Məhkəmə qərarları › İş №2-1(102)-1560/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1560/2023

26.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1560/2023 26.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xü susi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2023-cü il tarixli, 21(103)-1446/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2015-ci il tarixli qərarı ilə iddiaçıya 2015ci ilin aprel ayından dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. İddiaçıya yaşa görə əmək pensiyası təyin edilən zaman dövlət qulluğu stajının 12 il 3 ay 28 gün olması nəzərə alınmışdır.

3. İddiaçı pensiya məbləğinin yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələb inin təmin olunmasından imtina edilmişdir.

4. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********0 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, 12 aprel 2015-ci il tarixində iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 440,00 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavə 88,00 manat, ixtisas dərəcəsinə görə əlavə 80,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 75,17 manat olmaqla, orta aylıq əmək haqqı 683,17 manat təşkil etmişdir. Bununla əlaqədar, əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.11.3-ci maddəsinə əsasən, 12 il 3 ay 28 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (683,17 manat) 65 faizi – 444,06 manat məbl əğində hesablanmışdır. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2015-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 15379,28 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət üçün 15052,79 manat ödənilmişdir. Bu səbəbdən də iddiaçıya həmin dövr ərzində 326,49 manat əskik pul vəsaiti ödənilmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinə əsasən, 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezide nti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən, əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 i lə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar, 12 il 3 ay 28 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanması üçün iddiaçının vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 40,83 faiz təşkil edir. “Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 485,00 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavə 97,00 manat, ixtisas dər əcəsinə görə əlavə 80,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 82,85 manat olmaqla, orta aylıq əmək haqqı 744,85 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (683,17 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (744,85 manat) arasındakı fərq məbləğinin (61,68 manat) 40,83 faizi - 25,18 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanın (444,06 manat) üzərinə əlavə olunmaqla, əmək pensiyası 469,24 manat məbləğində hesablanmışdır. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 8446, 32 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət üçün 9805,23 manat ödənilmişdir. Bu səbəbdən də iddiaçıya həmin dövr ərzində 1358,91 manat artıq pul vəsaiti ödənilmişdir. “Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 730,00 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavə 146,00 manat, ixtisas dərəcəsinə görə əlavə 80,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 124,71 manat olmaqla, orta aylıq əmək haqqı 1080,71 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarix inədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (744,85 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (1080,71 manat) arasındakı fərq məbləğinin (335,86 manat) 40,83 faizi - 137,13 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanın (469,24 manat) üzərinə əlavə olunmaqla, əmək pensiyası 606,37 manat məbləğində hesablanmışdır. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 18191,10 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət üçün 21721,34 manat ödənilmişdir. Bu səbəbdən də, iddiaçıya həmin dövr ərzində 3530,24 manat artıq pul vəsaiti ödənilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2015 - xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində 326,49 man at əskik pul vəsaiti, xx.xx.2018 - xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində isə 4889,15 manat artıq pul vəsaiti ödənildiyindən, nəticədə ümumilikdə 4562,66 manat artıq pul vəsaiti ödənilmişdir. Həmin artıq ödənilmiş 4562,66 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün iddiaçının yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuş, əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Cavabdeh məktubda həmçinin məlumat üçün bildirmişdir ki, Mərkəzi Filial tərəfindən cari ilin mart ayından etibarən iddiaçının əmək pensiyası 606,37 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Bundan başqa, cari aydan (1 yanvar 2022-ci il tarixindən hesablanmaqla) iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi - 60,63 manat məbləğində maddi yardım ödənilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, sabiq dövlət qulluqçusu kimi 63 yaşı tamam olduğu 12 aprel 2015-ci il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsas götürülməklə, dövlət qulluğundakı 12 il 3 ay 28 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının 65 faizi məbləğində və 1 yanvar 2022-ci il tarixdən də “Əmək pen siyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 317 nömrəli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi maddi yardım da nəzərə alınmaqla pensiya hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxx 1952-ci il tarixdə anadan olmaqla 12 aprel 2015-ci ildə 63, 12 aprel 2017-ci ildə də 65 yaşı tamam olmuş və uzun müddət müxtəlif işlərdə, son illərdə də dövlət qulluğunda işləmiş və 12 aprel 2015-ci il tarixdə 63 yaşının tamam olması ilə əlaqədar 12 il 3 ay 28 gün qulluq stajına uyğun olaraq ona dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilmişdir. Xüsusi Şərtlərlə Təyi nat üzrə Mərkəzi Filialı tərəfindən sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2022-ci il tarixli **********0 nömrəli məktubdan görünür ki, həmin vaxt ona pensiya düzgün hesablanmamış və 4562,66 manat artıq pul vəsaiti ödənilmişdir. Məktubda həmçinin göstərilir ki, ona əmək pensiyası 3 may 2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanun əsasında hesablanmışdır. Halbuki, onun 12 aprel 2015-ci il tarixdə 63 yaşı, 12 aprel 2017ci il tarixdə də 65 yaşı tamam olmuşdur və ona görə də onun əmək pensiyası, yaşa görə pensiyaya çıxmaq hüququnun yarandığı vaxt, yəni 3 may 2017-ci il tarixə kimi qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanun əsasında hesablanmalıdır. Onun 12 aprel 2015cı il tarixdə 63 yaşı, 12 aprel 2017-ci il tarixdə də 65 yaşı tamam olduğuna görə həmin tarixlərdən d ə yaşa görə pensiya almaq hüququ yaranmışdır. Odur ki, həmin tarixdən sonra “Əmək pensiyaları haqqında” Qanuna edilmiş əlavə və dəyişikliklər ona münasibətdə tətbiq oluna bilməz və qanunvericiliyin tələbinə görə əmək pensiyasının məbləği 3 may 2017-ci il tarixə kimi qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanun əsasında, yəni dövlət qulluğunda olduğu 12 il 3 ay 28 gün stajına görə dövlət məvacibinin orta aylıq məbləğinin 65 faizi miqdarında hesablanmalıdır. Ona görə də, 25 may 2022-ci il tarixli məktubla yenidən cavabdehə müraciət edərək, əmək pensiyasının həmin qaydada, yəni 3 may 2017-ci il tarixə kimi qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanun əsasında yenidən hesablanmasının təmin edilərək ödənilməsi və nəticəsinin ona bildirilməsini xahiş etmişdir. Cavabdeh 13 iyun 2022-ci il tar ixli **********35 nömrəli məktubla ona cavab vermiş və həmin məktubda da göstərmişdir ki, ona hesablanmış pensiyanın məbləği cari ilin mart ayından etibarən qanunvericiliyə uyğunlaşdırılaraq 801,40 manatdan 606,37 manata azaldılıb, həmçinin ona xx.xx.2015 - xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 4562,66 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Bununla əlaqədar artıq ödənilmiş 4562,66 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi xahiş olunmuşdur. Cavabdeh əmək pensiyasının nəyə görə azaldılması və ona təyin edilmiş pensiyanın 801,40 manatdan 606,37 manata azaldılmasının səbəblərini açıqlamasa da bu, “Əmək pensiyaları haqqında” Qanuna 3 may 2017-ci il tarixdə edilmiş əlavə ilə əlaqədardır. Göründüyü kimi, cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 26.2, 26.3, 20.11.3-cü maddələrinin tələblərini pozaraq həmin hüquq normalarını tətbiq etməmiş, əksinə, “Əmək pensiyaları haqqında” Qanunun hazırkı mübahisəyə tətbiq edilməli olmayan, Qanuna 3 may 2017-ci ildə əlavə edilmiş 20.8.2-ci maddəni tətbiq etməklə, ona hesablanmalı olan pensiyanın məbləğini 12 il 3 ay 28 gün dövlət qulluğu stajı üzrə orta əmək haqqının 65 %-i miqdarında hesablamalı olduğu halda, Qanuna 3 may 2017-ci ildə edilmiş əlavədə nəzərdə tutulan 40,83 %-i miqdarında müəyyən etmiş və bununla da pensiyasının məbləği 195 manat azaldılaraq vəziyyətinin ağırlaşdırılmasına səbəb olmuşdur ki, bu da qanunvericiliyin pozulmasıdır.

7. Cavabdehin iddia tələbinə yazılı etiraz ının dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir.

8. Bakı İnzibati Məhkəməsinin (hakim A.Ə.Əhədova) 18 noyabr 2022-ci il tarixli, 21(112)-10351/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyası xx.xx.2017-ci il tarixdən sonra Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”na uyğun olaraq əmək pensiyası yenidən hesablanmış, yenidən hesablama zamanı pensiya artım faizi 40,83% müəyyən edilmiş, cavabdeh tərəfindən pensiya məbləğinin hesablanmasında kənarlaşma müəyyən edilməmişdir.

10. İddiaçı hə min qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və Ş.A.Məmmədova) 15 mart 2023-cü il tarixli, 21(103)-1446/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2-1(112)-10351/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya xx.xx.2015-ci il tarixdən 12 il 03 ay 28 gün dövlət qulluğu stajına görə həmin vaxt qüvvədə olm uş “Əmək pensiyaları haqqında” Qanunun 20.11.3-cü maddəsinə əsasən orta aylıq əmək haqqının 65%-i miqdarında (10 il üçün 55%+ 2 il üçün hər ilə 5% olmaqla cəmi 65%) pensiya hesablanmışdır. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun olaraq iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə maaşı artırıldığından əmək pensiyası yenidən hesablanmış, bu zaman Qaydanın 2.2.3-cü bəndinə əsasən pensiya məbləği 40,83 faizlə hesablanmışdır. Qaydanın 2.2.3-cü bəndindəki hesablama qaydasına uyğun olaraq pensiya artım faizinin (səlahiyyət müddətində fəaliyyət dövrü x 50% / 15) müəyyən edilməsi üçün: qulluq stajı 15 il =180 ay üçün 50% olduğu nəzərə alındıqda, iddiaçının 12 il 3 ay qulluq stajı = 147 ay (12 il = 144 ay +3 ay) olmaqla faiz dərəcəsi 40, 83% (147x50/180) müəyyən olunur və cavabdeh tərəfindən pensiya məbləğinin hesablanmasında kənarlaşma müəyyən edilməmişdir. Bundan başqa, iddiaçıya 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi - 60,63 manat məbləğində maddi yardım ödənilir.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

14. İddiaçının kassasiya şikayətinin mahiyyəti və dəlilləri, habelə istinad etdiyi maddi hüquq normaları iddia ərizəsinin və apellyasiya şikayətinin mahiyyəti və dəlilləri, eləcə də, istinad olunan maddi hüquq normaları ilə eynilik təşkil edir. Bundan əlavə, iddiaçı qeyd edir ki, məhkəmələr hüquq normalarının tələblərini pozaraq “Əmək pensiyaları haqqında” Qanunun hazırkı mübahisəyə tətbiq edilməli olmayan, Qanuna 3 may 2017-ci ildə əlavə edilmiş 20.8.2-ci maddəni tətbiq etməklə, iddiaçıya hesablanmalı olan pensiyanın məbləğini 12 il 3 ay 28 gün dövlət qulluğu stajı üzrə orta əmək haqqının 65 faizi miqdarında hesablanmalı olduğu halda, Qanuna 3 may 2017-ci ildə edilmiş əlavədə nəzərdə tutulan 40,83 faizi miqdarında müəyyən etmiş və bununla da pensiyanın məbləği 195 manat azaldılaraq onun vəziyyətinin ağırlaşdırılmasına səbəb olmuşdur.

15. Bundan başqa, Bakı Apelly asiya Məhkəməsində həmin işə baxılarkən iddiaçı tərəfindən iş üzrə iddianın geri qaytarılması, yəni iddianın geri götürülmüş sayılması, bununla əlaqədar həmin iş üzrə Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2- 1(112)-10351/2022 nömrəli qərarının ləğv olunması və iddianın mümkün sayılmaması barədə ərizə verilsə də, məhkəmə bununla bağlı heç bir araşdırma aparmayaraq ərizəyə hüquqi qiymət verməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək kassasiya şikayətinin təmin olunmamasını və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2023-cü il tarixli, 2-1(103)-1446/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir;... Maddə

20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir:... 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına g örə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla);... (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə t utulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə— dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla; 20.11.3. dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 55 faiz i miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir (xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyada) 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1 -ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir.... Maddə

26. Əmək pensiyasının yenidən hesablanması... 26.3. 2017-ci il iyulun 1-dək bu Qanun un 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir....

18. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”: 1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017-ci il iyulun 1dək “Əmək p ensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir. 1.2. Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi – bundan sonra əməkhaqqı) artırıldıqda yenidən hesablanır.... 2.2. Qanunun 20-ci maddəsində göstərilən şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı sonradan artırıldıqda, bu artımlar nəzər ə alınmaqla qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı qaydada yenidən hesablanır:... 2.2.3. Qanunun 20.1.4-cü, 20.1.5-ci, 20.1.5-1-ci, 20.1.7-ci, 20.1.9-cu, 20.1.14-cü, 20.1.18-ci və 20.1.20-ci maddələrində nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əməkhaqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi (FD x 50% / 15) orta aylıq əməkhaqq ının artım məbləğinə vurulur. Bu yarımbənddə göstərilən şəxslərin pensiyasına qulluq stajına görə əlavə aşağıdakı düstura əsasən yenidən hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur: PMA = ƏHA x (FD x 50% / 15), burada: PMA – pensiyanın artım məbləği; ƏHA – orta aylıq əməkhaqqının artım məbləği; FD – səlahiyyət müddətində fəaliyyət dövrüdür....

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa bor cludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübah isə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya q ismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiy a şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Apellyasiya instansiya məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçının əmək pensiyasının sonrakı artımlar zamanı yenidən hesablanması ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətlənd irmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

26. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

27. Kassasiya şikayətinin dəlillərinə əsasən iddiaçı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının pensiya məbləğini 12 il 3 ay 28 gün dövlət qulluğu stajı üzrə orta əmək haqqının 65 faizi miqdarında hesablamalı olduğu halda, “Əmək pensiyaları haqqında” Qanuna 3 may 2017-ci ildə edilmiş əlavəyə əsasən 40,83 faiz miqdarında müəyyən etmişdir.

28. Qeyd edilən dəlillə əlaqədar işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə, iddiaçının dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası almaq hüququ 63 yaşında, 12 aprel 2015-ci il tarixdə yarandığından cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun həmin tarixdə (1 iyul 2017-ci il tarixədək) qüvvədə olmuş 20.11.3-ci maddəsinə əsasən 12 il 3 ay 28 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının 65 faizi miqdarında pensiya məbləği hesablanmışdır.

29. Göründüyü kimi, kassasiya şikayətinin dəlilinin əksinə olaraq iddiaçının əmək pensiyası ona təyin edilən vaxt qüvvədə olan və özünün də istinad etdiyi norma əsasında 65 faiz üzərindən hesablanmışdır.

30. Belə olan halda, işin mübahisələndirilən halı döv lət qulluqçularının əmək haqlarında baş verən sonrakı artımlar nəticəsində iddiaçının əmək pensiyasının yenidən hesablanmasından ibarətdir. Belə ki, iddiaçı kassasiya şikayətində həmin artımın da 65 faiz üzərindən hesablanmalı olduğu qənaətinə gəlsə də, cavabdeh qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanına əsasən, dövlət qulluqçularının qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əməkhaqqının 50 fai zinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi (FD x 50% / 15) orta aylıq əməkhaqqının artım məbləğinə vurulur. Belə olan halda, iddiaçının 12 il 3 ay 28 gün qulluq dövrü nəzərə alındıqda əmək haqlarında baş verən sonrakı artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 40,38 faiz təşkil edir. Cavabdeh tərəfindən əmək pensiyasından hər hansı növ tutulma həyata keçirilməmişdir.

31. Apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanına istinad edərək cavabdehin hesablama qaydasını əsaslı hesab etmişdir.

32. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətinin onun əmək pensiyasının orta əmək haqqının 40,83 faizi miqdarında hesablanmasının səhv olm ası barədə dəlili əsassızdır. Belə ki, yuxarıda da qeyd edildiyi kimi iddiaçının əmək pensiyası orta əmək haqqının 65 faizi miqdarında, sonrakı artımlar isə 40,83 faiz miqdarında hesablanmışdır. İddiaçıya əmək pensiyası təyin edilərkən (aprel 2015-ci il) həmin vaxt qüvvədə olan normalar (“Əmək pensiyaları haqqında” Qanunun 20.11.3-cü maddəsi), dövlət qulluqçularının əmək haqlarının artırılması zamanı isə qüvvədə olan normalar (Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndi) tətbiq edilmişdir. Bununla bağlı, apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına istinad etməklə düzgün nəticəyə gəlmişdir.

33. Bundan başqa, məhkəmə kollegiyası kassasiya şikayətinin iddianın geri qaytarılması barədə ərizəyə məhkəmə tərəfindən hüquqi qiymət verilməməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının qeyd edilən ərizəsi Bakı Apellyasiya Məhkəməsinə xx.xx.2023-cü il tarixdə saat 12:45-də təqdim edilmişdir. Halbuki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin yekun qərarı həmin tarixdə, saat 12:05-də qəbul edilmişdir. Göründüyü kimi, kassasiya şikayətində qeyd edilən ərizə məhkəməyə yekun qərarın qəbulundan sonra verildiyindən apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin ərizənin araşdırılması mümkün olmamışdır. Bu hal isə mübahisələndirilən qərarın ləğvi üçün əsas hesab edilə bilməz.

34. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

35. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2023-cü il tarixli, 21(103)-1446/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar