Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1563/2021 28.09.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına və Şəki Şəhər Təhsil Şöbəsinə qarşı iş üzrə (Açar sözlər: pensiyanın yenidən hesablanması; məcburi dövlət sosial sığorta haqqının köçürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, cavabdehin vəkili Nümayəndə2, üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmə k və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına qarşı “01.09.1973-cü ildən 30.06.1977-ci ilədək təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi, 2008-ci ilin fevral-dekabr ayları üçün fərdi uçot hesabının sığorta hissəsində qeydə alınmamış pensiya kapitalının nəzərə alınması və 17.03.2019-cu ildən pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması”, cavabdeh Şəki Şəhər Təhsil Şöbəsinə qarşı “2008-ci ilin fevral-dekabr ayları üçün əmək haqqından Şəki Şəhər Təhsil Şöbəsi tərəfindən tutulan və DSMF-nin Şəki şəhər şöbəsinə köçürülən 3%, 22%-lik ödəmələrin yerinə yetirilməsinin sübut edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsini n İnzibati Kollegiyasının 21.05.2021-ci il tarixli, 2-1(107)-219/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1958-ci ildə anadan olmuş və hazırda Şəki rayonu Kiş kəndində yaşayır. O, 01.09.1973-cü ildən 30.06.1977-ci ilədək X2 təhsil almış və dövlət ixtisas komissiyasının 30.06.1977-ci il tarixli qərarı ilə ona ibtidai sinif müəllimi ixtisası verilmişdir. İddiaçı 13.03.1978-ci ildən Kiş kənd orta məktəbində müvəqqəti olaraq uzadılmış qrup tərbiyəçisi, 16.10.1978-ci ildən həmin məktəbdə sinif müəllimi kimi işləmişdir. O, 15.09.2005-ci ildən H.Əliyev adına Kiş kənd 1 nömrəli orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsinə təyin edilmişdir
2. İddiaçı pensiya yaşın a çatdığına görə 17.03.2019-cu ildə ona yaşa görə əmək pensiyası təyin edilmiş və hazırda pensiyasının məbləği 247,43 manat təşkil edir. Ona pensiya təyin edilərkən X2 təhsil aldığı müddət, eləcə də Şəki rayonu Kiş kəndi H.Əliyev adına 1 nömrəli tam orta məktəbdə işlədiyi müddətin 2008-ci ilin fevral-dekabr ayları hissəsi onun sosial sığorta stajına daxil edilməmişdir.
3. O, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına ərizə ilə müraciət edərək göstərilən müddətlərin sosial sığorta stajına daxil olunmasını xahiş etmiş, lakin cavabdeh 08.04.2019-cu il tarixli **********1 nömrəli məktubla bundan imtina etmiş və bildirmişdir ki, 2008-ci ilin fevral-dekabr aylarında iddiaçının fərd i hesabında məlumatlar əks olunmamışdır. Bundan başqa, qanunvericiliyə uyğun olaraq təhsil illərinin iddiaçının sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər DSMF-nin Şəki şəhər filialına və Şəki Şəhər Təhsil Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01.09.1973-cü ildən 30.06.1977-ci ilədək təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi, 2008-ci ilin fevral-dekabr ayları üçün fərdi uçot hesabının sığorta hissəsində qeydə alınmamış pensiya kapitalının nəzərə alınması və 17.03.2019-cu ildən pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh DSMF-nin Şəki şəhər şöbəsinin üzərinə qoyulması, 2008-ci ilin fevral-dekabr ayları üçün əmək haqqından Şəki Şəhər Təhsil Şöbəsi tərəfindən tutulan və DSMF-nin Şəki şəhər şöbəsinə köçürülən 3%, 22%-lik ödəmələrin yerinə yetirilməsinin sübut edilməsi öhdəliyinin cavabdeh Şəki Şəhər Təhsil Şöbəsinin üzərində qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, qüvvədə olan qanunvericilik aktlarının tələbinə uyğun olaraq orta ixtisas məktəblərini bitirmiş şəxslərin təhsil müddəti onların iş stajına daxil edilməlidir. Bundan başqa, iddiaçı pensiyaya çıxdığı vaxt ona aid məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatı elektron formada əldə etmiş, lakin həmin məlumatda 2008-ci ildə fasiləsiz işləməsinə baxmayaraq yanvar ayından başqa digər aylar üçün fərdi hesabına müvafiq ödəmələrin olunmadığını bildirmişdir.
6. Şəki İnziba ti Məhkəməsinin 03.11.2020-ci il tarixli 2-1(116)-794/2020 saylı qərardadına əsasən (hakim Vidadi Qasımov) iddia cavabdeh Şəki Şəhər Təhsil Şöbəsinə aid hissədə mümkün sayılmamışdır.
7. Məhkəmə hesab etmişdir ki, Şəki Şəhər Təhsil Şöbəsi tərəfindən onun əmək haqqından sosial sığorta məbləğlərinin tutulmasının və DSMF-yə ödənilməsinin sübut edilməsinə nail olmaq istəsə də, bunun üçün həmin Şöbəyə qarşı ayrıca iddia verməyə ehtiyac yoxdur. Bu məsələ digər cavabdehə qarşı verilmiş iddianın həlli çərçivəsində həyata keçirilməlidir.
8. Şəki İnzibati Məhkəməsinin 03.11.2020-ci il tarixli 2-1(116)-794/2020 saylı qərarına əsasən (hakim Vidadi Qasımov) iddia cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəh ər filialına aid hissədə təmin edilmiş, İddiaçı 01.09.1973-cü ildən 30.06.1977-ci ilədək X2 təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi, 2008-ci ilin fevral-dekabr ayları üçün fərdi uçot hesabının sığorta hissəsində qeydə alınmamış pensiya kapitalının nəzərə alınması və 17.03.2019-cu ildən pensiyanın yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş qanunvericilik təhsil müddətinin iş stajına əlavə edilməsini nəzərdə tuturdu. Eyni zamanda, 2008-ci ilin fevral-dekabr aylarında iddiaçıdan tutulmuş məbləğin DSMF-nin Şəki şəhər filialına ödənilməməsinə, göstərilən məbləğin onun fərdi hesabının sığorta hissəsində qeydə alınmadığına görə iddiaçının hüquqlarının məhdudlaşdırılması yolverilməzdi r. Belə ki, tutulan məcburi dövlət sosial sığorta haqqının köçürülməsi iddiaçının vəzifəsi deyil. Həmçinin, iddiaçının yenidən hesablanmanı tələb etdiyi müddət üç ildən az olduğu üçün tam təmin edilməlidir.
10. Cavabdeh apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 03.11.2020ci il tarixli 2-1(116)-794/2020 saylı qərardadın ləğv edilməsi, Şəki İnzibati Məhkəməsinin 03.11.2020-ci il tarixli 2-1(116)-794/2020 saylı qərarın isə “2008-ci ilin fevral-dekabr ayları üçün fərdi uçot hesabının sığorta hissəsində qeydə alınmamış pensiya kapitalının nəzərə alınması” hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25.01.2021-ci il tarixli, 21(107)-75/2021 saylı qəra rdadına əsasən (sədrlik edən – Rövşən Rəfiyev, hakimlər – İmanverdi Şükürov, Vəzirxan Məlikov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 03.11.2020-ci il tarixli, 2-1(116)-794/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
12. Məhkəmə qeyd etmişdir ki, Dövlət Vergi Xidmətinə onlayn müraciət etdikdən sonra 20.12.2020-ci il tarixindən etibarən iddiaçının pensiya kapitalına düzəliş olunduğu məlum olub, bu məsələ ilə bağlı iddiaçı ilə cavabdeh Şəki şəhər Təhsil Şöbəsi arasında heç bir inzibati mübahisə yoxdur.
13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.05.2021-ci il tarixli 21(107)-219/2021 nömrəli qərarına əsasən (sədrlik edən Vəzirxan Məlikov, hakimlər Rövşən Rəfiyev və İmanverdi Şükürov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 03.11.2020-ci il tarixli, 2-1(116)-794/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
14. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Məhkəmə qərarı cavabdeh 31.05.2021-ci il tarixində təqdim edilmişdir.
16. Cavabdeh 25.06.2021-ci il tarixində kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.05.2021-ci il tarixli 2-1(107)-219/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarını əsassız hesab edir. Kassasiya şi kayətini belə əsaslandırmışdır ki, Şəki Şəhər Təhsil Şöbəsi tərəfindən verilən 116 saylı arayış 2008-ci il fevral-dekabr aylarında sığorta haqlarının həqiqətən də köçürülməsi üçün təkbaşına yetərli sübut deyil. Çünki, iş materiallarından da məlum olur ki, vətəndaşın fərdi uçot hesabının sığorta hissəsində həmin aylar üzrə heç bir ödəniş yoxdur. Mübahisə də məhz ödəmələrin həyata keçirilib-keçirilməməsi ilə bağlıdır. Şəki Şəhər Təhsil Şöbəsi ödəmə ilə bağlı heç bir ödəniş qəbzi, həmçinin əlavə sübutlar təqdim etmədən məhkəmənin bu qənaətə gəlməsi əsassızdır. Məhkəmə göstərilən halları araşdırmadan qərar qəbul etməklə İnzibati Prosessual Məcəllənin 12.1, 14.3, 58.7-ci maddələrinin tələbini pozmuş, “Sosial sığorta haqqında” Qanunun 8, 9, 10-cu maddələrinin, “Dövlət sosial sığorta sistemində f ərdi uçot haqqında” Qanunun 5.1.2.10, 5.2.11, 7.1, 7.8, 7.12-ci maddələrinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Nümayəndə2 kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir.
21. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-d ən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 23. “Sosial sığorta haqqında” Qanunun 9-cu maddəsinə görə sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək sığortaçının vəzifələrinə aid edilmişdir.
24. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzə rinə düşür.
25. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
26. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
27. Həmin Məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişd ir.
29. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Cavabdeh birinci instansiya məhkəməsinin qərarını yalnız “2008-ci ilin fevraldekabr ayları üçün fərdi uçot hesabının sığorta hissəsində qeydə alınmamış pensiya kapitalının nəzərə alınması” hissəsində mübahisə ləndirmiş, apellyasiya instansiyası məhkəməsi isə cavabdehin şikayətini təmin etməyərək birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlamışdır.
32. Cavabdehin kassasiya şikayətinin əsas dəlili də budur ki, Şəki Şəhər Təhsil Şöbəsi tərəfindən verilən 116 saylı arayış 2008-ci il fevral-dekabr aylarında sığorta haqlarının həqiqətən də köçürülməsi üçün təkbaşına yetərli sübut deyil, vətəndaşın fərdi uçot hesabının sığorta hissəsində həmin aylar üzrə heç bir ödəniş yoxdur.
33. Məhkəmə kollegiyası cavabdehin bu mövqeyi ilə razılaşmayaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.
34. Belə ki, işin apellyasiya instansiya məhkəməsində müəyyən edilmiş hallarından görünür ki, İddiaçı 2008-ci ildə Şəki rayonu Kiş kənd H.Əliyev adına 1 nömrəli tam orta məktəbində işlədiy i zaman Şəki Rayon Təhsil Şöbəsi tərəfindən onun əmək haqqından (3%) fevral-may aylarının hər birində 3,99 manat, iyun ayında 6,10 manat, iyul ayında 4,35 manat, avqust ayında 5,40 manat, sentyabr ayında 10,15 manat, oktyabr-dekabr aylarının hər birində 5,22 manat məcburi dövlət sosial sığorta haqqı tutulmuşdur.
35. Hazırkı qərarın 23-cü bəndində göstərilən normanın məzmunundan isə görünür ki, sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək sığortaedilənin yox, sığoratçının vəzifələrinə aiddir.
36. Odur ki, iddiaçı əmək haqqından tutulmuş məcburi dövlət sosial sığorta haqqının onun fərdi hesabının sığorta hissəsində qeydə alınmasını təmin etmək vəzifəsi daşımır. Belə olan halda, iddiaçıdan tutulmuş məbləğin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəs i Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına ödənilmədiyinə, eləcə də göstərilən məbləğin onun fərdi hesabının sığorta hissəsində qeydə alınmadığına görə iddiaçının hüquqlarının məhdudlaşdırılması yolverilməzdir.
37. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh inzibati orqan iddiaçıdan 2008-ci ilin fevral-dekabr ayları üçün tutulmuş məbləği nəzərə almamaqda haqlı olmamışdır.
38. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək v əzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
39. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.05.2021-ci il tarixli 21(107)-219/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.