Məhkəmə qərarları › İş №2-1(102)-156/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-156/2025

21.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-156/2025 21.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı2 və qeyrilərinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarış verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı2, İddiaçı3, X7, X3 və İddiaçı1 cavabdeh Daşınmaz Əmlak ın Dövlət Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-104/2024 nömrəli, 31 iyul 2024-cü il tarixli qərarından İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. X13 Komissiyasının xx.xx.1999-cu il tarixli, 6 nömrəli iclas protokolunun qərar hissəsindən çıxarışın surətinə əsasən İddiaçı2 155 nömrəli konturdan pay torpağına uyğun olaraq 7.55 ha torpaq payının verilməsi qərar alınmışdır.

2. Qaratəpə bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 03 saylı iclas protokolundan çıxarışın surətindən görünür ki, Qaratəpə bələdiyyəsi İddiaçı2 və ailə üzvlərinə “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının verilməsinə etiraz etmir və yerli islahat komissiyası tərəfindən ayrılmış 7,55 ha torpaq sahəsinin 115 saylı konturdan verilməsini məqsədəmüvafiq hesab edir.

3. Qaratəpə bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 11 nömrəli arayışından görünür ki, həqiqətən Qaratəpə X14 komissiyasının qərarı ilə İddiaçı2 və ailə üzvlərinə 7,55 ha torpaq sahəsi verilmişdir, lakin həmin pay torpaq sahəsi üçün “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı verilməmişdir, hazırda həmin şəxslər İslahat Komissiyasının qərarında qeyd olunan torpaq sahəsindən istifadə edirlər, bələdiyyə həmin şəxslərin mülkiyyət hüquqlarının tanınmasına etiraz etmir.

4. DT və XK-nin Bərdə rayon şöbəsinin müvafiq rəy inin surətindən görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsi İddiaçı2 istifadəsində olan 7.55 ha pay torpağına mülkiyyət hüququna dair müvafiq sənəd hazırlanmasına etiraz etməmişdir.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli, **********17 nömrəli məktubundan görünür ki, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün təqdim edilən sənədlərdə bir sıra çatışmamazlıqlar vardır. Belə ki, sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, 7.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsi barədə X14 komissiyasının qərarı, torpaq sahəsinin yerq uruluşu planı təqdim olunsa da, torpaq sahəsinin verilməsi Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə təsdiq olunmamışdır. Eyni zamanda, təqdim olunan sənədlər əsasında aparılan araşdırma zamanı, Ərazi İdarəsinin elektron baza məlumatlarında və arxiv sənədlərində 7.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Bərdə rayonu Qaratəpə kənd sakinlərinin torpaq payı almaq hüququ olan subyektlər siyahısında da adı aşkar edilməmişdir. 6. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, **********75 nömrəli məktubundan görünür ki, Mərkəzin arxivində aparılmış araşdırma nəticəsində Bərdə rayonu, Qaratəpə kəndi üzrə X14 komissiyasının xx.xx.1999-cu il tarixli, 6 saylı Qərarı aşkar edilməmişdir. 7. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 3-21-3-60/2-715/2023 nömrəli məktubuna əsasən Bərdə rayonu, Qar atəpə kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısında İddiaçı2, İddiaçı3, X7, X3 və İddiaçı1 adları aşkar edilməmişdir. Əlavə olaraq, Mərkəzin arxivində saxlanılan Bərdə rayonu, Qaratəpə kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında vətəndaşların adları mövcuddur.

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin "xxxx" MMCnin 20 sentyabr 2023-cü il tarixli, 3-21-3-60/2-2239/2023 nömrəli məktubuna əlavə edilmiş subyektlərin siyahısından məlum olur ki, X5 və 4 nəfər ailə üzvünün adına 0,14 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir.

9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadast rı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin 08 yanvar 2024-cü il tarixli, 3-21-3-46/2-88/2024 nömrəli məktubu ilə təqdim edilən mütəxəssis rəyinə əsasən iddiaçılar İddiaçı2 və qeyriləri Bərdə rayonu Qaratəpə kəndində hal-hazırda faktiki olaraq 7.10 ha torpaq sahəsindən istifadə edirlər və həmin torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən bələdiyyə mülkiyyətinə aiddir. İddiaçı2 tərəfindən naturada sərhədləri göstərilən torpaq sahəsi, TEKUİS məlumat bazasına əsasən, kənd təsərrüfatı təyinatlı, qamışlı örüş sahəsidir. İddiaçı2 tərəfindən naturada sərhədləri göstərilən torpaq sahəsinin, digər şəxslərin istifadəsində olubolmamasını təyin etmək mümkün olmamışdır. İddiaçı2 tərəfindən naturada sərhədləri göstərilən torpaq sahəsi, TEKUİS məlumat bazasına əsasən digər üçüncü şəxslərin hüquqları qeydə alınmamışdır. İddiaçı2 tərəfindən naturada sərhədləri göstərilən torpaq sahəsi üzərində hal-hazırda heç bir mühəndis kommunikasiya xətti mövcud olmadığından elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağına və sürüşmə zonasına düşmür. 10. “Torpağın mülkiyyətə verilməsinə dair” JN066A, KOD 61017028 nömrəli şəhadətnamənin surətindən görünür ki, Bərdə RAİK qərarı ilə Bərdə rayonu, Qaratəpə kənd sakini X6 və 4 nəfər ailə üzvünə 0,14 ha həyətyanı torpaq sahəsi ayrılmışdır.

11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin 30 aprel 2024-cü il tarixli, 3-21-3-46/2-2047/24 nömrəli mək tubunda qeyd olunmuşdur ki, Bərdə rayonu, Qaratəpə kəndində yerləşən iddiaçılar X2, İddiaçı3, X4, X1, İddiaçı1 Nurmaxammat oğlunun faktiki naturada istifadəsində olan 7,10 ha həyətyanı torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən sağ (şərq) tərəfdən, bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatı qamışlı örüş sahəsi ilə, sol (qərb) və yuxarı (şimal) tərəfdən bələdiyyə mülkiyyətinə aid su arxa ilə və aşağı (cənub) tərəfdən isə dövlət mülkiyyətində saxlanılan kollektor ilə qonşuluq sərhəddi vardır.

12. Bərdə rayon Dövlət Arxivinin 16 iyul 2024-cü il tarixli, 91 nömrəli məktubu ilə təqdim edilən Bərdə rayon Nazirli KİƏD üzrə 1996-2000-ci illərə dair Qaratəpə kəndi üzrə 8 saylı təsərrüfatbaşına kitabın 590 saylı şəxsi hesabından görünür ki, X2 və ailə tərkibi qeyd edilmiş, torpaq sahəsi qrafası isə boşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

13. İddiaçılar İddiaçı2, İddiaçı3, X7, X3, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 7.55 ha həyətyanı torpaq sahəsinə “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, 16 iyun 1989-cu ildə uzun zaman yaşadığı Özbəkistan Respublikasından Azərbaycana gəlmişlər. Azərbaycana gəldikləri zaman ünvan 1i ad lanan ərazidə məskunlaşmışlar. 1996-cı ildə həmin kənddə islahat gedərkən onlara pay torpaq sahəsi verilmişdir. Ailə üzvləri çox olduğundan onlara islahat zamanı 7.55 ha pay torpaq sahəsi verildi. Lakin torpaq sahəsi verilsə də onlara torpaq sahəsi üçün verilən Dövlət aktı verilməmişdir. İddiaçılar 1996-cı ildən onlara verilmiş 7.55 ha pay torpaq sahəsini yararlı hala salaraq istifadə edirlər. Hazırda 7.55 ha torpaq sahəsi üçün Dövlət aktı almaq istəyir. Bununla bağlı cavabdeh orqana müraciət etsələr də, sonuncu bundan imtina etmişdir.

15. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 müvafiq ərizəsinə əsasən iddia tələbi “ünvan 1 ünvanında yerləşən 7.55 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dəyişdirilmişdir.

16. Gəncə İnzibati Məhkəməsinin (hakim F.C.Hüseynov) 25 iyul 2023-cü il tarixli, 21(114)-922/2023 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

17. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıların istinad etdiyi Bərdə rayonu, Qaratəpə kəndi üzrə X14 Komissiyasının xx.xx.1999-cu il tarixli, 6 saylı Qərarı müvafiq arxivdə mövcud deyil. Bu səbəbdən də məhkəmə həmin sənədi mötəbər sübut kimi qəbul etmir. Məhkəmə bu qənaətini həm də onunla əsaslandırır ki, Bərdə rayonu, Qaratəpə kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısında İddiaçı2, İddiaçı3, X7, X3 və İddiaçı1 adları aşkar edilməmişdir.

18. İddiaçılar həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edil məsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

19. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-104/2024 nömrəli, 31 iyul 2024-cü il tarixli qərarı ilə (hakimlər: A.V.İsgəndərova (sədrlik edən və məruzəçi hakim), R.Z.Mamedov və A.V.Bayramov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddia edilən ünvan 1ində yerləşən 7.55 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair hər hansı hüquqi əsas mövcud deyildir. Göründüyü kimi məhkəmə araşdırılması zamanı təqdim olunan subyektlərin siyahısında da iddiaçılara yalnız həyətyanı torpaq sahəsinin verilməsinə dair qeydiyyat aparılmış, 7.55 ha torpaq sahəsinin verilməsi ilə bağlı hər hansı məlumat və təqdim olunan qərarın arxiv nüsxəsi aşkarlanmamış, həmçinin iddiaçıların islahat zamanı qanuni istifadələrində də adıçəkilən torpaq sahəsi qeyd olunmamışdır.

21. İddiaçı2 həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsinə və işin yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

22. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz imti nanın dəlilləri ilə eynilik təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ

24. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 25. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanunu:

1. İslahatın məqsədi aqrar bölməni böhrandan çıxarmaq, iqtisadiyyatı sabitləşdirmək, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqdır. İslahatın vəzifələri torpaq və əmlak üzərində yeni mülkiyyət münasibətlərinin formalaşdırılmasından, bazar iqtisadiyyatına uyğun istehsal və infrastruktur sahələrində müxtəli fnövlü təsərrüfatların yaradılması və inkişafı ilə istehsal münasibətlərinin dəyişdirilməsindən və təkmilləşdirilməsindən ibarətdir.

5. İslahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. Torpaq islahatı zamanı ərazinin təbii-coğrafi şəraiti, əhalinin sıxlığı və kənd təsərrüfatı istehsalında iştirakı, torpaqların keyfiyyəti, torpaqdan istifadəni n yerli xüsusiyyətləri nəzərə alınır, torpaqlardan təyinatına görə istifadə olunması və ətraf mühiti mühafizə tələbləri gözlənilir. 26. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

3. Torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir. Maddə

9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə ver ilir. Maddə

10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Maddə

20. Torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və X14 komissiyaları aparır. Aqrar islahat komissiyalarının yaradılması və fəaliyyəti “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə

22. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komi ssiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. 27. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

8. X14 komissiyası X14 komissiyası sovxozun və kolxozun ümumi yığıncağı tərəfindən təşkil edilir və onun tərkibi rayon aqrar islahat komissiyası tərəfindən təsdiq edilir. Komissiya islahatın gedişi haqqında rayon aqrar islahat komissiyasına hesabat verir. Komissiyanın tərkibinə təsərrüfatın rəhbəri, əmək kollektivinin, icra hakimiyyətinin, təsərrüfatın ərazisində yaşayan vətəndaşların nümayəndələri daxil edilir. Komissiya: aqrar islahat haqqında izahat işi aparır; əmək kollektivi və ərazidə yaşayan vətəndaşların rəyi nəzərə alınmaqla torpaq və əmlak bölgüsü, təsərrüfat formalarının seçilməsi və digər mühüm məsələlər haqqında təkliflər hazırlayır, aidiyyəti üzrə təqdim edir, səlahiyyətinə aid məsələlər üzrə qərarlar qəbul edir və icrasını həyata keçirir; islahatın qanunvericiliyə uyğun həyata keçirilməsini təmin edir; ləğvetmə komissiyasının funksiyalarını yerinə yetirir; islahatla əlaqədar daxil olmuş müraciətlərə baxır və s. Maddə

25. İslahatla əlaqədar mübahisələrin həlli Fiziki və hüquqi şəxslər X14 komissiyalarının çıxardığı qərarla razılaşmadıqda 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyası 20 gün müddətində həmin müraciətə baxıb qərar çıxarır. Şikayətçi həmin qərarla razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına müraciət edə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası bir ay müddətində müraciətə baxıb qəti qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qəti qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edilə bilər. 28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipote ka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqan ının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə

13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunm asında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə

48. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və digər proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübut lar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlid ir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə akt ının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, İPM-in 12, 58-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Bu səbəbdən apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir.

33. Hazırkı iş üzrə iddiaçıların hüquqi marağı ünvan 1 ünvanında yerləşən 7.55 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına nail olmaqdır.

34. C avabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtinasının əsasını 7.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsi barədə X14 komissiyasının qərarının, torpaq sahəsinin yerquruluşu planı təqdim olunsa da, torpaq sahəsinin verilməsinin Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə təsdiq olunmaması və 7.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Bərdə rayonu Qaratəpə kənd sakinlərinin torpaq payı almaq hüququ olan subyektlər siyahısında adının aşkar edilməməsi təşkil edir.

35. İddiaçı hüquqmüəyyənedici sənəd kimi X13 Komissiyasının xx.xx.1999-cu il tarixli iclasının 6 nömrəli protokolunun surətinə istinad edir.

36. X13 Komissiyasının xx.xx.1999-cu il tarixli, 6 nömrəli iclas protokolunun qərar hissəsindən çıxarışın surətinə əsasən İddiaçı2 155 nömrəli k onturdan pay torpağına uyğun olaraq 7.55 ha torpaq payının verilməsi qərar alınmışdır.

37. Yuxarıda qeyd olunan normaların (bax yuxarıda § 26-27) mənasından göründüyü kimi torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və X14 komissiyaları aparmaq səlahiyyətinə malikdirlər

38. Kollegiya bununla bağlı olaraq qeyd edir ki, rayon və ya X14 komissiyalarının qərarları torpaq sahəsinə dair hüquq müəyyən edən əsas inzibati aktlardır.

39. Odur ki, cavabdehin X14 komissiyasının torpaq verilməsi ilə bağlı qərarının Rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilməli olması barədə dəlili əsassızdır.

40. Qaratəpə bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 03 saylı iclas protokolundan çıxarışın surətindən də görünür ki, İddiaçı2 və ailə üzvlərinə “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının verilməsinə etiraz etməmiş və yerli islahat komissiyası tərəfindən ayrılmış 7,55 ha torpaq sahəsinin 115 saylı konturdan verilməsini məqsədəmüvafiq hesab etmişdir.

41. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin müvafiq rəyinin surətindən görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsi İddiaçı2 istifadəsində olan 7.55 ha pay torpağına mülkiyyət hüququna dair müvafiq sənəd hazırlanmasına etiraz etməmişdir.

42. Bundan başqa, kollegiya qeyd edir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN066A, KOD 61017028 nömrəli şəhadətnamənin surətindən görünür ki, Bərdə RAİK qərarı ilə Bərdə rayonu, Qaratəpə kənd sakini X6 və 4 nəfər ailə üzvünə 0,14 ha həyətyanı torpaq sahə si ayrılmışdır.

43. Göründüyü kimi islahatın nəticəsi olaraq iddiaçı və ailə üzvlərinə həyətyanı torpaq sahəsinin ayrılması torpaq islahatı zamanı onların həm də pay torpağı almaq hüququna malik olmasını təsdiq edir.

44. Habelə, İddiaçı2 və ailə üzvlərinə ayrılmış 7.55 ha pay torpaq sahəsinin yerquruluşu planından çıxarış bələdiyyənin sədri tərəfindən təsdiq edilmişdir.

45. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin "xxxx" MMCnin 20 sentyabr 2023-cü il tarixli, 3-21-3-60/2-2239/2023 nömrəli məktubuna əlavə edilmiş Bərdə rayonunun Qaratəpə kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, X5 və 4 nəfər ailə üzvünün adına 0,14 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir.

46. İşdə olan mütəxəssis rəyindən müəyyən olunur ki, iddiaçılar İddiaçı2 və qeyriləri Bərdə rayonu Qaratəpə kəndində hal-hazırda faktiki olaraq 7.10 ha torpaq sahəsindən istifadə edirlər və həmin torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən bələdiyyə mülkiyyətinə aiddir.

47. Göründüyü kimi X13 Komissiyasının xx.xx.1999-cu il tarixli, 6 nömrəli iclas protokolunun qərar hissəsindən çıxarışın surətinə əsasən İddiaçı2 155 nömrəli konturdan pay torpağına uyğun olaraq 7.55 ha torpaq payının verilməsi qərara alınmış, torpaq sahəsinə Dövlət Aktı verilmədiyindən iddiaçının fasiləsiz və mübahisəsiz istifadəsində olsa da, Qaratəpə bələdiyyəsinin mülkiyyətində saxlanılmış, Qaratəpə bələdiyyəsi də həmin torpaq sahəsinə dair İddiaçı2 və ailə üzvlərinə “Torpağa m ülkiyyət hüququna dair” Dövlət aktının verilməsinə etiraz etməmiş və yerli islahat komissiyası tərəfindən ayrılmış 7,55 ha torpaq sahəsinin 115 saylı konturdan verilməsini məqsədəmüvafiq hesab etmiş, həmin torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu haqqında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən müvafiq rəy verilmişdir. Həmin torpaq sahəsi hal-hazırda iddiaçının faktiki istifadəsindədir. 48. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqası na keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

49. Hüququn qeydə alınması üçün əsas olan xx.xx.1999-cu il tarixli, 6 saylı qərarın mötəbərliyi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. 50. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, **********75 nömrəli məktubundan görünür ki, Mərkəzin arxivində aparılmış araşdırma nəticəsində Bərdə rayonu, Qaratəpə kəndi üzrə X14 komissiyasının xx.xx.1999-cu il tarixli, 6 saylı Qərarı aşkar edilməmişdir.

51. Bununla bağlı qeyd edilməldir ki, həmin qərarın mərkəzin arxivinə verilməməsi və aşkar edilməməsi halı özlüyündə iddiaçının öhdəliyi və məsuliyyəti ilə bağlı olan hal olmamaqla, bu halın onun adına müvafiq torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına ma ne olan hal kimi qiymətləndirilməməlidir.

52. X12 İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 6 nömrəli iclas protokoluna və DT və XK-nin Bərdə rayon şöbəsinin müvafiq rəyinə istinad edərək bildirir ki, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən işin əhəmiyyətli xüsusatlarını əks etdirən həmin sənədlərə diqqət yetirməmiş, sübutları qanunvericiliklə müəyyən edilmiş qaydada mümkünlüyü, eləcə də mötəbərliyi ilə bağlı təhlil etməmişdir.

53. Odur ki, apellyasiya məhkəməsi tərəfindən növbəti apellyasiya baxışı zamanı yerli islahat komissiyasının həmin qərarının mötəbərliyi yoxlanılmalı, iddiaçının qərarı hansı qaydada əldə etməsi, dövlət arxiv orqanlarında olması, qərarın həqiqətən mövcudluğu müəyyən edilməli, işdə olan digər sübutlarla qarşılıqlı şəkildə araşdırılmalı, bunun nə ticəsində asılı olaraq qərar qəbul edilməlidir.

54. Məhkəmə kollegiyası hesab edir ki, yalnız yuxarıda göstərilən hallara aydınlıq gətirilməklə obyektiv həqiqətə nail olmaq mümkündür.

55. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.

57. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-104/2024 nömrəli, 31 iyul 2024-cü il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.

58. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-104/2024 nömrəli, 31 iyul 2024-cü il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar