Məhkəmə qərarları › İş №2-1(102)-1563/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1563/2019

15.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1563/2019 15.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Binəqədi rayon şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1563/2019 Bakı şəhəri 15 may 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Binəqədi rayon şöbəsinin vəkili Vəkil iştirakları ilə, cavabdeh Dövlət Sosial Müdafiə Fondu nun Bakı şəhər Binəqədi rayon Şöbəsinin müdiri XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 dekabr 2018-ci il tarixli, 2-1(103)-2874/2018 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Binəqədi rayon Şöbəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası qanunun 107 və 109, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.1-20.1.7, 20.7, 20.1.4, 29.3, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 2.2, 2.2.1, 32, 38, 45 və 46-cı maddələrinə müvafiq olaraq pensiyasının 2008-ci il tarixdən Azərbay can Respublikası Ali Məhkəməsinin hakimlərinin statusuna uyğun əmək haqqına edilmiş bütün əlavələr və artımlar nəzərə alınmaqla yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 1989-2000-ci illərdə Azərbaycan Respublikası İqtisad Məhkəməsinin hakimi vəzifəsində işləmiş və 2008-ci il tarixdən ona əlilliyə görə sabiq hakim kimi pensiya təyin edilmişdir. İddiaçının işlədiyi məhkəmə 1991-ci ilədək Azərbaycan Respublikası Dövlət Arbitrajı, 1991-ci ildən 1995-ci ilədək Ali Arbitraj Məhkəməsi, daha sonra isə 2000-ci il tarixədək Azərbaycan Respublikası İqtisad Məhkəməsi kimi fəaliyyət göstərmişdir. Həmin məhkəmə Ali məhkəmə statusunda olmuş və qəbul etdiyi qərarlar yekun olmuşdur. Buna baxmayar aq, iddiaçıya pensiya təyin edilərkən onun işlədiyi məhkəmənin statusu qanunsuz olaraq kiçildilmiş, onun əmək pensiyası Ali Məhkəmənin hakimi kimi deyil, apellyasiya məhkəməsinin hakimi kimi təyin olunmuşdur. İddiaçı bununla bağlı yanlışlığın aradan qaldırılması üçün cavabdehə müraciət etsə də, cavabdeh imtina etmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etiraz təqdim etməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli, 2-1(81)3226/2018 saylı qərarı ilə (hakim Aygün Abdullayeva) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçının hakim vəzifəsində işlədiyi Azərbaycan Respublikasının sabiq Arbitraj Məhkəməsi “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya aktı ilə ali məhkəmə instansiyası kimi tə sbit edilərək, Azərbaycan Respublikası Ali Məhkəməsilə eyni hüquqi statusda müəyyənləşdirilmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçıya aylıq pensiya məbləği onun vaxtilə ali məhkəmə instansiyasının hakimi olduğu nəzərə alınaraq məhz Ali Məhkəmə hakimlərinin aldıqları maaşlara uyğun olaraq və müvafiq əlavələrlə hesablanmalıdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 dekabr 2018-ci il tarixli, 2-1(103)-2874/2018 saylı qərarı ilə (sədrlik edən Həmid Həmidov, hakimlər Elmira Nağıyeva və Vüsalə Baxışova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı hakim vəzifəsində işləyərkən onun statusu ali qanunvericilik orqanının qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi hakiminin statusu ilə eyni müəyyən edilmiş, həmçinin Ali Məhkəmənin hakimlərinə verilən 2-ci dərəcəli ixtisas dərəcəsi verilmiş, 2000-ci ildə iddiaçının səlahiyyətlərinə Azərbaycan Respublikası İqtisad Məhkəməsinin hakimi kimi xitam verilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, apellyasiya instansiyasının Azərbaycan Respublikasında yaradılmasının və faktiki fəaliyyətinin əsasını Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2006-cı il tarixdə, yəni iddiaçının hakim kimi səlahiyyətləri bitdikdən sonra qəbul edilmiş “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr haqqında” Azərbaycan R espublikası Qanunun tətbiq edilməsi barədə Fərmanı təşkil etmiş, Bakı Apellyasiya Məhkəməsi isə öz fəaliyyətinə 16 iyul 2007-ci il tarixdə başlamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya aktının 13, “Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələri haqqında Əsasnamə”nin 7, 8, Azərbaycan Respulibkası Konstitusiyasının keçid müddəalarının 12, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.7, 29.3, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 109-cu maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtlən dirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, iddiaçının müraciəti qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmişdir, aşağı instansiya məhkəmələri isə təqdim olunan sübutları nəzərə almayaraq, iddiaçının mülahizələri əsasında və qanunvericiliyin tələblərini təhrif etməklə iddiaçının xeyrinə əsassız qərar qəbul etmişdirlər. Kassasiya şikayətində göstərilən dəlilin hüquqi əsası kimi cavabdeh Azərbaycan Respublikası Konstitusiyasının 38, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1, 58.7, 68.2, 82, 87.7-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlil lərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçıvəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 90.3-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 3 fevral 1993-cü il tarixli qərarı ilə onun statusuna görə Azərbaycan Respublikası Ali Məhkəməsilə eyni olan Ali Arbitraj Məhkəməsinin hakimi vəzifəsinə seçilmiş və ona 2-ci dərəcəli Ali Məhkəmənin hakimlərinə verilən eyni/bərabər ixtisas dərəcəsi verilmiş, 2000-ci ilin iyun ayında Azərbaycan Respublikası İqtisad Məhkəməsinin hakimi kimi səlahiyyətlərini bitirmişdir. İddiaçı 1989-2000-ci illərdə Azərbaycan Respublikası İqtisad Məhkəməsinin hakimi vəzifəsində işləmiş, 2008-ci il tarixdən əlilliyə görə sabiq hakim kimi pensiya alır, lakin, iddiaçı vaxtı ilə Ali Məhkəmə instansiyasının sabiq hakimi olduğundan pensiyasını da buna müvafiq hesablanaraq verilməsi və keçmiş dövr üzrə verilməmiş pensiya fərqinin iddiaçıya ödənilməsi barədə cavabdehə müraciət etmiş və sonuncu tərəfindən onun müraciəti təmin olunmamışdır. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsin ə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı hakim vəzifəsində işləyərkən onun statusu ali qanunvericilik orqanının qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi hakiminin statusu ilə eyni müəyyən edilmişdir. Bu mövqeyi cavabdeh o əsasla mübahisələndirmişdir ki, iddiaçının müraciəti qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmişdir, məhkəmələr isə təqdim olunan sübutları nəzərə almayaraq, iddiaçının mülahizələri əsasında və qanunvericiliyin tələblərini təhrif etməklə iddiaçının xeyrinə əsassız qərar qəbul etmişdirlər. Məhkəmə kollegiyası dəlillə aşağıdakılara əsasən razılaşmadığını qeyd edir. “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” 18 oktyabr 1991-ci il tarixli Konstitusiya Aktının 13-cü maddəsində müəyyən edilmişdir ki, məhkəmə hakimiyyəti müstəqil məhkəmələr tərəfindən və ali instansiyada — hər birinin öz səlahiyyətləri daxili ndə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi və Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsi tərəfindən həyata keçirilir. 25 fevral 1992-ci il tarixində qəbul edilmiş“Azərbaycan Respublikasının arbitraj məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsi müstəqil məhkəmə orqanıdır və onun səlahiyyətinə aid edilən işlər üzrə ali məhkəmə hakimiyyətini həyata keçirir. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasınin «Azərbaycan Respublikasının arbitraj məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Təsərrüfat Prosessual Məcəlləsinin qüvvəyə minməsi qaydası barəsində 78 saylı, 25 fevral 1992-ci il tarixli qərarının 4-cü bəndin in ikinci hissəsinə əsasən, Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsi sədrinin, onun müavinlərinin və hakimlərinin maddi təminatı, tibbi və məişət xidməti Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq vəzifəli şəxsləri üçün müəyyən edilən qaydada həyata keçirilsin. Sadalanmış qanunvericiliyin tələblərindən göründüyü kimi, vaxtılə fəaliyyət göstərmiş Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsi məhkəmə hakimiyyətinə aid olmaqla ali instansiya məhkəməsi olmuş və həmin məhkəmənin hakimlərinin maddi təminatı Azərbaycan Respublikası Ali Məhkəməsininmüvafiq vəzifəli şəxslərin maddi təminatına bərabər olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bu hissədə apardığı hüquqi qiymətləndirməni düzgün hesab edir və iddiaçının Azərbaycan Respublika sının Ali Arbitraj Məhkəməsinin hakimi olduğu, lakin hazırda belə məhkəmənin mövcud olmadığı nəzərə alınmaqla, onun pensiya təminatı ilə bağlı məsələlərin həllində Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri üçün müəyyən edilmiş qaydaların tətbiq edilməsini qanunamüvafiq hesab edir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda hakimlərin maddi-təminatı ilə bağlı məsələlər isə aşağıdakı kimi tənzimələnmişdir: - 106-cı maddəsinə əsasən, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarındavergilərdən azad olunan aylıq pul təminatı verilir (2010-cu il oktyabrın 1-dən qüvvəyə minmiş); - 107-ci maddəsinə əsasən, hakimlərə hər il qırx təqvim günü müddətində m əzuniyyət verilir. Hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq vəzifə maaşı(2010-cu il oktyabrın 1-dənəmək haqqı) məbləğində məzuniyyət haqqı verilir; - 109-cu maddəsinə əsasən, hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. Habelə, Azərbaycan Respublikasının Ali Məhkəməsi hakimlərinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 2010-cu il tarixli sərəncamının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə yüksək hüquqi ixtisasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə verilməsi müəyyən edilmişdir. Sərəncam 2010-cu il noyabrın 1-dən qüvvəyə minmişdir. Maddələrin tələblərindən göründü yü kimi, hakimlərin sosial müdafiəsinin təmin edilməsi məqsədilə vəzifə maaşlarına əlavə olaraq müəyyən ödənclərin verilməsi nəzərdə tutulmuşdur. Bunlara müalicə olunmaları ilə bağlı müavinət, məzuniyyətlə bağlı müavinət və yüksək hüquqi ixtisasına görə əlavə aiddir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 20.1.4-ci maddəsinə əsasən, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir; - 20.7-ci maddəsinə əsasən, bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla (müxtəlif qaydada) əlavə ödənilir; - 29.3-cü maddəsinə əsasən, bu Qanunun 20.1.1-20.1.15-ci maddələrində nəzərdə tutulmuş şəxslərin bu maddə yə uyğun olaraq əmək pensiyasının baza hissəsi artırıldıqda və ya sığorta hissəsi indeksləşdirildikdə, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Maddələrin mətnindən göründüyü kimi, sabiq hakimlərə pensiya hesablanarkən qulluq stajına görə əlavənin ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin məbləği isə əmək haqqının məbləğindən asılıdır və onun yenidən hesablanması əmək haqqında baş verilmiş dəyişiklik nəzərə alınmaqla müəyyən edilmişdir. Maddələri tətbiq edərkən “əmək haqqı” anlayışının açıqlanması zəruriyəti yaranmışdır. Azərbaycan Respubli kası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ (1), habelə ona edilən əlavələrin (2), mükafatların (3) və digər ödənclərin (4) məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun yuxarıda sadalanmış müddəalarına əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr əmək haqqının məbləğinə münasibətdə müəyyən edildiyindən, əmək haqqına isə vəzifə maaşından başqa digər əlavələr və ödənclər də daxil olduğundan, onlar nəzərə alınmaqla pensiyanın yenidən hesablanması tələbində iddiaçı haqlı olmuşdur. Bundan b aşqa, məhkəmə kollegiyası “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 fevral 2014-cü il tarixli Qərarında bildirilmiş hüquqi mövqeyinə əsaslandığını qeyd edir. Həmin qərarda Konstitusiya Məhkəməsi bildirmişdir ki, ədalət mühakiməsinin müstəqil və qərəzsiz məhkəmə tərəfindən həyata keçirilməsinin təmin olunması məqsədilə hakimin hüquqi statusu, xüsusilə də onun dəyişilməzliyi və müstəqilliyi konstitusiya prinsipi kimi təsbit edilmişdir (Konstitusiyanın 126-cı maddəsi, 127-ci maddəsinin İ və İİ hissələri, 128-ci maddəsinin İ və İİ hissələri). B ununla əlaqədar olaraq dövlət hakimə və onun peşəkarlığına yüksək tələbkarlıq göstərməklə yanaşı, ədalət mühakiməsinin həyata keçirilməsi prosesində onun fəaliyyətinə hərtərəfli təminatlar verməlidir. Hakimlərin müstəqilliyi həm ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipi, həm də dövlət tərəfindən hakimlərə verilən konstitusiya təminatı olduğundan, hakimlərin sosial müdafiəsi onların müstəqilliyinin ayrılmaz mühüm elementi kimi çıxış edir. Hakimlərin statusunun konstitusiya - hüquqi xüsusiyyətləri, onların fəaliyyətinin növü və xarakteri nəzərə alınaraq, sabiq hakimin sosial təminatı fəaliyyətdə olan hakimin müstəqilliyinin təminatı hesab olunur, belə ki, belə tənzimləmə gələcəkdə onların maddi təminatının zəmanəti kimi çıxış edir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İq tisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara ald ı: cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Binəqədi rayon Şöbəsinin müdiri XXX tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 dekabr 2018-ci il tarixli, 2-1(103)-2874/2018 saylı qərarı dəyişdiilmədən qüvvədə saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar