Məhkəmə qərarları › İş №2-1(102)-1557/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1557/2022

25.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1557/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (Vəkillər Kollegiyasına üzvlükdən çıxarılma barədə qərarın mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1959-cu il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına qarşı “cavabdehin 19 avqust 2020-ci il tarixli qərarının ləğv edilməsi və kollegiya üzvlüyündən çıxarılma” tələbi nə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 may 2022-ci il tarixli 2-1(103)298/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1983-cü il tarixdən Vəkillər Kollegiyasının üzvüdür.

2. Azərbaycan Respublikasının Vəkillər X2 19 avqust 2020-ci il tarixli qərarına əsasən, İddiaçı vəkillik fəaliyyətinin dayandırılması qərara alınmışdır.

3. Bundan narazı qalan iddiaçı məhkəməyə müraciət etmişdir.

4. Həmçinin, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası İddiaçı Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinc i instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 19 avqust 2020-ci il tarixli qərarın ləğv olunmasını xahiş etmişdir.

6. İddiaçı Azərbaycan Respublikasının Vəkillər Kollegiyası cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli qərardadı ilə iddiaçı Vəkillər Kollegiyasının cavabdeh İddiaçı qarşı “kollegiya üzvlüyündən çıxarılma” tələbinə dair iddiası üzrə iş İddiaçı cavabdeh Vəkillər Kollegiyasına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə birləşdirilmişdir.

8. İddiaçı iddia tələbini onunla əssaslandırmışdır ki, 19 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikası Vəkillər X7 iclası keçirilmiş və həmin iclasda onun barəsində qərar qəbul edilmişdir. Ona qərar elan edilməmiş, şifahi olaraq İntizam Komissiyasının rəyi əsasında Vəkillər X7 qərarı ilə barəsində intizam tənbehi tətbiq edildiyi bildirilmişdir. O, həmin qərarın yalnız X12 və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəsmisinin şikayəti əsasında başlanmış intizam icraatı çərçivəsində qəbul edildiyini bilmişdir. Barəsində olan hər iki şikayət həqiqətə uyğun deyil və süni uydurma olduğundan, onun Kollegiyadan xaric edilməsi üçün əsas kimi sayıla bilməz. Belə ki, E.Cəlilovanın şikayəti işlədiyi X3 rəhbərliyinə onun barəsində yazılan məktubla əlaqədardır. E.Cəlilova öz şikayətində İddiaçı ona hədə -qorxu gəldiyini, psixoloji təsir göstərdiyini, onun şərəf və ləyaqətini alçaldan məlumatları bütün dövlət orqanlarına yaydığını göstərməklə işlədiyi Xəstəxanaya müraciət edərək, barəsində həqiqətə uyğun olmayan, şərəf və ləyaqətini alçaldan və nəticə olaraq işlədiyi vəzifəyə təsir göstərə biləcək məlumatlar yaydığını qeyd etmişdir. Dövlət Gömrük Komitəsinin rəsmisi isə, öz şikayətində icraatında olan Ukrayna vətəndaşı Haıevski Leonidin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə keçirilən istintaq zamanı onun (İddiaçı) vəkil vəsiqəsini və şəxsiyyət vəsiqəsini istintaqa təqdim etmədiyini, istintaq hərəkətlərində vaxtında iştirak etmədiyini, prosessual qərar və protokolları qəbul etməkdən imtina etdiyini göstərmişdir. Bu şika yətlərlə əlaqədar İddiaçı İntizam Komissiyasının əməkdaşına izahat təqdim etmişdir. Komissiya şikayətlərlə bağlı hansı araşdırmalar aparmasını, onun barəsində hansı rəyi tərtib etməsini bildirməmiş, onu bütün proseslərdən məlumatsız saxlamışdır. 8 ay ərzində o, hər dəfə həmin şəxslə əlaqə saxlayaraq, “araşdırma” barədə maraqlandıqda, ona narahat olmaması bildirilmişdir. Buna baxmayaraq, o, izahatını əsaslandıran və şikayətlərin tam yalan olmasını göstərən bütün sənədləri və sübutları təqdim etmişdir. Həqiqətə uyğun gəlməyən “şikayətlər” X6 iclasında baxılan zaman o (İddiaçı), həmin iclasa çağırılmamış, lakin iclasın keçirildiyi gün bir neçə məhkəmə iclasları olduğuna görə, məhkəməyə getməyə məcbur qalmışdır və bu səbəbdən Vəkillər Kollegiyasına ərizə təqdim etməklə təyin edilmiş iclası b aşqa vaxta keçirərək, onun iclasda iştirakının təmin olunmasını xahiş etmişdir. Bundan sonra, Rəyasət Heyətinin iclası təxirə salınsa da, ona növbəti iclasın vaxtı bildirilməmişdir. 19 avqust 2020-ci il tarixdə isə, Rəyasət Heyətinin iclasına 1 saat qalmış Kollegiyadan ona zəng edilərək, onlayn formatda iclasda iştirak etməsi tələb edilmişdir. Həmin gün də Bakı Apellyasiya Məhkəməsində və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində olan işlər üzrə məhkəmə iclasında iştirak etməli olduğuna görə Rəyasət Heyətinin iclasında bu dəfə də iştirak edə bilməmiş, axşam isə, vəkillikdən xaric edilməsi barədə ona telefonla məlumat verilmişdir. Həmin tarixdən onun barəsində olan bu qərarın hansı əsasla çıxarılmasını, Kollegiyadan xaric edilməsinə əsas ola biləcək hansı səhvinin olmasını bilməmişdir. Belə k i, o, 1983-cü ildən Vəkillər Kollegiyasının üzvüdür, bu zaman ərzində isə, barəsində heç bir tənbeh tədbiri tətbiq edilməmiş, hətta bir neçə dəfə “fəxri fərman”la mükafatlandırılmış, Vəkillər X2 24 dekabr 2019-cu il tarixli qərarı ilə 2020-ci ilin yanvar ayında qurumun sədri tərəfindən vəkillik peşəsini layiqincə yerinə yetirdiyinə görə medalla təltif edilmişdir. Bütün məhkəmə və istintaq orqanlarında vicdanlı, peşəkar və mübariz vəkil kimi tanınır. O, dəfələrlə Vəkillər Kollegiyasına müraciət edərək, barəsində intizam tənbehi tətbiq edilməsinə əsas olmuş İntizam Komissiyasının rəyinin və intizam tənbehi tətbiq edilməsinə dair AR Vəkillər X7 19 avqust 2020-ci il tarixli qərarının surətini istəmişdir. Lakin halhazıradək Komissiyanın rəyi və intizam tənbehi tətbiq edilməsinə dair 19 avqust 2 020-ci il tarixli qərar ona təqdim edilməmişdir. Hər dəfə Vəkillər Kollegiyası ilə əlaqə saxladıqda, ona iclas protokolunun (qərarın) hələ hazır olmadığı, yəni yazılaraq imzalanıb, möhürlənmədiyi bildirilmişdir. Buna baxmayaraq, Vəkillər X7 məhkəmə və istintaq orqanlarına ünvanlanmış 20 avqust 2020-ci il tarixli məktubu ilə onun Vəkillər Kollegiyası üzvlüyündən xaric olunması ilə əlaqədar məhkəməyə müraciət edilməsi və qətnamə qanuni qüvvəyə minənədək vəkillik fəaliyyətinin dayandırılması barədə Rəyasət Heyətinin 19 avqust 2020-ci il iclasında qərar qəbul edilməsi göstərilmiş və bu səbəbdən onun həmin tarixdən vəkillik fəaliyyəti ilə məşğul ola bilməməsi qeyd edilmişdir. O, barəsində qəbul edilmiş 19 avqust 2020-ci il tarixli qərarı ala bilmədiyinə görə həmin qərarın ləğv edilməsi barədə b u iddianı qərara münasibətdə əsaslandıra bilməmiş, bu səbəbdən, həmin qərarı almadan məhkəməyə müraicət etməli olmuşdur. Məhkəmənin tələbi ilə cavabdeh həmin qərarın surətini təqdim etdikdən sonra qərarla bağlı öz etirazının əsaslarını ətraflı olaraq göstərəcəkdir. Göstərilənlərə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2, 53, 56-cı maddələrinə, İPM-in 2.2.1, 32.1, 38.1-ci maddələrinə əsaslanaraq, AR Vəkillər X1 Kollegiya üzvlüyündən xaric olunması ilə əlaqədar məhkəməyə müraciət edilməsi və qətnamə qanuni qüvvəyə minənədək vəkillik fəaliyyətinin dayandırılması haqqında 19 avqust 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş edilmişdir.

9. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının iddia ərizəsində bildirilir ki, vətəndaş E.Cəlilova Bakı şəhəri 14 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil İddiaçı onun barəsində həqiqətə uyğun olmayan, şərəf və ləyaqətini alçaldan və sair xarakterli məlumatlar yayması barədə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ərizə ilə müraciət etmişdir. Komitə tərəfindən həmin ərizə araşdırılması üçün aidiyyəti üzrə Vəkillər Kollegiyasına göndərilmişdir. Eyni məzmunlu müraciət Azərbaycan Respublikası Baş Prokurorluğundan da Vəkillər Kollegiyasına daxil olmuşdur. E.Cəlilovanın həmin müraciəti əsasında Vəkillər X7 5 mart 2020-ci il tarixli qərarı ilə Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili İddiaçı barəsində intizam icraatı başlanılaraq, araşdırlması üçün Vəkillərin İntizam Komissiyasına göndərilmişdir. Müraciət belə əsaslandırlmışdır ki, əri zəçinin keçmiş əri Pərviz Cəlilovun vəkili İddiaçı uzun müddətdir ki, ona hədə-qorxu gəlir, psixoloji təsirlər göstərir, onun şərəf və ləyaqətini alçaldan məlumatı bütün dövlət qurumlarına yayır. Sonuncu dəfə vəkil İddiaçı onun işlədiyi X3 baş həkiminə müraciət edərək, barəsində həqiqətə uyğun olmayan, şərəf və ləyaqətini alçaldan və nəticə etibarilə işlədiyi vəzifəyə təsir göstərə biləcək məlumatlar yaymışdır. Müvafiq dövlət orqanlarına İddiaçı qeyri-qanuni hərəkətlərinə dair ünvanladığı şikayətlərə, müraciətlərə mahiyyəti üzrə baxılmadığını bildirmiş və hüquqlarının qorunmasında köməklik göstərilməsini xahis etmişdir. Müraciətə ərizəçinin vəkil İddiaçı ilə telefon danışığı kimi təqdim etdiyi disk və İddiaçı tərəfindən imzalanan, X3 baş həkiminə ünvanlanmış 14 yanvar 2020-ci il tarixli şikayət əlavə edilmişdir. İntizam icraatı üzrə vəkil İddiaçı verdiyi izahatın qısa məzmunu ondan ibarətdir ki, E.Cəlilovanın Vəkillər Kollegiyasına təqdim etdiyi diskə yazılmış gizli səs yazıları saxtakarlıqla əldə olunmuş montajdır. Burada həm E.Cəlilova, həm də bunu təşkil edən vəkil Aysel Məhərrəmova məsuliyyət daşıyacaqlar. Çünki, adıçəkilən şəxslərin ona qarşı etdikləri böhtan kompaniyasının qarşısında o, da məcbur qalıb E.Cəlilovanın haqqında bəzi dərin araşdırmalar aparmışdır. E.Cəlilova ona dəfələrlə telefonda zəng edərək alçaldıb təhqir etmiş, hətta onun ailə üzvlərini narahat etmiş, onun barəsində müxtəlif ünvanlara şər-böhtan dolu müraciətlər etmişdir. E.Cəlilovanın barəsində X4 yazdığı şikayətdə şərəf və ləyaqətinə toxunmamış, barəsində yalan məlumat verməmişdir. Verdiyi bütün məlumatlar isə, öz təsdiqini tapmışdır. İntizam icraatı üzrə araşdırma ilə müəyyən edilmişdir ki, vəkil İddiaçı E.Cəlilova barəsində Xəstəxananın baş həkiminə ünvanladığı 14 yanvar 2020-ci il tarixli müraciətdə “Amma bu həkimin əxlaqı, onun mənəviyyatı məni vadar edir ki, bu gün məhz Sizə müraciət edib Sizdən bu qadının, bu həkimin intizama, insafa, ədalətə və haqqa qayıtmasında bizə bir yol göstərəsiniz”, “Şikayətim X3 poliklinikasının həkimi X5r, onun illərcə törətdiyi qanunsuz əməllərindən və bugünkü qara işlərindəndir”, “Bundan da gözü doymayan həkim bütün icra orqanlarını ayağa qaldırıb Pərviz Cəlilovun aliment borcuna görə tutulması üçün bütün cəhdlərini edir, hətta, Ombudsmana da ərizə yazır ki, ərinin tutulmasını təşkil etsin”, “E.Cəlilova isə qocalardan qopardığı əmlakı rahat məni msəyə bilsin”, “Pərvizin dediyinə görə, E.Cəlilova boşanmamışdan əvvəl ona xəstəxananın əməkdaşı ilə xəyanət etmişdir”, “apardığım xidməti araşdırmalar zamanı E.Cəlilovanın qanunsuz hərəkətləri (cinayətləri) barədə əldə olunmuş məlumat", “plastik əməliyyatlar etmiş, bununla da o, qanunsuz fəaliyyətlə məşğul olmuşdur”, “insanları aldadaraq, onların etibarından istifadə etmişdir”, “Elnarə kimi özünü universal həkim sayan şəxslər, bu sahədə xüsusi bacarığı, nüfuzu, səriştəsi, praktikası olan həkimlərimizin adına ləkə gətirir, insanlar isə, bir şəxsin etdiyi səhvə görə bütün Azərbaycan həkimlərinə savadsız və səriştəsiz adam kimi baxırlar”, “xüsusi razılıq olmadan özəl tibbi fəaliyyətlə məşğul olması tam qanunsuzdur” kimi ifadələr işlətməklə E.Cəlilovaya münasibətdə mədəni, nəzakətli davranmam ış, onun hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, şərəf, ləyaqətini və işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə yol vermişdir. Həmçinin, araşdırma ilə müəyyən edilmişdir ki, vəkil İddiaçı peşə fəaaliyyətini həyata keçirərkən hüquqi yardım göstərilməsi ilə əlaqədar olaraq əldə etdiyi məlumatların konfidensiallığını təmin etməyərək vəkil sirrini pozmuş və vətəndaş E.Cəlilova ilə münasibətdə səbrli davranmamışdır. Bundan başqa, araşdırma ilə müəyyən edilmişdir ki, vəkil İddiaçı hüquqi yardım şöstərilməsi ilə əlaqədar əldə etdiyi məlumatlardan şəxsi maraqları üçün istifadə etmişdir. Belə ki, İddiaçı izahatında həm Elnarə Cəlilovanın, həm də bunu təşkil edən vəkil Aysel Məhərrəmovanın məsuliyyət daşıyacağını, bu şəxslərin ona qarşı etdikləri böhtan kompaniyasının qarşısında o, da məcbur qalaraq Elnarə Cəlilova haqqında bəzi dərin araşdırmalar etdiyini göstərməklə, faktiki olaraq bunu etiraf etmişdir. E.Cəlilovanın ərizəsinə əlavə etdiyi HD diskdə əksini tapmış səs yazılarına qiymət verilməsi xüsusi araşdırma tələb etdiyindən, intizam araşdırması ilə həmin xüsusata qiymət verilməsi mümkün olmamışdır. Vəkillərin İntizam Komissiyası 30 aprel 2020-ci il tarixli rəylə intizam icraatı üzrə toplanmış materialları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, Bakı şəhər 14 saylı Vəkil bürosunun vəkili İddiaçı X3 baş həkiminə ünvanlanladığı 14 yanvar 2020-ci il tarixli müraciətdə vətəndaş X10 münasibətdə mədəni, nəzakətli, diqqətli və səbirli davranmamaqla, hüquqi yardım göstərilməsi ilə əlaqədar əldə etdiyi məlumatların konfidensiallığını təmin etməməklə, məlu matlardan şəxsi maraqları üçün istifadə etməklə və sonuncunun hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə yol verməklə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” AR Qanununun 1-ci maddəsinin İİ və İİİ hissələrinin, 16, 18-ci maddələrinin, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 1.2, 1.3, 1.5, 2.6 - 2.8-ci bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozmuşdur. Bundan başqa, AR Dövlət Gömrük Komitəsinin Əməliyyatİstintaq İdarəsinin rəisi 28 yanvar 2020-ci il tarixli və 10 fevral 2020-ci il tarixli məktublarla Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müraciət edərək, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili İddiaçı intizam məsuliyyətinə cəlb ed ilməsi məsələsinə baxılması, onun cinayət prosesində iştirakının təmin edilməsinə köməklik göstərilməsi və istintaq hərəkətlərində iştirak etməyəcəyi halda cinayət prosesindən kənarlaşdırılacağının vəkil İddiaçı nəzərinə çatdırılmasını və onun intizam məsuliyyətinə cəlb edilməsi zamanı qeyd edilən xüsusatların da araşdırlmasını xahiş etmişdir. Həmin müraciətlər əsasında Vəkillər X7 5 mart 2020-ci il tarixli qərarı ilə Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili İddiaçı barəsində intizam icraatı başlanılaraq, araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilmişdir. Bundan sonra, Rəyasət Heyətinə 11 mart 2020-ci il tarixdə daxil olmuş Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 fevral 2020-ci il tarixli eyni məzmunlu müraciəti Vəkillər Kollegiyasının Rəyasət Heyətinə daxil olmu şdur. Həmçinin sonradan, yəni, 11 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin 11 iyun 2020-ci il tarixli müəyyən əlavələrlə eyni məzmunlu müraciəti Vəkillər Kollegiyasının Rəyasət Heyətinə daxil olmuşdur. Müraciətlər belə əsaslandırılmışdır ki, Bakı şəhəri 14 saylı Vəkil bürosunda fəaliyyət göstərən vəkil İddiaçı 16 dekabr 2019-cu il tarixli vəsatətlə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə müraciət edərək, AR Cinayət Məcəlləsinin 206.3.2 və s. maddələri ilə təqsirləndirilən Haıevski Leonidin qohumları ilə müqavilə bağlayaraq, onun hüquqlarını müdafiə etmək öhdəliyini öz üzərinə götürdüyünü bildirib, iş üzrə təqsirləndirilən şəxsin iştirakı ilə keçirilmiş istintaq hərəkəti protokollarının və s. sənədlərin su rətinin ona verilməsini xahiş etmişdir. Vəkil vəsatətə vəkil orderini əlavə etsə də, şəxsiyyətini və vəkillik fəaliyyəti ilə məşğul olmasını təsdiq edən müvafiq sənədi əlavə etməmişdir. Müxtəlif tarixlərdə istintaq hərəkətlərinin keçirilməsi ilə əlaqədar vəkil İddiaçı dəvət edilsə də o, heç bir əsas olmadan istintaq hərəkətlərində iştirak etmək üçün gəlməmişdir. İntizam icraatı üzrə vəkil İddiaçı verdiyi izahatın qısa məzmunu ondan ibarətdir o, təqsirləndirilən şəxsin qanuni mənafeyinə zidd olan heç bir hərəkət etməmişdir. Bu səbəbdən, Dövlət Gömrük Komitəsindən daxil olmuş həmin məktubu əsassız və qərəzli sayır. O, istintaq hərəkətlərindən heç bir zaman üzrsüz səbəbdən yayınmamış, istintaqa çağırıldığı zaman işi olduğu təqdirdə, bu barədə rəsmi ərizə ilə istintaq orqanına müraciət edib tə yin edilmiş vaxtda iştirak edə bilməyəcəyi barədə məlumat vermişdir. O, müstəntiqlə görüşüb, vəkil orderini və digər lazımı sənədləri vəsatətlə birlikdə müstəntiq E.Şirinova təqdim etmişdir. Həmin vəsatətin surəti müraciətinə əlavə edilmişdir. İntizam icraatı üzrə araşdırma ilə müəyyən edilmişdir ki, vəkil İddiaçı müqavilə əsasında hüquqlarını müdafiə etmək öhdəliyini üzərinə götürdüyü Ukrayna vətəndaşı X8 təqsirləndirildiyi cinayət işi üzrə, onun iştirakı ilə qabaqcadan müəyyən olunmuş 24 dekabr 2019-cu il tarixdə saat 09:20-də, 30 dekabr 2019-cu ildə saat 09:20-də, 23 yanvar 2020-ci il tarixdə saat 09:20-də və 13 fevral 2020-ci il tarixdə saat 09:20-də Bakı İstintaq Təcridxanasında keçirilməsi nəzərdə tutulan istintaq hərəkətlərində üzürlü səbəb və əsas olmadan iştirak etməmiş və bu hərə kətləri ilə istintaqın süni şəkildə uzadılmasına səbəb olmuşdur. Bu hal intizam icraatı üzrə araşdırma materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən 14 saylı Vəkil bürosunun vəkili İddiaçı ünvanlanmış 19 dekabr 2019-cu il, 28 dekabr 2019-cu il, 17 yanvar 2020-ci il, 10 fevral 2020-ci il tarixli məktubların, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin müstəntiqi tərəfindən tərtib edilmiş 24 dekabr 2019-cu il, 30 dekabr 2019-cu il, 23 yanvar 2020-ci il, 27 yanvar 2020-ci il, 13 fevral 2020-ci il tarixli arayışların, vəkil İddiaçı Dövlət Gömrük Komitəsinin Əməliyyatİstintaq Baş İdarəsinin istintaq şöbəsinə ünvanladığı 24 dekabr 2014-cü il tarixli ərizənin və ünvan 1 ünvanlanmış 1 iyun 2020-ci il tarixli məktubun surətləri ilə təsdiq edilir. Həmçinin araşdırma ilə müəyyən edilmişdir ki, vəkil İddiaçı müdafiəçi olaraq qeyd edilən cinayət işi üzrə 16 dekabr 2019-cu il tarixdən 8 yanvar 2020-ci il tarixədək cinayət prosesini həyata keçirən orqana şəxsiyyətini və Azərbaycan Respublikasının ərazisində vəkillik fəaliyyətini həyata keçirmək hüququnu təsdiq edən sənədi təqdim etməmişdir. Bu, vəkil İddiaçı tərəfindən Əməliyyat-İstintaq Baş İdarəsinin istintaq şöbəsinə ünvanlanmış 16 dekabr 2019-cu il tarixli vəsatətin, vəkilin şəxsiyyətini və Azəbaycan Respublikasının ərazisində vəkillik fəaliyyətini həyata keçirmək hüququnu təsdiq edən sənədini istintaq orqanına təqdim edənədək vəkilin vəsatətinə baxılmasının təxirə salınmasına dair istintaq şöbəsinin böyük müstəntiqi E.Şirinov tərəfindən qəbul edilmiş 18 dekabr 2019- cu il tarixli qərarın və vəkil İddiaçı 16 dekabr 2019-cu il tarixdə vəsatətinin təxirə salınmasına əsas olmuş hallar aradan qalxdığına görə onun vəsatətinin tam təmin edilərək müvafiq qərar və protokolun surətinin ona təqdim edilməsinə dair 8 yanvar 2020-ci il tarixli qərarın surətləri ilə təsdiq edilir. Vəkil İddiaçı qabaqcadan müəyyən olunmuş istintaq hərəkətlərində iştirak etməməsinin üzrlü səbəblə bağlı olmasını bildirsə də, bu barədə intizam araşdırmasına hər hansı bir sübut təqdim etməmişdir. Müraciətlərdə göstərilən digər xüsusatlara intizam araşdırması ilə qiymət verilməsi mümkün olmamışdır. Vəkillərin İntizam Komissiyası 12 iyun 2020-ci il tarixli rəylə intizam araşdırması üzrə toplanmış materialları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, Bakı şəhər 14 saylı Və kil Bürosunun vəkili İddiaçı AR Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən Leonid Haıevskinin AR Cinayət Məcəlləsinin 206.3.2 və s. maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə 24 dekabr 2019-cu il tarixdə saat 09:20-də, 30 dekabr 2019-cu ildə saat 09:20-də, 23 yanvar 2020-ci il tarixdə saat 09:20-də və 13 fevral 2020-ci il tarixdə saat 09:20-də Bakı İstintaq Təcridxanasında keçirilməsi nəzərdə tutulan istintaq hərəkətlərində üzrsüz səbəbdən iştirak etməməklə və bu hərəkətləri ilə istintaqın süni şəkildə uzadılmasına səbəb olmaqla və həmçinin, həmin cinayət işi üzrə 16 dekabr 2019-cu il tarixdən 8 yanvar 2020-ci il tarixədək cinayət prosesini həyata keçirən orqana şəxsiyyətini və Azərbaycan Respublikasının ərazisində vəkillik fəaliyyətini həyata keçirmə k hüququnu təsdiq edən sənədi təqdim etməməklə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” AR Qanununun 1-ci maddəsinin İİ, İİİ hissələrinin, 16-cı maddəsinin İ, İİİ hissələrinin, 18-ci maddəsinin, AR Cinayət Prosessual Məcəlləsinin 92.7, 92.11.2, 92.11.3-cü maddələrinin, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 1.2, 1.3, 1.5, 2.2, 2.3, 4.5-ci bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Vəkillər X11 19 avqust 2020- il tarixli iclasında Vəkillərin İntizam Komissiyasının 30 aprel 2020- ci il tarixli və 12 iyun 2020-ci il tarixli rəyləri nəzərə alınaraq, peşə fəaliyyətini həyata keçirərkən vəkil İddiaçı tərəfindən yuxarıda qeyd olunan pozuntulara yol verildiyindən, onun Vəkillər Kolle giyasının üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi və məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətinin dayandırılması qərara alınmışdır. Göstərilənlərə əsaslanaraq, vəkil İddiaçı Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsinə dair qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1593/2021 nömrəli, 30 iyul 2021-ci il tarixli qərarı ilə (hakim R.Kərimli) İddiaçı iddiası təmin edilməmiş, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının iddiası təmin edilmiş, vəkil İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilmişdir.

11. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Vəkillər X2 İntizam Komissiyasının rəyi əsasında vəkil İddiaçı barəsind ə başlanmış intizam icraatının nəticələri üzrə qərarı qəbul edilərkən keçirilən iclasın onun iştirakının təmin edilməsi üçün bir dəfə təxirə salınması, növbəti iclasın vaxtı (19 avqust 2020-ci il tarixdə) barədə isə iclasın vaxtına az müddət qalmaqla olsa da, onun xəbərdar olunması qərarın “vəkilin iştirakının təmin edilməsi” baxımından qəbulunda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinin pozuntusu kimi qəbul edilə bilməz. İddiaçı vəkil kimi fəaliyyət göstərdiyi dövrdə bir neçə dəfə mükafatlandırılması, o cümlədən 2019-cu ildə medalla təltif olunması (bu, işin mübahisə olunmayan hallarına aiddir) həmin tarixdən sonrakı dövrdə ona münasibətdə pozuntu ilə müşayiət olunan əmələ görə intizam məsuliyyətinin tətbiqini, o cümlədən Kollegiya üzvlüyün xaric ol unmasını istisna etmir. Dövlət Gömrük Komitəsinin Əməliyyat-İqtintaq Baş İdarəsinin icraatında olmuş müvafiq cinayət işi üzrə vəkil İddiaçı müdafiəçisi olduğu təqsirləndirilən şəxs barəsində aidiyyəti məhkəmənin bəraət hökmünün çıxarılması istintaqın gedişində bütün istintaq hərəkətlərinin qanunsuz aparılması nəticəsini yaratmır. Bəraət hökmü təqsirləndirilən şəxsin əməlinin qiymətləndirilməsi ilə bağlı məhkəmənin gəldiyi yekun nəticədir. Eləcə də, vəkil İddiaçı barəsində intizam icraatının başlanmasına əsas olmuş şikayət ərizəsini verən şəxs E.Cəlilovanın müvafiq iddiasının (İddiaçı qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə təmin edilməməsi həmin şikayət ərizəsində göstərilən halların İddiaçı adıçəki lən şəxs qarşısında mülki məsuliyyət yaratmamasına dəlalət edir. Həmin mübahisə üzrə məhkəmənin qətnaməsi ilə “iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatların cavabdeh tərəfindən kütləvi formada yayılmadığı”nın, “müvafiq məlumatların şəxsi və ailə sirri təşkil etmədiyi”nin müəyyən edilməsi İddiaçı vəkil kimi fəaliyyətində intizam məsuliyyətini aradan qaldırmış olmur. Vəkil İddiaçı müvafiq məhkəmə işlərində müdafiəçisi kimi çıxış etdiyi şəxsin keçmiş arvadının (hətta iddia tələbi ona qarşı yönəlsə də) araşdırma zamanı məlum olmuş, xüsusilə də məhkəmə mübahisəsinin predmeti ilə bağlı olmayan hallar üzrə qazancı, əmək fəaliyyəti, kollektivdə davranışı ilə əlaqədar hərəkətləri barədə sonuncunun işlədiyi təşkilatın rəhbərinə müraciət ünvanlanması özlüyündə vəkilliyin qanunla müəyyən edilm iş prinsiplərinin, o cümlədən konfidensiallıq prinsipinin pozulması, vəkilliyin əsas vəzifələrindən olan “şəxslərin qanunla qorunan mənafelərinin müdafiə edilməsi”nin yerinə yetirilməməsi, vəkil etikası ilə bir araya sığmayan və cəmiyyətin vəkilliyə olan inamına xələl gətirən hərəkətlər kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, vəkil kimi müdafiə etdiyi şəxs və onun keçmiş arvadının arasında əvvəllər mövcud olmuş ailə münasibətləri ilə əlaqədar olan və mənəvi dəyərlərlə sıx şəkildə bağlanan hadisələr, hallar barədə məlumatların həqiqətə uyğun olub-olmamasından asılı olmayaraq istənilən formada, hətta bir nəfər şəxsə belə vəkil kimi öz mənafeyi naminə istifadə etməklə bildirilməsi, həmin şəxsin iş karyerasının qurulması və gələcək şəxsi həyatının müdafiəsinin əksinə yönələn və bunu nla da vəkillərin davranış qaydalarının tələblərinə – “vicdanlı davranış”, “konfidensiallıq” və “ictimai etimad”a köklü şəkildə zidd, habelə mənəviyyata ziyan vuran hərəkətdir. Vəkilin bu qəbildən olan hərəkətləri onunla bağlı aparılan hətta real olsa belə, hər hansı mənfi təbliğat kompaniyasına (bu barədə heç bir əsas gətirilməmiş, formal mülahizə bildirilmişdir) qarşı müdafiə metodu, habelə tənqidi yanaşma qismində dəyərləndirilə bilməz. Hər bir vətəndaş kimi vəkilin də bu qəbildən olan hallarla bağlı müvafiq səlahiyyətli orqanlara müraciət etmək hüququ var. Belə hərəkətlərlə vəkil İddiaçı “Vəkillər və vəkillik fəaliyyəti haqqında” AR Qanununun 1, 16, 18-ci maddələrinin, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 1, 2-ci bəndlərinin tələblərini pozmuşdur. Vəkil İddiaçı təqsirlə ndirilən şəxsin müdafiəçisi qismində çıxış etdiyi AR Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin icraatında olmuş müvafiq cinayət işi üzrə istintaq orqanının çağırışları üzrə operativ tədbir görməməsi (hərəkət aparılan yerə gəlməməsi) və müvafiq istintaq hərəkətləri aparılarkən şəxsiyyətini təsdiq edən sənədi və vəkil vəsiqəsini vaxtında təqdim etməməsi (bu halı İddiaçı yalnız müvafiq tarixdə Təcridxanaya buraxılması ilə təkzib edir) hərəkətləri istintaqın süni şəkildə və lüzumsuz olaraq uzadılmasına gətirib çıxaran haldır və bu davranış öz peşə borcunu yerinə yetirən vəkilin dürüstlük, qeyri-peşəkarlıq nümayiş etdirməməsi kimi dəyərləndirilməli, habelə ictimai etimada yönəlməyən hal sayılmalıdır. Bununla da, AR Cinayət Prosessual Məcəlləsinin 92.7, 92.11.2 və 92.11.3-cü ma ddələrinin, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanununun 1, 16 və 18-ci maddələrinin, habelə “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 1, 2, 4.5-ci bəndlərinin tələbləri pozulmuşdur.

12. Birinci instansiya məhkəməsinin qərarından İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının iddiasının rədd edilməsi barədə qərarın çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 may 2022-ci il tarixli 21(103)-298/2022 nömrəli qərarı ilə (hakimlər E.Nağıyeva – sədrlik edən və məruzəçi, H.Həmidov və C.Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 30 iyul 2021-ci i l tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının iddiasının rədd edilməsi barədə qərarın çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətində göstərilir ki, inzibati icraat barəsində ona məlumat vermək və işdə onun iştirakını təmin etmək Vəkillər Kollegiyasının vəzifəsi olmuşdur. Lakin, Kollegiya bu vəzifəsini lazımınca yerinə yetirməmişdir. Belə ki, Vəkillər X7 iclası keçirilən zaman o, üzrlü səbəbdən həmin iclasda iştirak edə bilməmiş, bu barədə Rəyasət Heyətinə ərizə ünvanlayaraq iclasın müəyyən vaxta təxirə salınmasını xahiş etsə də, iclasda onun iştirakı təmin edilmədən, iştirakı olmadan, onun barəsində çıxarılan rəyə dair onun münasibəti öyrənilmədən Rəyasət Heyəti kollegiyadan xarıc edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

17. İstər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya məhkəməsinin öz qərarlarında toxunmadığı əsas hallardan biri də onun intizam məsuliyyətinə cəlb edilməsi üçün Qanunda nəzərdə tutulan müddətin ötməsidir. Belə ki, onun barəsində edilmiş şikayətlərlə əlaqədar onun intizam məsuliyyətinə cəlb edilməsi üçün “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda nəzərdə tutulan müddət ötmüşdür. Nəzərə alınmalıdır ki, barəsində olan şikayətlər 2020-ci ilin yanvar ayında Vəkillər Kollegi yasının icratına daxil olsa da, həmin şikayətlərə əsasən onun vəkillik fəaliyyətinin dayandırılması barədə qərar 19 avqust 2020-ci il tarixdə qəbul edilmişdir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 22-ci maddəsinin İİİ bəndinə əsasən vəkil haqqında intizam tənbehi intizam pozuntusunun aşkar edildiyi gündən altı ay, törədildiyi gündən isə bir il müddətində tətbiq edilə bilər. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 22-ci maddəsinin Vİ bəndinə əsasən vəkilin hərəkətində pozuntu müəyyən edilmədikdə və ya icraata başlama müddəti keçdikdə intizam icraatına xitam verilir. Bu baxımdan isə belə hesab edir ki, məlum şikayətlərə əsasən barəsində intizam icraatının başlanmasına baxmayaraq, həmin şikayətlər Vəkillər Kollegiyasının icratına daxil olduqdan 6 ay müddəti ötdükdən s onra onun haqqında intizam tənbehi tətbiq edilə bilməzdi. 18. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin tələblərinin pozulması yalnız intizam məsuliyyətinə səbəb olduğu üçün, bu qanun pozuntuları ilə əlaqədar vəkil barəsində intizam tənbehindən kənar tədbir görülə bilməməsi olmuş, məhkəmə isə onun bu əsasına qiymət verməmişdir.

19. Bununla əlaqədar kassator bildirmişdir ki, hətta onun barəsində edilmiş şikayətlərə əsasən əməlində intizam hüquq pozuntusu müəyyən olunsa idi belə, onu barəsində yalnız intizam tənbeh tədbiri görülə bilərdi ki, Vəkillər Kollegiyasından xaric edilmə intizam tənbeh tədbiri deyildir. Qanunvericiliyin tələbindən də görünür ki, vəkil barəsində intizam tənbeh tədbiri qismində Vəkillər Kollegiyasının üzvlü yündən xaric edilmə tənbeh tədbiri nəzərdə tutulmamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz ərizəsi verərək bildirmişdir ki, iş üzrə iddiaçının kassasiya şikayəti əsassızdır. Bu səbəbdən də o, kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsini 6 may 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanun Maddə 5 Vəkillik fəaliyyəti irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, insan və vətəndaş hüquq və azadlıqlarının üstünlüyü, qanunun aliliyi, vəkillərin müstəqilliyi, onlarla hüquqi yardım üçün müraciət edənlər arasında olan münasibətlərin könüllülüyü əsasında və vəkil etikasına riayət edilməklə həyata keçirilir Maddə 14 Vəkillər Kollegiyasına üzv qəbul olunmuş şəxs X6 iclasında Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə aşağıdakı məzmunda and içir: "Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməklə vəkil vəzifələrimi müstəqil olaraq şərəflə və vicdanla yerinə yetirməyə, ədalətli və prinsipial olmağa, insan hüquq və azadlıqlarını mərdliklə və dönmədən müdafiə etməyə, peşə sirrini qorumağa təntənəli surətdə and içirəm". Maddə 16 İ hissə. Peşə fəaliyyətini həyata keçirərkən vəkil: qanunun tələblərini icra etməli, müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməlidir, vəkil sirrini qorumalı, vəkil andına və vəkil etikasına riayət etməlidir, yalnız qanunun tələblərini rəhbər tutmalıdır, hüquqi yardımın göstərilməsi üçün müraciət etmiş şəxsin maraqlarına zidd və hüquqlarının həyata keçirilməsinə mane olan hər hansı hərəkəti, müdafiəçisi olduğu şəxsin mənafeyinə zidd olaraq onun törədilmiş cinayətlə əlaqəsini və təqsirini təsdiq, zərərçəkmişlə barışığını elan və ona qarşı qaldırılmış mülki iddianı qəbul etməməli, müdafiəsinə yönəlmiş şikayəti geri götürməməlidir, mənafeyi təmsil edilən və ya müdafiə edilən şəxsin icazəsi olmadan hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə məlum olan faktları və sənədləri, eləcə də mənəviyyata, demokratik cəmiyyətdə ictimai qaydaya və ya dövlət təhlükəsizliyinə ziyan vura bilən, həmçinin yetkinlik yaşına çatmamışların mənafeləri və ya tərəflərin şəxsi və ailə həyatının müdafiəsi tələb edərsə, belə məlumatları yaymamalıdır, vəkil sirrindən özünün şəxsi və ya başqasının mənafeyi üçün istifadə etməməlidir, vəkil onun tərəfindən qəbul edilən müdafiə öhdəçiliyindən imtina etməməlidir, “Сinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” AR Qanunundan irəli gələn tələblərə əməl etməlidir; maddənin İİİ hissəsi - Vəkilin mülki və ya cinayət işləri üzrə müvafiq olaraq nümayəndə və müdafiəçi qismində iştirakını istisna edən hallar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi və AR Mülki Prosessual Məcəlləsi ilə, inzibati xətalar haqqında işlər üzrə icraatda müdafiəçi və ya nümayəndə qismində iştirakını istisna edən hallar isə AR İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilir. Maddə 18 Vəkil peşə fəaliyyətini həyata keçirərkən bu Qanunla müəyyən edilmiş qaydada öz vəzifələrini mükəmməl icra etməli, vəkil sirrindən özünün şəxsi və başqalarının tamahkarlıq və digər məqsədləri üçün istifadə etməməli, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə, qanunsuz hərəkətlərin törədilməsinə çağırışlara, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz hərəkətlərə və sözlərə yol verməməli, məhkəmə iclasında hakimə mane olmamalı, bu iclasda çıxış edənlərin sözlərini kəsməməli, iclasın iş qaydasını pozmamalı və Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən q əbul olunmuş Vəkillərin davranış qaydaları haqqında Əsasnamə ilə müəyyən edilmiş vəkil etikasının digər tələblərinə riayət etməlidir. Maddə 22 Vəkil peşə borcunu həyata keçirərkən bu qanunun və digər qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edilir. Vəkil yalnız vəkillərin İntizam Komissiyasının rəyinə əsasən Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən intizam məsuliyyətinə cəlb edilir. İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkilə aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: irad tutma, töhmət, üç aydan bir il müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması. Və killər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduqda İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti məsələnin həlli üçün məhkəməyə müraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətini dayandıra bilər. Maddə 23 İ hissə Vəkilin fəaliyyətinə aşağıdakı hallarda xitam verilə bilər: - öz arzusu ilə fəaliyyətinə xitam verilməsi barədə yazılı ərizə verildikdə; - barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda; - fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmə tərəfindən müəyyən edildikdə; - vəfat etdikdə; - məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə; - Vəkillə r Kollegiyasının üzvlüyündən xaric edildikdə; - bu qanunla vəkilliyə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə; - üzvlük haqqını altı aydan artıq müddətdə üzrsüz səbəbdən ödəmədikdə. Həmin maddənin İİ hissəsinə görə vəkillərin fəaliyyətinə Vəkillər X2 qərarı ilə xitam verilir. Bu maddənin İ hissəsinin 7-ci və 9cu abzaslarında nəzərdə tutulmuş hallarda vəkillərin fəaliyyətinə xitam verilməsi yalnız vəkilin Kollegiyadan xaric olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilə bilər

22. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi Maddə 92.7 Şübhəli və ya təqsirləndirilən şəxsin, habelə barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin müdafiəsini öz öhdəsinə götürdükdə, müdafiəçi cinay ət prosesini həyata keçirən orqana şəxsiyyətini və Azərbaycan Respublikasının ərazisində vəkillik fəaliyyətini həyata keçirmək hüququnu təsdiq edən sənədi, habelə vəkil qurumunun orderini təqdim etməlidir. Maddə 92.11 Müdafiəçi bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir: Maddə 92.11.2 Cinayət prosesini həyata keçirən orqana müdafiəçi səlahiyyətlərini təsdiq edən sənədləri təqdim etmək, cinayət mühakimə icraatı zamanı vəkil etikasına riayət etmək; Maddə 92.11.3 Şübhəli və ya təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsi üçün cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə gəlmək. 23. “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamə Bənd 2.2 Vicdanlı davranış – Vəkil öz peşə borcunu yerinə yetirərkən dürüstlük və ləyaqətlilik nümay iş etdirməli, yalan danışmamalı, hədə-qorxu gəlməməli, təhdid etməməli, digər şəxslərin ağır maddi və sair vəziyyətindən yararlanmamalı, öz peşə və şəxsi məqsədlərinə çatmaq üçün digər qanunsuz vasitələrdən istifadə etməməlidir. Şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə vəkil öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur. Vəkil peşə fəaliyyətini həyata keçirməklə bağlı hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Vəkil hər hansı şəxsə hüquq pozuntusunun törədilməsi istiqamətində yazılı və ya şifahi məsləhətlər verməməli və onu digər qanunsuz hərəkətlərə sövq etməməlidir. Peşə fəaliyyətini həyata keçirərkən vəkil qanunvericiliyə və bu Əsasnamənin tələblərinə zidd vasitə və üsullardan istifadə edə bilməz. Bənd 2.6 Konfidensiallıq – Vəkil hüquqi yardım göstərilməsi ilə əlaqəd ar əldə etdiyi məlumatların konfidensiallığını təmin etməlidir. Məlumatların konfidensiallığının təmin edilməsi müddətlə məhdudlaşdırılmır. Vəkil hüquqi yardımın göstərilməsinə cəlb etdiyi şəxslərdən konfidensiallıqla bağlı öhdəliklərə riayət edilməsini tələb etməlidir. Vəkil peşə fəaliyyəti ilə əlaqədar əldə etdiyi məlumatlardan şəxsi maraqları üçün istifadə edə bilməz.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3- cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarı nın ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Bununla belə, kassasiya şikayətinin “İnzibati icraat barəsində ona məlumat vermək və işdə onun iştirakını təmin etmək Vəkillər Kollegiyasının vəzifəsi olmuşdur. Lakin Kollegiya bu vəzifəsini lazımınca yerinə yetirməmişdir” dəlilinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

31. Belə ki, intizam icraatının nəticələri barədə iclasın onun iştirakının təmin edilməsi üçün bir dəfə təxirə salınmış, növbəti iclasın vaxtı (19 avqust 2020-ci il tarixdə) barədə isə, xəbərdar olunmuşdur. Göründüyü kimi, qərarın “vəkilin iştirakının təmin edilməsi” baxımından qəbulunda “İnzibati icraat haqqında” Azərbaycan Res publikası Qanununun 21.1-ci maddəsinin pozuntusu kimi qəbul edilə bilməz.

32. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğundur. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etmişdir və bu səbəbdən məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilməməlidir.

33. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstər ilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-298/2022 saylı 6 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar