Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-156/2022 25.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə çıxarış verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması” tələbinə dai r iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.09.2021-ci tarixli, 2-1(105)-177/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Quba rayon Aqrar İslahat Komissiyasının 05.05.2000-ci il tarixli, 05 saylı qərarı ilə Quba şəhəri ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.08 ha torpaq sahəsinə dair iddiaçının adına torpağın mülkiyyətə verilməsinə dair JN5160A seriyalı, KOD 30301004 nömrəli şəhadətnamə tərtib edilmişdir.
2. İddiaçı qeyd edilən şəhadətnaməyə əsasən 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına dair ərizə ilə cavabdehə müraciət etsə də, sonuncu, şəhadətnamənin 5 saylı Xaçmaz Ərazi İdarəsinin məlumat bazasında olan xəritədə öz əksini tapmaması və ləğv edilmiş DTXK-nın Quba rayon şöbəsindən təhvil alınmış şəhadətnamələrin qeydiyyat kitablarında qeydə alınmaması səbəbindən imtina cavabı vermişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
3. Qeyd edilən imtina ilə razılaşmayan iddiaçı məhkəmədə iddia qaldıraraq adına verilmiş JN-5159A kod 30301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba şəhərində yerləşən 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının vahid daşınmaz əmlak kimi dövlət reyestrindən qeydiyyata alınması və onun adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ona Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli qərarına əsasən Quba şəhəri ərazisində ona 0.08 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Hal-hazırda o, qeyd olunan torpağı özəlləşdirmək istəyir, bununla əlaqədar hüquqmüəyyənedici sənədlər toplayıb cavabdehə müraciət etsə də, ona imtina cavabı verilmişdir
5. Cavabdeh təşkilat iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçıya məxsus JN 5160A kod 30301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza məlumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Ərazi İdarəsinə təhvil verilmiş Şəhadətnamələrin qeydiyyatı kitablarında öz əksini tapmamışdır. Bu səbəbdən sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması daşınmaz ə mlakın dövlət reyestrində mümkün olmamışdır
6. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-832/2020 saylı, 02.10.2020-ci il tarixli qərarı ilə (hakim Vəfa Əzizova) iddia təmin edilmişdir.
7. Məhkəmə hesab etmişdir ki, torpağın iddiaçıya qanuni surətdə ayrılması keçmiş DTXK-nin Quba rayon şöbəsi tərəfindən verilmiş torpağı mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə təsdiq edilir. Cavabdehin həmin şəhadətnamənin elektron baza məlumatlarında və şəhadətnamələrin qeydiyyat kitablarında aşkar edilməməsinə dair dəlili əsassızdır və iddiaçının müraciətinin təmin olunmasından imtina üçün səbəb ola bilməz
8. Qərardan cavabdeh apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.09.2021-ci il tarixli 2-1(105)-17 7/2021 nömrəli qərarına əsasən (sədrlik edən Hökümə Babayeva, hakimlər Rəşadət Ağayev və İlqar Dəmirov) apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-832/2020 saylı, 02 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin olunmamışdır.
10. Məhkəmə kollegiyası hesab etmişdir ki, JN5160 A seriyalı, KOD 30301004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə 0.08 ha torpaq sahəsinin Quba rayon Aqrar İslahat Komissiyasının 05.05.2000-ci il tarixli, 05 saylı qərarına əsasən iddiaçıya ayrıldığı göstərilsə də, məhkəmə kollegiyasının araşdırması nəticəsində müəyyən edildi ki, Quba rayon Aqrar İslahat Komissiyasının 05 saylı qərarı 05.05.2000-ci il tarixdə deyil 25.05.2000-ci il tarixdə qəbul edilmiş və həmin qərarla Quba şəhərində iddiaçıya torpaq sahəsinin ayrılmasına dair hər hansı qərar qəbul edilməmişdir
11. İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.09.2021-ci il tarixli 2-1(105)-177/2021 nömrəli qərarının ləğv edilməsini və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Məhkəmə tərəfindən maddi hüquq normasının tətbiqində səhvə yol verilmiş, iddiaçının torpaq sahəsini 2000-ci ildə alması nəzərə alınma mışdır. İddiaçı 21 ildir mübahisəli torpaq sahəsindən istifadə edir. Quba şəhərində həyətyanı torpaq sahəsi alacaq vətəndaşların siyahısının filiala təhvil verilməməsi isə iddiaçının hüquqlarının pozulmasına səbəb olmamalıdır. Belə ki, bu hal onun təqsiri nəticəsində baş verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasla 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələd iyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (-) Maddə
10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi (-) 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; (-) Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədl ərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
15. İnzibati Prosessual Məcəllə Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
96. Ali Məhkəmədə icraat (-) 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-) Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vax tında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
17. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Hazırkı qərarın 14-cü bə ndində göstərilən normalardan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir.
20. İddiaçı da JN5160A seriyalı, KOD 30301004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş edir. Həmin şəhadətnamədə isə onun verilməsin ə əsas olan hüquqi sənəd kimi - Quba rayon Aqrar İslahat Komissiyasının 05.05.2000-ci il tarixli, 05 saylı qərarına istinad edilmişdir.
21. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə torpaq sahəsinin iddiaçıya Quba rayon Aqrar İslahat Komissiyasının 05.05.2000-ci il tarixli, 05 saylı qərarına əsasən ayrıldığı qeyd edildiyindən apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin qərarın arxiv surətinin əldə edilməsi məqsədilə X1 filialına, həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müvafiq sorğular edilmişdir.
22. Azərbaycan Respublikası X1 filialı 09.06.2021-ci il tarixli, 540 nömrəli məktubla məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, Quba rayon Aqrar İslahat Komissiyasının 2000-ci il üçün sənədləri araşdırılarkən mə lum olmuşdur ki, 2000-ci ildə Quba şəhərində həyətyanı torpaq sahəsi alacaq vətəndaşların adlı siyahısı filiala təhvil verilməmişdir.
23. Bundan əlavə Dövlət Arxivi tərəfindən təqdim edilmiş Quba rayon Aqrar İslahat Komissiyasının 5 saylı qərarı ilə müəyyən edilmişdir ki, həmin qərar şəhadətnamədə qeyd edildiyi kimi 05.05.2000-ci il tarixdə deyil, 25.05.2000-ci il tarixdə qəbul edilmişdir.
24. İclasın gündəliyinə əsasən iclasda aşağıdakı qərarların təsdiqi ilə bağlı 4 məsələ müzakirə olunmuş və müvafiq qərarlar qəbul edilmişdir: 1) Torpaq islahatı ilə əlaqədar kompyuter qaydasında aparılmış bölgünün yerə keçirilməsinin yekunu və edilmiş zəruri dəyişikliklər barədə “Nügədi” sovxozu aqrar islahat komissiyasının 24 may 2000-ci il tarixli 55 saylı qərarının təsdiqi; 2) Quba yardımçı təcrübə təsərrüfatı Aqrar İslahat Komissiyasının özəlləşdiriləcək torpaq paylarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 may 2000-ci il tarixli 17 saylı qərarının təsdiqi; 3) Təsərrüfatda aparılan torpaq islahatı ilə əlaqədar Respublika Dövlət Kadastr Monitorinqi və İnformasiya Mərkəzindən çıxmış pay bölgü sxeminin Respublika Dövlət Torpaq Komitəsinin Yerquruluşu Layihə İnstitutunun mütəxəssisləri tərəfindən yerə köçürülmə zamanı edilmiş qismən zəruri dəyişikliklər barədə M.Əsədov adına Quba sovxoz texnikumu Aqrar İslahat Komissiyasının 23 may 2000-ci il tarixli 16 saylı qərarının təsdiqi; 4) Yer quruluşu Layihə İnstitutunun Kompyuter mərkəzində hazırlanmış Dövlət Aktlarında müəyyən olunmuş uyğunsuzluqların aradan qaldırılması ilə əlaqədar Aşağı Atuc İƏV üzrə Aqrar İslahat Komissiyasının 24 yanvar 2000-ci il tarixli 17 saylı saylı qərarının təsdiqi.
25. Beləliklə, apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan hallar və sözügedən iclasın protokoluna əsasən müəyyən etmişdir ki, Quba şəhəri ərazisində keçirilən aqrar islahat zamanı vətəndaşlara həyətyanı torpaq sahəsinin ayrılmasına dair məsələ iclasda müzakirə predmeti olmamış və bu barədə hər hansı qərar qəbul edilməmişdir.
26. Həmçinin, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən yazılmış 17.06.2021-ci il tarixli, **********18 saylı, həmçinin 15.07.2021-ci il tarixli **********07 saylı məktublardan görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan reyestri Xidmətinin tabeliyində "xxxx" MMC-nin arxivi ndə aparılan araşdırma zamanı Quba rayon Aqrar İslahat Komissiyasının 05.05.2000-ci il tarixli, 05 saylı qərarı, həmçinin vətəndaş İddiaçı adına JN-5160A (kod ********) nömrəli şəhadətnamənin işlənməsinə əsas olmuş sənədlər aşkar edilməmişdir.
27. Odur ki, JN5160A seriyalı, KOD 30301004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən məlumatların həqiqiliyi –həqiqətən də, aqrar islahat zamanı iddiaçıya torpaq sahəsinin ayrılması apellyasiya instansiyası məhkəməsinin araşdırması zamanı öz təsdiqini tapmamışdır.
28. İddiaçı nə cavabdeh orqana, nə də məhkəməyə iddia etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün qanunvericilikdə göstərilən əsaslardan hər hansı birinin mövcudluğunu təsdiq edən sənəd təqdim etməmişdir. Bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya əsasdır.
29. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.09.2021-ci il tarixli 2-1(105)-177/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.09.2021-ci il tarixli 21(105)-177/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.