Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1564/2022 23.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1960-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Na zirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 aprel 2022-ci il tarixli, 2-1(103)-1091/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. NZ ******* nömrəli hərbi biletə əsasən iddiaçı 17 noyabr 1979-cu il tarixdən 18 noyabr 1981-ci il tarixədək Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur.
2. RV 025596 nömrəli diploma əsasən iddiaçı 1982-ci ildə Azərbaycan Neft-Kimya İnstitutuna daxil olmuş, 1987-ci ildə elektrik sistemləri ixtisası üzrə tam kursu bitirmiş, dövlət imtahan komissiyasının 17 iyun 1987-ci il tarixli qərarı ilə ona mühəndis-elektrik ixtisası verilmişdir.
3. İT-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı: - xx.xx.1978-ci ildə X2 bağçılıq işçisi kimi müvəqqəti işə qəbul edilmiş; - xx.xx.1978-ci ildə “Sadıxlı” Üzümçülük Sovxozuna keçirilmiş; - xx.xx.1978-ci ildə “Sadıxlı” üzümçülük sovxozunda inşaata fəhlə qəbul edilmiş; - xx.xx.1979-cu ildə hərbi xidmətə getdiyinə görə işdən azad edilmiş; - xx.xx.1982-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitunun Sumqayıt filialının gündüz hazırlıq şöbəsinin dinləyicisi kimi qəbul olunmuş; - xx.xx.1982-ci ildə institutun Sumqayıt filialının gündüz şöbəsinin birinci kurs tələbəsi kimi qeydiyyata alınmış; - xx.xx.1985-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutun Sumqa yıt filialın gündüz təhsil formasının tələbəsi kimi “Ali riyaziyyat” kafedrası, iş müqaviləsi əsasında 0.5 ştat laborant kimi qəbul olunmuş; - xx.xx.1985-ci ildə Azərbaycan SSR Əmək qanunun 30, m.36, b. 2 iş müqaviləsi üzrə iş müddətinin bitməsi ilə əlaqədar olaraq işdən çıxarılmış; - xx.xx.1987-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun gündüz şöbəsini bitirmiş; - xx.xx.1987-ci ildə Azərbaycan DRES-də elektrik sexinə V qrup növbətçi elektrik montyoru kimi qəbul edilmiş; - xx.xx.1988-ci ildə həmin sexdə böyük növbətçi elektrik montyoru kimi keçirilmiş; - xx.xx.1989-cu ildə Əməyin ödənilməsinin yeni sisteminə və tam təsərrüfat uçotuna keçmək ilə əlaqədar olaraq vəzifəsi-elektrik stansiyaların elektrik avadanlıqların xidməti üzrə elektrik montyoru təyin olunmuş; - xx.xx. 1992-ci ildə elektrik sexinin növbə rəisi kimi keçirilmiş; - xx.xx.1997-ci ildə stansiyanın növbə rəisi vəzifəsinə təyin olunmuş; - xx.xx.2003-cü ildə idarə aparatı elektrik stansiyanın növbə rəisi vəzifəsinə keçirilmiş; - xx.xx.2003-cü ildə "xxxx" ASC-nin yeni idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx"- "xxxx" MMC adlandırılmış; - xx.xx.2006-cı ildə "xxxx" ASC-nin yeni idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" MMC "xxxx" MMC adlandırılmış; - xx.xx.2017-ci ildə elektrik sexində istismar üzrə sex rəisinin müavini vəzifəsinə təyin edilmiş; - xx.xx.2019-cu ildə elektrik sexinin rəisi vəzifəsinə keçirilmiş; - xx.xx.2019-cu ildə idarə aparatı, idarə heyətinə elektrik stansiyasının növbə rəisi vəzifəsinə keçirilmiş; - Hal-hazıradək (xx.xx.2020-ci il) işlə yir.
4. Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC tərəfindən verilmiş 12 may 2020-ci il tarixli 07/78 nömrəli istehsalat fəaliyyəti haqqında arayışa əsasən iddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Azərbaycan DRES-də elektrik sexinə V qrup növbətçi elektrik montyoru vəzifəsində; xx.xx.1988-ci il tarixdən xx.xx.1992-ci il tarixədək həmin sexdə böyük növbətçi elektrik montyoru vəzifəsində; xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək həmin sexdə növbə rəisi vəzifəsində; xx.xx.1997-ci il tarixdən xx.xx.2003-cü il tarixədək stansiyanın növbə rəisi vəzifəsində; xx.xx.2003-cü il tarixdən xx.xx.2017-ci il tarixədək idarə aparatı elektrik stansiyanın növbə rəisi vəzifəsində; xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək elektrik sexində istismar üzrə sex rəisi nin müavini vəzifəsində; xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək elektrik sexinin rəisi vəzifəsində; xx.xx.2019-cu il tarixdən hal-hazıradək elektrik stansiyasının növbə rəisi vəzifəsində işləyir. İstismar sahəsi bilavasitə aşağıdakı sex və sahələrin elektrik avadanlıqlarının istismarı ilə məşğul olur: 1) 1 və 2 nömrəli qazan-turbin sexində yerləşən əsas və köməkçi elektrik avadanlıqları, o cümlədən Turbogeneratorun, blok transformatorlarının işçi və ehtiyat, xüsusi sərfiyyat transformatorlarının, təsirlənmə sistemləri, paylayıcı qurğuları və s. avadanlıqlar; 2) Yanacaq-Nəqliyyat sexinin mazut nasosxanası və digər sahələrdə yerləşən elektrik avadanlıqları; 3) 330-500 kv-luq X1 yerləşən yüksək gərginlikli elektrik avadanlıqları, o cümlədən hava açarları, kompressor qurğuları, h ava xətləri 330/500/35 kv-luq reaktor və s. avadanlıqlar. İstismar heyəti elektrik avadanlıqlarının fasiləsiz və etibarlı işləməsini təmin edir və onların iş yeri 1 və 2 nömrəli qazan-turbin sexinin, 330/500 kv X1 yerləşir. Göstərilən sahələr zərərli iş yeri hesab olunur və xx.xx.1987-ci il tarixdən xx.xx.1992-ci il tarixədək əlavə 12%, xx.xx.1992-ci il tarixdən hal-hazıradək əlavə 8% əmək haqqı ödənilmişdir. İddiaçının xx.xx.1987-ci il tarixdən halhazıradək tutduğu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli qərarının 24-cü bölməsinin “a”, “b” bəndlərinə uyğundur.
5. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya müvafiq olaraq 9 iyun 2020-ci il tarixli, **********5 nömrəli məktu b ünvanlayaraq ona pensiya təyin edilməsindən imtina etmişdir.
6. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi 6 iyul 1979-cu il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1987-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində "xxxx"-in Elektrik sexində növbətçi elektrik montyoru, böyük növbətçi elektrik montyoru, növbə rəisi və idarə aparatında elektrik stansiyasının növbə rəisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi sahə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) yeraltı istilik elektrik stansiyaları bəndində (21.4) elektrik sexlərinin və elektrik stansiyalarının növbə rəisləri vəzifəsinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona güzəştli şərtlərlə əmək pensiyası hüququ yarandığı 57 yaşdan, yəni 3 noyabr 2018-ci il tarixindən etibarən əmək pensiyasının təyin edilməsi və hüququ yaranandan bu günə kimi ödənilməmiş pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 3 noyabr 1960-cı ildə Qazax rayonu Sadıxlı kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə Sadıxlı üzümçülük sovxozunda xx.xx.1978-ci ildə fəhlə kimi başlamışdır. xx.xx.1979-cu il tarixdə keçmiş SSRİ Silahlı Qüvvələri sırasında müddətli həqiqi hərbi xidmətə çağırılmağı ilə əlaqədar işdən azad edilmişdir. xx.xx.1981-ci ilə kimi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1982-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunun hazırlıq kursuna və xx.xx.1982-ci il tarixdən 1-ci kursuna daxil olmuş xx.xx.1987-ci il tarixində Azərbaycan Neft-Kimya İnstitutunu bitirmişdir. xx.xx.1987-ci il tarixində Azərbaycan DRES-də Elektrik sexində növbətçi elektrik montyoru ki mi işə başlamışdır. xx.xx.1992-ci il tarixindən Elektrik sexinin növbə rəisi vəzifəsinə keçmişdir. 08.1997-ci il tarixindən Azərbaycan DRES-in növbə rəisi vəzifəsinə keçmiş və hal-hazırda həmin vəzifədə işləyir. İşlədiyi "xxxx" MMC yeni idarə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" MMC adlandırılmışdır. İşlədiyi iş yeri və vəzifələr güzəştli şərtlərlə ona 2017-ci il tarixindən pensiya təyin edilməsinə əsas verməsinə baxmayaraq hazırda bu hüquqdan istifadə edə bilmir. xx.xx.2020-ci il tarixində güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün ərizə ilə cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmiş, lakin xx.xx.2020-ci il tarixli ərizəsinə verilmiş güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında xx.xx.2020-ci il tarixli məktuba əsasən Azərbaycan Respub likası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına Elektrik Stansiyasının növbə rəisi vəzifəsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. "xxxx" MMC-nin işin xarakteri haqqında arayışda işlədiyi iş şəraitinin ağır və zərərli olmasına görə xx.xx.1987-ci il tarixindən bu günə kimi hər ay 8-12% miqdarında əlavə əmək haqqı aldığı qeyd olunmuşdur. Əmək qanunvericiliyinə əsasən əlavə məzuniyyət günü verildiyi, o cümlədən zərərli sahədə 8 saatlıq iş günü ərzində elektromaqnit sahə gərginliyi altında, zərərli kimyəvi maddələrlə, səs küy, titrəmə, iş yerində havanın temperaturunun normadan yuxarı olması faktorlarının mövcud olması qeyd edilmişdir. Həmin arayışa əsasən xx.xx.1987-ci il tarixdən hal-hazıradək tutduğu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarının 24-cü bölməsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ verir.
9. Cavabdeh iddia tələbinə yazılı etirazında qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) yeraltı istilik elektrik stansiyaları bəndində (21.4) elektrik sexlərinin və elektrik stansiyalarının növbə rəisləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının təqdim etdiyi xx.xx.1979-cu il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1987-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində "xxxx"-in Elektrik sexində növbətçi elektrik montyoru, böyük növbətçi elektrik montyoru, növbə rəisi və idarə aparatında elektrik stansiyasının növbə rəisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Onun işlədiyi sahə yuxarıda qeyd olunan sahəyə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (4 il 5 ay 25 gün) təşkil edir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
10. Məhkəmə sorğusu əsasında daxil olmuş Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC-nin 14 sentyabr 2021-ci il tarixli 100/01-07-242 nömrəli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, iddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Elektrik sexinə V qrup növbətçi elektrik montyoru vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1988-ci il tarixdən xx.xx.1992-ci il tarixədək həmin sexdə böyük növbətçi elektrik montyoru vəzifəsində, xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək həmin sexdə növbə rəisi vəzifəsində, xx.xx.1997-ci il tarixdən xx.xx.2003-cü il tarixədək stansiyanın növbə rəisi vəzifəsində, xx.xx.2003-cü il tarixdən xx.xx.2017-ci il tarixədək idarə aparatı, elektrik stansiyasının növbə rəisi vəzifəsində, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Elektrik sexində istismar üzrə sex rəisinin müavini vəzifəsində, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Elektrik sexinin rəisi vəzifəsində, xx.xx.2019-cu il tarixdən hal-hazıradək elektrik stansiyasının növbə rəisi vəzifəsində işləyir. İstismar sahəsi bilavasitə aşağıdakı sex və sahələrin elektrik avadanlıqlarının istismarı ilə məşğul olur: 1) 1 və 2 nömrəli Qazan-Turbin sexində (QTS-1,2) yerləşən əsas və köməkçi elektrik avadanlıqları, o cümlədən Turbogeneratorun, blok transformatorlarının, işçi və ehtiyat, xüsusi sərfiyyat transformatorlarının, təsirlənmə sistemləri, paylayıcı qurğuları və s. avadanlıqlar; 2) Yanacaq-Nəqliyyat sexini n mazut nasosxanası və digər sahələrdə yerləşən, elektrik avadanlıqları; 3) 330-500 kv-luq X1 yerləşən yüksək gərginlikli elektrik avadanlıqları, o cümlədən hava açarları, kompressor qurğuları, hava xətləri 330/500/35 kv-luq Reaktor və s. avadanlıqlar. İstismar heyəti elektrik avadanlıqlarının fasiləsiz və etibarlı işləməsini təmin edir və onların iş yeri 1 və 2 nömrəli Qazan-Turbin sexinin, 330/500 kv X1 yerləşir. Göstərilən sahələr zərərli iş yeri hesab olunur və xx.xx.1987-ci il tarixdən xx.xx.1992-ci il tarixədək əlavə 12 faiz, xx.xx.1992-ci il tarixdən hal-hazıradək əlavə 8 faiz əmək haqqı ödənilmişdir. İddiaçının işlədiyi illər ərzində xx.xx.1987-ci il tarixdən xx.xx.1992-ci il tarixədək tutduğu növbətçi elektrik montyoru, böyük növbətçi elektrik montyoru vəzifəsi və xx.xx.1992-ci il tarixdən hal-hazıradək tutduğu növbə rəisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində, qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsi və qazanxana, turbin (buxar-qaz turbin) qazan turbin toz hazırlama və yanacaq ötürülmə sexlərinin növbə rəisləri vəzifəsi 24-cü bölməsinin “a”,”b” bəndlərinə və Azərbaycan Respublika sı Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarına əsasən (kod 2140000a-18455) və (kod 2140000b24043) uyğundur. Həmin sahədə iş stajı xx.xx.1987-ci il tarixdən hal-hazıradək iş stajı 34 il 24 gün təşkil edir.
11. Bakı İnzibati Məhkəməsinin 4 noyabr 2021-ci il tarixli, 2-1(112)-3802/2021 nömrəli qərarı (hakim F.İ.Mədətli) ilə iddia təmin edilmiş, iddiaçıya 57 yaşından, yəni 3 noyabr 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və hüququ yaranandan bu günə kimi ödənilməmiş pensiyanın ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 57 yaşı tamamd ır, 25 ildən çox əmək stajı (hərbi xidmət keçdiyi dövrlər və təhsil illəri daxil olmaqla) vardır, qanunla müəyyən edilmiş müddət ərzində o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşələrdə işləmişdir. Qeyd olunan iş stajı orduda xidmət illəri və təhsil illəri cəmləndikdə iddiaçının 25 il 01 ay 15 gün ümumi iş stajı mövcuddur. İddiaçının xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək elektrik sexinə V qrup növbətçi elektrik montyoru vəzifəsi 2140000a-18455 kodu altında, xx.xx.1988-ci il tarixdən xx.xx.1992-ci il tarixədək həmin sexdə böyük növbətçi elektrik montyoru vəzifəsi 2140000a-18455 kodu altında, xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək stansiyanın növbə rəisi vəzifəsi 2140000b-24043 kodu altında, xx.xx.2003-cü ildən xx.xx.2006-cı il tarixədək idarə aparatı, elektrik stansiyanın növbə rəisi 2140000b-24043 kodu altında işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “Xİİİ. Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı” bölməsində zərərli iş kimi nəzərdə tutulmuşdur. Beləliklə, iddiaçının qanunla tələb olunan müddətdə (18 il 03 ay 11 gün) güzəştli iş stajı olduğundan cavabdehin imtinası əsassızdır.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 aprel 2022-ci il tarixli, 2-1(103)-1091/2022 nömrəli qərarı (hakimlər: E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və C.A.Yusifov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 4 noyabr 2021-ci il tarixli, 2-1(112)-3802/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh qeyd edir ki, iddi açıya məxsus xx.xx.1979-cu il tarixli İT-l ******* nömrəli əmək kitabçasından göründüyü kimi xx.xx.1987-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində "xxxx"-in Elektrik sexində növbətçi elektrik montyoru, böyük növbətçi elektrik montyoru, növbə rəisi və idarə aparatında elektrik stansiyasının növbə rəisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın qeyd olunan sahəyə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (4 il 5 ay 25 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qa nunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
18. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
20. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə gör ə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa.... 21. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: 21400000 - Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı 2140000a - a) fəhlələr... 2140000a — 18455 - qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri.... 2140000b - b) rəhbərlər və mütəxəssislər... 2140000b — 24043 - qazanxana, turbin (buxar-qaz turbini), qazan turbin tozhazırlama və yanacaq ötürmə sexlərinin növbə rəisləri....
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”:
24. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı a) fəhlələr... qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri... b) rəhbərlər və mütəxəssislər: qazanxana, turbin (buxar-qaz turbini), qazan turbin tozhazırlama və yanacaqötürmə sexlərinin növbə rəisləri...
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ni yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyə tli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
28. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxı şının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Qanunvericiliyin yuxarıda istinad olunan n ormalarına görə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır.
31. Cavabdehin şikayətinin dəlillərinə görə iddiaçının xx.xx.1987-ci ildən elektrik sexində işlədiyi vəzifələr və 1997-ci ildən hal-hazıradək "xxxx"ində stansiyanın növbə rəisi vəzifəsində işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş Siyahıda olmadığından onun güzəştli şərtlə yaşa görə pensiya hüququ yaranmamışdır. İddiaçının güzəştli stajı 4 il 5 ay 25 gündür.
32. Məhkəmə kollegiyası qeyd edir ki, işdəki sübutlar və apellyasiya instansiyası məhkəməsinin araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçının xx.xx.1987-ci ildən xx.xx.1988-ci il tarixədək elektrik sexində V qrup növbətçi elektrik montyoru 2140000a18455 kodu altında, xx.xx.1988-ci il tarixdən xx.xx.1992-ci il tarixədək həmin sexdə böyük növbətçi elektrik montyoru 2140000a-18455 kodu altında, xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək stansiyanın növbə rəisi 2140000b-24043 kodu altında, xx.xx.2003-cü ildən xx.xx.2006-ci il tarixədək idarə aparatı, elektrik stansiyanın növbə rəisi 2140000b-24043 kodu altında işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nö mrəli Siyahısı”nda “Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” bölməsində zərərli iş kimi nəzərdə tutulmuşdur və güzəştli iş stajı 12 il 6 aydan çoxdur.
33. Odur ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşədə 12 il 6 aydan az işləməsi barədə cavabdehin şikayətinin dəlili əsaslı olmamışdır.
34. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla düzgün qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də apellyasiya məhkəməsinin hüquq normalar ının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
35. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1091/2022 nömrəli, 8 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.