Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1562/2022 18.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: bəyannamənin rəsmiləşdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (dövlət qeydiyyatına alındığı tarix: xx.xx.2020-ci il; VÖEN: **********) cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı “bəyannamənin rəsmiləşdirilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiy a Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2022-ci il tarixli, 2-1(103)-1093/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (alıcı) ilə “Pidilite İndustries” LTD şirkəti (satıcı) arasında bağlanmış 1 iyun 2021-ci il tarixli müqaviləyə əsasən, satıcı elektron və ya yazılı formada müqavilədə göstərilən məhsulları müqavilənin imzalandığı tarixdən etibarən Bakı şəhərinə iddiaçının ünvanına tədarük etmək, alıcı isə malları qəbul etmək, qiymətlərin satıcının cari qiymət siyahısına əsasən ABŞ dolları ilə verilmiş qiymətlər olması, ödəniş şərtlərinin hesabfakturanın verilməsindən sonra 90 gün ərzində ödənilməsi barədə razılığa gəlmişlər. 2. “17 avqust 2021-ci il tarixli **********8953 nömrəli gömrük bəyannaməsinə əsasən, mal qəbul edən/idxalatçı (iddiaçı) mal göndərən ixracatçı “Pidilite İndustries LTD” şirkətindən 12412 kq həcmində 1795 qutu Hindistan istehsalı olan, invoys qiyməti 11.826,85 ABŞ dolları, gömrük dəyəri 35.871,70 manat, statistik dəyəri 21,101 manat olan yapışdırıcı aldığını bəyan etmişdir. Həmin məbləğlər əsasında cəmi 13.172,0 manat məbləğində gömrük ödənişi hesablanmışdır.
3. Gömrük rəsmiləşdirilməsi barədə gömrük əməkdaşlarının qeydinə əsasən, təqdim olunan invoysun tərtibatında risk ehtimalı yaranmışdır. İdxal olunan malların rəsmiləşdirilməsi üçün iddiaçının təqdim etdiyi gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması zamanı malların invoys üzrə bir adda bəyan edilməsinə baxmayaraq, fərqli təyinata və xüsusiyyətlə rə malik mallar olduğu aşkar edilmişdir. Həmçinin, idxal olunan malların daxili və xarici bazar qiymətləri haqqında məlumatlar əldə edilmiş və iddiaçının təqdim etdiyi invoysdakı qiymətlərlə əldə edilən məlumatlar arasında uyğunsuzluq yaranmışdır. Odur ki, gömrük dəyərinə düzəliş edilməsi məqsədəmüvafiqdir.
4. İddiaçının vəkili tərəfindən cavabdehə ünvanlanmış 8 sentyabr 2021-ci il tarixli 08/09-21VH nömrəli məktubda qeyd edilmişdir ki, iddiaçı tərəfindən 17 avqust 2021-ci il tarixdə Hindistan Respublikasından yapışdırıcı mal idxal edilmişdir. İdxal edilən mal üzrə 17 avqust 2021-ci il tarixdə gömrük bəyannaməsi tərtib edilsə də, bu günə qədər həmin mallar rəsmiləşdirilməmiş, eləcə də bununla bağlı heç bir əsaslandırıcı rəsmi cavab verilməmişdir. İdxal edilən mallar daşıyıcı şirkətə məxsus nəqliyyat vasitəsi ilə birgə gömrük postunda saxlandığı üçün iddiaçı hər ötən gün üçün əlavə muzd ödəyir və bu hal şirkətə ziyan vurulmasına gətirib çıxarır. Məktubda həmçinin, idxal edilən yapışdırıcı malların bu günədək rəsmiləşdirilməməsinin, sözügedən gömrük orqanının hərəkətsizliyinin, xüsusilə də mallar üzrə tərtib edilmiş **********8953 nömrəli gömrük bəyannaməsinin təsdiq edilməməsinin əsası və səbəbləri barədə ətraflı məlumatın verilməsi xahiş edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 17 avqust 2021 tarixli, **********8953 nömrəli gömrük bəyannaməsi əsaslı və qanuni hesab edilməklə gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi vəzifəsinin cava bdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Hindistan şirkəti olan “Pidilite İndustries” LTD şirkəti ilə arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, sonuncu şirkət tərəfindən iddiaçıya yapışdırıcı mallar göndərilmiş, həmin mallara dair verilmiş 13 iyul 2021 tarixli, 90024470-1 nömrəli invoys və digər zəruri sənədlər əsasında 17 avqust 2021 tarixli, **********8953 nömrəli bəyannamə tərtib edilərək cavabdehə təqdim edilmişdir. Təqdim edilən yük gömrük bəyannaməsinə görə, idxal edilən malın invoys dəyəri 11.826,85 ABŞ dolları təşkil edir. Lakin cavabdeh heç bir əsas olmadan malların yük gömrük bəyannaməsində göstərilən invoys dəyəri ilə razılaşmayaraq gömrük rəsmiləşdirilməsini həy ata keçirməkdən imtina etmişdir. Halbuki, eyni mallar, eyni invoys qiyməti ilə başqa şirkətlər tərəfindən idxal edilmiş və həmin qiymətlər üzrə gömrük hesablamaları aparılmaqla rəsmiləşdirilmişdir. Cavabdeh orqan qeyd olunan məsələ ilə bağlı qiymətlərin azaldılmasına dair hər hansı sübut, dəlil gətirmədən, öz mövqeyini əsaslandırmadan şifahi qaydada malların alış qiymətinə müvafiq düzəlişlər edilməsinə təkid edir. Halbuki, qanunvericiliyin tələbinə əsasən, bu kimi hallarda gömrük orqanı tərəfindən yazılı bildiriş verilməli və verilən yazılı bildirişdə gömrük qiymətləndirilməsinə düzəlişlər qanuni şəkildə əsaslandırılmalıdır.
7. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etirazda və etiraza əlavədə göstərilmişdir ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsinə əsas ən, gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq gömrük orqanının hüququdur. Qeyd edilən normaya əsasən, idxal olunan malların rəsmiləşdirilməsi üçün iddiaçının təqdim etdiyi gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması zamanı malların invoys üzrə bir adda bəyan edilməsinə baxmayaraq, fərqli təyinata və xüsusiyyətlərə malik mallar olduğu aşkar edilmiş, həmçinin gömrük dəyərinin düzgün qeyd edilməməsi ilə bağlı gömrük inspektorunda şübhə yaranmış və müvafiq araşdırma aparılmışdır. Belə ki, mövcud əməliyyat üzrə xarici tərəfdaş kimi çıxış edən “PİDİLİTE İNDUSTRİES LTD” şirkəti ilə əlaqə saxlanılaraq qiymət cədvəli əldə edilmiş və cədvələ əsasən, “Fevicol” və “Fevicol MR” markalı yapışdırıcılar ayrı-ayrı qiymətlər üzrə təqdi m olunmuşdur. Bundan əlavə, araşdırma zamanı BMT-nin rəsmi ticarət statistikasına da istinad olunmuş və əsasən 2020-ci il ərzində Hindistandan eyni XİFMN kodu altında olan malların 1 kq-4,01 USD (FOB şərti ilə) dəyəri ilə göndərilməsi və eyni həcm üzrə yalnız “PİDİLİTE İNDUSTRİES LTD” şirkətindən idxal edilməsi müəyyən olunmuşdur. Həmçinin, “Fevicol” markalı yapışdırıcıların ölkə ərazisində, ünvan 2 ünvanında satışını həyata keçirən “Unimac” şirkətinin rəsmi internet saytına (www.unimac.az) baxış keçirilmiş, əməkdaş tərəfindən nümayəndəsi ilə əlaqə saxlanılmış, məhsulun daxili və xarici bazar qiymətləri əldə edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 8 dekabr 2021-ci il tarixli, 2-1(112)-10469/2021 nömrəli qərarı (hakim M.C.Qarayeva) ilə iddia təmin edilmiş, iddiaçının adına və ünvanına gön dərilən yapışdırıcı mallara dair 17 avqust 2021 tarixli, **********8953 nömrəli gömrük bəyannaməsinin əsaslı və qanuni hesab edilməklə gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu hesab edilir. Qanunvericiliyə əsasən, yalnız həmin üsuldan istifadə etmək mümkün olmadıqda digər üsullardan hər biri ardıcıl olaraq tətbiq edilə bilər. Bir sonrakı üsulun gömrük dəyərinin təyin edilməsi zamanı tətbiqi yalnız o halda mümkün olur ki, digər üsulla gömrük dəyərinin müəyyənləşdirilməsi mümkün olmasın. Hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçı tərəfindən idxal olunan məhsullara münasibətdə gömrük dəyərinin müəyyənlə şdirilməsi zamanı qanunvericiliyin qeyd olunan müddəalarına əməl edilməmişdir. Belə ki, cavabdeh gömrük orqanı invoysda göstərilən sövdələşmə qiymətini nəzərə almamış, heç bir əsas olmadan malın qiymətinin azaldılmasına istinad etmişdir.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2022-ci il tarixli, 2-1(103)-1093/2022 nömrəli qərarı (hakimlər: E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və C.A.Yusifov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 8 dekabr 2021-ci il tarixli, 2-1(112)-10469/2021 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul oluna raq iddia rədd edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanunvericilik tələblərinə əsasən, malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu hesab edilsə də, iddiaçının adına və ünvanına göndərilən yapışdırıcı mallara dair verilmiş 13 iyul 2021 tarixli, 90024470-1 nömrəli invoysun əsli iş materiallarında mövcud deyil və işin birinci instansiya və apellyasiya icraatları zamanı invoysun əsli məhkəməyə təqdim edilməmişdir. Beləliklə, iddiaçı tərəfindən əsaslı və qanuni hesab edilməsi tələb edilən xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsinin tərtib edilməsinə əsas olmuş invoysun əsli təqdim edilmədiyindən, onun surətinin mötəbərliliyi isə istisna olunduğundan iddia tələbi əsassızdır.
13. İddiaçı həmin qərardan kassas iya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
14. İddiaçı hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.23, 102.1, 104.1, 146-cı maddələri, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.2, 7.1, 11 və 12-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, istər Gömrük Məcəlləsində, istər Gömrük tarifi haqqında qanunda, istərsə də BMT-nin rəsmi ticarət statistikasında konkret olaraq invoysla bağlı hər hansı tələb yoxdur. İşin mübahisəsiz hallarına əsasən, iddiaçı tərəfindən idxal edilən mallara dair gömrük bəyannaməsi ilə birgə müvafiq sənədlər cavabdeh quruma təqdim edilmiş, bundan sonra lazımi gömrük əməliyyatları aparılmaqla iddiaçı tərəfindən gömrük ödənişləri edilmişdir. İnvoysun, yaxud malın gömrük dəyərini müəyyən etmək üçün tələb olunan məlumatı özündə əks etdirən hər hansı sənədin məhz əslinin təqdim edilməsi mütləq şərt olsaydı, o halda cavabdeh qurum heç bir halda malların gömrük rəsmləşdirilməsinə başlamazdı. Burada mahiyyət invoysun əslinin təqdim edilibedilməməsi, yaxud buna dair prosedur qaydalarının pozulması deyil, məhz gömrük dəyərləndirməsinin düzgün müəyyən edilməsidir. Bundan başqa, cavabdeh qurumun gömrük bəyannaməsini şəxsi mülahizələrinə əsaslanaraq qəbul etməməsi, eləcə də gömrük bəyannaməsində gömrük dəyərinə konkret olaraq hansı əsasla və hansı dəyərdə düzəliş edilməsi göstərilmir. Bu isə öz növbəsində qanuna zidd olmaqla yanaşı, həm də məsələnin (gömrük dəyərinin müəyyən edilməsi) həllində qeyri-müəyyənlik yaradır.
15. Əlavə olaraq şikayətdə qeyd edilir ki, cavabdeh qurumun xarici tərəfdaş kimi çıxış edən “PİDİLİTE İNDUSTRİES LTD” şirkəti ilə həqiqətən rəsmi şəkildə əlaqə yaratması, hətta sözügedən xarici tərəfdaş şirkət ilə əlaqə yaratmış olsa belə, həmin şirkətin istehsal etdiyi mallara dair qiymət cədvəli deyil, məhz iddiaçı ilə aralarında bağlanmış beynəlxalq müqaviləyə əsasən razılaşdırılmış qiymətlər barəsində məlumatların əldə edilməməsi, hətta buna dair cəhd belə edilməməsi araşdırılmamış, apellyasiya şikayətinin dəlillərini təşkil edən BMT-nin rəsmi ticarət statistikası, ölkə daxilində eyni markalı malın satışını həyata keçirən “Unimac” adlı şirkət tərəfindən verilən məlumatlar (daxili və xarici bazar qiymətlər barəsində), həmçi nin Rusiya Federasiyası və Ukrayna Respublikasında satış qiymətləri sübut kimi düzgün qiymətləndirilməmiş, eyni mallara dair başqa idxalçı şirkətlər tərəfindən təqdim edilən gömrük bəyannamələrində göstərilən gömrük dəyəri ilə, mübahisə edilən gömrük bəyannaməsində göstərilən gömrük dəyərinin eyni olması və həmin bəyannamələrin cavabdeh qurum tərəfindən qəbul edilməsi halı qiymətləndirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü (vəzifəsini) tamamilə iddiaçının üzərinə qoymuşdur. Halbuki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən məlumatları, eləcə də iddianın əsaslılığına dair müvafiq sənədləri təqdim etsə də, cavabdeh qurum etirazının əsası kimi istinad etdiyi heç bir halı sübuta yetirə bilməmişdir. Bununla da, apellyasiya instansiya sı məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1, 14.3-cü maddələrinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 88-ci maddələrinin tələbləri pozulmuşdur. c) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2022-ci il tarixli, 2-1(103)-1093/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi: Maddə
1. Bu Məcəllədə istifadə olunan əsas anlayışlar 1.0. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:... 1.0.23. gömrük tarifi – gömrük sərhədindən keçirilən mallara tətbiq edilən və xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş gömrük rüsumu dərəcələrinin məcmusu;... Maddə 9.0. Bu Məcəllə və digər qanunvericiliklə həvalə olunmuş vəzifələrini yerinə yetirmək üçün gömrük orqanları aşağıdakı hüquqlara malikdirlər:... 9.0.3. gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq; Maddə
102. Gömrük rəsmiləşdirilməsinin aparılması qaydası 102.1. Gömrük rəsmiləşdirilməsi bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada aparılır.... Maddə
104. Gömrük rəsmiləşdirilməsinin başlanması və başa çatması 104.1. Gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır.... 18. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
12. Gömrük dəyərinin müəyyən edilməsi üsulları 12.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. 12.2. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsi ndə göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. 12.3. Bəyannaməçinin seçimi əsasında dəyərin çıxılması üsulu və dəyərin toplanması üsulu istənilən ardıcıllıqla tətbiq edilir. 19. “İnzibati icraat haqqında” Qanun Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hal larda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 45.1. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Maddə 45.2. İnzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: 45.2.1. sənədlərdən;... 45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər. Maddə 46.1. İnzibati icraatda iştirak edən şəxslər işin bütün faktiki hallarının müəyyən edilməsinə kömək etməyə, iş üçün əhəmiyyət kəsb edən və onlara məlum olan faktlar barədə məlumat verməy ə, özlərində olan zəruri sübutları təqdim etməyə borcludurlar. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılması nın hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraa t... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖV QEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmadan, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyənləşdirmədən və qiymətləndirmədən yekun nəticəyə gəlmişdir.
24. Belə ki, hazırkı iş üzrə iddiaçının tələbi 17 avqust 2021 tarixli, **********8953 nömrəli gömrük bəyannaməsinin əsaslı və qanuni hesab edilməklə gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsidir.
25. İş materiallarında olan gömrük rəsmiləşdirilməsi ilə bağlı qeydlərdən (iş v. 24), o cümlədən iddia tələbinə qarşı verilmiş etirazın (etiraza əlavənin) və apellyasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh iki halı mübahisələndirir: 1) invoysun əslinin təqdim edilməməsini; 2) invoysda qeyd edilmiş qiymətlərin həqiqətə uyğun olmamasını.
26. Hər iki dəlilin təhlili ona dəlalət edir ki, cavabdeh iddiaçının təqdim etdiyi invoysun mötəbərliliyini şübhə altına alır (invoysun əslinin olmaması və invoysdakı qiymətlərin həqiqətə uyğun olmaması əsası ilə).
27. Belə olan halda isə məhkəmə araşdırmasının predmetini qeyd edilən bu iki məsələ təşkil edir. Yəni, hazırkı iş üzrə qiymətləndirilməli olan hallar invoysun əslinin tələb edilməsinin qanunauyğunluğu və invoysdakı qiymətlərinin həqiqətə uyğunluğudur.
28. İnvoysun əslinin tələb edilməsi ilə bağlı məhkəmə kollegi yası aşağıdakıları qeyd edir.
29. İşə baxan aşağı instansiya məhkəmələri invoysun əslinin tələb edilməsi məsələsi ilə bağlı fərqli mövqe sərgiləmişlər. Belə ki, birinci instansiya məhkəməsi invoysun əslinin təqdim edilməsinin qanunvericilikdə nəzərdə tutulmadığına (kassator da oxşar dəlil irəli sürmüşdür), apellyasiya instansiyası məhkəməsi isə invoysun əslinin təqdim edilməli olmasına istinad etmişdir.
30. İnvoysun əslinin tələb edilməsinin qanunauyğunluğu ilə bağlı məhkəmə kollegiyası bildirir ki, Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsinin, o cümlədən “İnzibati icraat haqqında” Qanunun 24, 41-47-ci maddələrinin birgə təhlili onu deməyə əsas verir ki, inzibati orqan iş üzrə əhəmiyyətli halları hərtərəfli araşdırmalı, bu zaman iş üzrə obyektiv həqiqətin əldə edilməsi üçün lazımi sübutları əld ə etməlidir. Sübutların əldə edilməsi və qiymətləndirilməsi zamanı inzibati icraatın iştirakçısının üzərinə əlavə yük qoyulmamalı, lüzumsuz və qanunda nəzərdə tutulmayan sənədlər tələb edilməməlidir. Bununla yanaşı, qanunvericilikdə inzibati orqanın ona təqdim edilmiş sənədlərin mötəbərliliyini birmənalı şəkildə qəbul etmək vəzifəsi təsbit edilməmiş, zəruri hallarda təqdim edilən sənədlərin və oradakı məlumatların həqiqiliyini yoxlamaq hüququ verilmişdir (digər orqanlara və ya təşkilatlara sorğular verməklə, ekspert və mütəxəssis rəyi almaqla, təqdim edilən sənədin əslini və ya notarial təsdiqini tələb etməklə və s.).
31. Qeyd edilənlərin hazırkı işə tətbiqi onu deməyə əsas verir ki, gömrük orqanlarının inzibati orqan olaraq onlara təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin d üzgünlüyünü araşdırmaq hüquqları vardır.
32. Hazırkı iş üzrə iddiaçıdan invoysun əslinin tələb edilməsi onun üzərinə əsassız və ağır yük qoymamaqla, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə zidd qiymətləndirilə bilməz. Buradakı məntiq ondan ibarətdir ki, sövdələşmə qiymətinin tətbiq edilməsinin əsasında bəyan edilən mallara dair tərtib edilmiş invoys dayanır. Başqa sözlə, gömrük rəsmiləşdirilməsi təqdim edilən invoys əsasında başlanılır və sövdələşmə qiymətinin tətbiq edilməsi zamanı invoysun təqdim edilməsinin qanunvericinin imperativ şərti olması tərəflər arasında mübahisələndirilməməklə yanaşı, qanunvericinin tələbidir. Belə olan halda isə, təqdim edilməsi zəruri sənədin əslinin tələb edilməsi qanunvericiliyə uyğun olmaqla yanaşı, məntiqi cəhətdən də əsaslıdır (yuxarıda qeyd e dilən səbəblərə görə).
33. Bundan əlavə, invoysun əsli malların alqı-satqısı müqaviləsinin tərəflərində olur ki, iddiaçı da həmin tərəflərdən biridir və həmin sənəd onda olmalıdır. Əgər iddiaçı bu və ya digər səbəbdən sənədi təqdim edə bilmirsə, bu halda sübutun əldə edilməsi üçün prosessual qanunvericiliklə ona verilmiş hüquqlardan istifadə edə bilər. Bundan əlavə, prosessual qanunvericilik məhkəməyə də təqdim edilmiş sənədlərin mötəbərliliyini yoxlamaq və qiymətləndirmək səlahiyyəti vermişdir. Belə olan halda isə apellyasiya instansiyası məhkəməsinin də iddiaçıdan invoysun əslinin məhkəməyə təqdim edilməli olması ilə bağlı mövqeyi əsaslıdır. Lakin iş materiallarından qeyd edilən sənədin əslinin məhkəmə tərəfindən iddiaçıdan tələb edilməsi və invoysun həqiqiliyinin məhkəmə iclasında müzak irə edilməsi müəyyən edilmir. Odur ki, invoysun əslinin tələb edilməməsi əsası ilə iddianın rədd edilməsi natamam məhkəmə araşdırmasının nəticəsi olmaqla İPMin 12 və 58-ci maddələrinin tələblərinə ziddir.
34. Qeyd edilənlərə əsasən, invoysun əslinin tələb edilməsi qanunauyğundur və təkrar apellyasiya baxışında İPM-nin 12 və 58-ci maddələrinin tələbləri nəzərə alınmaqla sənədin əsli əldə edilməlidir.
35. Digər tərəfdən, cavabdeh invoysda əks olunmuş qiymətlərin həqiqətə uyğun olmamasını mübahisələndirir və bu zaman “PİDİLİTE İNDUSTRİES LTD” şirkəti ilə əlaqə saxlanılaraq qiymət cədvəli əldə edilməsinə və cədvələ əsasən, “Fevicol” və “Fevicol MR” markalı yapışdırıcıların ayrı-ayrı qiymətlər üzrə təqdim olunmasına, o cümlədən, yapışdırıcıların daxili və xarici bazar qiymətlərinin invoysdakı q iymətlərlə müqayisədə fərqli olmasına istinad etmişdir.
36. İşə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən xüsusatlar tam, hərtərəfli və obyektiv olaraq araşdırılmamış, cavabdehin “PİDİLİTE İNDUSTRİES LTD” şirkəti ilə əlaqə saxlamasına dair məlumatlar əldə edilərək məhkəmə tərəfindən yoxlanılmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdehdən “PİDİLİTE İNDUSTRİES LTD” şirkəti ilə əlaqə saxlanılması ilə bağlı rəsmi sənədləri tələb etməli, həmin sənədləri qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırmalı, yalnız bundan sonra cavabdehin etirazındakı dəlillərə qiymət verməli olduğu halda, bunu etməmişdir.
37. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə cavabdeh iddiaçıya münasibətdə malların sövdələşmə qiymətini tətbiq e tməsə də, işə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçıya münasibətdə gömrük dəyərinin müəyyən edilməsinin hansı üsulunun tətbiq edildiyini aydınlaşdırmamış və həmin üsulun tətbiqinin “Gömrük tarifi haqqında” Qanunun 12.2-ci maddəsinə uyğunluğunu qiymətləndirməmişdir.
38. Ona görə də, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
39. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin yuxarıda qeyd edilən hüquqi mövqeyini nəzərə almaqla işin hallarını araşdırmalı və hüquqi qiymət verməlidir.
40. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnziba ti Kollegiyasının 26 aprel 2022-ci il tarixli, 21(103)-1093/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.