Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1562/2023 19.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğvi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 mart 2023-cü il tarixli, 2-1(103)-1450/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, DVX seriyalı **********8348 №-li qərarı ilə İddiaçı məxsus obyektdə (ünvan 1 ünvanında yerləşən “Şüvəlan Saray”) nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi (ləri) üzrə xx.xx.2022- ci il tarixdən xx.xx. 2022-ci il tarixədək (xx.xx.2022-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilməsi qərara alınmışdır. 2. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********9754 №-li Qərarı ilə İddiaçı VM-nin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilərək, onun vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır.
3. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********9752 №-li Qərarı ilə İddiaçı VM-nin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi ndə nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 4 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 8000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, onun vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən ona qarşı tətbiq edilən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi və eləcə də əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması haqqında olan xx.xx.2022ci il tarixli, **********9752 nömrəli və eyni t arixli **********9754 nömrəli məsuliyyətə cəlb edilmə haqqında qərarların ləğv olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 2 ünvanında “Şüvəlan Saray” adlı yeməkxana işlətməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Məşğul olduğu müddətdə, yəni 20 may 2022-ci il tarixdə, yeməkxanaya işləmək üçün müraciət etmiş şəxslər onun tərəfindən işə qəbul edilmə və ya edilməmə tədbirləri aparılarkən, cavabdeh orqanın əməkdaşları tərəfindən əsassız olaraq, obyektə daxil olmuş, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi və eləcə də əhali ilə pul hesablaşmaların aparılması qaydalarına riayət olunması haqqında 20 may 2022-ci il tarixli akt tərtib edilmiş, həmin aktla r əsasında xx.xx.2022-ci il tarixli, **********9752 nömrəli və eyni tarixli **********9754 nömrəli məsuliyyətə cəlb edilmə haqqında qərar çıxarılmışdır. Həmin qərarlar əsassızdır. Vergi orqanının əməkdaşları Vergi Məcəlləsində göstərilmiş tələbləri pozmaqla operativ vergi nəzarəti həyata keçirmişlər. Vergi Məcəlləsi sahibkarlıqla məşğul olan vəzifəli şəxsin işçiləri işə cəlb edilməsi qaydasının nə cür aparılmalı olmasını tənzimləmir. Belə ki, işçi işə girmək üçün sahibkara vəzifəli şəxsə müraciət edərkən, həmin işçinin sənədlərinin qaydada olması və işləyəcəyi işin nədən ibarət olmasını bilməsi və həmin işin öhdəsindən gəlib-gələ bilməməsi sahibkar üçün vacib məsələdir və tədbir yoxlanılmalıdır. Həmin tədbirlərin yoxlanılması da təxminən 1-2 saat vaxt çəkə bilər. Cavabdeh orqanın əməkdaşla rı isə xx.xx.2022-ci il tarixdə, saat 13:50-də əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında 015085 nömrəli akt tərtib etmişlər. Saat 14:10-da isə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan 4 nəfər işçinin əmək müqaviləsinin olmaması barədə həmin tarixli 002651 nömrəli akt tərtib etmişlər. Cavabdeh orqan cəmi 20 dəqiqə ərzində apardıqları operativ vergi nəzarəti və iddiaçının barəsində çıxardıqları yuxarıda göstərilən məsuliyyətə cəlb etmə haqqında qərarların əsassız və qanunsuz olmasına sübutdur. Cavabdeh orqan Vergi Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmuşdur.
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonr a VM) 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********8348 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərarına əsasən İddiaçı fəaliyyəti üzrə “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması” və “Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” ilə bağlı xx.xx.2022cı il tarixdən xx.xx.2022-ci il tarixədək operativ vergi nəzarəti həyata keçirilmişdir. xx.xx.2022-ci il tarixində keçirilmiş operativ vergi nəz arəti zamanı İddiaçı ünvan 3 ünvanında yerləşən “Şüvəlan saray” ictimai iaşə (restoran) obyektində Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 4 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması aşkar olunmuş və keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında DVX seriyalı, 002651 nömrəli akt tərtib edilmişdir. Yuxarıda qeyd edilənlərlə əlaqədar olaraq, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********9752 nömrəli qərarı ilə vergi ödəyicisi İddiaçı 8000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçının iddia ərizəsində, işçinin işin öhdəsindən gəlib-gəlməməsini yoxlamaq məqsədi ilə 1 -2 saat əvvəl işə götürüldüyünə dair cavab olaraq bildirilir ki, akt tərtib olunan xx.xx.2022-ci il tarixdə 4 nəfər, X11, X2, X7, X1 izahat verərək bildirmişlər ki, onlar İddiaçı sahibkarlıq məqsədi ilə fəaliyyət göstərdiyi obyektə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçi kimi xx.xx.2022-ci il tarixdən əvvəl çalışmışlar. Həmçinin, sahibkar İddiaçı izahatında 4 nəfər fiziki şəxslə əmək müqaviləsi və ya xidmət müqaviləsi bağlamadan işə cəlb edildiyini təsdiqləmişdir. Bundan başqa, cavabdehin xx.xx.2022-ci il tarixli, **********8348 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərarına əsasən xx.xx.2022-ci il tarixində keçirilmiş operativ vergi nəzarəti zamanı İddiaçı ünvan 3 ünvanında yerləşən "Şüvəlan saray” ictimai iaşə (restoran) obyektində saat 13:50 radələrində m üştəri tərəfindən yeyilmiş nahar yeməyinə görə 17 manat ödənildiyi və NK-dan çekin verilmədiyi aşkar edilmişdir. Vergi Məcəlləsinin 16.1.8-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 338 saylı qərarı ilə təsdiq edilmiş “Nəzarət kassa aparatının istismarı qaydaları”nın 8.3.6-cı bəndinin tələblərini pozması faktı ilə bağlı DVX seriyalı 015035 nömrəli akt tərtib edilmişdir. Həmçinin, həmin fakt üzrə tərtib edilən aktın bir nüsxəsini iddiaçı imza edərək qəbul etmişdir. VM-nin 58.7-ci maddəsinin tələblərinin pozulduğuna görə cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********9754 nömrəli qərarı ilə vergi ödəyicisi İddiaçı 1000 manat maliyyə sanksiyası tətbiq e dilmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi mülahizələr həqiqətə uyğun deyildir və operativ vergi nəzarəti tədbirləri zamanı iddiaçı tərəfindən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməməsi faktları aşkar edilmiş və qanunvericiliyin tələblərinə müvafiq şəkildə rəsmiləşdirilmişdir. İddiaçı vergi orqanı tərəfindən hesablanmış maliyyə sanksiyası məbləğinin əsassız olduğunu qeyd etsə də, tələbini əsaslandıra bilməmiş, qanunvericiliyin hansı normasının pozulduğunu qeyd etməmiş, belə nəticəyə gəlməsi üçün əsas olmuş halları izah edə bilməmiş, başqa sözlə iddiaçı vergi orqanının haqlı mövqeyini təsdiq edən sübutları təkzib edə bilməmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2 dekabr 2022-ci il tarixli, 2-1(112)-9768/2022 nömrəli qərarı (hakim: X3) ilə iddia qismən təmin edilmiş, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********9752 №-li qərarı qismən - iddiaçıya Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 (bir) nəfər fiziki şəxsi (X12) işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 2000 (iki min) manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv olunmuş, iddia qalan hissədə təmin olunmamışdır.
8. Birinci instansiya məhkə məsi hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarın qəbul edilməsinin əsası odur ki, vergi ödəyicisi sahibkarlıq fəaliyyətini icra edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozmuş və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 4 (dörd) nəfər fiziki şəxsi işə cəlb etmişdir. Həqiqətən də, yuxarıda göstərildiyi kimi, əgər əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən cəlb olunmuş əməkdaşların əmək funksiyalarının yerinə yetirilməsi aşkar olunursa, bu zaman vergi ödəyicisinə təqvim ili ərzində belə hallara neçə dəfə yol verilməsindən asılı olaraq maliyyə sanksiyası tətbiq edilir. 3 (üç) nəfər fiziki şəxsin izahatlarından da görünür ki, onlar iddiaç ıya məxsus obyektdə "ofisiant” vəzifəsində işləyirlər. Belə olan halda vergi ödəyicisi həmin şəxslərlə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq işçi kimi əmək müqaviləsi bağlamalı idi. İddiaçıya məxsus obyektin ictimai-iaşə fəaliyyəti göstərməsini, izahatları alınan fiziki şəxslərin isə "ofisiant” işini icra etməsini nəzərə alaraq həmin şəxslərin müvafiq iş yerində haqqı ödənilməklə əmək fəaliyyətinə cəlb edildiyi halda, vergi ödəyicisi ilə "əmək müqaviləsi” bağlanmaması işəgötürən ilə işçi arasında olan real münasibətləri əks etdirmir və bu münasibət vergidən yayınma faktı kimi qiymətləndirilir. Mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş aktda adı qeyd olunan xx.xx.1994-cü il təvəllüdlü X5 münasibətdə iddiaçı tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürə n tərəfindən cəlb olunmuş əməkdaşın əmək funksiyalarının yerinə yetirilməsi və ya iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi halı müəyyən olunmamışdır. Belə ki, adı çəkilən şəxs OVN zamanı verdiyi izahatında işəgötürənlə aralarında əmək haqqı ilə bağlı heç bir razılaşma olmadığını və heç bir məbləğdə əmək haqqı almadığını bildirmiş, vergi orqanının əməkdaşlarının “kim tərəfindən işə götürüldüyü” sualına cavab olaraq isə Orxan adlı şəxsin adını qeyd etmişdir ki, adıçəkilən şəxsin belə bir səlahiyyətə malik olub-olmadığı vergi orqanının əməkdaşları tərəfindən aydınl aşdırılmamışdır. Qeyd olunan hallar da iddiaçı ilə onun arasında heç bir əmək münasibətlərinin yaranmadığını sübut edir.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin olunmamasını xahiş etmişdir.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilmiş hissəsində təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 mart 2023-cü il tarixli, 2-1(103)-1450/2023 nömrəli qərarı ilə (hakimlər: X8 (sədrlik edən və məruzəçi), X9 və X10) Bakı İnzibati Məhkəməsinin 2 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəm əsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilən hissəsinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətində işin halları, iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, izahatı alınan 4 nəfər fiziki şəxsin hər biri (X11, X2, X7, X1) “kim tərəfindən işə götürüldüyü” sualına Orxan adlı şəxsin adını qeyd etmişdir. Lakin məhkəmə yalnız X4 izahatına münasibətdə bu halı qeyd etmiş, adıçəkilən şəxsin belə bir səlahiyyətə malik olub-olmadığı vergi orqanının əməkdaşları tərəfindən aydınlaşdırılmadığını bildirmişdir. Göründüyü kimi məhkəmə eyni məsələ ilə bağlı fərql i yanaşma göstərmişdir. X12 operativ vergi nəzarəti tədbirləri (xx.xx.2022-ci U tarixli, **********8348 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərara əsasən) başlamazdan əvvəl (xx.xx.2022-ci il tarixindən) artıq işə başladığını, hal- hazırda sınaq müddətində olduğunu etiraf etmişdir. İşçinin sınaq müddətində olması faktiki olaraq işəgötürənlə aralarında əmək münasibətlərinin yarandığının göstəricisidir. Belə ki, işçi ilə işəgötürən arasında sınaq müddəti ilə əmək müqaviləsi bağlanıla bilər (Əmək Məcəlləsi 11-ci maddə g bəndi). Bu zaman əmək müqaviləsi bildirişi elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilir. Sınaq müdd əti ərzində işçi özünü doğrultmadıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər (Əmək Məcəlləsi 70-ci maddə d bəndi). Göründüyü kimi sınaq müddətinin müəyyən edilməsi üçün əmək müqaviləsi bağlanmalıdır. X4 izahatında işəgötürənlə aralarında əmək haqqı bağlı heç bir razılaşma olmadığını və heç bir məbləğdə əmək haqqı almadığını bildirməsi işəgötürənlə faktiki əmək münasibətlərində olduğu faktını inkar etmir. Həmçinin, İddiaçı xx.xx.2022-ci il tarixli izahatında X4 əmək müqaviləsi və ya xidmət müqaviləsi bağlamadan işə cəlb edildiyini təsdiqləmişdir. iddiaçı X12 ilə yoxlamadan dərhal sonra əmək müqaviləsi bağlamışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri
14. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasın ın Vergi Məcəlləsi: Maddə
58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları... 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sa bit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
17. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qər arının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasi ya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apellyasiya məhkəməsinin qərarı iddia tələbinin təmin olunan hissəsinin dəyişdirilmədən saxlanılması hissəsini mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qismən yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkə mə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məza hir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi vergi qərarının ləğv edilən hissəsinin əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş aktda adı qeyd olunan xx.xx.1994-cü il təvəllüdlü X5 münasibətdə iddiaçı tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən cəlb olunmuş əməkdaşın əmək funksiyalarının yerinə yetirilməsi və ya iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofis iantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi halı müəyyən olunmamışdır.
31. X12 operativ vergi nəzarəti zamanı verdiyi izahatında işəgötürənlə aralarında əmək haqqı ilə bağlı heç bir razılaşma olmadığını və heç bir məbləğdə əmək haqqı almadığını bildirmiş, vergi orqanının əməkdaşlarının “kim tərəfindən işə götürüldüyü” sualına cavab olaraq isə Orxan adlı şəxsin adını qeyd etmişdir ki, adıçəkilən şəxsin belə bir səlahiyyətə malik olub-olmadığı vergi orqanının əməkdaşları tərəfindən aydınlaşdırılmamışdır. Qeyd olunan hallar da iddiaçı ilə onun arasında heç bir əmək münasibətlərinin yaranmadığını sübut edir.
29. Odur ki, kassasiya şikayət i əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 mart 2023-cü il tarixli, 2-1(103)-1450/2023 nömrəli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.