Məhkəmə qərarları › İş №2-1(102)-1565/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1565/2021

06.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1565/2021 06.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (Vergi mübahisələ; vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, iddiaçının nümayəndəsi Fəyyaz Məmmədovun və vəkili Vasif Ramazanovun, cavabdehin nümayəndəsi Samir Əhmədovun və vəkili Elnur Quliyevin iştirakı ilə, İddi açı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 11 sentyabr 2019-cu il tarixli **********189781 nömrəli qərarın ləğv edilməsi tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)166/2021 nömrəli iş üzrə 18.05.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 06 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergi ö dəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 11 sentyabr 2019-cu il tarixli **********189781 nömrəli qərarın ləğv edilməsi barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin 01.03.2018-ci il tarixli **********142335 saylı səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarı ilə MMC-də vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama 02.03.2018-ci ildə başlanılmış, 29.04.2019-cu ildə başa çatdırılmışdır. Yoxlamanın nəticəsində 03.05.2019-cu il tarixli səyyar vergi yox laması aktı tərtib edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.1-ci maddəsinə görə, səyyar vergi yoxlaması vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Vergi Məcəlləsinin 38.4-cü maddəsinə görə, səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən, vergi hesablamalarına dair sənədlər və ya vergi qanunvericliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, öz məzmununa və mahiyyətinə görə vergi qanunvericliyinə uyğun gəlirsə və vergi he sablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə, etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Həmin Məcəllənin 3.11-ci maddəsinin tələbinə görə də vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 67.1, 67.2 və 67.3-cü maddələrinə görə, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişs iz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

3. Birinci instansiya məhkəməsinin 05.12.2019-cu il tarixli, 2-1(84)983/2019 nömrəli (sədrlik edən hakim Rüfət Məcidov) qərarı ilə iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 11 sentyabr 2019-cu il tarixli **********189781 nömrəli qərarının ləğv edilməsi qərara alın mışdır.

4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.1-ci maddəsinə, Vergi qanunvericiliyinin icrasına nəzarət Departamentinin 18 aprel 2018-ci il tarixli “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında” qərarına istinad etməklə belə hesab etmişdir ki, cəmiyyətdə keçirilmiş yoxlama qanunsuz olduğundan, habelə cavabdehin dəlilləri əsassız olduğundan cavabdeh tərəfindən qəbul edilmiş mübahisə predmeti qanunsuz inzibati akt ləğv olunmalıdır.

5. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 05.12.2019-cu il tarixli, 2-1(84)-983/2019 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməs indəki icraat

6. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiya məhkəməsi) 25.02.2020-ci il tarixli, 2-1(107)-122/2020 nömrəli (hakimlər Rövşən Rəfiyev - sədrlik edən və məruzəçi, Vəzirxan Məlikov və Mübariz Hüseynov) qərarı ilə apellyasiya şikayətinin qismən təmin edilməməsi, birinci instansiya məhkəməsinin 05.12.2019-cu il tarixli, 2-1(84)-983/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsinin də istinad etdiyi maddi və prosessual normaları tətbiq etməklə, belə hesab etmişdir ki, qərar qanuni və əsaslıdır. kasasiya instansiyası məhkəməsindəki icraat

8. Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20.10.2020-ci il tarixli, 21(102)-1273/2020 nömrəli (hakimlər İlqar Hüseynov - sədrlik edən və məruzəçi, Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlov) qərarı ilə apelyasiya instansiyası məhkəməsinin 25.02.2020-ci il tarixli, 2-1(107)-122/2020 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, şikayətin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

9. Ali Məhkəmə həmin nəticəyə gələrkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanuna, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”yə, İnzibati Prosessual Məcəllənin 12.1, 58.7, 70.1-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 58.7, 82 və 87.8- ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Apelyasiya instansiyası məhkəməsinin 18.05.2021-ci il tarixli, 21(107)-166/2021 nömrəli (hakimlər Elçin Hüseynov - sədrlik edən və məruzəçi, Mirbahəddin Hüseynov və Gündüz Abbasov) qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin ediməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 05 dekabr 2019-cu il tаrixli, 2-1(84)-983/2019 saylı qərarının ləğv edilməsi və iş üzrə yeni qərarın qəbul edilməsi, iddiaçı "xxxx" Məhdud Mə suliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 11 sentyabr 2019-cu il tarixli **********189781 nömrəli qərarın ləğv edilməsi tələbinə dair iddiasının rədd edilməsi qərara alınmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Vergi Məcəlləsinin 38.2, 38.4-cü maddələrinə istinad edərək, belə hesab etmişdir ki, cavabdeh inzibati orqanın qərarı qanuni və əsaslı olduğuna baxmayaraq birinci instansiya məhkəməsi həmin qərarın ləğv edilməsindən imtinanı qanunsuz və əsassız sayaraq iddia tələbini təmin etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Ka ssasiya şikayətinin dəlilləri

12. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı mübahisə ilə bağlı qeyd olunmalıdır ki, iddiaçı cəmiyyət barədə növbədənkənar səyyar vergi yoxlaması keçirilərkən qanunvericilikdə sadalanan əsaslar mövcud olmamış, həmin əsaslar mövcud olmadan cavabdeh orqan tərəfindən yoxlama aparılmışdır. Belə ki, cavabdeh inzibati orqan məhkəməyə təqdim etdiyi etirazında iddiaçı cəmiyyət tərəfindən vergilərin (və ya vergitutma obyektlərinin) gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildiyi səbəbli yoxlamanın keçirildiyini əsas gətirsə də, vergilərin (və ya vergitutma obyektlərinin) gizlədilməsinin (azaldılmasının) nədən ibarət olmasını əsaslandıra bilməmiş, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsas olan halları təsdiq ed əcək mənbəyi bəlli olan sübutları məhkəməyə təqdim edə bilməmişdir.

13. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi vergi orqanı bu kimi halların mövcudluğunu araşdırmadan vergi ödəyicisi barədə növbədənkənar vergi yoxlaması təyin etmiş, nəticədə Vergi Məcəlləsinin 38.3-cü maddəsinin tələblərini kobud şəkildə pozmuşdur.

14. Bundan başqa, cavabdeh inzibati orqan məhkəməyə təqdim etdiyi etirazında iddiaçı cəmiyyət tərəfindən vergilərin (və ya vergi tutma obyektlərinin) gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildiyi səbəbli yoxlamanın keçirildiyini əsas gətirsə də, vergilərin (və ya vergi tutma obyektlərinin) gizlədilməsinin (azaldılmasının) nədən İbarət olmasını əsaslandıra bilməmiş, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsas olan halları təsdiq edəcək m ənbəyi bəlli olan sübutları məhkəməyə təqdim edə bilməmişdir.... Vergi orqanı tərəfindən əldə edilmiş bank məlumatlarına əsasən 01 aprel 2017-ci il tarixdən 30 iyun 2017-ci il tarixinədək vergi ödəyicisi olan iddiaçı cəmiyyətin hesablaşma hesabına 160500 manat vəsaitin daxil olması müəyyən edilmiş, bu hal cavabdeh orqan tərəfindən gəlirlərin və ya vergitutma obyektinin gizlədilməsi kimi qiymətləndirilmişdir. Halbuki birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı cəmiyyətin hesablaşma hesabına hər hansı bir vəsaitin daxil olması vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsi kimi qiymətləndirilə bilməz. Bu, o halda mümkün ola bilər ki, əldə olunan gəlirlər və vergitutma obyektləri barədə məlumatlar vergi hesabatlarında qəsdən əks olunmasın, v ergilərin hesablanması zamanı nəzərə alınan gəlirlərin həqiqi həcmi azaldılsın, xərclər (məsələn, vergitutmaya məruz qalan məcmu gəlirin müəyyənləşdirilməsi zamanı çıxılan xərclərin) şişirdilmiş olsun..

15. Bundan başqa, iddiaçı cəmiyyətdə yoxlama aparılan zaman vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə 11.03.2019-cu il tarixdə 30 gün müddətində “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” **********178566 nömrəli qərar qəbul edilmiş, 03.05.2019-cu il tarixli **********142465 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Həmin akt rəy verilməsi üçün yuxarı vergi orqanına göndərilmiş, təqdim edilmiş rəy əsasında 11 saylı Ərazi Vergilər Departamenti tərəfindən əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında 12.06.2019-cu il tarixli **********184965 nömrəli Qərar qəbul edilmiş, əlavə vergi yoxlamasının nəticələri 30 iyul 2019-cu il tarixli **********142465 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi, hətta səyyar vergi yoxlamasının müddəti başa çatdıqdan sonra, aparılmış əlavə vergi yoxlamaları yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan həyata keçirilmişdir. Bu halı cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında verdiyi izahatında bir daha təsdiq etmiş, yoxlamanın qeydə alınmasını təsdiq edəcək sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində qeyd olunur ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibka rlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.

16. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və mübahisələndirmə haqqında iddia əsasında ləğv olunmalıdır. Bu, inzibati məhkəmə icraatına şamil olunan İPM-in 70.1-ci maddəsindən irəli gəlir. Baxılan işdə həmin müddəa “İnzibati icraat haqqında” Qanunun inzibati aktların ləğv edilməsi üzrə inzibati orqanların səlahiyyətini tənzimləyən 67.2-ci maddəsinə münasibətdə xüsusi norma qismin də tətbiq olunmalıdır. Mübahisələndirilən qərarın inzibati icraat hüququ ilə bağlı olan, yəni formal hüquqi tərəfinə gəlincə, qeyd etmək lazımdır ki, vergi yoxlaması prosesində müddətlərlə bağlı icraat qüsurlarına yol verilmişdir.

17. Belə ki, Vergi Məcəlləsinin (iddiaçıda vergi yoxlamasının aparıldığı müddətdə qüvvədə olan redaksiyada) 38.2-ci maddəsinin tələbinə görə, növbəti səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər.

18. Həmin Məcəllənin 38.7-ci maddəsinə əsasən, yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərd ə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır); 19. 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; Hazırkı halda, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarla yoxlamanın müddəti «30 iş günü» müəyyən edilmişdir. Vergi Məcəlləsinin 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Həmin Məcəllənin 68-ci maddəsinin müddəalarına görə bu Məcəllədə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır (68.1). Hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün a xırında bitir. Bu Məcəllədə nəzərə tutulan hər hansı müddət qeyriiş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir (68.2). Normaların məzmunundan göründüyü kimi yoxlamanın müddəti iş günləri ilə deyil, təqvim günləri ilə müəyyən edilir. Məcəllənin 38.4-cü maddəsində səyyar vergi yoxlamasının iş günündə keçirilməsi tələbi həmin Məcəllənin 38.2-ci maddəsində təsbit edilən 30 günlük müddətin iş günləri ilə hesablanmasını nəzərdə tutmur. Əgər həmin 30 günlük müddətin iş günləri ilə hesablanmasını nəzərdə tutmaq lazım gəlsəydi, qanunverici bunu həmin normada birbaşa göstərərdi. Belə ki, qanunverici müddətlərin iş günləri ilə hesablanmasını, elə həmin Məcəllənin (iddiaçıda vergi yoxlamasının aparıldığı müddətdə qüvvədə olan redaksiyada) 36.3 (10 iş günü), 72.7 (3 iş günü), 157.2 (5 iş günü), 221.4.7ci (iki iş günü) maddələrində nəzərdə tutmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, səyyar vergi yoxlamasının müddəti, cavabdehin hesab etdiyi kimi, iş günlərinin sayı ilə hesablanmalı olsaydı, Vergi Məcəlləsinin 68.2-ci maddəsində müddətlərin hesablanması qaydasının müəyyən edilməsinə zərurət qalmazdı. Həmin normaya görə bu Məcəllədə nəzərə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti İş gününə keçir. Deməli, 38.2-ci maddədə nəzərdə tutulmuş 30 təqvim gününün sonuncu günü qeyri-iş gününə təsadüf etdikdə, növbəti iş günü yoxlama müddətinin sonuncu günü olacaqdır. Bu tələb isə, müddətin daxilindəki digər qeyri-iş günlərinə deyil, yalnız həmin müddətin sonuncu gününə aiddir. Bu səbəbdən, 30 təqvim günü daxilində səyyar vergi yoxlamasının aparıldığı iş günlərinin sayı, qanunla iş günü kimi təsbit edilmiş günlərin sayına bərabər ola bilər. Bununla yanaşı, inzibati akt formalhüquqi baxımdan qüsurlu olsa da, bu, onun məhkəmə tərəfindən ləğv olunmasına o halda aparıb çıxara bilər ki, qüsur İPM-in 70.1 -ci maddəsinin 2-ci cümləsində nəzərdə tutulmuş mənada nəticəyə (inzibati orqanının qərarına) təsir etmiş olsun.

20. Yuxarıda göstərilən əsaslar, həmçinin vergi yoxlamasının vergi qanunvericiliyinə uyğun aparılmaması və həmin yoxlamanın nəticəsində qəbul edilmiş akt iddiaçı təşkilatın qanunla qorunan maraqlarına zidd olmaqla onun hüquq və mənafeləri baxımından da yolverilməz nəticələrə səbəb olmuşdur.

21. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində, apellyas iya instansiyası məhkəməsinin 18.05.2021-ci il tarixli, 2-1(107)-166/2021 nömrəli qərarının ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili V.Ramazanov kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 18.05.2021-ci il tarixli qərarının ləğv edilməsini, işin təkrar apelyasiya instansiyası məhkəməsinə qaytarılmasını Ali Məhkəmənin İ nzibati Kollegiyasından xahiş etmişdir.

23. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi F.Məmmədov da vəkili V.Ramazanovun çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 18.05.2021-ci il tarixli qərarının ləğv edilməsini, işin təkrar apelyasiya instansiyası məhkəməsinə qaytarılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

24. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi S.Əhmədov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 18.05.2021-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 18.05.2021-ci il tarixli qərarının dəyi şdirilmədən qüvvədə saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

25. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili E.Quliyev nümayəndənin çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 18.05.2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikası Konstittusiyası:

27. Maddə 149. bənd Vİİ. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

28. Azərbaycan Respublikası Vergi Məcəlləsi Maddə 39.1. Səyya r vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Maddə 49.Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən i mtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6. yeni qərarın qəbul edilməsi. Maddə 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Maddə 218.1. Aşağıda göstərilən şəxslər sadələşdiril miş verginin ödəyicisi olmaq hüququna malikdir: 218.1.1. bu Məcəllənin Xİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər;

28. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq o lunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya i nstansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin təl əbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

29. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi

31. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və cavabdehin nümayəndəsi və vəkillərinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin 18.05.2021-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilməlidir.

32. Belə ki, cavabdeh vergi orqanı mübahisələndirilən qərarı qəbul edərkən həmin dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 85.4-cü maddəsinə ilə müəyyən edilmiş müddətə əməl etməmişdir. Belə ki, həmin ma ddənin tələbinə asasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.

33. Lakin cavabdeh vergi orqanı qeyd olunan maddi hüquq normasının tələbləbinə uyğun olaraq inzibati aktı qəbul edən zaman 3 illik hesabat dövrü başa çatmış dövrlər üzrə hesabat (bəyannamə) təqdim edilmədiyi üçün nəzərdə tutulan məsuliyyət tədbirini məsuliyyətə cəlb etmə müddəti bitdiyindən tətbiq etmədiyi halda, həmin hesabat dövrləri üçün vergilər üzrə qanunvericiliyin tələbinə zidd olar aq hesablama (yenidən hesablama) aparmışdır. Belə ki, mübahisəlndirilən qərar 2019-cu ilin sentyabr ayında qəbul edildiyindən yanvar 2015-avqust 2016 hesabat dövrləri üçün vergi məbləği hesablana bilməzdi. Lakin iş materiallarına əsasən sadələşdirilmiş vergi üzrə 2015-ci ilin İ üçün vergi məbləği hesablanmış və 2015-ci ilin İİİ, 2016-cı ilin İ və İİ rüb hesabat dövrləri üçün vergi məbləğinin artıq hesablanması müəyyən edildiyindən artıq hesablamalar şəxsi hesab vərəqəsində əks edilməklə müvafiq azalmalar aparılmışdır. Eyni ilə ƏDV üzrə mübahisələndirilən qərar qəbul olunan vaxt 3 illik hesabat dövrü başa çatmış təqvim ayları (hesabat dövləri üzrə), yəni yanvar 2016-avqust 2016-cı hesabat dövləri üzrə əsassız olaraq əlavə vergi məbləğləri hesablanmışdır.

34. Bundan başqa apellyasiya məhkə məsi 2015-ci ildə qüvvədə olan Vergi Məcəlləsinin 218.1.2-ci maddəsinin müddəalarını əsas götürmüş və Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndini tətbiq etmədiyi üçün düzgün nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2015-ci il tarixli Azərbaycan Respublikasinin Qanunu ilə Vergi Məcəlləsinin 218-ci maddəsi yeni redaksiyada verilmiş və 2016-cı ildən qüvvəyə minmişdir. Vergi Məcəlləsinin yeni redaksiyada qüvvəyə minən 218.1.1-ci maddəsinin tələbinə görə vergi tutulan əməliyyatların həcmi 200.000 manata qədər artırıldığından və yeni maddi hüquq norması fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hall olduğundan normativ hüquqi aktın qüvvəsi geriyə şamil edilməlidir. Bu səbəbdən apellyasiya instansiyası qərar qəbul edən zaman 2016-cı ildən qüvvədə olan Vergi Məcəlləsinin 218-.1.1-ci maddəsində əksini tapmış vergi tutulan əməliyyatların həcmi 200.000 manata qədər artırıldığını nəzərə almalı idi.

35. Bundan əlavə Vergi Məcəlləsinin 39-cu maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar t ərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır (maddə 39.1).

36. Həmçinin Vergi Məcəlləsinin 39-cu maddəsinin tələbinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır (maddə 39.5). Vergi Məcəlləsinin 39.5-ci maddəsində müəyyə n edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır (maddə 39.6). Vergi ödəyicisi tərəfindən vergi yoxlaması aktı üzrə yazılı izahatlar və ya etirazlar təqdim edildikdə, yoxlamanın materialları vergi ödəyicisinin vəzifəli şəxslərinin və ya fərdi sahibkarın və (və ya) onların nümayəndələrinin iştirakı ilə baxılır. Vergi orqanı vergi yoxlamasının materiallarına baxılmanın yeri və vaxtı haqqında vergi ödəyicisinə əvvəlcədən məlumat verir. Vergi ödəyicisi ona əvvəlcədən məlumat verilməsinə baxmayaraq üzrlü səbəb olmadan gəlməyibsə, yoxlamanın materiallarına, vergi ödəyicisi tərəfindən təqdim edilən etirazlara, izahatlara, digər sənəd və materiallara onun iştirakı olmadan baxılır (maddə 39.7).

37. Vergi Məcəlləsinin 49-cu maddəsinin tələbinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6. yeni qərarın qəbul edilməsi.

38. İş materiallarına əsasən cavabdeh vergi orqanı ilkin olaraq 24.01.2019-cu il tarixli səyyar vergi yoxlaması aktını tərtib etmişdir. Həmin akt üzrə yoxlama materiallarına baxılaraq 11.03.2019-cu il tarixli **********178566 saylı “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” Qərar qəbul etmişdir (İ cild 96-cı səhifə). Həmin qərar əsasında səyyar vergi yoxlaması davam etdirilmiş və növbəti dəfə 03.05.2019-cu il tarixli səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. 12.06.2019-cu il tarixdə növbəti dəfə yoxlama materiallarına baxılmış və 12.06.201 9-cu il tarixli **********184965 saylı “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” Qərar qəbul etmişdir (İ cild 97-cı səhifə).

39. Lakin iş materiallarında Vergi Məcəlləsinin 39.7-ci maddəsinin tələbini özündə əks etdirən v vergi yoxlamasının materiallarına baxılmanın yeri və vaxtı haqqında vergi ödəyicisinə əvvəlcədən məlumat verilməsini sübut edən sənəd iş materiallarında mövcud deyil. Başqa sözlə desək cavabdeh vergi orqanı hər iki halda yoxlama materiallarına vergi ödəyicisinin nümayəndəsinin iştirakı olmadan baxmış və yoxlama materiallarına baxılmanın yeri və vaxtı barədə məhkəməyə sübut təqdim etməmişdir.

40. Məhkəmə kollegiyası xüsusi ilə qeyd etməyi zəruri hesab edərək bildirir ki, yuxarıda əksini tapmış maddi hüquq normalarının pozulması və tələblərinin gözlənilməmə si vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır (maddə 49.5).

41. Apellyasiya Məhkəməsinin qərarında qeyd olunur ki, yerli vergi orqanının Vergi Məcəlləsinin 49.1.3-cü maddəsi ilə ona verilmiş səlahiyyətindən istifadə etməklə səyyar vergi yoxlaması aktında mövcud olan çatışmazlıqların aradan qaldırılması üçün vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yerlərə getmədən, səyyar vergi yoxlaması zamanı əldə olunmuş sənədlər əsasında səyyar vergi yoxlaması aktındakı çatışmazlıqların və səyyar vergi yoxlaması ilə vergi ödəyicisindən əldə olunmuş sənədlər arasında olan uyğunsuzluqların aradan qaldırılması üçün əlavə əsaslandırmanın həyata keçirilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların mara qlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən həmin qanunun müddəalarının təsiri altına düşmür.

42. Məhkəmə kolllegiyası qeyd etməyi zəruri hesab edərək bildirir ki, apellyasiya instansiyası yuxarıda qeyd olunan əsaslandırma ilə hər hansı maddi hüquq normasına istinad etmədən subyektiv nəticəyə gəlmişdir.

43. Belə ki, Vergi Məcəlləsinin 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Qanunverici vergi yoxlamasının iki növünü qeyd etdiyi üçün əlavə vergi yoxlaması dedikdə yoxlama müddəti uzadılmış səyyar vergi yoxlaması başa düşülür və qəbul edilmiş “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” Qərar əsasında məhz səyyar vergi yoxlaması aktı tərtib olunur. Həmçinin əlavə vergi yoxl aması tədbirlərinin keçirilməsi zamanı baxışın, xronometrajın və inventarizasiyanın keçirilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi və vergi orqanının hüquqlarına aid edilmiş hərəkətlərin edilməsi istisna olunmur. Bundan başqa “Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 07.09.2016-cı il tarixli **********011400 saylı Azərbaycan Respublikasi Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə (Hüquqi aktların döblət reyestrinin qeydiyyat nömrəsi **********1400) təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nın 6.9-cu bəndinə əsasən səyyar vergi yoxlaması vergi ödəyicisinin və ya sığortaedənin, yaxud sığortalının təsərrüfat subyektində (obyektində), təsərrüfat subyekti (obyekti) olmadığı halda i sə vergi orqanının müəyyən etdiyi yerdə həyata keçirilir. Həmçinin həmin Qaydalarla “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” Qərarın forması təsdiq edilmişdir. Həmin təsdiq olunmuş formada 2-ci bənddə göstərilmişdir ki, “Əlavə səyyar vergi yoxlamasının müddəti______________________ gün müəyyən edilsin.” Qeydindən də görünür ki, əlavə vergi yoxlaması adlandırılmış nəzarət tədbiri dəqiq olaraq göstərilməklə müddəti artırılan səyyar vergi yoxlamasıdır ki, Azərbaycan Respublikasının Prezidentinin 15.02.2011-ci il tarixli 383 saylı fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.16-cı maddəsinə əsasən yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırı lması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə); Reyestrə daxil edilməli məlumatlara aid edilmişdir.

44. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin 18.05.2021-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18.05.2021-ci il tarixli, 21(107)-166/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndəri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar