Məhkəmə qərarları › İş №2-1(102)-1558/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1558/2019

24.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1558/2019 24.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı xxxnın cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı xxxnın cavabdeh DƏDRX-nin 1 saylı Ərazi İdarəsinə qarşı şəhadətnamənin qismən etibarsız hesab edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 14 fevral 2019-cu il tarixli, 2- 1(103)-450/19 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 24 aprel 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xxxnın cavabdeh DƏDRX-nin 1 saylı Ərazi İdarəsinə qarşı iddiaçının adına verilmiş 05 yanvar 2001-ci il tarixli xxx saylı şəhadətnamənin onun ailə üzvlərinə aid hissədə etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 27.12.2018-ci il tarixli iş № 2-1(82)-4098/2018, (sədrlik edən hakim R.Kərimli) qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərardadından narazı qalan iddiaçıapelyasi ya şikayəti verərək birinci instansiya məhkəməsinin 27.12.2018-ci il tarixli qərardadının ləğv edilməsini, iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi barədə qərardadın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 14.02.2019-cu il tarixli iş № 2-1(103)-450/2019 (hakimlər Ü.Mayılov - sədrlik edən və məruzəçi, M.Tağızadə və K.Abiyeva) qərardadı ilə birinci instansiya məhkəməsinin 27.12.2018-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki,Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-450/2019 saylı inzibati iş üzrə 19 fevral 2019-cu il tarixli qərardadı qanunsuzdur və ona görə də ləğv edilməli, iddia tələbi üzrə iş məhkəmə icraatına qəbul edilməlidir. Belə ki, 31 avqust 2013-cü il tarixdə X5 AN-1 seriyalı ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsini imzalamaqla ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 165,55 kvadrat metr, yaşayış sahəsi 109,85 kvadrat metr olan fərdi yaşayış evini satın almışdır. Həmin evin texniki pasportunda onun 0,06 hektar torpaq sahəsi üzərində inşa edildiyi öz əksini tapmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı xxx çıxarışla 01 oktyabr 2013-cü il tarixdə həmin ev onun mülkiyyətinə verilmişdir. Mübahisəli evin üm umi və yaşayış sahələri böyük olmasa da, həyətyanı sahəsinin olması onu cəlb etmiş və bu səbəbdən də həmin evi alqı-satqı yolu ilə əldə edib mülkiyyətinə keçirmişdir. Həmin evi aldığından 2 ildən artıq bir müddət keçdikdən sonra X11, X10 və X1 xxx qızına qarşı Bakı şəhəri Nizami rayonu, xx məhəllədə yerləşən 0,06 hektar ölçüdə torpaq sahəsinin iddiaçıların mülkiyyətində olan 360 kvadrat metr hissəsi üzərində istifadə və sahiblik hüquqlarının bərpa edilməsi və həmin 360 kvadrat metr ölçüdə torpaq sahəsinin iddiaçıların sahibliyinə və əməli istifadəsinə verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Nəticədə iddia ərizəsində də göstərdiyi kimi onların xeyrinə məhkəmə aktları qəbul edilmiş, bununla da qanunvericiliklə qorunan hüquqları pozulmuşdur. Belə ki, həmin şəxslərin id diaları təmin edilməklə evin bütün kommunikasiya xətləri onun ərazisindən kənarda qalmış, küçəyə çıxış kəsilmiş bir sözlə, mülkiyyətində olan fərdi yaşayış evindən istifadə qeyri-mümkün olmuşdur. Həm birinci instansiya məhkəməsinin, həm də apelyasiya instansiya məhkəməsinin qərardadlarında qeyd edilmişdir ki, mübahisəli şəhadətnamənin hissəvi ləğvini tələb etmək hüququ yalnız xxya məxsusdur. Məntiqlə belə fikir yaranır ki, deməli X11, X10 və X6 İddiaçı qarşı torpaq sahəsi barədə iddiaları da tamamilə əsassızdır və həmin hüquq da yalnız xxya məxsusdur. Mülkiyyətçi xx olduğundan və torpaq sahəsinin alqı-satqısı onun tərəfindən həyata keçirildiyindən başqa şəxslərin buna müdaxiləsi yolverilməzdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 1 4 fevral 2019-cu il tarixli, 2-1(103)-450/2019 saylı qərardadının ləğv edilməsi və iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərardad qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 14 fevral 2019cu il tarixli qərardadının ləğv edilməsi və iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi barədə qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiya sından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 14 fevral 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şi kayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 14 fevral 2019-cu il tarixli, 2-1(103)-450/2019 saylı qə rardadla, iddiaçı X7 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən “Daşınmaz əmlakın dövlət reyestr xidməti haqqında” Qanunun 1.0.1, 8, 8.0.1, 8.0.5-ci maddələrinə, “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə, Torpaq Məcəlləsinin 48-ci maddəsinə, “İnzibati icraat haqqında” Qanunun 2.0.1, 2.0.2-ci maddələrinə, İnzibati Prosessual Məcəllənin 35-ci maddəsinə istinad etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir, belə ki, məlum olduğu kimi, iddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsəl ələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, X3 adına verilmiş 05 yanvar 2001-ci il tarixli xxx saylı şəhadətnamənin onun ailə üzvlərinə aid hissədə etibarsız hesab olunmasını xahiş etmişdir. Beləliklə, göründüyü kimi, iddiaçı Ə.K.Yusifova onun öz adına da deyil, başqa şəxsin, yəni, X3 adına torpağın mülkiyyətə verilməsinə dair verilmiş 05 yanvar 2001-ci il tarixli, 7N250H kod 00900003 saylı şəhadətnamənin qismən etibarsız hesab edilməsini iddia ərizəsində tələb edir. Bununla əlaqədar məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hazırda qismən etibarsız sayılmasını tələb etdiyi şəhadətnamə Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin 23 aprel 1998-ci il tarixli, 320 nömrəli sərəncamı əsasında verilmişdir. Bu xüsusda qeyd edilməlidir ki, mübahisə predmetinə çevrilmiş şəhadətnamə inzibati akt olan məhz sözügedən sərəncama əsasən verilmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində inzibati aktın anlayışı verilmişdir. Həmin maddəyə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir Mübahisə predmetinə çevrilmiş şəhadətnamə isə həmin sərəncamdan törənən bir sənəd, yəni, bu sərəncam verilməsə idi, şəhadətnamə də olmazdı, bu səbəbdən də mübahisə predmeti olan şəhadətnamə inzibati akt deyildir. Bu arada qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi İnzibati Prosessual Məcəllənin 2.2.5-ci maddəsinə istinad etməklə doğru olaraq göstərmişdir ki, mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə i craatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunmas ı, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin hazırkı mübahisə ilə gəldiyi qənaəti düzgündür, yəni, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin 23 aprel 1998-ci il tarixli 320 saylı sərəncamı ilə X4 ayrılmış torpaq sahəsinə hüququ sonuncunun özü əldə etdiyindən, sərəncam əsasında verilmiş şəhadətnamənin onun ailə üzvlərinə münasibətdə etibarsız sayılması tələbini də X8 özü irəli sürə bilər. Hazırkı iddiaçı X2 isə iddia ərizəsində göstərilən əsasla müvaf iq şəhadətnamənin qismən etibarsız sayılması tələbi üzrə subyektiv hüququ yoxdur. Odur ki, iddia mümkün sayılmamalıdır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 fevral 2019-cu il tarixli qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı xxxnın kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 14 fevral 2019-cu il tarixli, 2-1(103)-450/2019 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzd

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar