Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1562/2025 23.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cаvаbdеh “Azərbaycan Avtomobil X15” publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dəymiş zərərin ödənilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cаvаbdеh “Azərbaycan Avtomobil X15” publik hüquqi şəxsinə qarşı “kompensasiya ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-123/2025 nömrəli, 23 yanvar 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. Cavabdehin 31 avqust 2023-cü il tarixli 11-1/2-68xx-xx/2023 nömrəli imtina məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi başa çatdığından hal-hazırda həmin layihə üzrə hər hansı sənədləşmənin qeyri-mümkün olması əsası ilə imtina edilmişdir.
2. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti X6 İnkişafı və X9 bağlar sahəsindəki 66 saylı kooperativin 12 saylı orderindən görünür ki, Bakı şəhər icra hakimiyyətinin 14 aprel 1989-cu il tarixli 3/100 saylı qərarına əsasən İddiaçı X14 66 saylı BTK nəzdində 0,12 ha tor paq sahəsi olan 1101 saylı bağ ayrılmışdır.
3. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 (0,1033 ha) xüsusi mülkiyyət hüququ ilə 15 avqust 2022-ci il tarixdə İddiaçı mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. 4. 24 avqust 2022-ci il tarixli 661662 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.1033 ha olan torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə alıcı X3, X13 isə 20000 manata İddiaçı satdığı tam hissəni almağı öhdəsinə götürmüşdür.
5. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 (0,1033 ha) xüsusi mülkiyyət hüququ ilə 30 avqust 2022-ci il tarixdə X7 mülkiyyəti kimi qeydiyyatdan keçmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3752/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X7 iddiası təmin edilmiş, X7 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən sahəsi 0,12 ha olan 1101 e nömrəli bağ torpaq sahəsinin 0,167 kv.m. hissəsi 2017-2018-ci illərdə “Novxanı-Pirşağı-Sahil yolu avtomobil yolunun yenidən qurulması” layihəsi həyata keçirilən zaman həmin layihə altına düşdüyünə görə 17.000 manat kompensasiya ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Avtomobil X15nin üzərinə qoyulmuşdur. Həmin qərardan görünür ki, işin hallarına görə Bakı şəhər X12 14 aprel 1989-cu il tarixli 3/100 saylı qərarı ilə 66 saylı BTK nəzdində 12 saylı order əsasında İddiaçı X14 yerləşən, ümumi sahəsi 0.12 ha olan 1101E saylı bağ sahəsi verilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-6602/2022 saylı qərarı ilə həmin bağ sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qərara alınmışdır. Həmin qərar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən icra edilərək, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1101 e saylı bağ sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarış verilmişdir. Daha sonra İddiaçı həmin torpaq sahəsini iddiaçı X4 və torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarış verilmişdir. Lakin iddiaçı həmin torpaq sahəsinin ölçüsünün Bakı şəhər X12 14 aprel 1989-cu il tarixli 3/100 saylı qərarı ilə 66 saylı BTK nəzdində 12 saylı orderində göstərilən ölçüdə olmadığını müəyyən etmişdir. Belə ki, sahəsi 0,12 ha olan 1101E saylı bağ sahəsinin 170 kv.metr hissəsi Azərbaycan Respublikası Prezidentinin 2014-cü il tarixli 232 nömrəli Sərəncamına əsasən “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial inkişafına dair Dövlət Proqramına əsasən “NovxanıPirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində yolun tikintisi altına düşmüşdür. Buna görə də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********06 saylı imtina məktubuna əsaslanaraq onun mülkiyyət hüququ qeydə alınarkən bağ sahəsinin 170 kv.metr hi ssəsi nəzərə alınmamışdır. Beləliklə, iddiaçı bağ sahəsinin 170 kv.metr hissəsindən məhrum olmuşdur.
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1973/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14209/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmişdir, iddia tələbi mümkün sayılmamışdır. Həmin qərardan görünür ki, iş materiallarından aydın olur ki, ********** qeydiyyat nömrəli xx.xx.2022ci il tarixli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan ünvan 1 Azərbaycan Avtomobil X15 tərəfindən həyata keçirilən Novxanı-Pirşağı (Sahil yolu) avtomobil tikintisi layihəsi çərçivəsində aparılan tikintinin altına düşmür. Belə ki, Azərbaycan Avtomobil X15 tərəfindən həyata keçirilən Novxanı-Pirşağı (Sahil yolu) avtomobil tikin tisi layihəsi çərçivəsində aparılan tikintini Bakı şəhər X12 14 aprel 1989-cu il tarixli 3/100 saylı qərarı ilə 66 saylı BTK nəzdində 12 saylı order əsasında X14 yerləşən, ümumi sahəsi 0.12 ha olan 1101E saylı bağ sahəsi İddiaçı verilmiş torpaq sahəsinin üzərinə düşmüşdür. Göründüyü kimi, Azərbaycan Avtomobil X15 tərəfindən həyata keçirilən Novxanı-Pirşağı (Sahil yolu) avtomobil tikintisi hazırkı iddiaçının mülkiyyətində olan ərazidə deyil, İddiaçı mülkiyyətində olan ərazidə aparıldığından hazırkı iddia üzrə iddiaçının belə bir iddia qaldırmaq üçün heç bir subyektiv hüququ olmamışdır. 8. “X16 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli, 220 saylı mütəxəssis rəyindən görünür ki, Azərbaycan Avtomobil X15 tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı” (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsinin icrası ilə əlaqədar olaraq iddiaçının mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 1200 kv.m torpaq sahəsinin 170 kv.m hissəsi yol tikintisi sahəsinə düşür və layihə altına düşən 170 kv.m hissəsinin dəyəri təqribən 17000,0 (on yeddi min) manat məbləğində müəyyən edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
9. İddiаçı İddiaçı Bаkı İnzibаti Məhkəməsində cavabdeh “Azərbaycan Avtomobil X15” publik hüquqi şəxsinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən sahəsi 0,12 ha olan 1101 e nömrəli bağ torpaq sahəsinin 0,167 ha hissəsi “ 2017-2018-ci illərdə Novxanı Pirşağı-Sahil yolu avtomobil yolunun yenidən qurulması” layihəsi həyata keçirilən zaman həmin layihə altına düşdüyünə görə 17.000 manat kompensasiya ödənilməsi vəzifəsinin cavabdeh “Azərbaycan Avtomobil X15” publik hüquqi şəxsinin üzərinə qoyulması barədə qərar qəbul еdilməsini хаhiş еtmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən, qanuni istifadə və sahibliyində olan 0,12 ha torpaq sahəsi (1101E saylı bağ sahəsi) Bakı şəhər X12 14 aprel 1989-cu il tarixli, 3/100 saylı qərarı ilə 66 saylı ВТК nəzdində 12 saylı order əsasında iddiaçıya ayrılmışdır. Qeyd olunan bağ sahəsi (0.1033 ha) üzərində iddiaçının hüquqları qeydə alınaraq dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış verilmişd ir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən bildirilmişdir ki, bağ sahəsinin bir hissəsi Novxanı-Pirşağı magistral yolunda yerləşir. Qeyd olunanlarla yanaşı, torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1200 kv.m olsa da, faktiki olaraq 1033 kv.m təşkil edir. 0.167 ha torpaq sahəsi müvafiq layihəyə uyğun olaraq ümumi yola daxil edilmişdir. Cavabdeh Azərbaycan Avtomobil X15 tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun yenidən qurulması” layihəsinin icrası ilə əlaqədar olaraq iddiaçının mülkiyyətində olan 1200 kv.m torpaq sahəsinin 0,167 kv.m hissəsi yol tikintisi sahəsinə düşmüşdür. İddiaçı qeyd olunan tikinti layihəsinin icrasına başlanmasından ötən müddət ərzində mülkiyyətində olan və tikinti altın a düşmüş 0,0167 ha torpaq sahəsinə görə ədalətli şəkildə kompensasiya ödənilməsi barədə ərizə ilə xx.xx.2022-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan imtina məktubunda bildirilmişdir ki, sözügedən layihə çərçivəsində iddiaçıya kompensasiya ödənilməsi nəzərdə tutulmamışdır. 11.Cavabdeh orqan iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddiaçının iddia tələbi üzrə Azərbaycan Avtomobil X15 cavabdeh qismində olmamalıdır. Belə ki, iddiaçıya məxsus torpaq sahəsinin yolun tikintisi altına düşməsi barədə Agentlikdə heç bir məlumat olmamış və bununla bağlı Agentliyə dövlət büdcəsindən heç bir vəsait ayrılmamış, həmin söküntü işlərinin sifarişçisi və təşkilatçısı olmamışdır. Buna görə də İddiaçı aid torpaq sahəsi dövlət ehtiyacları üçün alınmadığından Ag entliyin heç bir məsuliyyəti yaranmır və aidiyyəti üzrə iddiaçı ona dəymiş ziyanı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətindən tələb etməlidir. Belə ki, iddiaçıya məxsus torpaq sahəsinin alınması Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin səlahiyyətinə aid olmuşdur.
12. Bakı İnzibati Məhkəməsinin (hakim M.T.Hacıbəyova) 2-1(112)-2738/2024 saylı, 1 fevral 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən sahəsi 0,12 ha olan 1101 e nömrəli bağ torpaq sahəsinin 0,167 ha hissəsinə görə 17.000 (on yeddi min) manat kompensasiya ödənilməsi vəzifəsi cavabdeh “Azərbaycan Avtomobil X15” publik hüquqi şəxsinin üzərinə qoyulması qərara alınmışdır.
13. Cavabdehin iddia tələbinə cavab verən dövlət or qanı olmaması barədə iddiaya etirazında göstərdiklərinə gəldikdə məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 232 nömrəli sərəncamı ilə təsdiq olunmuş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial inkişafına dair Dövlət Proqramı”na əsasən “Bilgəh-Novxanı-Sumqayıt” avtomobil yolunun tikintisinin davam etdirilməsi işlərinin icraçısı kimi Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və "xxxx" Açıq Səhmdar Cəmiyyəti müəyyən edilmişdir. “Azərbaycan Avtomobil X15nin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1-ci bəndinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Avtomobil X15” publik hüquqi şəxsə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 56.5-ci m addəsinə əsasən bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Odur ki, “Azərbaycan Avtomobil X15” publik hüquqi şəxsinin hazırkı iddia tələbinə cavab verməli olan şəxs olmadığı barədə cavabdehin bildirdikləri əsassızdır.
14. Birinci instansiya məhkəməsi işin mahiyyəti ilə bağlı qeyd etmişdir ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonunun ərazisində torpaq sahəsinin mülkiyyətçisidir və həmin torpaq sahəsinin 0,167 ha hissəsi Azərbaycan Respublikası Prezidentinin 2014-cü il tarixli 232 nömrəli Sərəncamına əsasən “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial inkişafına dair Dövlət Proqramına əsasən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin aidiyyəti təşkilatı tərəfindən hazırlanmış kadastr planına əsasən yolun tikintisi altına düşmüşdür, iddiaçı tərəfindən cavabdehə müraciət edilərək tikinti sahəsinə düşən torpaq sahəsinə görə kompensasiyanın ödənilməsinin xahiş edilməsinə baxmayaraq, cavabdeh iddiaçının ərizəsi əsasında inzibati icraat başlamaq əvəzinə heç bir araşdırma aparmadan ərizəni təmin etməmiş, bununla da cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanununun tələbləri, habelə iddiaçının mülkiyyətində olan torpaq sahəsinə görə kompensasiya almaq hüququ pozulmuşdur. Avtomobil yolunun tikintisi altına düşən 0,167 ha torpaq sahəs inin naturada iddiaçıya qaytarılması ictimai maraqlara zidd olduğu üçün iddiaçının həmin əmlaka görə kompensasiya ödənilməsini tələb etmək hüququ mövcuddur.
15. Məhkəmə həmçinin qeyd etmişdir ki, “X16 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli, 220 saylı mütəxəssis rəyindən görünür ki, 1200,0 kv.m torpaq sahəsinin 170,0 kv.metr hissəsi yol tikintisi sahəsinə düşür və dəyəri təqribən 17000,0 (on yeddi min) manat məbləğində müəyyən edilir. Məhkəmənin gəldiyi nəticəyə görə avtomobil yolunun tikintisi altına düşən 0,167 ha torpaq sahəsinə görə cavabdeh tərəfindən iddiaçıya 17000 manat məbləğində kompensasiyanın ödənilməsi ağlabatan və ədalətlidir. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən sahəsi 0,12 ha olan 1101 e nömrəli bağ torpa q sahəsinin 0,167 ha hissəsinə görə 17.000 manat kompensasiya ödənilməsi vəzifəsi cavabdeh “Azərbaycan Avtomobil X15” publik hüquqi şəxsinin üzərinə qoyulmalıdır.
16. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir b. Apellyasiya instansiyası məhkəməsində icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-123/2025 nömrəli, 23 yanvar 2025-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim: K.H.Əkbərov, hakimlər: M.N.Tağızadə və N.X.Nəbizadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mö vqeyi ilə razılaşmışdır.
19. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarını ləğv edərək, kassasiya şikayətinin təmin edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin yolun tikinti altına düşməsi işin mübahisəsiz halıdır və bununla bağlı cavabdehə ünvanlanmış məktubdan görünür ki, Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində işlər dayandırılmış, layihə tikinti işlərinin başlanması zamanı kompensasiya məsələsinə baxılacaqdır. Lakin alan orqan tərəfindən alınmanın təsirinə məruz qalan şəxslə torpağın alınması rəsm iləşdirilməmiş və alqı-satqı müqaviləsi bağlanmamışdır. Bu isə o deməkdir ki, torpaq iddiaçıların tam istifadəsində olmaqla mülkiyyətindədir. Hazırda isə birinci instansiya məhkəməsi, eləcə də apellyasiya instansiya məhkəməsi iddiaçıya məxsus torpaq sahəsinin yerdə-naturada təyinatı üzrə istifadə olunmasını araşdırmamışdır. Bu cür analoji işlərdə məhkəmələrin belə yanaşması dövlət büdcə qarşısında əsassız öhdəliklər yaradır. Məhkəmə mübahisə olunan ərazinin situasiya planının tərtib edilməsinə cəhd göstərməmiş, mübahisəyə aydınlıq gətirilməsi və düzgün həll edilməsi üçün əraziyə yerdə naturada tərəflərin, o cümlədən mütəxəssis və ekspertlərin iştirakı ilə baxış keçirilməsinin zəruriliyini müzakirə etməmiş, kompensasiya tələb olunan torpaq sahəsinin həqiqətən iddiaçı tərəfindən istifadə olu nmasının qeyri-mümkünlüyünün müəyyən edilməsi kifayət qədər ətraflı hüquqi həllini tapmamışdır. Halbuki “Avtomobil yolları” haqqında Azərbaycan Respublikası Qanununa görə təhkim zolağı - avtomobil yolunun yerləşdirilməsi üçün ayrılmış torpaq sahələridir; qorunma (mühafizə) zolağı-təhkim zolağına hər iki tərəfdən bitişik və avtomobil yolları üçün ayrılmış, xüsusi istifadə rejimi olan torpaq sahələridir (1-ci maddə). Hamim Qanunun 15-1-ci maddəsinə görə yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yolları istisna olmaqla, ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edilir. Avtomobil yollarının qorunma (mühafizə) zolaqları avtomobil yolları üçün ayrılmış torpaq sahəsinin tərkib hissəsi olmaqla, avtomobil yolunun mühafizəsi, perspektiv inkişafı, təmiri, yenidən qurulması, saxlanılması üçün nəzərdə tutulmuş, habelə yolkənarı xidmət obyektlərinin yerləşdiyi ərazini əhatə edir. Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri avtomobil yollarının təsnifat göstəriciləri, perspektiv inkişafı və konkret şərait nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Beləliklə, apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsi kimi qeyd edilən hallara əhəmiyyət verməmiş, iş materiallarında olan məktubları mötəbər sübut kimi qəbul etməklə iddianı təmin etməklə kifayətlənmişdir və bununla qanunvericiliyin müvafiq normalarının tələbləri də yerinə yetirilməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişd ir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun: Maddə
3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. Maddə
4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dö vlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə
5. Alına bilən torpaqlar 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; Maddə
23. Alınan torpağın qiymətləndirilməsi 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağı n alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; Maddə
58. Bazar qiyməti 58.1. Bu Qanunun məq sədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə
157. Mülkiyyətin müdafiəsi 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə
211. Mülkiyyət hüququna xitam verildikdə əmlakın qiymətləndirilməsi. Mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Maddə
246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiy yəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. 246.4. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsinə uyğun olaraq torpağın alqı-satqı müqaviləsi bağlandıqdan sonra alan orqan 90 (doxsan) təqvim günü ərzində aşağıdakıları həyata keçirir: 246.4.1. mülkiyyətçiyə torpağın dəyərini tam ödəyir; 246.4.2. torpaqla bağlı hüquqların dövlətə verilməsi (keçməsi) üçün öz xərcləri hesabına lazımi tədbirləri görür; 246.4.3. satılan torpaq mülkiyyətçinin, onun ailəsinin yaşayış yeri olduğu halda, torpağın dəyəri mülkiyyətçiyə tam ödənildikdən sonra “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun V fəslinə uyğun olaraq mülkiyyətçiyə torpağı boşaltmaqda və yeni yaşayı ş yerinə köçməkdə köməklik göstərir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə
48. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və digər proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxı r və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv ed ərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası işin materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır.
28. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan kassasiya şikayətləri apellyasiya instansiya məhkəməsinin qərarının ləğvinin tələb olunduğu hissədə təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
29. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
30. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı mülkiyyətində olduğunu iddia etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən sahəsi 0,12 ha olan 1101 e nömrəli bağ torpaq sahəsinin 0,167 ha hissəsi “2017-2018-ci illərdə Novxanı Pirşağı-Sahil yolu avtomobil yolunun yenidən qurulması” layihəsi həyata keçirilən zaman həmin layihə altına düşdüyünə görə 17.000 manat kompensasiya ödənilməsinə yönəlmişdir.
31. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi başa çatdığından hal-hazırda həmin layihə üzrə hər hansı sənədləşmənin qeyri-mümkün olması əsası ilə imtina etmişdir.
32. Hazırda müəyyənləşdirilməli olan hal Bakı şəhəri Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən torpaq sahəsinin yol tikintisi sahəsinə düşən hissəsinin iddiaçıya məxsus olan torpaq sahəsinə aid olub-olmamasıdır.
33. İddiaçının təl əbinə münasibətdə nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir.
34. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) m alik olması şərti də yerinə yetirilmiş olmalıdır.
35. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində insanın subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar bir qayda olaraq şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini və hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir. İnzibati sahədə şəxsin subyektiv hüquqları mütləq şəkildə hakimiyyət institutu ilə münasibətlə səciyyələnir. Bir tərəfdən, hakimiyyət səlahiyyətlərinin daşıyıcısının üzərinə insan və vətəndaşın hüquq və azadlıq larının təmin edilməsi vəzifəsi qoyulur, digər tərəfdən isə şəxsin hüquq və azadlıqları pozulduğu təqdirdə o, icra hakimiyyəti və ya məhkəmə orqanlarına şikayət etmək hüququnu realizə edir. Məhz bu baxımdan, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və onların həll edilməsinin prosessual prinsipləri və qaydaları İnzibati-Prosessual Məcəllənin normaları ilə müəyyən edilir (İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsi).
36. İddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olması və cavabdeh tərəfindən həmin hüququn pozulması ehtimalının mövcudluğu mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın bununla bağlı mümkünlük şərtini yoxlamalıdır.
37. Hazırkı işin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti X6 İnkişafı və X9 bağlar sahəsindəki 66 saylı kooperativin 12 saylı orderinə əsasən Bakı şəhər icra hakimiyyətinin 14 aprel 1989-cu il tarixli 3/100 saylı qərarı ilə İddiaçı X14 66 saylı BTK nəzdində 0,12 ha torpaq torpaq sahəsi olan 1101 saylı bağ ayrılmış, Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 (0,1033 ha) xüsusi mülkiyyət hüququ ilə 15 avqust 2022-ci il tarixdə İddiaçı mülkiyyəti kimi qeydiyyatdan keçmiş, 24 avqust 2022-ci il tarixli 661662 saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.1033 ha olan bağ sahəsini X5 Rza Məmməd oğlundan satın almış, Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 (0,1033 ha) xüsusi mülkiyyət hüququ ilə 30 avqust 2022-ci il tarixdə X7 mülkiyyəti kimi qeydiyyatdan keçmişdir.
38. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı tərəfindən 0,1033 ha sahəsi olan bağ sahəsi tam mülkiyyət hüququ ilə alqı-satqı əsasında X7 mülkiyyətinə verilmişdir.
39. Qeyd edilməlidir ki, Azərbaycan Avtomobil X15 tərəfindən həyata keçirilən NovxanıPirşağı (Sahil yolu) avtomobil tikintisi hazırkı iddiaçının mülkiyyətində olan ərazidə, yaxud X2 torpaq sahəsində aparılıb-aparılmaması, bundan asılı olaraq iddiaçının belə bir iddia qaldırmaq üçün subyektiv hüququ olub-olmaması müəyyən edilməlidir.
40. Belə ki, iş materiallarında olan iddiaçı X7 cavabdeh Azərbaycan X1rşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli 2-1(112)-3752/2023 saylı qərarında qeyd olunmuşdur ki, işin hallarına gör ə Bakı şəhər X12 14 aprel 1989-cu il tarixli 3/100 saylı qərarı ilə 66 saylı BTK nəzdində 12 saylı order əsasında İddiaçı X14 yerləşən, ümumi sahəsi 0.12 ha olan 1101E saylı bağ sahəsi verilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-6602/2022 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən, iddiaçının qanuni istifadəsində və sahibliyində olan 0,1147 ha torpaq sahəsinə malik, Bak ı şəhər X12 14 aprel 1989-cu il tarixli 3/100 saylı qərarı ilə 66 saylı BTK nəzdində 12 saylı order əsasında ayrılmış 1101E saylı bağ sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında qeydə alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
41. Həmçinin, 17 yanvar 2023-cü il tarixli qərarda qeyd olunmuşdur ki, İddiaçı həmin torpaq sahəsini iddiaçı X4 və torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarış verilmişdir. Lakin iddiaçı həmin torpaq sahəsinin ölçüsünün Bakı şəhər X12 14 aprel 1989-cu il tarixli 3/100 saylı qərarı ilə 66 saylı BTK nəzdində 12 saylı orderində göstərilən ölçüdə olmadığını müəyyən etmişdir. Belə ki, sahəsi 0,12 ha olan 1101E saylı bağ sahəsinin 170 kv.metr hissəsi Azərbaycan Respublikası Prezidentinin 2014-cü il tarixli 232 nömrəli Sərəncamına əsasən “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial inkişafına dair Dövlət Proqramına əsasən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində yolun tikintisi altına düşmüşdür. Buna görə də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********06 saylı imtina məktubuna əsaslanaraq onun mülkiyyət hüququ qeydə alınarkən bağ sahəsinin 170 kv.metr hissəsi nəzərə alınmamışdır. Beləliklə, iddiaçı bağ sahəsinin 170 kv.metr hissəsindən məhrum olmuşdur.
42. İddiaçı X7 cavabdeh Azərbaycan Avtomobil X15nə mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən sahəsi 0,12 ha olan 1101e nömrəli bağ torpaq sahəsinin 0,167 kv.m. hissəsinin 2017-2018-ci illərdə “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun yenidən qurulması” layihəsi həyata keçirilən zaman həmin layihə altına düşdüyünə görə 17.000 manat kompensasiya ödənilməsi tələbini mümkün saymayan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1973/2023 nömrəli, 13 iyun 2023cü il tarixli qərarında qeyd olunmuşdur ki, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan ünvan 1 Azərbaycan A vtomobil X15 tərəfindən həyata keçirilən Novxanı-Pirşağı (Sahil yolu) avtomobil tikintisi layihəsi çərçivəsində aparılan tikintinin altına düşmür. Belə ki, Azərbaycan Avtomobil X15 tərəfindən həyata keçirilən Novxanı-Pirşağı (Sahil yolu) avtomobil tikintisi layihəsi çərçivəsində aparılan tikintini Bakı şəhər X12 14 aprel 1989-cu il tarixli 3/100 saylı qərarı ilə 66 saylı BTK nəzdində 12 saylı order əsasında X14 yerləşən, ümumi sahəsi 0.12 ha olan 1101E saylı bağ sahəsi İddiaçı verilmiş torpaq sahəsinin üzərinə düşmüşdür. Göründüyü kimi, Azərbaycan Avtomobil X15 tərəfindən həyata keçirilən Novxanı-Pirşağı (Sahil yolu) avtomobil tikintisi hazırkı iddiaçının mülkiyyətində olan ərazidə deyil, İddiaçı mülkiyyətində olan ərazidə aparıldığından hazırkı iddia üzrə iddiaçının belə bir iddia qaldırm aq üçün heç bir subyektiv hüququ olmamışdır.
43. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-6602/2022 saylı qərarında iddianın bağ sahəsinə hüququnun qeydə alınması ilə bağlı hüquqmüəyyənedici sənəd qismində istinad olunmuş Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti X6 İnkişafı və X9 bağlar sahəsindəki 66 saylı kooperativin 12 saylı orderindən görünür ki, Bakı şəhər icra hakimiyyətinin 14 aprel 1989-cu il tarixli 3/100 saylı qərarına əsasən İddiaçı X14 66 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 1101 saylı bağ ayrılmışdır.
44. Lakin, həmin məhkəmə qərarı ilə nə qədər torpaq sahəsinə iddiaçının mülkiyyət hüquqlarının tanınması, o cümlədən həmin məhkəmə qərarının icrası nəticəsində hansı ölçüdə torpaq sahəsinə çıxarışın verilm əsi müəyyən edilmir, apellyasiya məhkəməsi də bu istiqamətdə araşdırma aparmamışdır.
45. Halbuki, Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1nin 0,1033 ha hissəsi xüsusi mülkiyyət hüququ ilə 15 avqust 2022-ci il tarixdə İddiaçı mülkiyyəti kimi qeydiyyatdan keçmiş, Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 (0,1033 ha) xüsusi mülkiyyət hüququ ilə 30 avqust 2022-ci il tarixdə X7 mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. 46. “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində yolun tikintisi altına düşmüş 0,167 ha torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilən torpaq sahəsinin tərkibinə daxil olub-olmaması apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır.
47. Hazırkı işin obyektiv həlli üçün apellyasiya məh kəməsi tərəfindən Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-6602/2022 saylı qərarı ilə Bakı şəhər X12 14 aprel 1989-cu il tarixli 3/100 saylı qərarı ilə 66 saylı BTK nəzdində 12 saylı order əsasında ayrılmış 1101E saylı bağ sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında qeydə alınaraq müvafiq çıxarışın verilməsinə əsas olmuş sənədlərin qüvvədə olması, həmin qərarla nə qədər ölçüdə torpaq sahəsinə hüquqların dövlət qeydiyyatına alınması, nəyə əsasən 0,1033 ha torpaq sahəsinə dair çıxarışın verilməsi səbəbləri müəyyən edilməli, araşdırmanın nəticəsindən asılı olaraq düzgün və ədalətli qərar qəbul edilməlidir.
48. Odur ki, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsind ə əsaslı olduğundan həmin hissədə təmin edilərək qərar ləğv edilməli, əlavə araşdırmaya zərurət olduğundan iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, şikayət yekun qərar qəbul edilməsi hissədə təmin edilməməlidir.
49. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-123/2025 nömrəli, 23 yanvar 2025-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.