Məhkəmə qərarları › İş №2-1(102)-1563/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1563/2022

27.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1563/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sosial sığorta stajı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1956-cı il, FİN: 4FDXGBM) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibat i iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 may 2022-ci il tarixli, 2-1(103)-1367/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının əmək kitabçasına əsasən 7 yanvar 1993-cü ildən 29 sentyabr 1995-ci ilədək “Zilavtotexxidmət” X2 plan-iqtisad şöbəsinin rəisi vəzifəsində işləmişdir.

2. Cavabdehin 27 may 2021-ci il tarixli qərarı ilə iddiaçıya 9 mart 2021-ci il tarixdən ömürlük yaşa görə pensiya təyin edilmiş, yenidən hesablanmış pensiya məbləği 282.90 qəpik müəyyən edilmişdir. Qeyd: pensiya təyin edilərkən iddiaçının işlədiyi 7 yanvar 1993cü il tarixdən 29 sentyabr 1995-ci il tarixədək olan dövr ümumi sığorta stajına daxil edilməmişdir.

3. Azərbayca n Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya ünvanlanmış 31 mart 2021-ci il tarixli məktubla bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi 31 iyun 1978-ci il tarixli əmək kitabçasında qeyd edi lmiş 12 may 1992-ci il tarixindən 20 sentyabr 1995-ci il tarixədək olan “Zilavtotexnikixidmət”dəki əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən sözügedən araşdırma nəticələndikdən sonra iddiaçının yaşa görə əmək pensiyası hüququna yenidən baxıla bilər.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 7 iyun 2021-ci il tarixli məktubla bildirilmişdir ki, “Azərbaycan Respublikasının Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 saylı Bakı “ASAN” Xidmət Mərkəzindən daxil olmuş 12 mart 2021-ci il tarixli ərizəsinə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci və 7-ci maddələrinə istinad edilərək qeyd edilmişdir ki, 9 mart 2021-ci il tarixd ə 260,91 manat yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının təqdim etdiyi əmək kitabçasına, diplomuna və hərbi biletinə əsasən 1 yanvar 2006-cı il tarixədək 29 il 1 ay sığorta stajı və 1 yanvar 2006-cı il tarixdən pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 9.320,84 manat pensiya kapitalına əsasən yaşa görə əmək pensiyasının məbləği 260,91 manatdan 282,90 manata çatdırılmışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 14 aprel 2021-ci il tarixli aktına əsasən 7 yanvar 1993-cü il tarixdən 29 sentyabr 1995-ci il tarixədək olan “Zil Avtotexxidmət” X3 arxiv sənədləri Milli Arxiv İdarəsinə təhvil verilmədiyi üçün sözügedən dövrün sığorta stajınıza əlavə edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİL MİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı 24 iyun 2021-ci il tarixində cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Əmək pensiyaları haqqında” Qanuna əsasən (Maddə

27. Qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması) 1 avqust 1973-cü ildən başlayaraq 01 yanvar 2006-cı ilədək olan 32 il 5 ay müddətinin sığorta stajına daxil edilməsi, buna uyğun olaraq pensiya məbləğinin yenidən hesablanması barədə qərar qəbul edilməsi və məhkəmə qərarının icra etmək üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə X4 göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı sonradan 14 dekabr 2021-ci il tarixdə iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 07 yanvar 1993-cü il tarixdən 29 sentyabr 1995-ci il tarixədək “Zilavtotexxidmət” X2 plan-iqtisad şöbəsinin rəisi vəzifəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək, iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:

7. İddiaçı hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq 9 mart 2021-ci il tarixdən iddiaçının yaşa görə pensiya hüququ yaranmış, bununla əlaqədar 12 mart 2021-ci il tarixdə müraciətinə müəyyən olunmuş qaydada əlavə edilən əmək kitabçasını, hərbi bileti, ali təhsil haqqında sənədi cavabdehə təqdim etmiş, cavabdehin 29 aprel 2021-ci il tarixli məktubunda ona əmək kitab çasında qeyd edilmiş 12 may 1992-ci il tarixindən xx.xx.1995-ci il tarixədək olan “Zilavtotexxidmət”dəki əmək fəaliyyəti dövrünün araşdırılması zərurətinin yarandığı bildirilmişdir. Tərəfindən təqdim olunan və əmək stajını təsdiq edən sənədləri təkzib edə bilən heç bir dəlilin əldə edilməməsinə baxmayaraq, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə sənədlərin daxil olmamasına dair aktı əsas götürərək, cavabdeh orqan əmək kitabçasında qeyd olunan 12 may 1992-ci il - 20 sentyabr 1995-ci il, üç il dörd ay (digər məktubda bu müddət 07 yanvar 1993-cü il-29 sentyabr 1995-ci il kimi göstərilmişdir) müddətində iş fəaliyyətinin sığorta stajına əlavə edilməsini mümkünsüz hesab etmiş, hansısa konkret qanunvericilik aktına istinad etməmişdir. Cavabdehin əsassız hərəkətləri nəticəsində iddiaçının sığorta stajından 3 il 5 ay kəsilərək pensiya kapitalının məbləği süni surətdə azaldılmış və iddiaçının aylıq pensiya məbləği müvafiq olaraq az hesablanmışdır (ilkin qiymətləndirməyə görə 18-20 manat fərq). “Zilavtotexxidmət” Texniki-Kommersiya Mərkəzi 1992-ci ilin əvvəllərində Azərbaycan Respublikası Material Ehtiyatları Nazirliyinin qərarı ilə yaradılmış, bir-neçə ay sonra “Azərbaycan Respublikası Zilavtotexxidmət X3 təşkil olunması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 1992-ci il tarixli 579 nömrəli Qərarı ilə Nazirliyin tərkibindən çıxarılaraq, müstəqil fəaliyyətini davam etdirmişdir. İddiaçının həmin müəssisəyə 7 yanvar 1993-cü ildən etibarən Azərbaycan Respublikası Material Ehtiyatları Nazirliyindən köçürmə yolu ilə işə qəbul olunması haqqında hər iki təş kilatın kadrlar şöbələri tərəfindən əmək kitabçasının 20-ci və 40-cı səhifələrində müvafiq yazılar edilmişdir. Cavabdehin etirazları:

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsaslarına görə iddia tələbi tam əsassızdır və təmin edilməməlidir. İddiaçının 12 may 1992-ci il tarixdən 20 sentyabr 1995-ci il tarixədək “Zil Avtotexxidmət” X2 işlədiyini iddia edir. Məsələnin obyektiv araşdırılması üçün Milli Arxiv İdarəsinə və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə sorğu göndərilmişdir. Müraciətə verilən Milli arxiv idarəsinin 14 aprel 2021-ci il tarixli cavab məktubunda “Zil Avtotexxidmət” X3 arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı Filialına mühafizə üçün təhvil verilmədiyi qeyd edilmişdir. Müraciətə veri lən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 22 oktyabr 2021-ci il tarixli cavab məktubunda isə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində “Zil Avtotexxidmət” X5 19 iyun 1996-cı il tarixdə qeydiyyatdan keçmişdir. İddiaçı isə “Zil Avtotexxidmət” X2 7 yanvar 1993-cü ildən işlədiyini iddia edir. Yuxarıda qeyd edilən səbəblərdən qeyd olunan illər iddiaçının sosial sığorta stajına daxil edilə bilməz. Beləliklə, iddiaçının yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə tələbi qanuni və əsaslı sayıla bilməz. Yuxarıda qeyd edilənləri əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

9. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 30 noyabr 2021-ci il tarixli məktubunda qeyd edilm işdir ki, “Zilavtotexxidmət” Respublika X5 (VÖEN:1********) 19 iyun 1996-cı il tarixində Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyata alınsa da, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisəyə dair hər hansı əlavə məlumat mövcud olmamışdır.

10. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsinin 6 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, “Zilavtotexxidmət” Respublika X5 xx.xx.1993-cü ildə dövlət qeydiyyatına alınmış, hazırkı dövrədək isə inventarlaşdırmadan keçmək yə yeni VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdir. Həmçinin, “Zilavtotexxidmət” Respublika X3 təşkilatı-hüquqi formasını dəyişməsi, ləğv olunması və hüquqi varisinin olması barədə hər hansı bir məlumat aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Bakı İnzibati Məhkəməsinin (hakim M.C.Qarayeva) 14 dekabr 2021-ci il tarixli, e2-1(112)-7878/2021 nömrəli qərarı ilə iddia təmin edilərək iddiaçının 07 yanvar 1993-cü il tarixdən 29 sentyabr 1995-ci il tarixədək “Zilavtotexxidmət” X2 plan-iqtisad şöbəsinin rəisi vəzifəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək, təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdehə həvalə edilməsi qərara alınmışdır.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 7 yanvar 1993-cü il tarixdən 29 sentyabr 1995-ci il tarixədək “Zilavtotexxidmət” X2 plan-iqtisad şöbəsinin rəisi vəzifəsində işlədiyi dövr cavabdeh tərəfindən iddiaçıya pensiya təyin edilərkən onun ümumi stajına daxil edilməli idi. Belə ki, cavabdeh həmin dövrün iddiaçının sosial sığorta stajına hesablanmamasını onunla əsaslandırmağa çalışmışdır ki, “Zilavtotexxidmət” X3 arxiv sənədlərinin tapılmamış, statistik məlumatlara əsasən 19 iyun 1996-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Halbuki, məhkəmə araşdırması zamanı həmin müəssisənin 14 may 1993-cü il tarixdə dövlət qeydiyyatına alındığı müəyyən edilmişdir. Belə olan halda, cavabdeh tərəfindən inzibati icraat qaydasında kifayət qədər ətraflı araşdırma aparılmamış, formal olaraq iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məh kəməsinin İnzibati Kollegiyasının (hakimlər E.E.Nağıyeva H.Ü.Həmidov və C.A.Yusifov) 6 may 2022-ci il tarixli, 2-1(103)-1367/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, e-2-1(112)-7878/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə istinad edilərək qeyd edilmişdir ki, iddiaçının 7 yanvar 1993-cü il tarixdən 29 sentyabr 1995-ci il tarixədək işlədiyini iddia etdiyi “Zil Avtotexxidmət” X1 dövrlərə aid müəssisənin arxiv sənədləri Milli Arxiv İdarəsinə təhvil verilmədiyi üçün bu dövrlərin araşdırılması mümkün olmamışdır və bu səbəbdən həmin dövr sığorta dövrünə daxil edilməmişdir.

18. Bu səbəbdən, göstərilən dövrlər iddiaçının sosial sığorta stajına hesab edilməmişdir. Lakin apellyasiya şikayətində də, qeyd edilmiş hallar məhkəmə tərəfindən yoxlanılmamış və həmin xüsusatlara düzgün hüquqi qiymət verilməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

19. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007- ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə

69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müə ssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. 23. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

24. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qər ardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏ MƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüq uqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

31. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin mübahisələndirdiyi 7 yanvar 1993-cü il tarixdən 29 sentyabr 1995-ci il tarixədək əmək fəaliyyətinə gəldikdə, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin müddətlə bağlı iddiaçının əmək kitabçasının məlumatlarının mötəbərliyini qəbul etmişdir. Belə ki, 7 yanvar 1993-cü il tarixdən 29 sentyabr 1995-ci il tarixədək olan “Zil Avtotexxidmət” X3 arxiv sənədlərinin Milli Arxiv İdarəsinə təhvil verilməməsi, harada saxlanılması barədə məlumatın olmaması və işlədiyi həmin dövrün yoxlanılmasının mümkün olmaması iddiaçının əmək kitabçasındakı həmin dövrə aid qeydlərin mötəbərliyini özü-özlüyündə aradan qaldırmır.

31. Məhkəmə kollegiyası, nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.

32. İddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını tə sdiq edən sübut işdə yoxdur.

33. Beləliklə, inzibati orqan əmək kitabçasında göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi.

33. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 may 2022-ci il tarixli, 21(103)-1367/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar