Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1561/2022 06.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlillik dərəcəsinin təyin edilməsi, müalicədə olma müddətlərinin yetərsizliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1960-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabe liyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs Bakı 11 nömrəli Şəhər Poliklinikası) qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 may 2022-ci il tarixli, 2-1(103)-1215/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsi üçün “ümumi xəstəlik” əsası ilə 11 nömrəli Şəhər Poliklinikası tərəfindən 18 noyabr 2020-ci il tarixli 2749003AADTG nömrəli göndəriş verilmişdir.
2. Həmin göndərişə əsasən iddiaçı son 6 ay ərzində - 14 iyul 2020-ci il, 4 sentyabr 2020-ci il, 10 sentyabr 2020-ci il və 30 oktyabr 2020-ci il tari xdə “arxa qütbün və ləkənin degenerasiyası” xəstəliyi ilə ambulator müayinədə, 7 avqust 2020-ci il tarixdə X3 adına Milli Oftalmologiya Mərkəzində və 9 oktyabr 2020-ci il tarixdən 22 oktyabr 2020-ci il tarixə qədər Oftalmoloji Xəstəxanada stasionar müalicədə olmuşdur. TSEK-ə göndəriş zamanı əsas diaqnoz “H35.3 Arxa qütbün və ləkənin degenerasiyası” qoyulmuş, ağırlaşmalar “H40.5 Gözün digər xəstəlikləri nəticəsində ikincili qlaukoma OS”, “H26.2 Ağırlaşmış katarakta”, “H52.2 Astiqmatizm”, yanaşı xəstəliklər isə “H54.4 Monakulyar korluq”, “M24.8 Oynaqların başqa rubrikalarda təsnif olunmayan digər dəqiqləşdirilmiş zədələnmələri, revmatoidli artrit” və “M81.9 Dəqiqləşdirilməmiş osteoporoz” kimi müəyyən edilmişdir. 3. 11 nömrəli Şəhər Poliklinikası tərəfindən rəsmiləşdirilən 18 noyabr 2020-ci i l tarixli 2749003AADTG nömrəli göndəriş cavabdeh tərəfindən 24 noyabr 2020-ci il tarixdə qiymətləndirilmiş, “Əlavə müalicəyə ehtiyacı olması – səbəb: xəstənin müalicə günlərinin sayı azdır” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir.
4. İddiaçı cavabdehə əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müraciət etmişdir. Cavabdehin 2 dekabr 2020-ci il tarixli **********5 nömrəli və 18 yanvar 2021-ci il tarixli **********6 nömrəli məktublarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq iddiaçının əlillik vəziyyəti dövlət tibb müəssisəsinin 2749003AADTG nömrəli göndərişi əsasında 24 noyabr 2020-ci il tarixində qiymətləndirilm iş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. İddiaçıya dair üçüncü şəxs tərəfindən rəsmiləşdirilmiş 2749003AADTG nömrəli göndərişdə stasionar müalicə müddəti yetərli olmadığından əlilliyin təyin edilməsi mümkün olmamışdır. İxtisaslaşmış tibb müəssisəsi tərəfindən müalicə-müayinə olunacağı və göndəriş rəsmiləşdiriləcəyi təqdirdə əlillik vəziyyətinin mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəyi iddiaçıya bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı 9 mart 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır k i, o, artıq uzun müddətdir göz xəstəliyindən əziyyət çəkir. Müxtəlif xəstəxanalarda müalicə və müayinə olunur. Xəstəliyinin diaqnozu arxa qütbün və ləkənin degenerasiyasıdır (H35.3). Dəfələrlə müalicə və müayinə olunmağına baxmayaraq, xəstəliyi ağırlaşmaqda davam edir. Xəstəlik üzündən sağlamlıq imkanları məhdudlaşmışdır. Səhhəti ilə əlaqədar heç bir yerdə işləyə bilmir. Maddi durumu yaxşı olmadığından dərmanları vaxtı-vaxtında ala bilmir. Yaşadığı sahə üzrə Bakı 11 nömrəli şəhər poliklinikası tərəfindən onun əlillik dərəcəsinin qiymətləndirilməsi məqsədi ilə 28 noyabr 2020-ci il tarixində Tibbi-Sosial Ekspert Komissiyasına 2749003AADTG nömrəli göndəriş verilmişdir. Lakin göndərişə imtina edilmişdir. İmtina səbəbi kimi göstərilmişdir ki, üçüncü şəxs tərəfindən rəsmiləşdirilmiş 2749003AAD TG nömrəli göndərişdə stasionar müalicə müddəti yetərli olmadığından əlilliyin təyin edilməsi mümkün olmamışdır. Yaşı artdıqca bu xəstəlikdən əlavə digər xəstəliklərdən də əziyyət çəkir. O, xəstəlik ilə əlaqədar kifayət qədər müalicə və müayinə almışdır. Cavabdehin imtinasını əsassız və qanunsuz hesab edir.
7. Cavabdeh iddia tələbinə yazılı etirazında qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyəti üçüncü şəxsin 21 aprel 2017-ci il tarixli 2749003AACQ2 saylı göndərişi əsasında qiymətləndirilmiş və “X1; Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M05-M14 - İltihabi poliartropatiyalar => M05 Seropozitiv revmatoid artrit => İM05.0 - Sero..., Diaqnozun mətni: Seropozitiv revmatoid artrit, Revmatoit artirit, poliartirit forma seropozi tiv gedişat aktvlik İİİ dərəcə İİ rengenaloji mərhələ. Oynaqların funksional çatmamazlığı İİ dərəcə. Hipertoniya xəstəliyi İİ mərhələ, ÜİX, aterosklerotik kardioskleroz, Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: ixtisaslaşmış müalicə müəssisəsində müayinə müalicə olunması məsləhət görülür” əsası ilə imtina verilmişdir. Həmin poliklinikanın 13 dekabr 2017-ci il tarixli 2749003AACXY saylı göndərişi əsasında qiymətləndirilmiş və “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri M00-M25 Artropatiyalar => M05-M14 - iltihabi poliartropatiyalar => M05 - Seropozitiv revmatoid artrit => M05.9 - Dəqi..., Diaqnozun mətni: Revmotoit artrit poliartrit forma, aktivlik dərəcə, Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması – Səbəb: İxtisaslaşdırılmış stasionar müayinə və müalicəsi davam etdirilsin” əsası ilə imtina verilmişdir. 29 sentyabr 2020-ci il tarixli 2749003AADRF saylı göndəriş əsasında qiymətləndirilərkən “Səbəbi: => Gözdən əlil, X1: Vİİ Sinif - Gözün və gözün əlavə aparatının xəstəlikləri => H30-H36 - Tor qişanın və damarlı qişanın xəstəlikləri => H35 Tor qişanın digər xəstəlikləri -> H35.3 - Arxa qütbün və ləkənin degenerasiyası..., Diaqnozun mətni: Arxa qütbün və ləkənin degenerasiyası, Xorioretinal distrofiya, ağırlaşmış katarakta, astiqmatizm, dəqiqləşdirilməmiş osteoporoz, oynaqların başqa rubrikalarda təsnif olunmayan digər dəqiqləşdirilmiş zədələnmələri, revmatoid poliartrit, monokulyar korluq, Vizus OD=0.05 Kİ- 0.1 Vizus OS=0,03 K etmir, Mərkəzə göndərilmənin/İmt ina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Diaqnozu təsdiqləyən müayinələr tam aparılmayıb. Forma 88-də müalicə aldığı müddətdən sonrakı, yeni tibbi rəy göstərilməlidir” əsası ilə imtina verilmişdir. Daha sonra, həmin poliklinikanın 24 noyabr 2020-ci il tarixli 2749003AADTG saylı göndərişi əsasında qiymətləndirilərkən “X1: Vİİ Sinif - Gözün və gözün əlavə aparatının xəstəlikləri => H40H42 - Qlaukoma => H40 - Qlaukoma => H40.0 - Qlaukomaya şübhə, Diaqnozun mətni: Arxa qütbün və ləkənin degenerasiyası, gözün digər xəstəlikləri nəticəsində ikincili qlaukoma, OS 2-cili qlaukoma, ağırlaşmış katarakta, astiqmatizm. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: xəstənin müalicə günlərinin sayı azdır” əsası ilə imtina verilmişdir. Gönd əriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməs i, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir.
8. Birinci instansiya məhkəməsinin 9 iyul 2021-ci il tarixli 2-1(112)-4876/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.
9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 2 sentyabr 2021-ci il tarixli T 212/2021 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iddiaçının tibbi sənədlərinə əsasən o, hal-hazırda “H35.3-Arxa qütbün və ləkənin degenerasiyası, H40.5-Gözün digər xəstəlikləri nəticəsində ikincili qlaukoma, OS 2-li qlaukoma, H26.2-Ağırlaşmış katarakta, H52.2- Astiqmatizm, H54.4 Monokulyar korluq” xəst əliklərindən əziyyət çəkir. Qeyd edilən xəstəliklər və onun ağırlaşmaları ilə əlaqədar xəstənin müalicə müddətinin az olması hazırda onda əlillik dərəcəsinin təyini üçün yetərli deyildir. Bu səbəbdən də o, əlavə stasionar müalicə aldıqdan sonra nəticələrlə birlikdə Tibbi Sosial Ekspert Komissiyasına göndərilərək müayinə edilməklə əlillik dərəcəsi təyin edilə bilər.
10. Bakı İnzibati Məhkəməsinin 8 dekabr 2021-ci il tarixli, 2-1(112)-4876/2021 nömrəli qərarı (hakim M.T.Hacıbəyova) ilə iddia rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı xx.xx.2020-xx.xx.2020-ci ilədək Oftalmologiya xəstəxanasında, xx.xx.2020-ci il tarixdə X3 adına Milli Oftalmologiya Mərkəzində müalicədə olmuşdur. İddiaçının stasionar müalicədə olma müddəti qanunvericilikdə göstərilmiş zəruri mü ddətdən az olmuşdur. Bundan başqa, iddiaçıda olan xəstəliklər qanunla müəyyən edilmiş müddət gözlənilmədən göndəriş verilməsi üçün əsas olan xəstəliklərin siyahısına daxil edilməmişdir. Belə olan halda, üçüncü şəxs tərəfindən iddiaçının əlilliyinin müəyyən edilməsi üçün göndəriş qanunvericiliyin normaları nəzərə alınmadan verilmişdir. İş üzrə alınmış məhkəmə-tibbi ekspertizasının rəyində də iddiaçıya əlilliyinin təyin edilə bilməsi üçün əlavə ixtisaslaşmış tibb müəssisəsində müalicə olunmasının zəruriliyi bildirilmiş, yalnız bundan sonra əldə edilmiş nəticələrə əsasən iddiaçının əlilliyinin olub-olmamasını müəyyənləşdirməyin mümkünlüyü qeyd edilmişdir. Cavabdehin iddiaçının əlavə ixtisaslaşmış stasionar müalicəyə ehtiyacı olması səbəbindən əlillik dərəcəsinin təyin edilməsindən imtina etmə si qanuni və əsaslı olmuşdur.
12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 may 2022-ci il tarixli, 21(103)-1215/2022 nömrəli qərarı (hakimlər: E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və C.A.Yusifov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 8 dekabr 2021-ci il tarixli, 2-1(112)-4876/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barəd ə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı qeyd edir ki, o, uzun müddətdir ki, göz xəstəliyindən əziyyət çəkir, müxtəlif xəstəxanalarda müalicə və müayinə olunur. Xəstəliyinin diaqnozu arxa qütbün və ləkənin degenerasiyası (H35.3). Dəfələrlə müalicə və müayinə olunmağına baxmayaraq, xəstəliyi ağırlaşmaqda davam edir. Xəstəlik üzündən sağlamlıq imkanları məhdudlaşmışdır. O, səhhəti ilə əlaqədar heç bir yerdə işləyə bilmir. Maddi durumu yaxşı olmadığından dərmanları vaxtı-vaxtında ala bilmir. Üçüncü şəxs tərəfindən onun əlillik dərəcəsinin qiymətləndirilməsi məqsədi ilə 28 noyabr 2020-ci il tarixdə Tibbi-Sosial Ekspert Komissiyasına 2749003AADTG nömrəli göndəriş tərtib olunmuşdur. Lakin göndəri şə imtina verilmiş, səbəbi kimi göstərilmişdir ki, 2749003AADTG nömrəli göndərişdə stasionar müalicə müddəti yetərli olmadığından əlilliyin təyin edilməsi mümkün olmamışdır. İddiaçının yaşı artdıqca bu xəstəlikdən əlavə digər xəstəliklərdən də əziyyət çəkir, o, bu xəstəlik ilə əlaqədar kifayət qədər müalicə və müayinə almışdır. İş üzrə şəxsin səhhətinin müayinə edilməsi məqsədi ilə tibbi ekspertiza keçirilmiş, ekspertiza nəticəsində müəyyən edilmişdir ki, iddiaçının H26.2-Ağırlaşmış kataraktası, H40.8-Digər qlaukoması, H35.3-Arxa qütbün və ləkənin degenerasiyası, H52.2-Astiqmatizmi, H54.4-Monokulyar korluğu vardır. Korluğun yatmaqla hansı əlaqəsinin olması anlaşılmayan haldır. İddiaçının vizual görünüşündən də gözdən əlil (kor) olduğu görünür. İddiaçı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69.4-cü maddəsinə istinad edərək məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edilərkən məhkəmənin əsaslandığı faktiki halların və sübutların, istinad etdiyi normativ hüquqi aktların və onların qiymətləndirilməsinin göstərilməli olduğunu qeyd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək göstərmişdir ki, iddiaçının stasionar müalicədə olma müddəti qanunvericilikdə göstərilmiş zəruri müddətdən az olmuşdur. Üçüncü şəxs tərəfindən iddiaçının əlilliyinin müəyyən edilməsi üçün göndəriş qanunvericiliyin normaları nəzərə alınmadan verilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı təyin edilmiş məhkəmə-tibbi ekspertizasının rəyində də iddiaçının əziyyət çəkdiyi xəstəliklər və onun ağırlaş maları ilə əlaqədar müalicə müddətinin az olması onda əlillik dərəcəsinin təyini üçün yetərli deyildir. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 may 2022-ci il tarixli, 2-1(103)-1215/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:... 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymət ləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.... 3.4. Əlilliyin müəyyən olunması meyarla rını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir....
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”:
1. Ümumi müddəalar... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir....
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ ol an tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.... 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərə findən 15 (on beş) iş gününədək uzadıla bilər.... 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”:
1. Ümumi müddəalar... 1.2. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasın ın Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə m übahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin q ərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessua l hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri iddia tələbinin və apellyasiya şikayətinin dəlillərini təkrarlam aqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından əlilliyin təyin edilməsindən imtina olunması ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
28. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bu qənaətə gələrkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə almışdır.
29. Mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsi üçün “ümumi xəstəlik” əsası ilə üçüncü şəxs tərəfindən verilmiş 18 noyabr 2020-ci il tarixli 2749003AADTG nömrəli göndərişdə iddiaçının 6 ay ərzində - 14 iyul 2020-ci il, 4 sentyabr 2020-ci il, 10 sentyabr 2020-ci il və 30 oktyabr 2020-ci il tarixdə “arxa qütbün və ləkənin degenerasiyası” xəstəliyi ilə ambul ator müayinədə, 7 avqust 2020-ci il tarixdə X3 adına Milli Oftalmologiya Mərkəzində və 9 oktyabr 2020-ci il tarixdən 22 oktyabr 2020-ci il tarixə qədər Oftalmoloji Xəstəxanada stasionar müalicədə olması qeyd edilmişdir. Cavabdeh tərəfindən qeyd edilən göndəriş 24 noyabr 2020-ci il tarixdə qiymətləndirilmiş, “Əlavə müalicəyə ehtiyacı olması – səbəb: xəstənin müalicə günlərinin sayı azdır” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir.
30. Hazırkı iş üzrə mübahisə predmeti iddiaçı barəsində olan 18 noyabr 2020-ci il tarixli 2749003AADTG nömrəli göndərişin maddi hüquq normalarına uyğun tərtib edilibedilməməsindən ibarətdir.
31. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə t əsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5-ci bəndində göndəriş verilməsi üçün əsaslar dəqiq olaraq göstərilmişdir (həmin əsaslar hazırkı qərarın 20-ci bəndində qeyd edilmişdir). 32. “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın göndərişin verilməsi üçün 1.5.2-1.5.5-ci yarımbəndlərində qeyd edilən əsasların hazırkı iş üzrə mövcud olmaması işin mübahisəsiz hallarındadır.
33. İddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən dəfələrlə müalicə və müayinə olunmağına baxmayaraq, xəstəliyi ağırlaşmaqda davam edir, o, bu xəstəlik ilə əlaqədar kifayət qədər müalicə və müayinə almışdır.
34. Həmin dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ambulator və stasionar müalicə alması ilə bağlı gətirdiyi dəlillər cavabdeh tərəfindən də qəbul edilmiş, lakin cavabdeh həmin müddətin qanunvericilikdə nəzərdə tutulmuş müddətdən az olması səbəbindən əlilliyin qiymətləndirilməsindən imtina etmişdir.
35. İddiaçının təqdim etdiyi xəstənin tibbi kartasından çıxarışlardan, tibbi rəydən, habelə, birinci instansiya məhkəməsi zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının 2 sentyabr 2021-ci il tarixli T 212/2021 nömrəli rəyindən görünür ki, iddiaçıda əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması müəyyən olunmadığından ona göndərişin verilməsi üçün yuxarıda qeyd edilən Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddə tlər (şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olması) gözlənilməlidir. Xəstəliklər və onun ağırlaşmaları ilə əlaqədar iddiaçının müalicə müddətinin az olması ona əlillik dərəcəsinin təyini üçün yetərli deyildir.
36. İddiaçı tərəfindən birinci və apellyasiya instansiya məhkəmələrinə yuxarıda qeyd olunan müddətlərdə ambulator və stasionar müalicə alması barədə hər hansı dəlil və sübut təqdim edilməmişdir.
37. İddiaçının Ali Məhkəməyə ünvanladığı xəstəlik tarixindən çıxarışa əsasən o, 23 avqust 2022-ci il tarixdən 27 avqust 2022-ci il tarixə qədər X4 müalicədə olmuşdur.
38. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, hazırkı iş üzrə mübahisələndirilən 27490 03AADTG nömrəli göndəriş 18 noyabr 2020-ci il tarixdə verildiyindən iddiaçının həmin tarixə qədər olan müalicə müddətləri nəzərə alınmalıdır. Bununla belə, iddiaçının 23-27 avqust 2022-ci il tarixlərində müalicə alması iş üzrə onun son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olması üçün kifayət etməmişdir.
39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından cavabdehin kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 may 2022-ci il tarixli, 21(103)-1215/2022 nömrəli qərarı nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.