Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1564/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işin hallarının düzgün qiymətləndirilməməsi; ehtimallar əsasında qərar qəbul edilməsinin yolverilməzliyi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, üçüncü şəxs X4, onun vəkili Vəkil iştirakı ilə, İddi açı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi və üçüncü şəxs X6 qarşı “dövlət aktının ləğv edilməsi, dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 may 2021-ci il tarixli, 2-1(107)-182/2021 saylı qərarından üçüncü şəxs X10 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.İddiaçı 09.12.2018-ci il tarixdə AN-İ seriyalı ******* və ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən, müvafiq olaraq 1.1802 ha və 2.0907 ha torpaq sahəsi almışdır.
2. İddiaçı cavabdehə müraciət edərək, daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və torpaq sahəsinin plan-ölçüsünün verilməsini xahiş etmişdir.
3. Cavabdeh 16.01.2019-cu il tarixli **********54 saylı imtina məktubu ilə bildirmişdir ki, torpaq sahəsi JN-511 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən, 15.11.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X11 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 2.0907 ha torpaq sahəsi ilə üst-üstə düşdüyündən, JN-510 nömrəli Dövlət Aktına əsasən alqı-satqı yolu ilə əldə etdiyi 2.0907 ha torpaq sahəsi elektron baza xəritəsində əks olunmadığından ərizənin icrası mümkün deyildir. İŞ ÜZRƏ QƏ BUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı məhkəməyə müraciət edərək JN-511 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ləğv edilməsi, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 2.0907 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və torpaq sahəsinin plan-ölçüsünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.
5. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, JN-511 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"nın 2.0907 ha hissədə ləğv edilməsi və həmin hissədə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alına raq reyestrdən çıxarışın və "Torpaq sahəsinin planı və ölçüsü"nün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən torpaq sahəsi alsa da, cavabdeh həmin torpağın 2.0907 ha hissəsinin başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi əsası ilə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edərək “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsinin tələbini pozmuşdur. 7.Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının ərizəsinin icrası zamanı elektron baza məlumatlarının düzgünlüyü yoxlanılarkən məlum olmuşdur ki, torpaq sahəsi JN-511 nömrəli Torpağa mülkiyyət hüquq una dair Dövlət Aktına əsasən, 15.11.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X11 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 2.0907 ha torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçının torpaq sahəsinin ilkin sahibi H.Allahverdiyevadan JN-510 nömrəli dövlət aktına əsasən alqı-satqı yolu ilə əldə etdiyi 2.0907 ha torpaq sahəsi elektron baza xəritəsində əks olunmamışdır. Qeyd edilənlərə əsasən iddia tələbi əsassızdır. 8.Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-443/2019 saylı 10 oktyabr 2019-cu il tarixli qərarı ilə (hakim:V.Qasımov) iddianın təmin edilmiş, JN-511 kod ******* nömrəli “ Torpağa mülkiyyət hüququna dair Dövlət Akt”ının 2.0907 ha hissədə ləğv edilməsi, həmin hissədə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq on a reyestrdən çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iddiada mərhum X11 torpaq payı almaq hüququ deyil, ona verilmiş torpaq payının yalnız ölçüsü mübahisələndirilir. Sorğu nəticəsində əldə edilən məlumatlara və qanunvericiliyin tələblərinə əsasən, X13 verilən 2.090662 ha torpaq sahəsi isə adambaşına düşən torpaq payı normasından qat-qat artıqdır. 10.Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat 11.Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-31/2020 nömrəli 2020-ci il 24 sentyabr tarixli qərarı ilə (sədrlik edən:G.Q.A bbassov, hakimlər: M.M.Hüseynov və E.Ş.Hüseynov) üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)443/2019 saylı 10 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. 12.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, X13 aid olan dövlət aktının birinci səhifəsi ümumiyyətlə doldurulmayıb, sonuncu səhifəsində isə DTXK-nin Yevlax rayon şöbəsinin möhürü və rəhbər şəxsin imzası icra edilməmişdir. Qeyd olunanlar isə sözügedən dövlət aktının mötəbərliliyini şübhə altına alır. Bundan əlavə, məhkəmə kollegiyası iş üzrə keçirilmiş tikinti-texniki ekspertizanın nəticəsi ilə razılaşmayaraq qeyd etmişdir ki, X7 və ailə üzvlərinin ümumi mülkiyyətlərinə 3.27 ha torpaq sahəsi v erilməsinin “Torpaq islahatı haqqında” Qanunun tələblərinə uyğun olması, o cümlədən onların adına verilmiş JN0510 nömrəli kod 90108018 olan dövlət aktının qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilməsi məhkəmə araşdırmasının predmeti olmuş, kifayət qədər araşdırılmış və bununla bağlı həm birinci instansiya məhkəməsinin qərarında, həm də kollegiyanın qərarında əsaslandırma aparılmışdır. 13.Üçüncü şəxs həmin qərardan kasasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)129/2021 saylı 03 fevral 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: X.S.Məmmədov, hakimlər: N.İ.Rəsulbəyova və Z.M.Quliyev) üçüncü şəxsin kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(107)-31/2020 nömrəli 2020-ci il 24 sentyabr tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir.
15. Məhkəmə qeyd etmişdir ki, apellyasiya məhkəməsi JN-511 nömrəli dövlət aktının mötəbərliliyinə şübhə yarandığını bildirsə də, şübhənin aradan qaldırılmasına yönəlmiş zəruri araşdırma aparmamışdır. Nəzərə alınmalıdır ki, məhkəmə qərarı şübhələrə görə deyil, dəqiq müəyyən olunmuş hallara və onları təsdiq edən sübutlara əsaslanmaqla çıxarılmalıdır. Bu mənada, sözügedən şübhənin aradan qaldırılmasının ən doğru yolu dövlət aktının əsaslandığı AİK-nın qərarını əldə edib tədqiq etmək olmuşdur. Ona görə də, Yevlax rayon Aqrar İslahat Komissiyasının 24.08.19 98-ci il tarixli 424 nömrəli qərarı əldə edilməli və tədqiq edilməlidir. Bundan əlavə, torpaq sahəsinin üst-üstə düşməsi halı ilə bağlı məsələ də sonadək dəqiq aydınlaşdırılmamışdır. Belə ki, iş materiallarında bu məsələ ilə bağlı olan sənədlərdəki məlumatlar arasında uyğunsuzluqlar var. Odur ki, bununla bağlı ziddiyyətli hallar aradan qaldırılmalı, cavabdehin əsas dəlilinin bununla bağlı olduğu nəzərə alınmaqla torpaq sahəsinin həm hüquqmüəyyənedici sənədlərı araşdırılmalı, həm də faktiki olaraq üst-üstə düşüb-düşmədiyi aydınlaşdırılmalıdır. Digər tərəfdən, torpaq sahələrinin faktiki olaraq (iddiaçıya və üçüncü şəxsə məxsus sənədlər nəzərə alınmaqla) üst-üstə düşməsi halı müəyyən olunduqda isə, torpaq sahəsinin qanuni əsaslarla kimə məxsus olması halı dəqiq müəyyən edilməli, bu baxımdan i sə, yuxarıda qeyd edildiyi kimi, iş üzrə əhəmiyyətli sənədlər toplanmalı, işin hallarına işdəki sübutlar əsasında hərtərəfli qiymət verilməlidir. Bununla yanaşı, qeyd olunmalıdır ki, iş birinci instansiya məhkəməsinin icraatında olarkən iddiaçı tərəfindən iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim olunmuş (iş v. 139), lakin ərizənin icraata qəbul edilməsi barədə müvafiq qərardad qəbul edilməsə də, birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsindən iddia tələbinin dəqiqləşdirilməsinin qəbul edilməsi aydın görünür. Bununla da, iddiaçı tərəfindən verilmiş “iddia tələbinə dəqiqləşmə barədə” ərizənin taleyi birinci instansiya məhkəməsi tərəfindən İPM-nin 54-cü maddəsinin tələblərinə uyğun müvafiq qərardad çıxarılmaqla həll edilməmiş, apellyasiya instansiya məhkəməsi isə bu hala da qiymət verməmişdir. ç) apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
16. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-182/2021 nömrəli 2021-ci il 27 may tarixli qərarı ilə (sədrlik edən: V.İ.Məlikov, hakimlər: R.R.Rəfiyev və İ.H.Şükürov) üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-443/2019 saylı 10 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, X13 aid olan dövlət aktının birinci səhifəsi ümumiyyətlə doldurulmayıb, sonuncu səhifəsində isə DTXK-nin Yevlax rayon şöbəsinin möhürü və rəhbər şəxsin imzası icra edilməmişdir. Qeyd olunanlar isə sözügedən dövlət aktının mötəbərliliy ini şübhə altına alır. Bundan əlavə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində sadalanmış, cavabdeh inzibati orqan həmin əsasların mövcud olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, həmin əsaslar mövcud olmadığı halda iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından əsassız imtina edilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçının tələbinin təmin olunmasından imtina üçün əsas olan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində göstərilən halların mövcudluğu barədə nə birinci instansiya məhkəməsinə, nə də məhkəmə kollegiyasına sübut təqdim edə bilməmişdir.
18. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-182/2021 nömrəli 2021-ci il 27 may tarixli qərarından üçüncü şəxs kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri 19.Üçüncü şəxsin kassasiya şikayətinin dəlillərinə görə, işə baxan apelyasiya instansiya məhkəməsi tərəfindən yalnız üçüncü şəxsin sənədlərinə münasibətdə sorğular edilmiş, Aqrar İslahat Komissiyasının müvafiq qərarının tapılmaması üçüncü şəxs üçün mənfi nəticələr yaratmışdır. Bundan əlavə, apellyasiya məhkəməsi işdəki sənədlər arasındakı uyğunsuzluğu aradan qaldırmamış, bununla da Ali Məhkəmənin göstərişlərini icra etməmişdir. İddiaçıya məxsus torpaq sahəsi üçüncü şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür. Beləliklə, apellya siya məhkəməsi tərəfindən işin halları ətraflı araşdırılmamış, mübahisəyə düzgün hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. İddiaçı və cavabdeh kassasiya şikayətinə etiraz təqdim etməmişlər. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs və onun vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər.
22. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun çıxışı dinlənilmədən baxıldı.
23. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasın ı mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7 Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sü butları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. KASASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 (bir) ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. İş üzrə üçüncü şəxs tərəfindən apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSAS İYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
28. İşin hallarına və kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
29. Hazırkı işin araşdırılan halları ilə müəyyən edilir ki, JN 0510 kod 90108018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən, 3.27 ha torpaq sahəsi Ə.Q.Həsənova, T.B.Həsənovaya, İ.Ə.Həsənova, M.Ə.Həsənova və E.Ə.Həsənova Yevlax rayon Aqrar İslahat Komissiyasının 24.08.1998-ci il tarixli 424 nömrəli qərarı ilə verilmişdir. Dövlət aktında adları çəkilən şəxslər qeyd olunan torpaq sahəsini 11.01.2015-ci il tarixdə ANİN ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə X1. RX seriyalı ******* nömrəli (2.0907 ha sahəyə dair) və RX seriyalı ******* (1.802 ha sahəyə dair) saylı çıxarışlarla H.N.Allahverdiyevanın qeyd olunan torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmışdır. H.N.Allahverdiyevanın adına 23.01.2015-ci il tarixdə 1.1802 ha sahəyə dair “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. Bundan sonra H.N.Allahverdiyeva ona məxsus sahələri 09.12.2018-ci il tarixli AN-İ N ******* nömrəli və AN-İ N ******* nömrəli alqısatqı müqavilələri bağlamaqla iddiaçıya satmışdır.
30. Digər tərəfdən, JN 0511 kod 90108018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən, 2.75 ha torpaq sahəsi X13 Yevlax rayon Aqrar İslahat Komissiyasının 24.08.1998-ci il tarixli 424 nömrəli qərarı ilə verilmişdir. X17 14.02.2014-cü il tarixdə vəfat etmiş, onun vərəsəsi X8 mərhum anasına JN 0511 kod 90108018 s aylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə məxsus torpaq sahəsi üzərində hüquqlarını qeydə almaq üçün cavabdehə müraciəti əsasında 15.11.2018-ci il tarixdə RX seriyalı ******* nömrəli çıxarış verilmiş, daha sonra vərəsə kimi X2 torpaq sahəsi üzərində mülkiyyət hüququ 11.03.2019-cu il tarixdə RX seriyalı ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir.
31. Hazırkı iş üzrə iddiaçının 09.12.2018-ci il tarixli AN-İ N ******* nömrəli alqı-satqı müqaviləsi ilə əldə etdiyi torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydə alınmasından imtina edilməsinin əsasını bunlar təşkil edir: iddiaçıya satılan torpaq sahəsinin JN-511 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 15.11.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X11 adına daşınmaz əmlakın dövlət r eyestrində qeydiyyata alınmış 2.0907 ha torpaq sahəsi ilə üst-üstə düşməsi; iddiaçının əldə etdiyi torpaq sahəsinin elektron baza xəritəsində əks olunmaması.
32. İddiaçı isə ona məxsus torpaq sahəsinin X11 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 2.0907 ha torpaq sahəsi ilə üst-üstə düşməsi əsası ilə sonuncuya məxsus çıxarışın həmin hissədə ləğvini tələb edir.
33. İşə baxan apellyasiya məhkəməsi üçüncü şəxsə məxsus sənədlərin mötəbərliliyinin şübhə altında olmasına (X13 aid olan JN-511 nömrəli KOD 90108018 olan “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın birinci səhifəsinin doldurulmamasına, sonuncu səhifəsində isə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax Rayon şöbəsinin möhürünün olmamasına və rəhbər şəxsin imzasının icra edilməməsinə), o cümlədən X13 2.75 ha ölçüdə torpaq payının verilməsinin əsaslı olmamasına (Yevlax rayon Malbinəsi kəndində hər bir subyektin mülkiyyətinə verilmiş torpaq sahəsi 0.60 ha – 0.81 ha arasında olmuşdur. Belə olan halda, mərhum X13 2.75 ha ölçüdə torpaq payının verilməsi torpaq payı normasından qat-qat artıq olduğuna görə onun mülkiyyətinə verilə bilməzdi. Eyni zamanda, JN-510 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Akt"ında göstərilən 3.27 ha torpaq sahəsini mülkiyyətçilərin sayına (5 nəfər) böldükdə hər birinə 0.654 ha düşür ki, bu da yuxarıda göstərilən arayışlarla müəyyən edilən normaya uyğundur) istinad edərək hesab etmişdir ki, iddiaçı JN-511 nömrəli KOD 90108018 olan “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın onun torpağı ilə üstüstə düşən hissədə ləğvini tələb etməkdə haqlıdır.
34. Bununla b ağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi qərar qəbul edərkən ehtimallara əsaslanmışdır. Nəzərə alınmalıdır ki, məhkəmə qərarı şübhələrə görə deyil, dəqiq müəyyən olunmuş hallara və onları təsdiq edən sübutlara əsaslanmaqla çıxarılmalıdır. Hazırkı iş üzrə iddia tələbinin təmin edilməsi üçün iddiaçı ləğvini tələb etdiyi dövlət aktında əks olunmuş torpaq sahəsinin qanuni əsaslarla ona məxsus olmasını sübut etməlidir.
35. İddiaçı bununla bağlı alqı-satqı müqaviləsini, alqı-satqı müqaviləsinin əsasında duran və H.N.Allahverdiyevaya (satıcı) məxsus RX seriyalı ******* nömrəli (2.0907 ha sahəyə dair) çıxarışı təqdim etsə də nəzərə alınmalıdır ki, RX seriyalı ******* nömrəli (2.0907 ha sahəyə dair) çıxarış JN 0510 kod 90108018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” na əsasən verilmişdir və cavabdeh hal-hazırda həmin aktın mötəbərliliyini mübahisələndirir. JN 0510 kod 90108018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” isə Aqrar İslahat Komissiyasının 24.08.1998-ci il tarixli 424 nömrəli qərarı əsasında verilmişdir. Həmin qərarı isə məhkəmə araşdırması zamanı müvafiq sorğular verilsə də belə, əldə etmək mümkün olmamışdır (arxivdə aşkar edilməmişdir). Bundan əlavə, H.N.Allahverdiyevaya məxsus RX seriyalı ******* nömrəli (2.0907 ha sahəyə dair) çıxarışa uyğun olaraq, ona torpaq sahəsinin “Plan və ölçüsü” də verilməmişdir. Həmçinin, cavabdeh iddiaçının əldə etdiyi torpaq sahəsinin elektron baza xəritəsində əks olunmadığını bildirir.
36. İş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 iyul 2020-ci il tarixli 2(107)-31/20 20 nömrəli qərardadı ilə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası zamanı da ekspert tərəfindən müəyyən edilmişdir ki, JN-510 nömrəli KOD 90108018 olan “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın plan hissəsində qeyd edilən 510 A nömrəli, sahəsi 20906.62 kv.m. göstərilən torpaq sahəsinin X16 bazasında, X5 qeydiyyatı aparılmamışdır. Lakin JN-511 nömrəli KOD 90108018 olan “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın plan hissəsində qeyd edilən 511 A nömrəli, sahəsi 20906.62 kv.m. göstərilən torpaq sahəsinin X16 bazasında və eləcə də, X5 qeydiyyatı aparılmışdır.
37. Beləliklə, işə baxan apellyasiya instansiya məhkəməsi Ali Məhkəmənin hazırkı iş üzrə daha əvvəl qəbul etdiyi qərarındakı hüquqi mövqeni nəzərə almadan, başqa sözlə, iddianın təmin edilməsi üçün üçüncü şəxsə məxsus s ənədlərin şübhə əsasında deyil, yalnız sübutlar əsasında mötəbər olmaması nəticəsinə gəlməyin mümkün olması ilə bağlı mövqeyini nəzərə almadan qərar qəbul etmiş, üçüncü şəxsə məxsus torpaq sahəsinin ona aid olmamasının mötəbər sübutlarla təsdiqlənmədiyini nəzərə almamışdır.
38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamışdır.
39. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməməklə qəbul olunduğundan ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi rədd edilməlidir.
40. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunsun. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegi yasının 27 may 2021-ci il tarixli, 2-1(107)182/2021 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qərar qətidir.