Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1560/2022 18.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi; sığorta stajının əmək kitabçasına əsasən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1955; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 dekabr 2021-ci il tarixli, 2-1(103)-1633/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan SSR X1 Təhsil Komitəsi tərəfindən verilmiş Щ № 006564 saylı diplomun notarial qaydada təsdiq edilmiş surətinə əsasən, iddiaçı 1970-ci il tarixdən 01 mart 1974cü il tarixədək Azərbaycan SSR Ali və Orta Bakı Sovet Ticarəti Peşə İxtisas Məktəbinin “Xörəklərin hazırlanması texnologiyası” peşəsinin “texnik-texnoloq” ixtisası üzrə tam kursunu bitirmişdir. 2. 5 may 1974-cü il tarixli əmək kitabçasının Azərbaycan dilinə tərcümə edilərək not arial qaydada təsdiq edilmiş surətində iddiaçının əmək fəliyyəti barədə aşağıdakılar qeyd edilmişdir: xx.xx.1974-cü il tarixdə müvəqqəti olaraq 480 saylı mağazaya satıcı təyin edilmiş, xx.xx.1974-cü il tarixdə Sovet Ordu sıralarına çağırıldığına görə vəzifəsindən azad edilmişdir. xx.xx.1976-cı ildə “Türkmenrıbxolodflot” Krasnovodsk İdarəsi RMS-yə usta vəzifəsinə qəbul edilmiş, xx.xx.1976-cı ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1977ci ildə post oxucusunun praktikantı qəbul edilmiş, xx.xx.1977-ci il tarixdə sərbəst olaraq post oxucusu işinə buraxılmış, xx.xx.1978-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1978-ci ildə müvəqqəti olaraq restoran № 51-ə 3-cü dərəcəli bufetçi təyin edilmiş, xx.xx.1978-ci ildə öz xahişi ilə işdən azad edilmiş,xx.xx.1979-cu ildə həmin restorana 3-cü dərəcəli bufetçi təyin edilmiş, vilayət ictimai iaşə idarəsinin əmrinə əsasən xx.xx.1981-ci il tarixdən restoranın adı 10 saylı kombinatına dəyişdirilmişdir. Həmin restoranda ona xx.xx.1981-ci ildə 4-cü dərəcəli bufetçi ixtisası verilmiş, xx.xx.1986-cı ildə anbarçı vəzifəsinə keçirilmiş, xx.xx.1987-ci ildə 4-cü dərəcəli bufetçi vəzifəsinə keçirilmiş, xx.xx.1987-ci ildə 4-cü dərəcəli aşpaz vəzifəsinə keçirilmiş, xx.xx.1990-cı ildə işdən azad edilmiş, xx.xx.1991-ci ildə anbar ekspeditoru təyin edilmiş, xx.xx.1991-ci ildə UAZ a/m sürücüsü keçirilmiş, xx.xx.1991-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1995-ci ildə 2-ci dərəcəli sürücü qəbul edilmiş, xx.xx.1995-ci ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1996-cı ildə “STAR” firmasının 3 №li TMP-nə 2-ci dərəcəli sürücü qəbul edilmiş, xx.xx.1997-ci ildə “STAR CO LTD” firmasına köçürmə yolu ilə işdən azad edilmiş, xx.xx.1997-ci ildə müqavilə üsulu ilə sürücü vəzifəsinə qəbul edilmiş, xx.xx.1998-ci ildə “TMP-3” müəssisəsinə köçürülmə yolu ilə işdən azad edilmiş, xx.xx.1998-ci ildə müqavilə üsulu ilə sürücü vəzifəsinə qəbul edilmiş, xx.xx.1998-ci ildə “STAR CO LTD” firmasının xx.xx.1998-ci il tarixli 4384 saylı əmrinə əsasən, xx.xx.1996-cı il tarixli müqavilənin müddəti başa çatması ilə əlaqədar olaraq işdən azad edilmişdir. xx.xx.1998-ci ildə ikinci dərəcəli sürücü qəbul edilmiş, xx.xx.2004-cü ildə öz xahişi ilə işdən azad edilmişdir.
3. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh 17 dekabr 2019-cu il tarixli, **********1 nömrəli imtina məktubu ilə “Əmək pensiyal arı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə istinad edərək bildirmişdir ki, yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda sığorta stajından asılı olmayaraq, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (23040 manat kapital) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə və ya azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququna malikdir. İddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı olmadığından və ya 25 il sığorta stajı olmadığından ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunması mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsind ə icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 64 yaşı tamam olduğu xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1955-ci il təvəllüdlüdür. Ümumilikdə 25 ildən çox sosial sığortana malikdir. Qeyd olunan sığorta stajı ona məxsus əmək kitabçasında öz əksini tapmışdır. xx.xx.1971-ci il tarixdən xx.xx.2004-cü il tarixədək 25 ildən artıq sosial sığorta stajı əmək kitabçasında qeyd olunmasına baxmayaraq, cavabdeh fərdi hesabının sığorta hissəsində pensiya kapitalı və ya 25 il sığorta stajının olmadığını əsas gətirərək ona pensiya təyin olunmasından imtina etmişdir.
6. Cavabdeh iddia tələbinə dair məhkəməyə yazılı e tiraz təqdim edərək iddianın rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçının əmək kitabçasında qeyd edilmiş bir sıra müəssisələrin mövcudluğu və iddiaçının orada həqiqətən işləməsi məsələləri əsaslı şübhələr doğurur. Belə ki, əmək kitabçasında sonuncu iş yeri olaraq qeyd edilmiş Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin Təmir Tikinti İdarəsində iddiaçının xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixədək sürücü vəzifəsində işlədiyi qeyd edilmişdir. Halbuki, həmin dövrlərdə qeyd edilən birliklərin Təmir Tikinti İdarələri formal olaraq mövcud olsalar belə, heç bir fəaliyyət göstərməmiş və işçi götürməmişlər.
7. Bakı İnzibati Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2-1(112)-550/2021 nömrəli qərarı ilə (hakim F.İ.Mədətli) id dia təmin edilmiş, iddiaçıya 64 yaşı tamam olduğu xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının xx.xx.1998-ci ildən xx.xx.2004-cü ilədək Təmir-Tikinti İdarəsində 2-ci dərəcəli sürücü olaraq işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla, onun ümumi sosial sığorta stajı həqiqi hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla 25 il 05 gün təşkil edir. Bu da iddiaçının qanunla tələb olunan minimum sosial sığorta stajından artıq staja malik olduğunu, onun yaşa görə əmək pensiyası hüququnun yarandığını göstərir. Cavabdehin imtinası iddiaçının hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilədir. Bu müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati o rqan tərəfindən sübuta yetirilməmişdir.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat 10.Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 dekabr 2021-ci il tarixli, 21(103)-1633/2021 nömrəli qərarı ilə (hakimlər: A.Ə.Hüseyn – sədrlik edən və məruzəçi, S.İ.Bəktaşi və A.S.Hüseynov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2-1(112)-550/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. 11.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 12.Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edil məməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri: 13.Cavabdeh hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdehin kassasiya şikayəti mahiyyətcə, imtina məktubu və iddiaya dair etiraz ərizəsi ilə eyni məzmundadır. Cavabdeh kassasiya şikayətini hüquqi cəhətdən əsaslandırmaq üçün “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2, 7-ci maddələrinə, istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri: 14.Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin so sial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
16. Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta his səsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssis ə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
17. Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə
69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:... İİ. Əmək stajını təsdiq edən sənədlər:
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır....
19. Əmək Məcəlləsi Maddə
87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri
1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.... 20. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və d əlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, in zibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
21. İnzibati Prosessual Məcəllə: Maddə
14. Sübut etmə vəzifəsi... 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidli yinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şik ayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
25. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktik i halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.
27. Hazırkı mübahisə mahiyyət etibarı ilə iddiaçının xx.xx.1998-ci il tarixindən xx.xx.2004-cü il tarixədək işlədiyi dövrü nəzərə alınmaqla əmək pensiyasının təyin edilməsi ilə bağlıdır.
28. Kassasiya şikayətinin təkrarlanan dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının həmin dövrlərdəki əmək fəaliyyəti əmək kitabçası ilə təsdiq olunur. İddiaçının əmək kitabçasında bununla bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqə tə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə icraatının gedişində də belə hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə haqlı olaraq iddiaçının əmək kitabçasını mötəbər sübut kimi qiymətləndirmişdir.
29. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı qərarın 17-20-ci bəndlərində istinad olunan normaların müddəaları baxımından, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. Məhkəmə kollegiyası mübahisəyə dair işin faktiki hallarından və tətbiq edilməli olan normaların təfsirindən, eləcə də müəyyən olunmuş halların həmin normalara əsasən qiymətləndirilməsindən çıxış edərək hesab edir ki, əmək kitabçasında qeyd edilmiş mübahisələndirilən əmək fəaliyyəti dövrləri iş stajı kimi nəzərə alınmalı və iddiaçının sosial sığorta stajına hesablanmalıdır.
30. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş çoxsaylı qərarlarda da qeyd edilmişdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından, bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 dekabr 2021-ci il tarixli, 21(103)-1633/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.