Məhkəmə qərarları › İş №2-1(102)-1558/2020

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1558/2020

06.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1558/2020 06.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “İddiaçı” MMC-nin cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarların ləğv olunması” tələbinə dair iş üzrə QƏRARDADİ (Açar sözlər: iddianın mümkün hesab edilməsi barədə qərardaddan verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X1 ibarət tərkibdə, İddiaçı “İddiaçı” MMC-nin cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarların ləğv olunması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kol legiyasının 2020-ci il 07 may tarixli 2-1(107)-141/2020 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehin xx xxxx 2019-cu il tarixli **********264500 nömrəli, xx xxxxxx 2019-cu il tarixli **********646400 nömrəli və xx xxxxxx 2019-cu il tarixli **********189600 nömrəli qərarların ləğv olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-138/2020 nömrəli qərardadı ilə iddia geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardad ın ləğv edilməsini və işin baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 07 may tarixli 21(107)-141/2020 nömrəli qərardadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərardadı ləğv edilmiş, iddia mümkün sayılmış, iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti vermişdir. O, qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmamasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 2.2.1-ci maddəsinə görə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialar mübahisələndirmə haqqında iddialar hesab olunur. İPM-in 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-in 35.1-ci m addəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndi ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələ n, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Göründüyü kimi, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam verilməsi barədə qərardadını ləğv etməklə yanaşı həm də iddianın mümkün olması barədə Şəki Apellyasiya Məhkəməsinin qərardad qəbul etməsi qanunsuz və işə mahiyyəti üzrə baxan zaman məhkəməni iddianın mümkünlük şərtlərinə əməl edilməklə verilməsini yoxlamaqdan məhrum edən qərar olmaqla qanunvericiliyə ziddir. Tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Tərəflərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxm ağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya aşağıdakı səbəblərə görə mümkün sayıla bilməz. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edi r. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinəuyğunluğunun yoxlanılmasına dair” xx xxxxx 2014-cü il tarixli Qərarına əsasən,

1. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinin mənasına uyğun olaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinin “Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz” müddəası həmin Məcəllənin 55. 3-cü maddəsi əsasında qəbul edilən qərardaddan apellyasiya şikayətinin verilməsi hüququnu məhdudlaşdıran norma kimi qiymətləndirilə bilməz.

2. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. Beləliklə, iddiaçının birinci instansiya məhkəməsinin qərardadından verdiyi şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən Qərarında ifadə edilmiş hüquqi mövqeyə uyğun olmuşdur. Lakin həmin hüquqi mövqe “iddianın geri götürülmüş hesab edilməsi barədə” qərardadın ləğv edilməsinə dair qərardaddan şikayət verilməsi imkanını da ehtiva etmir. Yuxarıda qeyd edi ldiyi kimi, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin “iddianın geri götürülmüş hesab edilməsi barədə” qərardadını ləğv etməklə yanaşı, iddianın mümkünlüyü barədə də nəticəyə gəlmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həm in qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Normanın məzmunundan göründüyü kimi iddianın mümkün sayılmaması barədə qərardaddan şikayət verilə bilər. İPM-in 81.1-ci maddəsinə əsasən, inzibati-iqtisadi məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən, şikayət inzibati-iqtisadi məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Normaların əlaqəli təhlilindən göründüyü kimi məhkəmə qərardadlarından o halda şikayət verilə bilər ki, onların müstəqil mübahisələndirilməsi İPM ilə nəzərdə tutulmuş olsun. İddianın mümkün sayılmasına, həmçinin “iddianın geri götürü lmüş hesab edilməsi barədə” qərardadın ləğv edilməsinə dair qərardadlardan müstəqil qaydada şikayət verilməsi İPM-də nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində, o cümlədən iş üzrə yekun məhkəmə aktı qəbul edilərkən də yoxlanılmalıdır. Məhkəmənin qanundan irəli gələn bu məzmunda xidməti vəzifəsini apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadı aradan qaldırmır və ya məhdudlaşdırmır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 07 may tarixli 21(107)-141/2020 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır. Sədrlik ed ən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova R.S.Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar