Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1559/2024 03.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: antiinhisar fəaliyyəti ilə əlaqədar sənədlərin təqdim edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Baza rına Nəzarət Dövlət Xidmətinin cavabdeh "xxxx" MMC-yə qarşı “sənədlərin təqdim edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-214/2024 saylı iş üzrə 30 yanvar 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh "xxxx" MMC vergi orqanlarında vergi ödəyicisi kimi qeydiyyatdan keçərək sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün ********** saylı VÖEN almışdır.
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilən “Antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması və tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsi haqqında” 05 dekabr 2022-ci il tarixli göstərişlə müəyyən edilir ki, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci bəndinin tələblərinin pozulması əlamətləri üzrə hüquqi ünvanı AZ1029, ünvan 1ağ Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - "Bakı Qida və Yağ Fabriki” MMC) barəsində qaldırılmış xx.xx.2022-ci il tarixli FA-53 nömrəli Antiinhisar qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyaları tətbiq edilməsi haqqında xx.xx.2022-ci il tarixli Qərarına əsaslanaraq, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü, 17-ci və 18-ci maddələrini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qayd aları”nın 3.7-ci bəndini rəhbər tutaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli AİBNDX- 06/07-5/3614 nömrəli məktub ilə tələb olunan sənəd və məlumatları xx.xx.2022-ci il tarixinədək təqdim edilməsi, Komissiyanın xx.xx.2022-ci il tarixli Qərarı ilə barəsində tətbiq edilmiş 5500 (beş min beş yüz) manat məbləğində maliyyə sanksiyasının təqdim edildiyi gündən 30 (otuz) gündən gec olmayaraq iddiaçının hesabına köçürülməsinin təmin edilməsi tələb edilmişdir.
3. Göstərişin 3-cü bəndində qeyd edilmişdir ki, iddiaçı bazar subyektlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin göstərişlərini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, təsərrüfat subyektləri məlumatların və sənə dlərin verilməməsinə, yaxud düzgün olmayan məlumatların verilməsinə görə Azərbaycan Respublikasının "Antiinhisar fəaliyyəti haqqında" Qanununun 18-ci maddəsinə əsasən məsuliyyət daşıdıqları "xxxx" MMC-nin nəzərinə çatdırılması, həmçinin "xxxx" MMC-nin nəzərinə qanunvericiliyə əsasan antiinhisar qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə verilmiş qərarlar (göstərişlər) yerinə yetirilmədikdə məhkəməyə müraciət etmək İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin vəzifələrindən olduğu "xxxx" MMC-nin nəzərinə çatdırılmış, göstərişin icrasına nəzarət Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Antiinhisar nəzarəti şöbəsinin Antiinhisar qanunvericiliyinə nəzarət sektorunun məsləhətçisi A.İsmayılovaya həvalə edilmiş dir. Göstərişdən 30 (otuz) gün müddətində inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermə hüququ izah edilmişdir. 4. xx.xx.2022-ci il tarixli AİBNDX-06/07-5/3614 nömrəli məktub əsasında marqarin yağı, palma yağı, duru yağlar, bitki və heyvan mənşəli qarışıq digər yağ məhsullarına dair sənəd və məlumatların Xidmətə təqdim edilməsi “Bakı Qida və Yağ Fabriki" MMC-dən xahiş edilmiş, lakin sonuncu tərəfindən tələb olunan sənəd və məlumatlar təqdim etməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli Göstərişinin (ma liyyə sanksiyasının ödənilməsi hissəsi istisna olmaqla) məcburi icrasının təmin edilməsi və 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində yağ məhsullarının istehsalında istifadə edilən xammalın və hazır yağ məhsullarının idxalına dair cədvəl məlumatlarının, 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində yağ məhsullarının aylar üzrə topdansatış qiymətləri və satış həcmi barədə cədvəl məlumatlarının, 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində illər üzrə ayrı-ayrılıqda istehsal və idxal olunan yağ məhsulları üzrə gəlir, xərc, mənfəət və rentabellik göstəricilərin, 2021 və 2022-ci ilin ötən dövrü ərzində istehsal və idxal edilən yağ məhsullarının satış qiymətlərində dəyişikliklər baş verdiyi tarixlərdə (gün, ay, il) hər bir məhsul çeşidi üzrə maya dəyəri, gəlir, xərc (xərc maddələri tam aç ıqlamaqla), mənfəət, rentabellik və dövrlər aralığında satış həcmi göstəriciləri barədə cədvəl məlumatlarının Dövlət Xidmətinə təqdim edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaranmış zərurətlə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli AİBNDX-06/07-5/3614 nömrəli məktubu ilə “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə, habelə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi”nin 4.0.5-ci bəndinə əsasən marqarin yağı, palma yağı, dur u yağlar, bitki və heyvan mənşəli qarışıq digər yağ məhsullarına dair sənəd və məlumatların Xidmətə təqdim edilməsi “Bakı Qida və Yağ Fabriki" MMC-dən (Bundan sonra- Cəmiyyət) xahiş edilmişdir. Həmin məktubla məlumatların və sənədlərin verilməməsinə, yaxud düzgün olmayan məlumatların verilməsinə görə “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən məsuliyyət daşıdıqları “Bakı Qida və Yağ Fabriki" MMC-nin nəzərinə çatdırılmışdır. Cəmiyyətin Dövlət Xidmətinə daxil olmuş xx.xx.2022-ci il tarixli BY 176 nömrəli məktubunda (daxilolma qeydiyyatı: 5/3735, xx.xx.2022-ci il) “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Az ərbaycan Respublikasının Qanunlarında nəzərdə tutulmuş hallar üzrə və qaydada Xidmət tərəfindən sorğu daxil olduqda yoxlama və araşdırma məqsədilə müvafiq məlumatların "xxxx" MMC tərəfindən təqdim ediləcəyi bildirilmiş, lakin tələb olunan sənəd və məlumatlar təqdim edilməmişdir. Bununla əlaqədar, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci bəndinin tələblərinin pozulması əlamətləri üzrə "xxxx" MMC barəsində xx.xx.2022-ci il tarixdə iş qaldırılmış, işə baxılması iclası xx.xx.2022-ci il tarixinə təyin edilmiş, eyni zamanda Xidmətin xx.xx.2022-ci il tarixli AİBNDX-06/07-5/3614 nömrəli məktubu ilə tələb olunan sənəd və məlumatların təqdim edilməsi xx.xx.2022-ci il tarixli Qərarla "xxxx" MMC-dən xahiş edilmişdir. "xxxx" MMC-nin Xidmətə daxil olmuş x x.xx.2022-ci il tarixli BY 185 nömrəli etiraz məktubunda (daxilolma qeydiyyatı: 5/4263, xx.xx.2022-ci il) “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaların xx.xx.2023-cü il tarixinədək dayandırıldığı və bu müddət ərzində yoxlama aparıla bilən istisna yoxlanılan sahələr içərisində antiinhisar qanunvericiliyi ilə bağlı yoxlamaların nəzərdə tutulmadığı bildirilmişdir. “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə, habelə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi”nin 4.0.5-ci bəndinə əsasən çay məhsullarına dair sənəd və məlumatların Xidmətə təqdim edilməsi “X11 Fabriki” MMC-dən xahiş edilmiş və müəssisə tərəfindən həmin sənəd və məlumatlar Xidmətə təqdim edilmişdir. Həm “X11 Fabriki” MMC-nin, həm də "xxxx" MMC-nin təsisçisi eyni şəxs olmasına baxmayaraq, eyni işə dair müəssisələr tərəfindən Dövlət Xidmətinin tapşırığına fərqli cür yanaşılmışdır. “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci bəndinin tələblərinə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi”nə əsasən müva fiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək, onlardan belə məlumatları (sənədləri) almaq Xidmətin hüquqlarındandır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Beləliklə, işin həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”nın 2.1-ci bəndinə əsasən yaradılmış Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxan Komissiyanın “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması haqqında” xx.xx.2022-ci il tarixli Qərarına əsasən tələb olunan sənəd və məlumatlar "xxxx" MMC tərəfindən təqdim edilməmişdir. 7. “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 109s nömrəli Sərəncamın 1.2-ci bəndinə əsasən daxili bazarda qiymət manipulyasiyası üzərində nəzarətin gücləndirilməsi istiqamətində ölkədə sağlam rəqabət mühitinin gücləndirilməsi, o cümlədən inhisarlaşma, bazarların bölüşdürülməsi, razılaşdırılmış qiymətlərin tətbiq edilməsi hallarının və qiymət manipulyasiyasının qarşısının alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılan nəzarət tədbirləri barədə ayda bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.3 və 3.0.6-cı bəndlərinə əsasən antiinhisar qanunvericiliyinin tələblərinə riayət olunmasına dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək, inhisarçılıq və haqsız rəqabət fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin və istehlakçıların mənafelərinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısının alınması ilə bağlı antiinhisar qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş, habelə antiinhisar qanunvericiliyinin pozulması və sahibkarlıq fəaliyyətinin ədalətsiz üsullarla aparılması haqqında işlərə baxmaq, bazar subyektlərinin tətbiq etdiyi haqsız rəqabət hallarının, təsərrüfat subyektlərinin kartel sövdələşmələrinin aşkarlanması və aradan qaldırılması, bazarda ilkin vəziyyətin bərpa edilməsi, həmçinin qanun pozuntusuna yol vermiş şəxslə rin antiinhisar qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görmək Xidmətin vəzifələrindən biri kimi müəyyən edilmişdir. Habelə, həmin Əsasnamənin 4.0.5-ci bəndinə əsasən Xidmətin müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək, onlardan belə məlumatları (sənədləri) almaq hüquqları vardır. Yuxarıda qeyd edilənlərə əsasən, Dövlət Xidməti antiinhisar qanunvericiliyinin tələblərinə riayət olunmasına dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin və istehlakçıların mənafelərinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısını almaq məqsədilə "xxxx" MMC barəsində “An tiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1-ci bəndinin üçüncü abzasına əsasən 5500 manat (beş min beş yüz manat) maliyyə sanksiyası şəklində cərimənin tətbiq edilməsi və Dövlət Xidmətinin antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılmasına dair xx.xx.2022-ci il tarixli Qərar və həmin Qərarın icrası barədə xx.xx.2022-ci il tarixli Göstəriş qəbul etmişdir. Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli Göstərişi Cəmiyyətə xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə rəsmi qaydada çatdırılsa da, icrası hazırkı tarixədək təmin edilməmişdir. “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının öz vəzifə və funksiyalarını yerinə yetirmək üçün dövlət idarəetmə or qanlarından, təşkilati-idarəetmə qurumlarından, təsərrüfat subyektlərindən, vəzifəli şəxslərdən zəruri olan hər bir məlumat, o cümlədən antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı yazılı (şifahi) izahatlar almaq hüququ vardır. İddiaçı “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydalar”ına istinad edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
8. Cavabdeh iddiaya dair məhkəməyə ünvanladığı yazılı münasibətdə bildirmişdir ki, inzibati hüquq mübahisələri inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr və s.) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də inzibati orqanın inzibati aktla bağlı olmayan hərəkət və ya hərəkətsizliyi ilə bağlı fiziki və hüquqi şəxslər tərəfindən mübahisələndirilən mübahisələri nəzərdə tutur. Hazırkı vəziyyətdə iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin cavabdeh "xxxx" MMC-yə qarşı “Dövlət Xidmətinin xx.xx.2022ci il tarixli göstərişinin məcburi icrası barədə” tələbi barədə iddiası AR İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məhkəmə icraatı qaydasında baxılan iddialar siyahısına daxil olmadığı üçün mövcud iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Buna görə də iddia İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə uyğun olaraq, mümkünsüz sayılmalıdır. Lakin iddiaçı iddia ərizəsində ilk öncə iddiasının mümkünlüyünü əsaslandırmalı olduğu halda, bu hissədə heç bir hüquqi əsaslandırma həyata keçirməmiş, yalnız Dövlət Xidmətinin fiziki şəxs X1 qarşı sənəd və məlumatların təqdim edilməsi barədə xx.xx.2022-ci il tarixli AİBNDX-14/01-8/116 nömrəli iddia ərizəsinin Sumqayıt İnzibati Məhkəməsi tərəfindən icraata qəbul edilməsini əsas gətirmişdir. Bununla da əslində iddiasının inzibati mühakimə icraatı qaydasında baxılmamalı olduğunu etiraf etmiş, sadəcə iddiası üzrə məhkəmə aidiyyətinin AR İPM-nin 2-ci maddəsi ilə əsaslandırmalı olduğu halda, Sumqayıt İnzibati Məhkəməsinin müvafiq qərarı ilə əsaslandırmışdır ki, bu da qəbuledilməz və yolverilməzdir. Cavabdeh hesab edir ki, Sumqayı t İnzibati Məhkəməsinin müvafiq iddia ərizəsinin icraata qəbul edilməsi ilə bağlı qərarı məhkəmə aidiyyətinin müəyyənləşdirilməsinə, dolayısıyla da, iddianın mümkünlüyünə əsas ola bilməz. Qeyd olunanlara əsasən iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5959/2023 saylı, 20 aprel 2023-cü il tarixli qərarı (hakim X5) ilə iddia tələbi təmin edilərək, Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli göstərişinin (maliyyə sanksiyasının ödənilməsi hissəsi istisna olmaqla) məcburi icrasının təmin edilməsi və 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində yağ məhsullarının istehsalında istifadə edilən xammalın və hazır yağ məhsullarının idxalına dair cədvəl məlumatlarının, 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində yağ mə hsullarının aylar üzrə topdansatış qiymətləri və satış həcmi barədə cədvəl məlumatlarının, 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində illər üzrə ayrı-ayrılıqda istehsal və idxal olunan yağ məhsulları üzrə gəlir, xərc, mənfəət və rentabellik göstəricilərin, 2021 və 2022-ci ilin ötən dövrü ərzində istehsal və idxal edilən yağ məhsullarının satış qiymətlərində dəyişikliklər baş verdiyi tarixlərdə (gün, ay, il) hər bir məhsul çeşidi üzrə maya dəyəri, gəlir, xərc (xərc maddələri tam açıqlamaqla), mənfəət, rentabellik və dövrlər aralığında satış həcmi göstəriciləri barədə cədvəl məlumatların Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilməsi qərara alınmışdır.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı sənəd və məlumatla rı "xxxx" MMC tərəfindən təqdim edilməsini tələb etməkdə haqlıdır.
11. Cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-214/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qərarı ilə (hakimlər X2 / məruzəçi/, X3 və X4) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5959/2023 saylı, 20 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş e tmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Şikayətdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.1, 2.2, 3.2-ci, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunun 1, 2.1, 3.1-ci maddələrinə istinad edilərək apelyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edilmişdir.
16. Kassator bildirmişdir ki, iddiaçı qurumun başlatdığı yoxlamalar müvafiq icra hakimiyyəti orqanının vahid məlumat reyestrində qeydə alınmadığı, məlumatların verilməsindən də məhz buna görə imtina verildiyi, ümumiyyətlə, ölkə ərazisində sahibkarlıq sahəsində yoxlamaların 01 yanvar 2025-ci ilədək dayandırıldığı və istisna təşkil edən y oxlama aparan orqanlar siyahısında iddiaçı qurumun olmamasını nəzərə aldıqda iddiaçı qurumun antiinhisar yoxlamaları apararaq kommersiya xarakterli sənədləri tələb etməsi, hətta bu məhkəmə qərarı vasitəsilə olsa da belə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” AR Qanununun tələblərinin pozulması anlamına gəlir və buna görə də məhkəmə iddia tələblərinin rədd edilməsi barədə qərar qəbul etməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1-1. Antiinhisar qanunvericiliyi Azərba ycan Respublikasında antiinhisar qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, "Təbii inhisarlar haqqında", "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikasının qanunlarından və digər normativhüquqi aktlardan ibarətdir. Maddə
2. Qanunun tətbiq dairəsi
1. Bu Qanun Azərbaycan Respublikasının bütün ərazisində (Ələt azad iqtisadi zonası istisna olmaqla) fəaliyyət göstərir və bütün hüquqi və fiziki şəxslərə şamil edilir.... Maddə
16. Müvafiq icra hakimiyyəti orqanının məlumat əldə etmək hüququ
1. Müvafiq icra hakimiyyəti orqanının öz vəzifə və funksiyalarını yerinə yetirmək üçün dövlət idarəetmə orqanlarından, təşkilati-idarəetmə qurumlarından, təsərrüfat subyektlərindən, vəzifəli şəxslərdən zəruri olan hər bir məlumat, o cümlədən antiinhisar qanunvericiliyinin pozul ması ilə bağlı yazılı (şifahi) izahatlar almaq hüququ vardır.... Maddə
18. Qanunun pozulmasına görə məsuliyyət Bu Qanunun pozulmasına görə təsərrüfat subyektləri, onların rəhbərləri və müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri aşağıda nəzərdə tutulan məsuliyyəti daşıyırlar.
1. Təsərrüfat subyektləri: müvafiq icra hakimiyyəti orqanının qanuni göstərişlərini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə hər gecikdirilmiş günə görə əlli beş manatadək, lakin iyirmi iki min manatdan çox olmamaq şərti ilə; müvafiq icra hakimiyyəti orqanına bu Qanunun 13-cü, 13-1-ci və 16-cı maddələrində göstərilmiş məlumatları və sənədləri vermədikdə, yaxud düzgün olmayan məlumatlar verdikdə-beş min beş yüz manatadək maliyyə sanksiyası şəklində cərimə olunurlar
19. Azərbaycan Respublikası Nazirlə r Kabinetinin 1998-ci il 29 may tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları” 2.17. Göstərişin icrası, onda müəyyən edilmiş müddət ərzində həyata keçirilməlidir. Göstərişin vaxtında icra edilməməsi mövcud qanunvericilikdə nəzərdə tutulan nəticələrə səbəb ola bilər. Göstərişin vaxtında icra edilməməsi — onun icrasından yayınma və ya qismən icra olunması, yaxud müəyyən olunmuş müddətdə icra olunmaması kimi başa düşülür. 2.18. Komissiyanın sədri tərəfindən göstərişin yerinə yetirilməsinə nəzarət onun üzvlərindən birinə həvalə olunur və bu barədə protokolda qeyd edilir. 2.19. Göstəriş almış şəxsin göstərişin icra müddətinin qurtarmasına 10 gün qalanadək göndərdiyi əsaslandırılmış vəsatət üzrə Antiinhisar orqanı göst ərişin icra müddətinin 6 aydan çox olmamaq şərti ilə uzadılması haqqında qərar qəbul edə bilər. 2.20. Antiinhisar orqanının qərar və göstərişlərinin yerlərdə icrasına aidiyyəti olan ərazidə onun ərazi orqanları onlara həvalə olunmuş hüquqlar dairəsində nəzarət edirlər. 2.21. Antiinhisar qanunvericiliyinin pozulmasına yol verilməklə qəbul olunmuş aktların ləğvi və qismən dəyişdirilməsi haqqında göstəriş yerinə yetirilmədikdə, Antiinhisar orqanı həmin aktların bütövlüklə və ya qismən etibarsız hesab edilməsi, yaxud antiinhisar qanunvericiliyinin pozulması baş verən ana qədərki vəziyyətin bərpa olunmasının məcburi həyata keçirilməsi haqqında ərizə ilə məhkəmə orqanlarına müraciət edə bilər. Digər təsərrüfat subyektləri ilə müqavilələrin bağlanması haqqında və antiinhisar qanunvericiliyinin po zulmasına yol verilməklə bağlanmış müqavilələrin pozulması və ya dəyişdirilməsi haqqında göstəriş icra edilmədikdə Antiinhisar orqanı müqavilənin məcburi bağlanması, yaxud müqavilələrin tamamilə və ya qismən etibarsız sayılması haqqında iddia ilə məhkəmə orqanlarına müraciət edə bilər. Antiinhisar qanunvericiliyinin pozulması nəticəsində qanunsuz əldə olunmuş mənfəətin büdcəyə ödənilməsi haqqında göstərişə əməl edilmədikdə Antiinhisar orqanı qanunsuz əldə olunmuş mənfəətin büdcəyə ödənilməsi haqqında iddia ilə məhkəmə orqanlarına müraciət edə bilər. Antiinhisar orqanının ilkin və ya təkrar tələbi ilə bu Qaydaların 3.1-ci bəndinin “c” yarımbəndində nəzərdə tutulmuş sənəd və məlumatlar təqdim edilmədikdə antiinhisar orqanları həmin sənəd və məlumatların təqdim edilməsi haqqında iddia ilə məh kəmə orqanlarına müraciət edə bilər.[6] [6] 1 oktyabr 2022-ci il tarixli 378 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 3 oktyabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 10, maddə 1209) ilə “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”nın 2.21-ci bəndinə yeni məzmunda dördüncü abzas əlavə edilmişdir. 3.1. Antiinhisar orqanı antiinhisar qanunvericiliyinin pozulmasının aşağıdakı hallarına görə cərimələr və ya maliyyə sanksiyaları tətbiq edir: a) Antiinhisar orqanının göstərişləri vaxtında icra olunmadıqda; b) antiinhisar orqanlarına “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 13-cü, 13-1ci maddələrində göstərilən ərizə və sənədlər təqdim e dilmədikdə; c) antiinhisar orqanlarının tələbi ilə “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 13cü, 13-1-ci və 16-cı maddələrində nəzərdə tutulmuş, həmçinin öz vəzifələrinin yerinə yetirilməsi ilə bağlı digər sənədlər və məlumatlar vaxtında təqdim edilmədikdə; ç) antiinhisar orqanlarına düzgün olmayan məlumatlar verildikdə.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərar a qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apell yasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
27. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin əsas dəlili iddiaçının subyektiv hüququ olmadığından iddianın mümkün sayılmamalı olması, o cümlədən ölkə ərazisində sahibkarlıq sahəsində yoxlamaların 01 yanvar 2024-cü ilədək dayandırıldığı və istisna təşkil edən yoxlama aparan orqanlar siyahısında iddiaçı qurumun olmamasını nəzərə aldıqda iddiaçı qurumun Cəmiyyət barəsində antiinhisar yoxlamaları apararaq kommersiya xarakterli sənədləri tələb etməsi, hətta bu məhkəmə qərarı vasitəsilə olsa da belə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanununun tələblərinin pozulması anlamına gəlməsindən ibarətdir.
28. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab edərək bildirir ki, antiinhisar orqan ına antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxarkən öz vəzifələrinin yerinə yetirilməsi ilə bağlı təsərrüfat subyektləri də daxil olmaqla dövlət idarəetmə orqanlarından, təşkilati-idarəetmə qurumlarından və vəzifəli şəxslərdən zəruri olan müvafiq sənəd və məlumatların təqdim edilməsi barədə göstəriş vermək, həmin göstərişlər yerinə yetirilmədikdə cərimə və ya maliyyə sanksiyasının tətbiqi haqqında qərar qəbul etməklə yanaşı, müvafiq sənəd və məlumatlar təqdim edilmədikdə həmin sənəd və məlumatların təqdim edilməsi haqqında iddia ilə məhkəmə orqanlarına müraciət etmək hüququ verilmişdir. 29. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda yoxlamanın anlayışı və qaydası aydın şəkildə göstərilmişdir. Hazır kı halda mübahisə məlumatlar və sənədlərin təqdim edilməsi ilə bağlıdır. Həmin sənədlərin tələb edilməsi iddiaçının antiinhisar qanunvericiliyindən irəli gələn hüququ, cavabdehin isə təsərrüfat subyekti kimi onları təqdim etmək vəzifəsi olduğundan bu fəaliyyət yoxlama kimi qiymətləndirilməməli, əslində antiinhisar qanunvericiliyinin pozulması hallarının müəyyən olunması məqsədlərinə xidmət edən və bununla bağlı icraatın tərkib hissəsi sayılmalıdır.
30. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının tələb etdiyi sənəd və məlumatlar antiinhisar qanunvericiliyinin pozulması hallarının müəyyən olunması üzrə icraat çərçivəsində cavabdehdən tələb oluna bilər və obyektiv qərarın qəbulunu təmin etmək üçün tələb edilməlidir. Başqa sözlə, sənəd və məlumatların təqdim olunmaması cavabdehə münasibətdə ə lverişsiz qərarın qəbulunu şərtləndirmə riskini daşıyır və məhz belə qərarın qəbulu riski sənədlərin təqdim olunmasının təminatı qismində çıxış edir. Belə hallarda dövlət orqanı olan iddiaçının məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacı mövcud olur.
31. Bundan əlavə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 oktyabr 2022-ci il tarixli 378 №li Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”nda dəyişiklik edildiyindən antiinhisar orqanlarının cavabdehdən tələb etdiyi müvafiq sənəd və məlumatların təqdim edilməsi ilə bağlı məhkəməyə müraciət etmək, başqa sözlə, tələb olunan sənədlərin cavabdehdən məcburi götürül məsi ilə bağlı iddia qaldırmağın normativ hüquqi əsası yaranmışdır.
32. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
33. Beləliklə, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-214/2024 saylı iş üzrə 30 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.