Məhkəmə qərarları › İş №2-1(102)-1557/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1557/2019

15.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1557/2019 15.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçının nümayəndəsi x1, Cavabdehin vəkili Bağırov Ziya Bayram oğlunun iştirakları ilə, İddiaçı x2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə olan hüquqların dövlət qeydiyyatına alınması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 23 yanvar tarixli 2-1(103)-205/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiy a şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Bakı şəhər İcraiyyə Komitəsinin 1990-cı il 18 yanvar tarixli, 15/558 nömrəli qərarına əsasən Türkan bağlar sahəsində 140 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 1178/14 nömrəli bağ sahəsi x3 ayrılmışdır. Həmin qərara əlavədə Türkan bağ massivi 140 nömrəli bağ-tikinti kooperativinin üzvlərinin siyahısında x3in adı 9-cu sırada qeyd olunmuşdur. x3 2004-cü il 21 oktyabr tarixdə vəfat etmiş, onun vəfatı ilə əlaqədar vərəsə x2 2014cü il 22 iyul tarixli ərizəsi əsasında Bakı şəhəri 2 saylı notariat kontoru tərəfindən vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. İddiaçı ərizə ilə cavabdehə müraciət ünvan 1 140 saylı BTK nəzdində olan 0.12 ha torpaq sahəsindən ibarət olan 1178/14 nömrəli bağ sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Cavabdeh 2017-ci il 17 noyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, İdarənin elektron baza məlumatlarına əsasən göstərilən ərazi “Yaylaq” bağçılıq yoldaşlığına ayrılmış əraziyə aiddir. Bu səbəbdən, ərizənin icrası mümkün olmamışdır. İddiaçı 2018-ci il 4 may tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən Türkan Bağ Tikinti Kooperativinin Yaylaq bağ massivində 140 nömrəli bağlar sahəsində 141 nömrəli bağ sahəsində 12 sot torpaq sahəsinə olan hüquqların dövlət qeydiyyatından keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 140 saylı BTK nəzdində olan 0.12 ha torpaq sahəsindən ibarət olan 1178/14 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqları iddiaçının mərhum atası x3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, bu barədə dövlət reyestrindən çıxarışın (arayışın) və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, onun mərhum atası x3 Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İnkişafı və İstismarı Birliyinin 9 nömrəli orderinə əsasən Türkan qəsəbəsində yerləşən Türkan Bağ Tikinti Kooperativinin Yaylaq bağ massivində 140 nömrəli bağlar sahəsində 141 nömrəli b ağ sahəsində 12 sot torpaq sahəsi verilmişdir. İddiaçının atası 2004-cü il 21 oktyabr tarixdə vəfat etmişdir. Hal-hazırda həmin torpaq sahəsi onun istifadəsindədir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 6 sentyabr tarixli 2-1(82)2503/2018 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, ünvan 1 140 saylı BTK nəzdində olan 0.12 ha torpaq sahəsindən ibarət olan 1178/14 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqları iddiaçının mərhum atası x3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, bu barədə dövlət reyestrindən çıxarışın (arayış) və plan-ölçünün verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən mübahisəli torpaq sahəsinə dair hüquqmüəyyəne dici sənədlər cavabdeh inzibati orqana təqdim edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 23 yanvar tarixli 2-1(103)-205/2019 nömrəli qərarıilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2019-cu il 8 fevral tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2019-cu il 7 mart tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, müvafiq bağ sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlər mərhum x3 adına olduğundan və iddiaçının adına hər hansı hüquqmüəyyənedici sənəd olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli, 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na 2 nömrəli əlavə olan “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın tələblərinə uyğun olaraq müvafiq bağ sahəsi əvvəlcə onun adına daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınmalı və yalnız bundan sonra vərəsəlik qaydasında vərəsələrin adına keçməlidir. Lakin qanunvericiliyin göstərilən tələbi məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi 2019-cu il 23 yanvar tarixə təyin edilmiş məhkəmə iclası barədə İdarəyə bildiriş göndərməmişdir. İşin obyektiv araşdırılması məqsədilə Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi məhkəmə tərəfindən inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməli və ekspertiza təyin olunmalıdır. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından nümayəndəsi çıxışlarda iştirak etmədi. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbu l edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.7-ci maddələrinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bakı şəhər İcraiyyə Komitəsinin 1990-cı il 18 yanva r tarixli, 15/558 nömrəli qərarına əsasən Türkan bağlar sahəsində 140 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 1178/14 nömrəli bağ sahəsi x3 ayrılmışdır. Səbail Rayon Məhkəməsinin 2015-ci il 9 yanvar tarixli, 2(009)-167/2015 №-li qətnaməsinə əsasən, Bakı şəhər İcraiyyə Komitəsinin 1990-cı il 18 yanvar tarixli, 15/558 nömrəli qərarı əsasında Bakı şəhəri, Türkan qəsəbəsi, 140 saylı BTK-nın nəzdində 0.12 ha torpaq sahəsi olan 1178/14 nömrəli bağın ayrılmasına dair 9 saylı orderdə adı göstərilən x3 ilə iddiaçının atası x3 eyni şəxs olması faktı müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış alm adan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli, 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqd im edildikdə, onlara bu Təlimatın 7.1ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3). Normaların məzmunundan göründüyü kimi, daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs, istər müraciət etdikdən sonra, lakin çıxarış almadan öldükdə, istərsə də daşınmaz əmlaka hüquqa dair sənədlərlə müraciət edənədək öldükdə onun vərəsələrinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış və ya çıxarış verilir. Yəni hər bir halda, ilkin qeydiyyat hüquq sahibinin adına aparılmalı, arayış və ya çıxarış həmin qeydə uyğun verilməlidir. Qeyd edilən daşın maz əmlaka dair hüquqların dövlət qeydiyyatı haqqında çıxarış da həmin arayış (və ya çıxarış) əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Cavabdehin şikayətinin əsas dəlili ondan ibarətdir ki, müvafiq bağ sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlər mərhum x3 adına olduğundan və iddiaçının adına hər hansı hüquqmüəyyənedici sənəd olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli, 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na 2 nömrəli əlavə olan “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın ve rilməsi haqqında” Təlimatın tələblərinə uyğun olaraq müvafiq bağ sahəsi əvvəlcə onun adına daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınmalı və yalnız bundan sonra vərəsəlik qaydasında vərəsələrin adına keçməlidir. Lakin qanunvericiliyin göstərilən tələbi məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə kollegiyası cavabdehin dəlilini əsaslı hesab etmir. Belə ki, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində bağ sahəsinin miras qoyanın adına qeyd alınmasını və müvafiq çıxarışın verilməsini iddia etmiş, məhkəmə də iddianı həmin məzmunda təmin etmişdir. Şikayətin digər dəlili ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi 2019-cu il 23 yanvar tarixə təyin edilmiş məhkəmə iclası barədə İdarəyə bildiriş göndərməmişdir. Həmin dəlil də əsassızdır. Belə ki, cavabdehin nümayəndəsi əvvəlki - 2019-cu il 9 yanvar tarixli məhkəmə iclasında iştirak etmiş, məhkəmə iclasının 2019-cu il 23 yanvar tarixə təxirə salınması bilavasitə həmin nümayəndənin yanında elan edilmiş, bu barədə məhkəmə qəbzinə imza etmiş və 2019-cu il 23 yanvar tarixli məhkəmə iclasında iştirak etmişdir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 23 yanvar tarixli 2-1(103)-205/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar