Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-156/2023 03.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: faiz borcun silinməsi; işin hallarının hərtərəfli araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qəra rın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2231/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının şəxsi hesab vərəqəsinə əsasən, onun 1 iyun 2021-ci il tarixə 87.537,70 manat məbləğində faiz borcu (“Torpaq vergisi “üzrə 15 avqust 2016-cı il tarixə 113,43 manat, 15 noyabr 2016-cı il tarixə 113,43 manat, 15 avqust 2017-ci il tarixə 90,12 manat, 15 noyabr 2017-ci il tarixə 61,53 manat, 15 avqust 2018-ci il tarixə 113,42 manat, 15 noyabr 2018-ci il tarixə 113,41 manat, 15 avqust 2019-cu il tarixə 113,73 manat, 15 noyabr 2019-cu il tarixə 9 5,09 manat; “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi” üzrə 20 aprel 2017-ci il tarixə 19.232,53 manat, 20 iyul 2017-ci il tarixə 16.344,06 manat, 20 oktyabr 2017-ci il tarixə 10.384,06 manat, 22 yanvar 2018-ci il tarixə 10.994,61 manat, 20 aprel 2018-ci il tarixə 3.366,36 manat, 20 iyul 2018-ci il tarixə 26.401,91 manat, cəmi 87.537,70 manat) mövcuddur.
2. İddiaçı mövcud borcun araşdırılması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, hesablanmış faizlər Vergi Məcəlləsinin 59.1 və 88-ci maddələrinin tələblərinə uyğundur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfi ndən hesablanmış 87.537,70 manat faiz borcunun silinməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, 17 may 2018-ci il tarixdə müəssisənin 141.298,58 manat əsas borcu, 81.834,97 manat faiz borcu mövcud olmuşdur. 2 iyun 2018-ci il tarixdə 109.985 manat vergi borcu (28.150,03 manat əsas borc, 81.834,97 manat faiz borcu) ödənilmiş və həmin tarixə müəssisənin əsas borc üzrə 113.642,40 manat borcu qalmış, faiz borcu isə qalmamışdır. Buna baxmayaraq, 20 iyun 2018-ci il tarixdə müəssisəyə 117.391,42 manat məbləğində əsas borc, 52.220,71 manat məbləğində isə faiz borcu hesablanmışdır. Şəxsi hesab vərəqəsində həmin borcun məhkəmənin 20 fevral 2017-ci il tarixli qətnaməsinə əsasən hesablandığı qeyd olunsa da, müəssisə ilə bağlı həmin tarixdə heç bir məhkəmə qətnaməsi olmamışdır. 30 noya br 2018-ci il tarixdə müəssisə tərəfindən 59.940 manat məbləğində vergi borcu ödənilmiş, əsas borc üzrə 50.492,86 manat qalmış, lakin 20 iyun 2018-ci il tarixdə hesablanmış 52.220,71 manat faiz borcu 5 ay 10 gün ərzində artaraq 73.756,41 manat olmuşdur. 30 iyun 2019-cu il tarixdə əsas borc sabit qalaraq 50.492,86 manat olsa da, faiz borcu artaraq 81.864,94 manat olmuşdur. Göründüyü kimi, cavabdehin iddiaçıya 87.537,70 manat faiz borcu hesablaması tamamilə qanunsuz və əsassızdır.
5. Cavabdeh tərəfindən təqdim olunmuş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı (VÖEN **********) şəxsi hesab vərəqəsinə əsasən 01 iyun 2021-ci il tarixə 87.537,70 manat məbləğində faiz borcu mövcuddur. İddiaçı 02 iyun 2018- ci il tarixdə faiz borcunun tam ödənildiyini, həmin dövr üzrə 113.642,4 0 manat əsas borcun qaldığını iddia etsə də, qeyd edilməlidir ki, əsas borc tam ödənilmədikdə faiz borcunun ödənilməsi mümkün deyil. Digər tərəfdən, 02 iyun 2018-ci il tarixdə həyata keçirilən 109.985 manat məbləğində ödəniş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 88.1.1-ci maddəsinə əsasən yaranma tarixi ardıcıllığı ilə hesablanmış 66.634,08 manat əsas verginin məbləğinə aid edilmiş, qalan 43.350,92 manat vəsait isə həmin tarixdə mövcud olan 102.313,98 manat faiz borcuna qismən yönəldilməklə, həmin dövrə 58.963,06 manat faiz borcu qalmışdır. Qeyd edilənlər şəxsi hesab vərəqəsi ilə də öz təsdiqini tapır. Beləliklə, hesablanmış faiz borcunun silinməsi üçün hər hansı əsas mövcud deyil.
6. Məhkəmənin 08 oktyabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyi n edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmaqla, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur: - İddiaçı müvafiq vergi borcları üzrə məbləğlərə, o cümlədən 01 iyun 2018-ci il tarixədək yaranmış vergi borcuna görə sonrakı ödəmələr də nəzərə alınmaqla, vergi ödəyicisi kimi şəxsi hesab vərəqəsində əks olunmuş faiz borcunun düzgün hesablanmasının müəyyən edilməsi.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə ünvanlanmış 12 noyabr 2021-ci il tarixli məktubu ilə Mərkəzin ekspertinin həmin tarixli 9/7657 nömrəli rəyi təqdim edilmişdir. Rəydə (tədqiqatın nəticə hissəsində) aşağıdakılar bildirilmişdir: - İddiaçı müvafiq vergi borcları üzrə məbləğlərə, o cümlədən 01 iyun 201 8-ci il tarixədək yaranmış vergi borcuna görə sonrakı ödəmələr də nəzərə alınmaqla, vergi ödəyicisi kimi şəxsi hesab vərəqəsində əks olunmuş faiz borclarının düzgün hesablanmaması müəyyən olunur. Həmçinin, İddiaçı şəxsi hesab vərəqəsinin son yazılış tarixinə, yəni 30 yanvar 2021-ci il tarixə faiz borcu 30.018,09 manat müəyyən edilir
8. Bakı İnzibati Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2-1(112)-910/2022 nömrəli qərarı ilə (hakim R.L.Kərimli) iddia qismən təmin edilmiş, İddiaçınə hesablanmış 57.519,61 manat faiz borcunun silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi xx.xx.2021-ci il tarixli ekspert rəyinin nəticəsi ilə razılaşaraq hesab etmişdir ki, iddia qismən əsaslıdır.
10. Cavabdeh qərardan apellyasiya şikayət i verərək, qərarın ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiya məhkəməsində birinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və M.N.Tağızadə) 8 sentyabr 2022-ci il tarixli, 21(103)-2231/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2-1(112)-910/2022 nömrəli qərarı dəyişdirmədən saxlanılmışdır.
12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın rədd edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZLARİN DƏLİLLƏRİ a) kassasiya şikayətlərinin dəlilləri
14. Cavabdeh kassasiya şikayətində işin hallarını, iddia tələbinə etirazın dəlillərini təkrarlamış və əlavə olaraq qeyd etmişdir ki, İddiaçı “faiz hesablanması məqsədləri üçün” vərəqəsinə əsasən, xx.xx.2018-ci il tarixinə (109.985,00 manat ödənildiyi tarixə) onun (vergi ödəyicisinin) 66.634,08 manat ödəmə müddəti çatmış əsas borcu və 102.313,98 manat faiz borcu mövcud olmuşdur. xx.xx.2018-ci il tarixdə həyata keçirilən 109.985,00 manat məbləğində ödəniş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 88.1.1-ci maddəsinə əsasən yaranma tarixi ardıcıllığı ilə hesablanmış 66.634,08 manat əsas verginin məbləğinə aid edilmiş, qalan 43.350,92 manat vəsait isə həmin tarixdə mövcud olan 102.313,98 manat faiz borcuna qismən yönəldilməklə, həm in dövrə 58.963,06 manat faiz borcu qalmışdır (66.634,08+43.350,92=109.985,00). Eyni zamanda, ödənişin faiz borcuna qismən aid edilməsindən sonra qalan 58.963,06 manat faiz borcunun üzərinə 2016-cı ilin 1-ci rübü üçün Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə bəyan edilmiş 13.4580,6 manat verginin 65.630,0 manat hissəsinin ödənişinin 28 gün ərzində gecikdirilməsinə görə əlavə olaraq 1.837,7 manat faiz borcu hesablanmış, xx.xx.2018-ci il tarixinə vergi ödəyicisinin faiz borcu 60.800,76 manat təşkil etmişdir. Qeyd edilən tarixdə 2016-cı il üzrə Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş verginin 110.432,86 manat hissəsinin ödəniş müddəti çatmış, vergi borcu ödənilmədiyinə görə faizlərin hesablanması davam etdirilmişdir. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi işin hallarını və işdəki sübutları hərtərəfli qiymətləndirmədən, yalnız ekspert rəyinə əsasən qərar qəbul etmişdir. Halbuki, ekspert xx.xx.2018-ci il tarixdə aparılmış ödənişi (109.985,00 manat vəsaiti) Vergi Məcəlləsinin 88.1-ci maddəsinin tələbinə zidd olaraq faiz borcuna aid etmişdir. b) kassasiya şikayətlərinə qarşı etirazların dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 59.1. Vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Maddə 5 9.2. Bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz səyyar vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir. Maddə 88.0. Vergilər üzrə yaranmış borc aşağıdakı sıra qaydası ilə ödənilir: 88.0.1. yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği; 88.0.2. hesablanmış faizlərin məbləği; 88.0.3. tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği.
17. İnzibati Prosessual Məcəllə: Maddə 12 İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər material larla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdı r: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları hərtərəfli araşdırılmamış, işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət olunmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını n tətbiqində səhvə yol verilmişdir. Eyni zamanda, sübutların qiymətləndirilməsi ilə bağlı apellyasiya məhkəməsinin qənaəti də İnzibati Prosessual Məcəllənin 58-ci maddəsinin tələblərinə uyğun olmamışdır.
21. Hazırkı iş üzrə iddiaçının tələbi xx.xx.2021-ci il tarixə mövcud olan 87.537,70 manat faiz borcunun şəxsi hesab vərəqəsindən silinməsi ilə bağlıdır.
22. İddiaçı iddia tələbinin əsası kimi ona istinad edir ki, müəssisə tərəfindən edilmiş ödənişlər əsas vergi borcuna və faizə münasibətdə düzgün silinməmiş, əsassız olaraq faiz borcu artmışdır. Cavabdeh isə ödənişlərə müvafiq olaraq silinmənin Vergi Məcəlləsinin 88ci maddəsinin tələbinə uyğun olduğunu bildirmişdir.
23. İş üzrə qərar qəbul edən və iddianı qismən təmin edən aşağı instansiya məhkəmələri ekspert rəyinə istinad etmişdir.
24. İs tinad olunan ekspert rəyində isə mövcud əsas vergi borcu və faiz borcunun məbləği müəyyən edilərkən Vergi Məcəlləsinin 88-ci maddəsinin tələbləri nəzərə alınmamış, aparılmış ödənişlər birbaşa faiz borcuna aid edilmişdir.
25. Halbuki, Vergi Məcəlləsinin 88-ci maddəsinə əsasən, vergilər üzrə yaranmış borc aşağıdakı sıra qaydası ilə ödənilir: 88.0.1. yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği; 88.0.2. hesablanmış faizlərin məbləği; 88.0.3. tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği.
26. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, iddiaçının faiz borcunun məbləği aşağı instansiya məhkəmələri tərəfindən hərtərəfli araşdırılmamış, mötəbər olmayan ekspert rəyi əsas götürülməklə qərar qəbul edilmişdir.
27. Odur ki, işə təkrar b axan apellyasiya instansiya məhkəməsi xx.xx.2021-ci il tarixə mövcud olan 87.537,70 manat faiz borcunun tərkibini araşdırmalı, aparılan ödənişlərin Vergi Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq silinməli olmasını nəzərə almaqla, faiz borcunun əsaslılığına qiymət verməlidir.
28. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı iddia tələbinin təmin olunduğu hissədə ləğv edilməli, eyni hissədə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 sentyabr 2022-ci il tarixli, 21(103)-2231/2022 nömrəli qərarı qismən - iddia tələbinin təmin edilən (57.519,61 manat faiz borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması) hissəsində ləğv edilsin və eyni hissədə təkrar baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.