Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1560/2019 24.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon Şöbəsinə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon Şöbəsinə qarşı onun 06 mart 1972-ci ildən 05 mart 1978-ci ilədək Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi S.Qocayev ünvanında yerləşən 252 nömrəli məktəb-litseydə laborant vəzifəsində və 07 mart 1978-ci ildən 06 aprel 1982-ci ilədək “Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün” 1 №-li tam orta internat məktəbində təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək, əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-550/19 saylı iş üzrə 12.02.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən 24 aprel 2019-cu il tarixdə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1954-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Cav abdeh dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsi tərəfindən iddiaçıya iyun ayından yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin yaşa görə əmək pensiyası təyin edilərkən 06 mart 1972-ci ildən 05 mart 1978-ci ilədək Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi S.Qocayev ünvanında yerləşən 252 nömrəli məktəb litseydə abonent vəzifəsində və 07 mart 1978-ci ildən - 06 aprel 1982-ci ilədək “Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün” 1 nömrəli tam orta internat məktəbində təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işl ədiyi dövrlər cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsi tərəfindən nəzərə alınmamış və sosial sığorta stajına daxil edilməmişdir. Əmək pensiyasının yenidən hesablanması məqsədilə sənədlərini toplayaraq 25 aprel 2018-ci ildə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə təqdim etsə də, pensiya təyinatı ilə bağlı ərizəsi şöbə tərəfindən imtina məktubu ilə cavablandırıldı. Əmək pensiyasının yenidən hesablanması ilə bağlı ərizəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsi tərəfindən təmin olunmadığı üçün bunu əsassız və qanunsuz hesab edir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon Şöbəsinə qarşı onun 06 mart 1972-ci ildən 05 mart 1978-ci ilədək Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi S.Qocayev ünvanında yerləşən 252 nömrəli məktəb-litseydə laborant vəzifəsində və 07 mart 1978-ci ildən 06 aprel 1982-ci ilədək “Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün” 1 №-li tam orta internat məktəbində təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək, əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 2 0.11.2018-ci il tarixli iş № 2-1(82)-3446/2018, (sədrlik edən hakim Etibar Mustafayev) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 20.11.2018-ci il tarixli qərarın ləğv edilməsi barədə qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 12.02.2019-cu il tarixli iş № 2-1(103)-550/19 (hakimlər Valeh Ağayev - sədrlik edən və məruzəçi, Afaq Nuriyeva və Cahangir Yusifov) qərarı ilə birinci instansiya məhkəməsinin 20.11.2018-ci il tarixli qərarındəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şika yətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında ” qanunun 7-ci maddəsinə əsasən 01.07.2017ci il tarixindən kişilər 63 yaş 06 ay tamam olduqda fərdi heasabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ qazanırlar. “Əmək pensiyaları haqqında ”Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması Qaydalarının 3.1.1-ci maddəsinə əsasən əmək pensiyaları hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Buna baxmayaraq birinci instansiya məhkəməsi iddiaçının iddiası təmin etmiş və DSMF-nin Sabunçu rayon şöbəsinin 2 saylı BİTM-nin qərarından verilmiş apelyasiya şikayəti təmin olunmamışdır. Birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 12 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırki işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna u yğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 12 fevral 2019cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına vəkilsiz gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzər ə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 12 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq n ormalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında ” qanunun 7-ci maddəsinə əsasən 01.07.2017-ci il tarixindən kişilər 63 yaş 06 ay tamam olduqda fərdi heasabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ qazanırlar. “Əmək pensiyaları haqqında ”Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması Qaydalarının 3.1.1-ci ma ddəsinə əsasən əmək pensiyaları hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Buna baxmayaraq birinci instansiya məhkəməsi iddiaçının iddiası təmin etmiş və DSMF-nin Sabunçu rayon şöbəsinin 2 saylı BİTM-nin qərarından verilmiş apelyasiya şikayəti təmin olunmamışdır. Birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, Təhsil Nazirliyi Tahir Hacıyev adına 252 №-li məktəb-lisey tərəfindən verilmiş arayışına əsasən İddiaçı həqiqətən 06.03.1972-ci il tarixindən - 05.03.1978-ci il tarixinədək Sabun çu rayonu Bakıxanov qəsəbəsi S.Qocayev ünvanında yerləşən 252 №-li məktəb-liseydə laborant vəzifəsində işləmişdir. Təhsil Nazirliyi “Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün” 1 nömrəli tam orta internat məktəbi tərəfindən verilmiş 30 mart 2018-ci il tarixli, 72 nömrəli arayışına əsasən İddiaçı həqiqətən 07.03.1978-ci il tarixindən 06.04.1982-ci il tarixinədək “Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün" 1 nömrəli tam orta internat məktəbində təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. Təhsil Nazirliyi “Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün" 1 №-li tam orta internat məktəbi tərəfindən verilmiş 2 saylı 18 oktyabr 2018-ci il tarixli 108 nömrəli məktubuna əsasən Sizin 10 oktyabr 2018-ci il tarixli məktubunuza cavab olaraq bildirir ki, İddiaçı 07.03.19 78-ci il tarixli 110 №-li əmrə əsasən 10.03.1978-ci il tarixindən internat məktəbinə təsərrüfat işləri üzrə direktor müavini təyin edilmiş və 12.11.1981-ci il tarixli 83 №-li əmrə əsasən təsərrüfat işləri üzrə direktor müavini vəzifəsindən azad edilmişdir. Bundan başqa 29.12.1981-ci il tarixli 97 nömrəli əmrə əsasən texniki işçi vəzifəsinə qəbul edilmiş və 06.04.1982-ci il tarixli 26 nömrəli əmrə əsasən tutduğu vəzifədən azad edilmişdir. Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ünvanlanmış 29 oktyabr 2018-ci il tarixli 6310-02/10 nömrəli məktubuna əsasən Bakı şəhəri üzrə Təhsil İdarəsinə ünvanladığınız məktubda İddiaçı 06.03.1972-05.03.1378-ci illərdə Bakı şəhəri 252 nömrəli məktəb-liseydə laborant vəzifəsində işləyib-işləmədiyi barədə arayışın verilməsi xahiş olunur. Bi ldiririk ki, Bakı şəhəri 252 nömrəli məktəb-liseyin rəhbərliyinin rəsmi məlumatına əsasən müvafiq dövrə aid əmr kitabları məktəbin arxivində mövcud deyildir. Bu səbəbdən müvafiq arayışın verilməsi imkan xaricindədir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin - (müvafıq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı)-hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq və zifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 ayd an artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Mövcud qanunvericilikdə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara pensiya hesablanarkən onun işlədiyi hər hansı işin müddəti də nəzərdə tutulur. Eyni zamanda qanunvericilikdə 01.01.2006-cı il tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda da əmək pensiyasının təyin edilməsi müəyyən edilmişdir. Cavabdehin imtina məktubunda qeyd etdiyi əsas dəlili ondan ibarətdir ki, iddiaçının 06 mart 1972-ci ildən 05 mart 1978-ci ilədək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev ünvan ında yerləşən 252 nömrəli məktəb-litseydə laborant vəzifəsində və 07 mart 1978-ci ildən 06 aprel 1982-ci ilədək “Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün” 1 nömrəli tam orta internat məktəbində təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işlədiyi illər onun sosial sığorta stajına daxil edilməmişdir. Həm iddiaçının sığorta stajını əhatə edən dövrdə iş stajını müəyyən edən əsas sənəd kimi işləməsi barədə arxiv arayışı ilə təsdiqlənə bilər. Təhsil Nazirliyi Bakı şəhəri Təhsil İdarəsinin 108 nömrəli 18 oktyabr 2018-ci il tarixli məktubu ilə İddiaçı 06 mart 1972-ci ildən - 05 mart 1978-ci ilədək Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev ünvanında yerləşən 252 nömrəli məktəb-litseydə laborant 07 mart 1978-ci ildən 06 aprel 1982-ci ilədək ”Valideyn himayəsindən mə hrum olmuş uşaqlar üçün” 1 nömrəli tam orta internat məktəbində təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləməsi təsdiq edildiyindən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya qeyd olunan illər də nəzərə alınmaqla ona əmək pensiyasının yenidən hesablanması üçün əsasdır. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 12.02.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon Şöbəsinin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12.02.2019-cu il tarixli 2-1(103)-550/19 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-1560/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1560/2019
24.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver