiyyət hüququnu təsdiq edən hər hansı sənəd aşkarlanmamışdır. Naturada təqdim olunan torpaq sahəsinin üzərindən və hava məkanından kommunikasiya xətti keçmədiyi, elektron kadastr bazası materiallarına istinadə n mühafizə və qorunma zonasına düşməsi halı aşkarlanmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 16 nömrəli qərarı və torpağın mülkiyyətə verilməsinə dair JN-199A (kod: ********) nömrəli şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0,10 ha həyətyanı torpaq sahəsinin onun adına qeydə alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 16 nömrəli qərarı əsasında iddiaçının mülkiyyətinə Göygöl rayon Mixayılovka kəndində 0,10 ha torpaq sahəsi verilmiş v ə həmin torpaq sahəsinə dair onun adına torpağın mülkiyyətinə verilməsinə dair JN-199A (kod: ********) nömrəli şəhadətnamə tərtib edilmişdir. Ayrılmış torpaq sahəsi yerində sərhədləri müəyyən edilərək, naturada ona təhvil verilmiş və hal-hazırda həmin torpaq sahəsi onun istifadəsindədir. İddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə müraciəti, cavabdeh tərəfindən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olduğu əsas gətirilərək təmin edilməmişdir. Kadastr və Yerquruluşu Layihə İnstitutunun məlumatlarında və şəhadətnaməni verən orqanın arxiv məlumatlarında iddiaçının adı siyahıda olduğundan cavabdehin imtinasının heç bir əsası yoxdur.
9. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, araşdırma zamanı tor pağın mülkiyyətə verilməsinə dair JN-199A nömrəli şəhadətnamə barədə ərazi idarəsinə xidməti istifadə üçün verilmiş torpaq islahatının subyekti olmuş vətəndaşların adlı siyahısında (DBF), elektron xəritə məlumatlarında (DWJ) və “Torpaq şəhadətnamələrinin qeydiyyatı kitabında” məlumatın olmadığı, həmin şəhadətnamənin nüsxəsinin Ərazi idarəsinə təhvil verilmədiyi müəyyən edilmişdir. Eyni zamanda, Yeni Zod bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş 0,10 ha torpaq sahəsinin sxemində qeyd olunan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları ərazi idarəsinin xəritə materiallarına istinadən dəqiqləşdirilərkən, Mixayılovka kəndinin kompleks yerquruluşu xəritəsində həmin torpaq sahəsinin dövlət mülkiyyətinə aid meşə fondu torpaqları, bələdiyyənin yeni uçot xəritəsində isə kənd təsərrüf atı, örüş torpaqları kimi işlənildiyi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən, iddianın təmin olunmaması xahiş edilmişdir.
10. Gəncə İnzibati Məhkəməsinin (hakim: Usaməddin Osmanov) 29 dekabr 2021-ci il tarixli, 2-1(114)-1766/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədlər arasında yer alan Göygöl rayon Dövlət Arxivinin arayışından görünür ki, Xanlar rayon M.Ə.Rəsulzadə adına sovxozun X3 Komissiyasının xx.xx.1997-ci il tarixli iclas protokolunda X3 Komissiyasının qərarının təsdiq edilməsi üçün Xanlar rayon Aqrar İslahat Komissiyasına müraciət edilməsi barədə göstəriş qeyd olunsa da, sözügedən komissiyanın həmin qərarının rayon aqrar islahat komissiyası tər əfindən təsdiq edilməsi ilə bağlı iş materiallarında hər hansı sübut mövcud deyildir. Xanlar rayon M.Ə.Rəsulzadə adına sovxozun X3 Komissiyasının xx.xx.1997-ci il tarixli, 16 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıda iddiaçının adı və ona ayrılmış torpaq sahəsi göstərilsə də, həmin qərar rayon aqrar islahat komissiyası tərəfindən təsdiq edilmədiyindən heç bir hüquqi əsası yoxdur.
12. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
13. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Aygül İsgəndərova /sədrlik edən və məruzəçi/, Rəşad Mamedov və İslam Həsənov) 26 dekabr 2024-cü il tarixli, 2-1(104)-394/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunaraq iddia təmin edilmiş, Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 16 nömrəli qərarı ilə, torpağın mülkiyyətə verilməsinə dair JN-199 A (kod ********) nömrəli şəhadətnamə ilə iddiaçının mülkiyyətinə verilmiş 0,10 ha həyətyanı torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı halda mübahisəli torpaq sahəsinin iddiaçıya ayrılmasını təsdiq edən Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 16 nömrəli qərarı, torpağın mülkiyyətə verilməsinə dair JN-199A (kod: ********) nömrəli şəhadətnamə, Yeni Zod, Mixaylovka və Göyçəkənd kəndlərində vətəndaşların istifadəsində olan həyətyanı torpaq sahələrinin onların mülkiyyətinə verilməsi haqqında M.Ə.Rəsulzadə adına sovxozun X3 Komissiyasının xx.xx.1997-ci il tarixli, 16 nömrəli qərarı ilə təsdiq edilmiş siyahı mövcuddur və iş materiallarına əlavə edilmişdir. Qeyd olunan sənədlərin mötəbərliyini şübhə altına alan hər hansı bir sübut cavabdeh tərəfindən təqdim edilməmişdir.
15. Bundan başqa, məhkəmə araşdırması zamanı təqdim olunan subyektlərin siyahısında da iddiaçıya 0,1022 ha həyətyanı torpaq sahəsinin verilməsinə dair qeydiyyat aparılmış, həmçinin həmin siyahı Göygöl rayon Dövlət Arxivindən əldə edilmişdir. Vurğulamaq lazımdır ki, yuxarıda qeyd olunan torpaq sahəsinin iddiaçıya verilməsini təsdiq edən sənədlər torpaq sahəsi ayrılan zaman səlahiyyətli orqan - Xanlar rayon M.Ə.Rəsulzadə adına savxozun X3 Kom issiyası tərəfindən verilmişdir və X3 komissiyasının torpaq sahəsinin ayrılmasına dair qərarının rayon aqrar islahat komissiyası tərəfindən təsdiq edilməməsi iddiaçının məsuliyyət sferasına aid deyildir. İşdə olan sənədlərlə təsdiq olunur ki, torpaq sahəsinin iddiaçıya verilməsi barədə X3 Komissiyasının qərarı ilə yanaşı, torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsi barədə torpağın mülkiyyətə verilməsinə dair JN-199A (kod: ********) nömrəli şəhadətnamə də tərtib edilmişdir və həmin şəhadətnamənin arxiv nüsxəsi də cavabdeh inzibati orqanda saxlanılır.
16. Cavabdeh orqanın imtina dəlillərində həmçinin qeyd olunur ki, Göygöl rayon Yeni Zod bələdiyyəsi tərəfindən tərtib edilmiş yerləşmə sxemində göstərilən 0,10 ha torpaq sahəsi Mixayılovka kəndinin kompleks yerquruluşu xəritəsində dövlə t mülkiyyətində olan meşə fondu, bələdiyyənin yeni uçot xəritəsində isə kənd təsərrüfatı təyinatlı (örüş sahəsi) torpaqları kimi göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə verilmiş mütəxəssis rəyindən də göründüyü kimi, 0,10 ha torpaq sahəsi, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) və AZCAD-da Bənövşəli kənd ərazisində, xüsusi mülkiyyətdə olan, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, eyni zamanda, həyətyanı sahə olaraq göstərilmişdir. Bundan başqa, məhkəmə araşdırması nəticəsində əldə olunmuş sənədlərdən məlum olur ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin sağ tərəf qonşuluğunda yerləşən 0,12 ha torpaq sahəsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömr əli və **********36 reyestr nömrəli çıxarışla X1 xüsusi mülkiyyətindədir. Buna hüquqi qiymət verən məhkəmə tərkibi qeyd edir ki, etimadın qorunması prinsipinin mahiyyətinə əsasən maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək hüququna malikdir. Göründüyü kimi, iddiaçı mübahisəli torpağı aldığı zaman qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğun davranmışdır. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsi hüquqların dövlət qeydiyyatından imtinanın əsaslarını müəyyən etmişdir. Hazırkı işdə belə əsaslar mövcud deyildir.
17. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
18. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun imtinasının və iddiaya qarşı etirazının dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikasının Qanunu
1. İslahatın məqsədi aqrar bölməni böhrandan çıxarmaq, iqtisadiyyatı sabitləşdirmək, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqdır. İslahatın vəzifələri torpaq və əmlak üzərində yeni mülkiyyət münasibətlərinin formalaşdırılmasından, bazar iqtisadiyyatına uyğun istehsal və infrastruktur sahələrində müxtəl ifnövlü təsərrüfatların yaradılması və inkişafı ilə istehsal münasibətlərinin dəyişdirilməsindən və təkmilləşdirilməsindən ibarətdir.
5. İslahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. 21. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu 1.Torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üz ərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir.
4. Torpaq xüsusi mülkiyyətə Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə verilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər.
5. Torpaq islahatı aparılarkən aşağıdakı şərtlərə əməl edilir: ərazinin təbii-coğrafi şəraitinin, əhalinin sıxlığının, torpaqdan istifadənin yerli xüsusiyyətlərinin, torpaqların keyfiyyətinin nəzərə alınması; torpaqlardan təyinatı üzrə istifadə edilməsi; ətraf mühitin mühafizəsinin təyin edilməsi; torpaq islahatının yerquruluşu layihələri əsasında aparılması.
9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəy ə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir.
13. Torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir.
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdı rılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istən ilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 4.3. 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə i cra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.8. qarşılıqlı etimad – inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı q anunla qorunur. Maddə
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 32.3. İnzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutul duğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş halla rda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası iş ü zrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəm əsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə cavabdehin imtinasının dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
32. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
33. Hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır.
35. Bundan başqa, hazırkı mübahisəyə münasibətdə həmçinin nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində qeydiyyata alınmış və sözügedən şəhadətnamə ilə rəsmiləşdirilmiş mülkiyyət hüququ qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən tanınmış bir hüquqdur. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi də onun iddia tələbinin məzmununa və iş üzrə materiallara əsasən əslində torpaq sahəsi üzərində hüququn cavabdeh tərəfindən qeydiyyata alınmasına deyil, artıq qeydiyyata alınmış hüquqa dair yeni nümunəli çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. Belə ki, iddiaçının həmin torpaq sahəsi üzərində hüququ səlahiyyətli dövlət orqanı tərəfindən artıq 2002-ci ildə qeydiyyata alınmışdır. Məntiqi baxımdan müvafiq səlahiyyətli qeydiyyat orqanı tərəfindən aparılmış dövlət qeydiyyatı qanuna əsasən öz hüquqi qüvvəsini saxladığından, iddiaçı hüququnun təkrar qeydiyyatının aparılmasında maraqlı ola bilməz. Bu mənada iddiaçının tələbinin torpaq sahəsi üzərində hüququn qeydiyyata alınması kimi ifadə olunmasına baxmayaraq, əslində onun həqiqi niyyəti hüququna dair yeni nümunəli müvafiq sənədin əldə olunmasına yönəlmişdir.
36. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin ed ilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 dekabr 2024-cü il tarixli, 2-1(104)-394/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.