Məhkəmə qərarları › İş №2-1(102)-1561/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1561/2024

20.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1561/2024 20.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vergi qərarının ləğv edilməsi; OVN qərarının əsaslandırılmaması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı ““Vergi ödəyicisin in vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********9410 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 yanvar 2024-cü il tarixli, 2-1(103)223/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh vergi orqanının “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********62246 nömrəli qərarına əsasən iddiaçıya məxsus olan obyektdə (“X3”) “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq, POS-terminalların quraşdırılması məcburi olan obyek tlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi və nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələləri üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022 il tarixədək (xx.xx.2022 tarixi daxil olmaqla) operativ vergi nəzarəti keçirilmişdir. 2. xx.xx.2022-ci il tarixdə, saat 12:21-də keçirilmiş operativ vergi nəzarəti zamanı müşahidə nəticəsində müştəri tərəfindən göz müayinəsi üçün ödənilmiş 40 manat pul məbləği NKA-na vurularaq müştəriyə təqdim edilən kassa çekində qanunvericiliklə müəyyən edilmiş məlumatların (Vergi Məcəlləsinin 50.8-ci maddəsində nəzərdə tutulan malın və ya xidmətin adı) əks etdirilmədiyi müəyyən olunmuş, bu fakt “Nəzarət-kassa aparatının istismarı qaydaları”nın 8.3.16-cı bəndinin və Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinin tələblərinin pozuntusu kimi qiymətləndirilərək, “Əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2022ci il tarixli, seriya DVX, 015182 nömrəli akt tərtib olunmuşdur.

3. Akt əsasında cavabdeh vergi orqanının xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə iddiaçı, Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən “əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə” 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə, vergi məsuliyyətinə cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLA Rİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********9410 nömrəli qərarın ləğv olunmasını xahiş etmişdir.

5. İddiaçının əsaslandırması: 5.1. Cavabdeh vergi orqanının xx.xx.2022-ci il tarixli **********9410 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı iddiaçıya xx.xx.2022-ci il tarixdə rəsmi olaraq təqdim edilmişdir. İddiaçı hesab edir ki, qərar qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, həmin qərarda xx.xx.2022-ci il tarixli, seriya DVX, 015182 nömrəli Akta istinad edilmişdir. Həmin Aktda isə göstərilmişdir ki, operativ vergi nəzarəti zamanı cəmiyyətin fəaliyyət ünvanında 40 manat pul ödənilmiş, ödəniş nəzarət-kassa aparatı ilə çek vurulmuşdur. Araşdırma zamanı nəzarət kassa çekində “Nəzarət-kassa aparatlarının istismarı qaydaları”nın 8.3.16.-cı bəndinin, Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinin pozulması müəyyən edilmiş, lakin həmin maddənin tələblərinin pozulmasının nədən ibarət olması dəqiq göstərilməmişdir. 5.2. Aktın nəticə hissəsində göstərilmişdir ki, maddi hüquq normalarına istinad olunsa da, iddiaçının təqsirini əks etdirən pozuntu barədə heç bir məlumat yoxdur. Cavabdehin xx.xx.2022-ci il tarixli **********9410 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı lazımi qaydada həyata keçirilən icraat nəticəsində qəbul olunmadığından, “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən formal hüquqi baxımdan qanunsuz sayılmalıdır.

6. Cavabdehin yazılı etirazının dəlilləri: 6.1. xx.xx.2022-ci il tarixli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktda təqdim edilən çekin Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə uyğun olmadığı qeyd edilmiş və operativ vergi nəzarəti zamanı hüquqi şəxsin rəhbəri nəzarət tədbirində iştirak etməsinə baxmayaraq, qərarla tanış olmaqdan və aktı imzalayaraq bir nüsxəsini qəbul etməkdən imtina etmişdir. Daha sonra vergi ödəyicisinə elektron üsulla göndərilmiş xx.xx.2022-ci il tarixli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” Akt xx.xx.2022-ci il tarixdə vergi ö dəyicisi tərəfindən oxunmuş və təqdim olunmuş sənədlərə münasibət bildirməsi üçün 30 gün müddət gözlənildikdən sonra qanunvericiliklə müəyyən edilmiş qaydada, yəni müddət ötürülmədən vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmə barədə qərar qəbul edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən, nəzarət kassa aparatının çekində qanunvericilikdə qeyd olunan məlumatlar olmadıqda vergi ödəyicisi məsuliyyət daşıyır. Vergi qanunvericiliyinə əsasən, tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. 6.2.Əlavə olaraq “Nəzarət-kassa aparatların ın istismarı Qaydaları” nın 8.3-cü bəndinin tələblərinə görə, NKA-nın istismar sənədlərinə və qüvvədə olan normativ aktlara uyğun istismarını təmin etmək, NKA-nın istismarı zamanı istənilən nasazlıq meydana çıxarsa, bu barədə vergi orqanlarına və Operatora dərhal məlumat vermək, pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək nəzarət kassa aparatı istifadəçisinin vəzifəsi kimi qeyd olunmuşdur.

7. Bakı İnzibati Məhkəməsinin (hakim: E.Ə.Əliyev) 30 may 2023-cü il tarixli, 21(112)-3562/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********9410 nömrəli qərarı l əğv edilmişdir.

8. Məhkəmənin öz mövqeyini əsaslandırması: 8.1. Cavabdehin “Əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2022-ci il tarixli, seriya DVX, 015182 nömrəli aktına əsasən, iddiaçıya məxsus göz klinikasında quraşdırılmış V1E0602328 zavod nömrəli, Verifone X990 markalı nəzarət-kassa aparatı xx.xx.2022-ci il tarixli, **********4 nömrəli qeydiyyat vərəqəsi ilə qeydiyyata alınmış, iddiaçı göz klinikasında əhali ilə pul hesablaşmalarının aparılmasında NKA-dan istifadə etmiş və xx.xx.2022-ci il tarixdə saat 12:21-də operativ vergi nəzarəti tədbiri zamanı müşahidə nəticəsində müştəri tərəfindən gözün müayinəsi müqabilində ödənilən 40 manat məbləğə NKA-dan çek vurularaq müştəriyə təqdim edilmişdir. 8.2. Göründüyü kimi, cavabdehin özü də iddiaçıya məxsus göz klinikasında əhali ilə pul hesablaşmalarının aparılmasında nəzarət kassa aparatından istifadə olunduğunu, həmin nəzarət-kassa aparatının müvafiq qaydada vergi orqanı tərəfindən qeydiyyata alındığını və operativ vergi nəzarətinin həyata keçirildiyi xx.xx.2021-ci il tarixdə müştəriyə nəzarət kassa aparatından çekin vurularaq təqdim edildiyini göstərmişdir. Cavabdehin mübahisələndirdiyi hal, həmin çekdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.8-ci maddəsində nəzərdə tutulan məlumatların göstərilməməsindən və “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16-cı bəndinin tələblərinin pozulmasından ibarət olmuşdur. 8.3. Məhkəmə “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16-cı bəndinin tələblərinin pozulması ilə bağlı qeyd etmişdir ki, hə min bəndin tələbinə uyğun olaraq vergi ödəyicisi tərəfindən aparılan əməliyyat zamanı vergi orqanlarında qeydiyyatdan keçmiş NKA-dan istifadə edərək alıcıya çek təqdim edilmişdir. Belə ki, həmin qaydalara əsasən, NKA qeydiyyata alınarkən vergi ödəyicisi və Operatorun NKA-ya dair daxil etdiyi məlumatların eyniliyini yoxlamaq NKA üzrə Nazirliyin vəzifələri kimi göstərilməsinə baxmayaraq, vergi orqanı tərəfindən NKA qeydiyyata alınarkən vergi ödəyicisi və operatorun NKA-ya daxil etdiyi məlumatların dəqiqliyi yoxlanılmamışdır. İş materiallarında olan çeklərdən müəyyən olunur ki, X1 vergi nəzarəti həyata keçirilərkən vergi xidməti əməkdaşı (Zərbəliyev Nuru) alıcı qismində xəzinəyə pul ödəmiş və müvafiq qəbzi almışdır. Sübut kimi əsas götürülmüş çeklərə nəzər yetirilsə, görmək olur ki, aparılmış əməliyyat nəzarət kassa aparatına daxil edildiyindən heç bir vergidən yayınmadan söhbət gedə bilməz. Çünki vergi ödəyicisi olaraq satılmış malların dövriyyəsi bəyan edilmiş və müvafiq vergilər dövlət büdcəsinə ödənilmişdir. 8.4. Vergi Məcəlləsinin 23.1.11-ci maddəsinə əsasən, nəzarət qaydasında mal alqısını həyata keçirtmək vergi orqanının hüququdur. Bu hüquq “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda və qaydada nəzarət qaydasında həyata keçirilə bilər. Lakin “Əməliyyat-axtarış fəaliyyəti” haqqında qanunun 5-ci maddəsinə görə, əməliyyat-axtarış fəaliyyətinin subyektləri əməliyyat-axtarış fəaliyyətini Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş təhqiqat orqanları, korrupsiya ilə bağlı cinayətl ər üzrə isə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı həyata keçirir. Nəzərə alınmalıdır ki, operativ vergi nəzarəti həyata keçirilərkən vergi orqanının əməkdaşının alıcı kimi çıxış etməsi qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinin pozulmasına səbəb olmuşdur. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, hazırkı halda vergi orqanının təhqiqat aparmaq səlahiyyəti olmadığından, o, təhqiqat orqanı qismində çıxış edə bilməz. 8.5. Bundan başqa, iş materiallarından da görünür ki, məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq NBA Technologies İnternational LLC-nin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı və "xxxx" MMC qarşılıqlı əməkdaşlıq edirlər. İddiaçı tərəfindən ona məxsus X1 nəzarət- kassa aparatının quraşdırılması ilə bağlı "xxxx" MMC-yə müraciət edilmiş, xx.xx.2022-ci il tarixdə müqavilə imzalanmış və xx.xx.2022-ci il tarixdə də ödəniş icra edilmişdir. İddia olunan nasazlıqla bağlı sözügedən tarixi əhatə edən dövr ərzində "xxxx" MMC-yə heç bir müraciət edilməmişdir. Hazırkı vəziyyətdə iddiaçı tərəfindən "xxxx" MMC-yə baş vermiş nasazlıqla bağlı heç bir müraciət edilməmişdir. 8.6. İddiaçıya məxsus X3 tərəfindən təqdim edilmiş və inzibati-icraat materiallarına əlavə edilmiş nəzarət-kassa aparatının çekində “göstərilən xidmətin adının” əks olunmamasının səbəbləri ilə əlaqədar bildirilmişdir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.8-ci maddəsinə əsasən, nəzarət-kassa aparatının çeklərində qeyd olunmalı məlumatlardan biri də “malın və ya xidmətin (işin) adı”dır. Lakin bu məsələ ilə əlaqədar öhdəlik i ddiaçının üzərindədir. Belə ki, nəzarət-kassa aparatının çeklərində malın (və ya xidmətin) adının qeyd olunması üçün ya onlar tərəfindən sistem üzrə inteqrasiya olunmalıdır, ya da onlar müvafiq malın (xidmətin) adını cədvəl üzrə xidmət göstərən şirkətə, yəni "xxxx" MMC-yə təqdim etməli idilər. Lakin qeyd olunan tədbirlərin heç biri yerinə yetirilmədiyi üçün iddiaçı cərimə tədbirinə məruz qalmışdır. 8.7. Göründüyü kimi, iddiaçıya məxsus X1 nəzarət kassa aparatının "xxxx" MMC tərəfindən quraşdırılması işin mübahisəsiz halıdır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, cavabdeh tərəfindən Vergi Məcəlləsinin qeyd edilən maddələrinin tələbləri pozulmuşdur. Belə ki, cavabdeh vergi orqanı tərəfindən aparılmış vergi nəzarəti zamanı heç bir protokol tərtib olunmamışdır. 8.8. Həmçinin məhkə mə etmişdir ki, yoxlama xx.xx.2022-ci ildə bitdiyi halda, cavabdeh inzibati orqan tərəfindən qərar qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə, yəni 10 gündən gec müddətdə xx.xx.2022-ci il tarixində qəbul edilmişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, cavabdehin mübahisələndirilən qərarı maddi və prossesual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilmişdir.

9. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. b) apelyasiya instansiya məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər C.A.Yusifov /sədrlik edən və məruzəçi/, P.A.Hüseynov və Ş.A.Məmmədova) 25 yanvar 2024-cü il tarixli 2-1(103)-223/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh qərardan kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçı təsərrüfat subyektinin adının X2ması vergi ödəyicisinin fəaliyyət sahəsinin ancaq gözün müayinəsi ilə bağlı olması və çekdə göstəriləcək məlumatın ancaq müayinə ola biləcəyi kimi qiymətləndirmək əsassızdır. V ergi ödəyicisi yalnız gözün müayinəsi deyil, digər tibbi xidmətləri də göstərmişdir.

14. Bundan əlavə nəzarət kassa aparatı quraşdırıldıqdan sonra yaranan hər hansı bir nasazlıqla bağlı istifadəçi vergi orqanlarına və Operatora məlumat verməmişdir. Halbuki, “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın tələblərinə görə, kassa aparatında yaranan nasazlıqlar barədə məlumat vermək istifadəçinin üzərinə vəzifə kimi qoyulur.

15. Bundan başqa, qanunvericilikdə operativ vergi nəzarətinin nəticələrinin rəsmiləşdirilməsi üçün sənəd forması kimi akt müəyyən edilmişdir ki, vergi orqanı tərəfindən həmin tələblərə əməl olunmuş və müvafiq akt tərtib edilmişdir. Məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğu n olmadığından qərar tamamilə əsassızdır və ləğv olunmalıdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə

50. Operativ vergi nəzarəti... 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci m addədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda.... 50.8. Nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır: 50.8.1. vergi ödəyicisinin adı; 50.8.2. VÖEN-i; 50.8.3. çekin vurulmasının tarixi və saatı; 50.8.4. təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan; 50.8.5. malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği); 50.8.6. gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi; 50.8.7. nəzarət-kassa aparatının markası və zavod nömrəsi; 50.8.8. nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti); 50.8.9. malın sürətli məlumat kodu (X4); 50.8.10. ödənilmiş məbləğ; 50.8.11. müştəriyə qaytarılan məbləğ (malın dəyərindən artıq ödənilən hissə üzrə); 50.8.12. nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc); 50.8.13. ödənişin forması və üsulu (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr); 50.8.14. çekin növü (satış, geri qaytarma və ya ləğvetmə); 50.8.15. nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi; 50.8.16. geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar.... Maddə

58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları... 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istis na olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarətkassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifa də etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hal lara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir....

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”: Bənd 8.3. İstifadəçinin vəzifələri:... 8.3.6. NKA-nın vergi orqanlarında qeydiyyata alınmasını və qeydiyyatdan çıxarılmasını təmin etmək;... 8.3.16. pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək;...

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakç ılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Ş ikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Ap ellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şika yəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Bununla belə, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıların qeyd ed ilməsini zəruri hesab edir.

26. İddiaçıya məxsus obyektdə (Lazer göz klinikası) xx.xx.2022-ci il tarixdə operativ vergi nəzarəti keçirilməsi və nəticədə iddiaçının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən vergi məsuliyyətinə cəlb edilməsi işin mübahisəsiz halıdır.

27. İşin mübahisələndirilən hallarına və cavabdeh vergi orqanının kassasiya dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar: kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi yoxlama sıdır. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmişdir və qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə vergi orqanı diskresion səlahiyyətə malikdir. Bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslara istinad etməlidir.

28. Hazırkı iş üzrə cavabdeh vergi orqanı iddiaçı barəsində operativ vergi nəzarətinin həyata keçirilməsi qərarına gəlmiş və bu barədə, “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərar qəbul etmişdir.

29. Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir (vergi orqanı tərəf indən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda).

30. Hazırkı iş üzrə cavabdehin “operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa i stinad edilməmişdir (yalnız reyestrdən çıxarışda 50.2.2-ci maddə (vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar) qeyd edilmiş, lakin bununla bağlı yoxlamanın keçirilməsi barədə qərarda hər hansı əsaslandırma aparılmamış və sübut təqdim edilməmişdir).

31. Həmin qərarda 50.2-ci maddədə göstərilən əsaslardan birinə istinad olunsa belə, qeyd edilməlidir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə, qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından, cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.

32. B elə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan, sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inz ibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır.

33. Əlavə olaraq, yuxarıda qeyd edildiyi kimi, cavabdeh vergi orqanı bu və ya digər növ yoxlamanı seçməkdə, həmçinin VM-nin 50.2-ci maddəsində sadalanan əsaslardan birinə görə, operativ vergi yoxlamasının keçirilməsi ilə bağlı qərar qəbul etməkdə diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Belə olan halda, hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz operativ vergi nəzarətinin təyin edilməsi qaydasında həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər, inzibati orqan operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyət lərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur.

34. Qeyd edildiyi kimi, hazırkı iş üzrə cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, beləliklə də, cavabdeh tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu əsaslandırılmamışdır.

35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh vergi orqanı tərəfindən “İnzibati icraat haqqında” Qanunun və Vergi Məcəlləsinin tələbləri poz ulmaqla operativ vergi nəzarəti barədə qərar qəbul edildiyindən, vergi orqanının mübahisələndirilən qərarı qanunsuzdur. Odur ki, həmin qərar qanunsuz olduğundan apelyasiya məhkəməsi bu qərarın ləğv edilməsi barədə düzgün nəticəyə gəlmişdir.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 yanvar 2024-cü il tarixli 21(103)-223/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar