Məhkəmə qərarları › İş №2-1(102)-1560/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1560/2020

29.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1560/2020 29.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Cavabdehnə qarşı iş üzrə QƏRAR (Açar sözlər: Azərbaycan Respublikası Prezidenti təqaüdünün ödənilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, İddiaçı və vəkili Nəsib Əhmədovun, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Cavabdehnə qarşı Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməyən xx.xx.2016-cı il tarixdən - xx.xx.2019-cu il tarixədək 36 ay fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-123/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1976-cı il tarixdə Ağsu rayonunun Kalva kəndində anadan olmuşdur. Cavabdeh olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Cavabdehnə qarşı Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməyən, yəni xx.xx.2016-cı il tarixdən - xx.xx.2019-cu il tarixədək 36 ay fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1976-cı il tarixdə Ağsu rayonu Kalva kəndində doğulmuş, Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək 1992-ci ildə ağır yaralanmışdır. xx.xx.2019-cu il tarixdə ona birinci dərəcəli əlillik təyin edilimiş və həmin tarixdən Prezident təqaüdü alır. O, xx.xx.2019-cu il tarixdən 3 il əvvəlki, yəni xx.xx.2016-cı il tarixdən Prezident təqaüdünün ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu hərəkətsizlik göstərərək münasibət bildirməmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(84)-1499/2019 nömrəli (sədrlik edən hakim Rüfət Məcidov) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə təmin edilməsi barədə yeni qərarınqəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(107)-123/2020 nömrəli (hakimlər Mübariz Hüseynov - sədrlik edən və məruzəçi, Rövşən Rəfiyev və Vəzirxan Məlikov) qərarı ilə iddiaçı Elnu r Sadəm oğluƏfəndiyevin apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsininxx.xx.2019-cu il tarixli, 2-1(84)-1499/2019 nömrəli qərarının ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilərək iddianın təmin edilməsi, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun üzərinə iddiaçı Elnur Sadəm oğluƏfəndiyevə xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün müharibə əlil kimi təyin edilən Azərbaycan Respublikası Prezidenti təqaüdünün ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,hazırkı iş üzrə iddiaçıya AR Prezidentinin təqaüdünün təyin edilməsinə əsas Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2019-cu il tarixdə birinci dərəcə əlillik təyin edilməsi olmuşdur. Başqa sözlə, iddiaçının AR Prezidentinin təqaüdünü almaq hüququ ona birinci dərəcə əlillik təyin edildiyi andan, yəni xx.xx.2019-cu ildən yaranmışdır. Belə olan halda, iddiaçıya AR Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş "Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması" Qaydalarının 1.4-cü maddəsinə uyğun olaraq məhz xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi və ödənilməsi qanunvericiliyin tələblərinə uyğundur. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(107)123/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili N.Əhmədov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı da vəkili N.Əhmədovun çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin, cavabdehin vəkilinin izahat və çıxışlarını dinləyər ək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçıya AR Prezidentinin təqaüdünün təyin edilməsinə əsas Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2019-cu il tarixdə birinci dərəcə əlillik təyin edilməsi olmuşdur. Başqa sözlə, iddiaçının AR Prezidentinin təqaüdünü almaq hüququ ona birinci dərəcə əlillik təyin edildiyi andan, yəni xx.xx.2019-cu ildən yaranmışdır. Belə olan halda, iddiaçıya AR Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 311 nömr əli qərarı ilə təsdiq edilmiş "Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması" Qaydalarının 1.4-cü maddəsinə uyğun olaraq məhz xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi və ödənilməsi qanunvericiliyin tələblərinə uyğundur. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. Belə ki, iddiaçıya xx.xx.2019-cu il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” təkrar 1-ci qrup əlillik təyin edilsə də, iddiaçıya qeyd edilən tarixdən əvvəlki dövrdə 1-ci dərəcəlik əlillik ümumi xəstəlik səbəbindən təyin edilmişdir. Ağsu rayon Məhkəməsinin xx xxxxxx 2018-c i il tarixli, 2(016)-1475/2018 saylı qətnaməsi ilə iddiaçının may 1992-ci ildən aprel 1993-cü ilə kimi N saylı hərbi hissənin tərkibində hərbi xidmət keçməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 228 nömrəli qərarında göstərilmişdir ki, "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdir”. Azərbaycan Respublikası “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Prezidentinin xx.xx.2008-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət və zifələrini (xidməti vəzifələri) yerinə yetirərkən sağlamlıqlarını itirərək əlil olan şəxslərin mərdlik və şücaətlərini qeyd edərək onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş və onun aylıq məbləği Fərmanın 1-ci bəndinə uyğun olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 11.2.1-ci maddəsinə əsasən əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə həmin şəxslər müharibə əlilləri hesab olunurlar. Bu baxımdan Ali Məhkəmən in İnzibati Kollegiyası hesab edir ki, iddiaçının “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli Fərmanına əsasən həmin təqaüdün təsis edildiyi vaxtdan təqaüd almaq hüququ istisna etmir. İddiaçıya münasibətdə isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” təkrar 1-ci qrup əlilliyin yaranma səbəbləri hələ 1992-1993-cü illərdə baş vermiş, bu faktlar işdə olan sübutlarla öz təsdiqini tapmışdır ki, iddia olunan təqaüdlə bağlı Fərman xx.xx.2008-ci il tarixdən qanuni qüvvəyə minmişdir. Bu səbəbdən də Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdehin iddiaçının tələbinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Bütün yuxarıda göstərilənlərə ist inadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli,21(107)-123/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar