Məhkəmə qərarları › İş №2-1(102)-156/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-156/2020

05.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-156/2020 05.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (ailə başçısının itirilməsinə görə əmək pensiyasının yenidən hesablanması, ƏPQ-nun 20.17.2-ci maddəsinin xx.xx.2017-ci ilədək ailə başçısının itirilməsinə görə əmək pensiyası təyin edilmiş şəxslərə tətbiqi). GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, Cavabdehin Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2331/2019 nömrəli inzibati iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.1956-cı ildə Mirbəşir şəhərində anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyya tdadır. (AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsi). İddiaçının xx.xx.1948-ci il təvəllüdlü əri X2 2007-ci ilin dekabr ayında vəfat etmişdir. İddiaçıya xx.xx.2016-cı il tarixdən mərhum ərinin müvafiq təminat xərcliyinin 35 faizi miqdarında ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir və o, hal-hazırda həmin pensiyanı alır. İddiaçı ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə (bundan sonra cavabdeh) müraciət edərək, pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsini xahiş etmiş, lakin cavabdehin xx.xx.2019-cu il tarixli, **********0 nömrəli imtina məktubu ilə ona bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbayca n Respublikası Qanununa xx xxxx 2017-ci il tarixli dəyişikliyə əsasən, ailə başçısını itirməyə görə Qanunun 20.17.2-ci maddəsinə edilmiş dəyişikliklər xx.xx.2017-ci il tarixdən qüvvədədir. İddiaçının pensiya hüququ Qanunun adı çəkilən maddəsinin qüvvəyə mindiyi tarixdən əvvəl yarandığından, iddiaçıya həmin dövrdə qüvvədə olmuş Qanunun 20.17.2-ci maddəsi ilə ailə başçısını itirməyə görə əmək pensiyası düzgün təyin edilmişdir. Məhz adı çəkilən dəyişikliklər xx.xx.2017-ci il tarixdən qüvvəyə mindiyindən iddiaçıya tətbiq edilə bilməz. Bu cavabla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər edilməsi barədə xx xxxx 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən 20.17.2-ci maddəyə edilmiş dəyişikliklərin iddiaçıya münasibətdə tətbiq edilməsi və ərinin təminat xərcliyinin 80 faiz miqdarında pensiya təyin edilməsini və xx.xx.2017-ci il tarixdən yaranmış pensiya fərqinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı bildirmişdir ki, ailə başçısını itirməyə görə xx xxxxx 2016-cı tarixində pensiyaya çıxmışdır və mərhum həyat yoldaşının təminat xərcliyinin 35 faizi miqdarında ona pensiya hesablanmışdır. O, cavabdehə müraciət edərək “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər edilməsi barədə xx xxxx 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən 20.17.2-ci maddəyə edilmiş dəyişikliklərin ona münasibətdə tətbiq edilməsini, ona ərinin təminat xərcliyinin 80 faiz miqdarında pensiya tə yin edilməsini və xx.xx.2017-ci il tarixdən yaranmış pensiya fərqinin ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh müraciətini təmin etməmişdir. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək iddianın təmin olunmamasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(81)1237/2019 nömrəli qərarı ilə (hakim: A.A.Abdullayev) iddia təmin edilmiş, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə xx xxxx 2017-ci il tarixli 543 -VQD nömrəli Qanuna əsasən 20.17.2-ci maddəyə edilmiş dəyişikliklərin İddiaçı münasibətdə tətbiq edilərək, ona təminat xərcliyinin 80 faiz miqdarında pensiya təyin edilməsi və xx.xx.2017-ci il tarixdən yaranmış pensiya fərqinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə e dilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər edilməsi barədə xx xxxx 2017-ci il tarixli 543VQD nömrəli Azərbaycan Respublikası Qanununa əsasən 20.17.2-ci maddəyə “miqdarı ilə” sözlərindən sonra “(ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatıdırılmaqla)” sözləri əlavə edilmişdir. Həmin qanun xx.xx.2017-ci il tarixdə qüvvəyə minməsinə baxmayaraq, cavabdeh tərəfindən əsassız olaraq iddiaçıya münasibətdə tətbiq olunmamışdır. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2331/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarı i lə (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: V.M.Ağayev və C.A,Yusifov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(81)-2694/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2331/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, Azərbay can Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na əsasən, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1.-ci bəndində nəzərdə tutu lmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Daha sonra qeyd edilir ki, iddiaçıya ailə başçısını itirməyə görə mərhum həyat yoldaşının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən göndərilən "məlumat vərəqəsi"nə əsasən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə əsasən mərhum həyat yoldaşının (sonrakı artımlar da nəzərə alınmaqla) müvafiq təminat xərcliyinin 35 faizi miqdarında xx xxxxxx 2019-cu il tarixdən əmək pensiyası təyin edilmişdir. İddiaçı iddia tələbində "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa edilmiş xx xxxx 2017-ci il tarixli dəyişikliyə əsasən, ail ə başçısını itirməyə görə pensiyasının Qanunun 20.17.2-ci maddəsində nəzərdə tutulmuş 80 faiz məbləğində yenidən hesablanmasını xahiş etmişdir. Halbuki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa edilmiş xx xxxx 2017-ci il tarixli dəyişikliyə əsasən, Qanunun 20.17.2-ci maddəsinə edilmiş dəyişikliklər xx.xx.2017-ci il tarixdən qüvvədədir. İddiaçının pensiya hüququ Qanunun adı çəkilən maddəsinə edilmiş dəyişikliklər qüvvəyə mindiyi tarixdən əvvəl, yəni xx xxxx 2017-ci il tarixədək yarandığından, iddiaçıya həmin dövrdə qüvvədə olmuş Qanunun 20.17.2-ci maddəsi ilə ailə başçısını itirməyə görə əmək pensiyası düzgün təyin edilmişdir. Məhz adı çəkilən dəyişikliklər xx.xx.2017-ci il tarixdən qüvvəyə mindiyindən iddiaçıya tətbiq edilə bilməz. Məhkəmə icraatı iştirakçılarının iza hatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində məhkəmə iclasında onun iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanun la müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 2016-cı il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş, onun pensiyasına əlavə “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsinə əsasən, hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə - ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təmi nat xərcliyinin 35 faizi miqdarı ilə müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında" Qanuna dəyişikliklər edilməsi barədə xx xxxx 2017-ci il tarixli 543- VQD nömrəli Azərbaycan Respublikası Qanununa əsasən, 20.17.2-ci maddəyə “miqdarı ilə” sözlərindən sonra “(ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla)” sözləri əlavə edilmiş, lakin həmin qanun xx.xx.2017-ci il tarixdə qüvvəyə minməsinə baxmayaraq, cavabdeh tərəfindən əsassız olaraq iddiaçıya münasibətdə tətbiq olunmamışdır. Bundan əlavə iş materiallarında olan pensiya işinə dair sənədlərdən görünür ki, iddiaçıya onun xx.xx.2016-ci il tarixli ərizəsinə əsasən cavabdeh Azərb aycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən göndərilmiş xx.xx.2014-ci il tarixli məlumat vərəqəsi üzrə xx.xx.2016-cı il tarixindən müəyyən edilən cəmi 818,95 manat təminat xərcliyinin 35 faizi miqdarında - 286,64 manat məbləğində ailə başçısını itirməyə görə pensiya təyin olunmuşdur. Cavabdeh xx.xx.2019-cu il tarixli imtina məktubunda xx.xx.2018-ci il tarixindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 3761 nömrəli sərəncamına əsasən iddiaçının məhrum ərinin sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşının 353,00 manat artırılması ilə əlaqədar olaraq, rütbə maaşı 138,0 manat, xidmət illərinə görə 40 faiz əlavəsi - 196,40 manat, məharət dərəcəsinə görə 35 % əlavəsi 123,55 manat və ərzaq payı əvəzinə verilən kompensasiya 64,00 manat olmaqla, cəmi təminat xə rcliyi 874,95 manat təşkil etdiyini, mərhumun təminat xərcliyinin 35% - 306,23 manat məbləğində pensiyanın qanunvericiliyə uyğun olaraq müvafiq kart hesabına köçürülməsini göstərmişdir. xx xxxx 2017-ci il tarixli 543-VQD №-li Azərbaycan Respublikasının Qanunu ilə edilən, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş dəyişiklikdən sonra «Əmək pensiyaları haqqında» Qanunun 20.17.2-ci maddəsinin redaksiyasından isə göründüyü kimi, hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə—ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasının sığorta hissəsinə əlavə edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Qanunun qeyd olunan normasına edilən dəyişikliyin onun qüvvəyə minməsindən əvvəl pensiya hüququ qazanmış şəxslərə şamil olunmasının mümkünsüzlüyü barədə cavabdehin dəlili əsassızdır. Belə ki, birincisi, həmin Qanunun 29.2-ci maddəsinin xx xxxx 2017-ci il tarixdən qüvvədə olan redaksiyasına əsasən, bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifə lər üzrə aylıq əmək haqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İV hissəsinə əsasən təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. «Əmək pensiyaları haqqında» Qanunun qeyd olunan Qanunun 20.17.2-ci maddəsi ilə də, məhz, hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə düşən minimum məbləğ müəyyənləşdirilmişdir. Yəni, imperativ qaydada müəyyən olunmuşdur ki, ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda, həmin məbləğə çatdırılmaqla müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği a rasındakı fərq qədər əmək pensiyasının sığorta hissəsinə əlavə edilməlidir. Cavabdehin imtina məktubunun, apelyasiya və kassasiya şikayətinin dəlillərindən də göründüyü kimi, iddiaçının ailə üzvlərinə düşən ümumi məbləğin onun mərhum ərinin təminat xərcliyinin 80 faizindən az olduğu işin mübahisələndirilməyən halını təşkil edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2331/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar