Məhkəmə qərarları › İş №2-1(102)-1561/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1561/2019

01.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1561/2019 01.05.2019 ALİ MƏHKƏMƏ QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Mirzəfərova Könül Murtuz qızının iştirakı ilə, İddiaçı x1 cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 20 dekabr tarixli 2-1(103)-3136/2018 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehin Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-1147/2017 nömrəli, 2017-ci il 8 iyun tarixli icra sənədi üzrə qəbul etdiyi 2018-ci il 31 avqust tarixli “İcraata başlamaq haqqında” Qərarının ləğv olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 7 noyabr tarixli 2-1(81)4261/2018 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 20 dekabr tarixli 2-1(103)-3136/2018 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardaddan kassasiya şikayəti vermişdir. İddiaçının və vəkilinin nəzərinə çatdırı lmışdır ki, kassasiya şikayəti verilməsi üçün iddiaçıya Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 20 dekabr tarixli qərardadına əsasən dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin edilmiş, iddiaçıya hüquqi yardımın göstərilməsi 14 saylı Vəkil Bürosunun 2019-cu il 13 fevral tarixli, 000117 nömrəli orderinə əsasən vəkil Mirzəfərova Könül Murtuz qızına həvalə edilmişdir. Lakin kassasiya şikayəti 2019-cu il 5 mart tarixdə, yəni qərardaddan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddət keçdikdən sonra poçt rabitəsi şöbəsinə təqdim edilmişdir. Prosessual müddətin iddiaçı tərəfindən ötürülmədiyini təsdiq edən sübutları və ya müddətin bərpasına dair əsaslandırılmış və satəti məhkəməyə təqdim etməyi təklif olunmuş, əks halda, şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı bildirilmişdir. Şikayət üzrə kassasiyanın mümkünlüyü məsələsinə işdə iştirak edən şəxslərin iştirakı ilə baxılması 2019-cu il 01 may tarixə təyin edilmiş, icraatın iştirakçılarına bu barədə məlumat verilmişdir. İddiaçının vəkili şikayət üzrə kasasiyanın mümkün sayılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyü məsələsinə baxmağı və qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 23.1-ci maddəsinə əsasən, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Kassasiya şikayəti verilməsi üçün iddiaçıya Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2018-ci il 20 dekabr tarixli qərardadına əsasən dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin edilmiş, iddiaçıya hüquqi yardımın göstərilməsi 14 saylı Vəkil Bürosunun 2019-cu il 13 fevral tarixli, 000117 nömrəli orderinə əsasən vəkil Mirzəfərova Könül Murtuz qızına həvalə edilmişdir. Lakin kassasiya şikayəti 2019-cu il 5 mart tarixdə, yəni qərardaddan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddət keçdikdən sonra poçt rabitəsi şöbəsinə təqdim edilmişdir. Beləliklə, prosessual müddət ötürülmüşdür. Prosessual müddətin iddiaçı tərəfindən ötürülmədiyinə dair sübutlar və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatət məhkəməyə təqdim olunmamışdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 90, 96.2, 96.3-cü maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 20 dekabr tarixli 2-1(103)-3136/2018 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar