Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1562/2019 24.04.2019 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon Şöbəsinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon Şöbəsinin vəkili Vəkil iştirakı ilə İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon Şöbəsinə qarşı iş üzrə cavabdehin “qərarın hissə-hissə ic ra edilməsinə” barədə ərizəsinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-405/2019 saylı 13 fevral 2019-cu il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında 24.04.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 19.08.1980-ci il tarixdən 30.12.1981-ci il tarixədək Azərbaycan SSRİ Kənd Təsərrüfatı Nazirliyinin Respublika laboratoriyasında texnik, 26.05.1982ci il tarixdən 01.06.1985-ci il tarixədək Azərbaycan SSRİ Ticarət Nazirliyinin 31 və 37 saylı mağazal arında qablaşdırıcı, 21.02.1986-cı il tarixdən 21.04.1986-cı il tarixədək Bakı Beynəlxalq Telefon Stansiyasında böyük təlimatçı vəzifələrində işlədiyi dövrün sosial sığorta stajı kimi nəzərə alınmaqla əlilliyə görə əmək pensiyasının təyin edilməsi və pensiya hüququnun yarandığı tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 may 2017-ci il tarixli, 2-1(81)-2989/2017 saylı qərarına əsasən iddia təmin edilərək Iddiaçı 19.08.1980-ci il tarixdən 30.12.1981-ci il tarixədək Azərbaycan SSRİ Kənd Təsərrüfatı Nazirliyinin Respubl ika laboratoriyasında texnik, 26.05.1982-ci il tarixdən 01.06.1985-ci il tarixədək Azərbaycan SSRİ Ticarət Nazirliyinin 37 və 31 saylı mağazalarında qablaşdırıcı, 21.02.1986-cı il tarixdən 21.04.1986-cı il tarixədək Bakı Beynəlxalq Telefon Stansiyasında böyük təlimatçı vəzifələrində işlədiyi dövrün sosial sığorta stajı kimi nəzərə alınmaqla əlilliyə görə əmək pensiyasının təyin edilməsi və pensiya hüququnun yarandığı tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 avqust 2017-ci il tarixli, 21(103)-1959/2017 saylı qərarına əsasə n cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 may 2017-ci il tarixli, 2-1(81)-2989/2017 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərar qanuni qüvvəsini almış, 22.11.2017-ci il tarixdə icra məktubu tərtib edilərək icra edilməsi üçün DSMF-nin Nəsimi rayon şöbəsinə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon Şöbəsi ərizə ilə məhkəməyə müraciət edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 may 2017-ci il tarixli, 2-1(81)-2989/2017 saylı qərarına əsasən yaranmış fərq məbləğini n 11844,40 manat hissə-hissə olmaqla pensiya məbləği qədər (153,82 manat) 28.02.2025-ci il tarixədək ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli, 2-1(81)2989/2017 saylı qərardadı ilə iddiaçının cavabdehə qarşı iş stajı nəzərə alınmaqla əlilliyə görə pensiyanın təyin edilməsi tələbinə dair Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 may 2017-ci il tarixli, 2-1(81)-2989/2017 saylı qərarının hissə-hissə icra edilməsi barədə cavabdehin ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdeh apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-405/2019 saylı 13 fevral 2019-cu il tarixli qərardad ı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli, 2-1(81)-2989/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-405/2019 saylı 13 fevral 2019-cu il tarixli qərardadından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətinin dəlillərinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən əmək pensiyalarının əhaliyə ödənilməsi (çatdırılması) qaydaları əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilir. Əmək pensiyalarının əhaliyə çatdırılması ilə bağlı xidmət haqqları və nağd pul vəsaitinə görə haqqın məbləği həmin orqanın bank və rabitə orqa nları ilə bağladığı müqavilələrlə razılaşdırılır. Kassator Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-405/2019 saylı 13 fevral 2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon Şöbəsinin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-405/2019 saylı 13 fevra l 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-405/2019 saylı 13 fevral 2019-cu il tarixli qərardadı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 may 2017-ci il tarixli, 2-1(81)-2989/2017 saylı qərarına əsasən Iddiaçı 19.08.1980-ci il tarixdən 30.12.1981-ci il tarixədək Azərbaycan SSRİ Kənd Təsərrüfatı Nazirliyinin Respublika laboratoriyasında texnik, 26.05.1982-ci il tarixdən 01.06.1985-ci il tarixədək Azərbaycan S SRİ Ticarət Nazirliyinin 37 və 31 saylı mağazalarında qablaşdırıcı, 21.02.1986-cı il tarixdən 21.04.1986-cı il tarixədək Bakı Beynəlxalq Telefon Stansiyasında böyük təlimatçı vəzifələrində işlədiyi dövrün sosial sığorta stajı kimi nəzərə alınmaqla əlilliyə görə əmək pensiyasının təyin edilməsi və pensiya hüququnun yarandığı tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə həvalə edilməsi qərara alınmış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 avqust 2017-ci il tarixli, 2-1(103)-1959/2017 saylı qərarına əsasən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət S osial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 may 2017-ci il tarixli, 2-1(81)-2989/2017 saylı qərarı dəyişdirilmədən saxlanılmış, qərar qanuni qüvvəsini almış, 22.11.2017-ci il tarixdə icra məktubu tərtib edilərək icra edilməsi üçün DSMF-nin Nəsimi rayon şöbəsinə göndərilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon Şöbəsi ərizə ilə məhkəməyə müraciət edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 may 2017-ci il tarixli, 2-1(81)-2989/2017 saylı qərarına əsasən yaranmış fərq məbləğinin 11844,40 manat hissə-hissə olmaqla pensiya məbləği qədər (153,82 manat) 28.02.2025-ci il tarixədək öd ənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci madəsinə əsaəsn bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən, qətnamənin icrasına möhlət verməyə və ya qətnamənin hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə, icra üzrə icraatın dayandırılmasına haqlıdır. Qanunvericiliyin tələblərinə əsasən qətnamənin icrasına möhlət verilməsi, onun hissə-hissə icrası və ya icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında məsələ həll olunarkən tərəflərin əmlak vəziyyəti və digər hallar nəzərə alınmalıdır. Cavabdeh Azərbayсan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsi tərəfindən məhkəmə qərarının hissə-hissə icra olunması barədə ərizə təqdim edilsə də, ərizəni əsaslandırmamışdır. Bununla da borclu tərəfindən hansı əsasla borcun hissə-hissə icra olunmasının tələb edilməsini müəyyən etmək mümkün olmamışdır. Beləliklə apellyasiya instansiya məhkəməsi haql olaraq hesab etmişdir ki, qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən iddiaçıya birdəfəyə ödənilməli olan əmək pensiyasında yaranaсaq məbləğ fərqinin borclu tərəfindən hissə-hissə icra olunması üçün hər hansı əsaslı səbəb məhkəmə tərəfindən müəyyən edilmədiyindən ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 14-cü bəndinə əsasən məhkəm ələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-405/2019 saylı 13 fevral 2019-cu il ta rixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-405/2019 saylı 13 fevral 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1562/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1562/2019
24.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver