Məhkəmə qərarları › İş №2-1(102)-1564/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1564/2024

03.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1564/2024 03.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Res publikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X3) «bağ sahəsinə hüquqlar qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi» tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-73/2024 saylı iş üzrə 16 yanvar 2024-cü il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı Şin Zavodunun “Şinçi” bağçılıq cəmiyyətinin xx.xx.1988-ci il tarixli protokoluna əsasən püşkatma yolu ilə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsində olan 135 saylı bağ sahəsi İdd iaçı ayrılmışdır.

2. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Zirə bağ massivi ünvanında yerləşən 135 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir.

3. Cavabdeh müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədlərə əsasən bağ sahəsinin ölçüsü 600 kv.m qeyd edilsə də, faktiki olaraq 540.0 kv.m torpaq sahəsi istifadə edilməkdədir. Bundan əlavə elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi digər fiziki şəxsin adına ləğv edilmiş DTXK tərəfindən tərtib edilmiş plan və ölçü verilmiş ərazi ilə üst-üstə düşür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinc i instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X3) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən, sahəsi 600 kv.m olan 135 saylı bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, bu barədə dövlət reyestrindən çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) 1963-cü ildən 1996-cı ilədək “Bakı Şin Zavodu”nda çalışmışdır. Bakı “Şin Zavodu" müdiriyyətinin Zavod HİK və “Şinçi” Bağçılıq Cəmiyyəti İdarə Heyəti ilə birlikdə keçird iyi 25 noyabr 1987-ci il tarixli iclasında iddiaçı X5 Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində sahəsi 600 kv.m olan 135 saylı bağ yeri təyin edilmişdir (ayrılmışdır). Bu bağ sahəsinə görə “Şinçi” Bağçılıq Cəmiyyətinin idarəsi tərəfindən torpaq sahəsinin plan miqyası təsdiq edilmiş, bağçılıq üzvlük kitabı verilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydiyyat alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın və texniki sənədlərin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdeh orqan reyestrdən çıxarışın və texniki sənədlərin verilməsindən imtina etmişdir. Cavabdehin 18 sentyabr 2019-cıı il tarixli **********88 saylı imtina məktubunda qeyd edilir ki, sözügedən 135 saylı bağ sahəsinə dair digər fiziki şəxsin adına ləğv edilmiş Dövlət Torpaq və Xəriləçəkmə Komitəsi tərəfindən tərtib edilmiş plan və ölçü verilmişdir. Həmçinin, torpaq sahəsi sənədlə 600 kv.m göstərilsə də faktiki olaraq, 540 kv.m təşkil edir. Bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır. İddiaçı hesab edir ki, imtina əsassız və qanunsuzdur. Yuxarıda da qeyd edildiyi kimi, mübahisəli torpaq sahəsi ona lazımi sənədlərlə birlikdə işlədiyi müəssisədən verilmişdir. Cavabdeh orqana müraciət edən zaman bütün sənədlər təqdim edilmiş, digər şəxsin X1 adına iddiaçının yerinə aid sənədlərin hansı şəkildə verildiyi məlum deyil. Bu işin araşdırılması üçün DƏDRX rəhbərliyi tərəfindən Nərimanov RPİ-yə müraciət edilmişdir. Qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 13 iyun 2019-cu il tarixli qərardan da aydın şəkildə görünür ki, DƏDRX Bakı şəh ər ərazi idarəsindən alınmış 28 iyul 2016-cı il tarixli məktuba əlavə “Şinçi” bağçılıq-yoldaşlıq cəmiyyəti üzvlərinin arxiv qovluğunda saxlanılan 01 mart 1999-cu il tarixli siyahıda arxiv məlumatlarına əsasən 135 saylı bağ massivi X5 məxsus olduğu qeyd edilmişdir. Lakin 135 saylı bağ sahəsinin X2 verilməsi barədə tərtib olunmuş 25 noyabr 1988-ci il tarixli çıxarış barədə Zavodun arxivində heç bir sənəd yoxdur. İş materiallarına əlavə edilmiş Bakı Şin Zavodunun Həmkarlar Komitəsi “Şinçi” bağçılıq cəmiyyətinin idarəsi tərəfindən tərtib edilmiş siyahıda iddiaçı Priyeva Şeydanın adı və ona məxsus torpaq sahəsinin nömrəsi qeyd edilsə də (siyahının 2-ci səhvəsi) X1 adı qeyd edilməmişdir. Bütün bunlar bir daha sübut edir ki, mübahisəli torpaq sahəsi iddiaçıya məxsusdur və cavabdeh tərəfindən on un mülkiyyət hüquqları qeydiyyata alınmalıdır.

6. Cavabdeh iddia tələbinə etiraz etmişdir ki, etirazın əsasını imtina məktubunda qeyd edilənlər təşkil etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4147/2022 saylı, 07 aprel 2022-ci il tarixli qərardadı ilə X3 məhkəmə icraatına (adi cəlbetmə) üçüncü şəxs qismində cəlb edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4147/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli qərarı ilə (hakim Rüstəm Kərimli) iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən, sahəsi 600 kv.m olan 135 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, bu barədə dövlət reyestrindən çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakn Dövlət Kadast rı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

9. Məhkəmə qeyd etmişdir ki, İddiaçı ona Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində “Şinçi” bağçılıq cəmiyyəti tərəfindən üzvlük bileti və protokoldan çıxarış əsasında ayrılmış 135 saylı bağ sahəsinə həmin sahənin qanuni istifadəçisi kimi “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 8, 25-ci maddələrinə görə mülkiyyət hüququ əldə etmişdir və onun mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7, 10-cu maddələrinin tələblərinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır.

10. Cavabdeh və üçüncü şəxs apellyasiya şikayətləri verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə ye ni qərar qəbul edilməsini xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-73/2024 nömrəli, 16 yanvar 2024-cü il tarixli qərarı ilə (hakimlər X6 / məruzəçi/, X7 və X4) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4147/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Üçüncü şəxs kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Şikayətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8, 10 -cu maddələrinə, Mülki Məcəllənin 139-cu maddəsinə istinad edilərək apelyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edilmişdir.

15. Kassator bildirmişdir ki, o 1974-cü ildən 1996-cı ilədək Bakı Şin zavodunda işləmişdir. 1987-ci ildən əvvəl zavod işçiləri tərəfindən “Şinçi” bağçılıq yoldaşlıq cəmiyyəti yaradılmış üçüncü şəxs də həmin cəmiyyətin üzvü olmuşdur. 1987-ci ildə Xalq Deputatları İcraiyyə Komitəsinin 17/310 saylı qərarına əsasən üçüncü şəxsə də zavodun başqa 200 nəfər işçisi kimi torpaq sahəsi ayrılmışdır. Üçüncü şəxs 6 sot olmaqla 135 nömrəli torpaq sahəsi ayrılmışdır.

16. Üçüncü şəxs qeyd etmişdir ki, o torpaq sahəsində abadlıq işləri aparmış, hasar çəkdirmiş, uzun illər ərzində bələdiyyəyə torpaq vergisi ödəmiş, torpaq sahəsinin plan və ölçüsü çəki lmişdir. Eyni zamanda iddiaçı əvvəllər 84 saylı bağa münasibətdə iddia tələbini irəli sürsə də, sonradan 135 saylı bağın üzərində mülkiyyət hüquqlarının təsdiq edilməsini tələb etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Maddə

10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi... 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağ ıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada e tibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə

139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların döv lət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 20. “Torpaq islahatları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağl arın, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə

10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Maddə

25. Bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir.

21. Azərbaycan Respublikasının İnzibati P rosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandı rma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayə tçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

25. İnsan Hüquqları üzrə Avropa Məhkə məsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtə rəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır.

29. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş Bakı şin zavodu müdiriyyətinin zavod HİK-si və “Şinçi” bağçılıq cəmiyyəti idarə heyəti ilə birlikdə keçirdiyi iclasın 2 saylı, 25 noyabr 1988-ci il tarixli protokolundan çıxarışdan görünür ki, püşkatma yolu ilə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsində olan 135 saylı bağ sahəsi İddiaçı ayrılmışdır (iş vər 14).

30. Başqa sözlə iddiaçının mübahisəli torpaq sahəsinə hüquqları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsində qeyd edildiyi kimi üzvlərin iclasının protokolundan çıxarışla təsdiq edilir.

31. Eyni zamanda iddiaçının adı “Şinçi” bağçılıq yoldaşçılığının xx.xx.1999-cu il siyahısında da öz əksini tapmışdır (iş vər 11). Lakin həmin siyahıda üçüncü şəxsin adına rast gəlinmir.

32. Üçüncü şəxsin eyni torpaq sahəsinə münasibətdə hüquqlarının mövcudluğuna dair qeyd etdiyi xüsusatlara gəlincə məhkəmə kollegiyası bildirir ki, o, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas olan sənədlərdən hər hansı birini, eləcə də müvafiq icra hakimiyyəti orqanının nəzdində olan bağ təsərrüfatı idarəsi tərəfindən bağ sahəsinin ayrılmasına dair icarə müqaviləsi və ya sərəncam, yaxud orderi təqdim etməmişdir.

33. İddiaçının əvvəlcə 84 saylı bağa münasibətdə iddia tələbini irəli sürməyi, daha sonra isə 135 saylı bağın üzərində mülkiyyət hüquqlarının təsdiq edilməsini tələb etməsi ilə bağlı üçüncü şəxsin kas sasiya şikayətində qeyd etdiyi arqumentlə əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, bu dəlilin heç bir əsası yoxdur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı bir neçə dəfə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və bu müraciətlərin hər birində müraciət obyekti qismində Bakı şəhəri, Suraxanı rayonu, Zirə bağ massivi ünvanında yerləşən 135 saylı bağ sahəsi olmuşdur.

34. Mübahisəli torpaq sahəsi ilə bağlı üçüncü şəxsin adına ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsünün verilməsi ilə bağlı kassasiya şikayətinin dəlilinə gəlincə məhkəmə kollegiyas ı bildirir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. 35. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində hüquqmüəyyənedici sənədlərin siyahısı əks edilmişdir. Plan və ölçü həmin kateqoriya sənədlər sırasında olmadığından onu hüquqmüəyyənedici sənəd kimi qəbul etmək olmaz.

36. Eyni zamanda məhkəmə kollegiyası bildirir ki, üçüncü şəxsin qeyd etdiyi plan və ölçünün verilməsinə əsas olan inzibati akt Bakı şəhər XDS İK-nin xx.xx.1987-ci il tarixli 17/310 saylı qərarı və “Şinçi” B/y-nin xx.xx.1988-ci il tarixli 02 saylı protokolu olmuşdur.

37. İş materiallarına əlavə edilmiş “Şinçi” B/y-nin xx.xx.1988-ci il tarixli 02 saylı protokolundan görünür ki, 600 m2 olan 135 saylı bağ yeri İddiaçı verilmişdir.

38. Həmçinin məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlə t qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.”

39. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi qeyd olunanları, o cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, cavabdehin imtinasının qanunazidd olması və iddiaçının hüquqlarının pozulmasına səbəb olması barədə düzgün nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları pozulmamışdır.

40. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi v ə prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

41. Beləliklə, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxsin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-73/2024 saylı iş üzrə 16 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar