Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1564/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza Və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: üçüncü dərəcəli əlilliyin təyin edilməsi) 31.08.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial X1rşı “üçüncü dərəcəli əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-146/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya ş ikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının iddiaçı barədə xx.xx.2016-ci il tarixli, 30 nömrəli qərarına əsasən Bakı şəhəri, Nizami RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1994-cü ilin fevral ayında aldığı və xx.xx.2015-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz: “Qəlpə yaralanmalarından sonra başın sağ ənsə nahiyəsində iki ədəd, üst dodağın bayır səthində bir ədəd, çənəaltı nahiyədə bir ədəd və sol dirsək oynağının arxa səthində, bazunun aşağı 1/3-i səviyyəsində bir ədəd ç apıq toxumaları” (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı ş. Nizami rayon idarəsinin xx.xx.2015-ci il tarixli 1948 nömrəli göndərişi, xx.xx.2015-ci il tarixli 318 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X6 tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 33 nömrəli məhkəmə-tibbi müayinəsi aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir) hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.
2. İddiaçının əlillik vəziyyətinə Bakı şəhəri 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar; Diaqnozun mətni: Kəllədaxili travma; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə imtina verilmişdir.
3. İddiaçının əlillik vəziyyətinə Bakı 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: XX Sinif Xəstələnmənin və ölümün xarici səbəbləri => V01-X59 - Bədbəxt hadisələr => W00-X59 Əsas etibarı ilə kənd təsərrüfatında istifadə edilən xüsusi nəqliyyat vasitəsində olan və nəqliyyat bəd...; Diaqnozun mətni: Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş, odlu silahla yaralanmadan sonra sağ mil bilək oynağının ön-tış nahiyəsində çapıq toxumaları. Əl barmağının dırnaq lövhəciyinin zədələnməsi olmadan açıq yarası, sağ mil bilək oynağında hərəkət məhdudluğu, ağrı sindromu ilə, sol dirsək oynağının tış hissəsində çapıq toxumalar, sol dirsək oynağında bükücü açıcı kantraktura. Kəllədaxili travmaların nəticələri, postravmatik ensefalopatiya; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.3.3. əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi (G83.0.G83.2)” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir.
4. İddiaçının əlillik vəziyyətinə Bakı 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0082003AAD5F saylı göndərişi əsasında baxılmış və “X2: XX Sinif Xəstələnmənin və ölümün xarici səbəbləri => V01-X59 - Bədbəxt hadisələr => W00- X59 Əsas etibarı ilə kənd təsərrüfatında istifadə edilən xüsusi nəqliyyat vasitəsində olan və nəqliyyat bəd...; Diaqnozun mətni: Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş,.Odlu silahla yaranmadan sonra sağ mil bilək oynağının ön-tış nahiyəsində çapıq toxumaları (1994) Biləyin və əlin digər hissələrinin açıq yarası, sağ mil bilək oynağının ön-tış nahiyəsində çapıq toxumaları Digər oynaqların post-travmatik artrozu. Sol dirsək oynağının artrozu; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina verilmişdir.
5. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təm in edilməsindən imtina edilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********0 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, onun əlillik vəziyyəti 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanası PHŞ-nin 0082003AAD5F nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixində qiymətləndirilmiş və diaqnozun əlillik əlamətini təyin etməməsi (Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir) barədə qərar qəbul edilmişdir. Gələcəkdə səhhətində ağırlaşmalar əmələ gələrsə, dövlət tibb müəssisəsi tərəfindən sağlamlıq vəziyyətini tam ətraflı əks etdirən göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı 30 oktyabr 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsində müraciət edərək ona xx.xx.2021-ci il tarixdən İİİ dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, birinci Qarabağ müharibəsi iştirakçısıdır. Füzuli rayonu ərazisində Aşağı Seyidəhmədli, Qorgan kəndləri arasında gedən döyüşlərdə iştirak edib, ağır yaralanıb, sonradan səhhəti yol vermədiyi üçün ordudan tərxis olunub. 25 il ərzində pensiya təminatından imtina edib, kirayədə yaşasa da, hətta kirayə haqqını almayıb. 6 il öncə məcburiyyət qarşısında pensiya təminatı bərpa edilib. İllərlə müalicə xərclə rini şəxsi hesabı ilə ödəyib. Üçüncü dərəcəli əlillik dərəcəsi var idi, minimum dolanışığını bu vəsaitlə təmin edirdi. Lakin sonradan ona həmin əlillik dərəcəsinin verilməsindən cavabdeh imtina etmişdir. Hesab edir ki, bu imtina qanunsuz olmuşdur. Cavabdehin etirazları:
8. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etirazda hazırkı qərarın 1-3-cü bəndlərində qeyd edilən hallar sadalanmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-3542/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya qiymətləndirildiyi xx.xx.2021-ci il tarixdən üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı Şəhər Baş Səhiyyə İdarəsi 18 nömrəli Birləşm iş Şəhər Xəstəxanası tərəfindən təqdim edilən xx.xx.2021-ci il tarixli 0082003AAD5F nömrəli Forma 88 arayışın məzmunu və mahiyyəti baxımından Bakı Şəhər Baş Səhiyyə İdarəsi 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən daha əvvəl xx.xx.2016-cı il tarixdə verilmiş xxxxxxx0002 nömrəli göndərişdən (Forma 88) (həmin göndəriş əsasında əlillik təyin edilmişdir) fərqlənmir. Cavabdeh xx.xx.2016-cı il tarixdə təyin edilmiş əlilliyin etibarsız olduğunu və ya həmin diaqnozun əlillik təyin etmədiyini bildirmir. xx.xx.2021-ci il tarixli, 0082003AAD5F nömrəli Forma 88 arayışında XBT 10-a əsasən göstərilmiş “M24.5 Oynaqların kontrakturası” diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdu dluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməsinin 2.5.1-ci maddəsində göstərilmiş xəstəliklərdən “oynaqların kəskin kontrakturası xəstəliyinə” (M24.5) uyğundur və üçüncü dərəcə əlillik təyin edir. Həmin xəstəlik Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-ci il tarixli, 30 saylı qərarı ilə təsdiq olunmuşdur, qeyd edilən qərar qüvvədədir və sonuncu xx.xx.2021-ci il tarixli Forma 88 arayışına əsasən həmin xəstəlik diaqnostik müayinələrlə (travmotoloqortoped tərəfindən aparılmış obyektiv müayinə) təsdiq olunmuşdur. Buna baxmayaraq, iddiaçının qiymətləndirildiyi xx.xx.2021-ci il tarixdə əlilliyinin növbəti müddətə təyin olunmasından imtina olunmuşdur ki, bu da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti ver ərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Apellyasiya instansiyası məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 T 580/2022 saylı ekspert rəyində göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı Bakı 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0082003AAD5F saylı göndərişdə qeyd edilmiş “Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş. Odlu silahla yaralanmadan sonra sağ mil bilək oynağının ön-tış nahiyəsində çapıq toxumaları (1994), Biləyin və əlin d igər hissələrinin açıq yarası, sağ mil bilək oynağının ön-tış nahiyəsində çapıq toxumaları. Digər oynaqların poşttravmatik artrozu. Sol dirsək oynağının artrozu” diaqnoz onun stasionarda müayinə və müalicəsi zamanı anamnestik, kliniki, laboratorinstumental və diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri düzgün aparıldığından xəstəliyin proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Həmin diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlilliyin təyini zamanı ona Nazirlər Kabinetinin istər xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli 187 saylı Qərarı ilə təsdiq edilmiş “O rqanizmin funksiyalarının pozulmasının faiz göstəricilərinin və müddəti”nə dair meyarların hər hansı birini aid etmək mümkün olmamışdır. İddiaçının adına tərtib edilmiş xx.xx.2016-cı il tarixli 30 saylı qərara əsasən o, 1994-cü ilin fevral ayında döyüş zonasında yaralanmışdır. Qeyd edilən diaqnozla onun uzun müddətli reabilitasiyasının mümkün olması müəyyən edilmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-146/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-3542/2022 nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sa ğlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarının bəndlərində iddiaçıya əlillik dərəcəsinin verilməsi üçün əsas olan hal mövcud olmamışdır. Belə olan halda, iddiaçının tələbinin təmin olunması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir.
15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı qeyd edir ki, onun hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təm inat hüququ pozulmuşdur. İnzibati orqanın əsassız qərarı qüvvədə qalmışdır. İddiaçının hüquqları məhkəmə orqanı tərəfindən qorunmamışdır. Qanuni əsaslar olduğu halda iddiaçı üçüncü qrup əlillik almadan məhrum olmuşdur. Məhkəmə iddiaçının tibbi göstərişlərinin heç birini nəzərə almamışdır. İddiaçıya üçüncü qrupdan əlillik verilməsinin mümkün olmadığı və ya qanuna uyğun olmadığı sübut edilməmişdir. Məhkəmə qətnamədə iddiaçıya üçüncü qrupdan əlillik verilməməli olduğu qənaətinə gəlsə də, qərarda bu halı əsaslandırmamışdır. Əlillik təyin edən həmin xəstəlik qüvvədə olan inzibati aktla (Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 30 saylı xx.xx.2016-ci il tarixli qərarı) təsdiq edildiyindən həmin halın əlavə olaraq məhkəmə tibb-ekspertizasının rəyi ilə təsdiq və ya təkzib olunması z ərurəti olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:... 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.... 19. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasna mə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmişdir); (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə ləğv edilmişdir)
2. Əlilliyin müəyyən olunması meyarları... 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.3.1. ətraflardan birinin yalançı oynağı (M84.0-M84.4, M96.0); 2.3.2. dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması) (M21.2,M24.5-M24.6,M25.6,M67.1,M99.0); 2.3.3. əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi (G83.0, G83.2); 2.3.4. epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) (G40-G40.9); 2.3.5. astenik tipli qüsur və ya qeyri-sabit remissiya halında olan şizofreniya (F20F20.9); 2.3.6. ağır formalı bədxassəli qan xəstəlikləri, remissiya mərhələsində (C80-C96.9); 2.3.7. İİ mərhələ bədxassəli şişlər (C00-C97); 2.3.8. İİV-infeksiyasının İ-İİ mərhələləri (B20-B24); 2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət poz untuları və psixopatiyalar (F60.0-F62.9, F45-F45.9, F48-F48.9)....
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şi kayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
24. İddiaçı əlilliyə səbəb olan xəstəliyinin qüvvədə olan inzibati aktla (Müdafiə Nazi rliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 30 saylı xx.xx.2016-cı il tarixli qərarı) təsdiq edildiyini bildirərək qeyd edir ki, məhkəmə iddiaçının tibbi göstərişlərinin heç birini nəzərə almamışdır.
25. Məhkəmə kollegiyası qeyd edir ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 30 saylı xx.xx.2016-cı il tarixli qərarı ilə iddiaçıya qoyulan “Qəlpə yaralanmalarından sonra başın sağ ənsə nahiyəsində iki ədəd, üst dodağın bayır səthində bir ədəd, çənəaltı nahiyədə bir ədəd və sol dirsək oynağının arxa səthində, bazunun aşağı 1/3-i səviyyəsində bir ədəd çapıq toxumaları” diaqnozu işin mübahisəsiz halıdır.
26. Digər tərəfdən, iddiaçıya ilkin olaraq xx.xx.2016-cı il tarixli göndəriş əsasında beş il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Qeyd edilən xüsusatlar nə işin hal ları, nə də cavabdehin özü tərəfindən təkzib edilmir. Lakin nəzərə alınmalıdır ki, hazırkı mübahisənin əsasında iddiaçının xx.xx.2021-ci il tarixdə qiymətləndirilməsi nəticəsində ona əlilliyin təyin edilməsindən imtina dayanır.
27. Məhkəmə kollegiyası nəzərə alır ki, şəxsə onun barəsində təyin olunmuş diaqnoz əsasında əvvəllər əlilliyin müəyyən edilməsi faktı növbəti müayinədə də əlillik dərəcəsinin təyin edilməsinə özü-özlüyündə (qeyd-şərtsiz) əsas ola bilməz. Əks hal əlilliyin təyin edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan təkrar müayinə müddətlərinin tətbiqinə zidd olardı.
28. Kassasiya şikayətinin məhkəmənin gəldiyi nəticəni əsaslandırmaması ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əlavə müalicəyə ehtiyacının olub-olmamasını, əlilliyin müəyyən edilməsinə əsas verən səbəblərin araşdırılması, əlillik təyinatı üçün əsas olan diaqnoz və ağırlaşmaların uyğunluğunun müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və müvafiq rəy alınmışdır. Ekspert rəyində göstərilmişdir ki, iddiaçıya aid edilən diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlilliyin təyini zamanı ona Nazirlər Kabinetinin istər xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli 187 saylı Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricilərinin və müddəti”nə dair meyarların hər hansı birini aid etmək mümkün olmamışdır. Şəxsə təyin edilən diaqnozla onun uzun müddətli reabilitasiyasının mümkün olması müəyyən edilmişdir.
29. Ona görə də, məhkəmə kollegiyası qeyd edir ki, ilkin əlillik təyinatı zamanı şəxsdə mövcud olan xəstəliklər hazırda mövcud olsa da, həmin xəstəliklərin uzunmüddətli reabilitasiyasının mümkünlüyü nəzərə alınaraq ona yenidən əlilliyin təyin edilməsindən cavabdehin imtinası əsassız olmamışdır.
30. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2023-cü il tarixli, 21(103)-146/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.