Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1565/2022 28.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyə görə pensiya təyin edilmiş şəxsə dövlət qulluğu stajına görə əlavənin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət So sial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu pensiyasının verilməsinin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-831/2022 nömrəli, 5 may 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 23 iyun 2020-ci il tarixli, **********5 nömrəli məktubu ilə İddiaçı dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir.
2. İmtina onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci ma ddəsinə əsasən əmək pensiyası çatmış (hazırda 64,5 yaş) və ya yaşa çatanadək İ qrup əlil olmuş, bundan başqa həmin Qanunun 7-ci maddəsinin tələbləri nəzərə alınmaqla (yəni qanunla müəyyən edilmiş pensiya yaşına çatmaqla) 20.11.1-ci, 20.11.2-ci maddələrinə “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir.
3. İddiaçının yaşının 64,5-dən az (49,33 yaş) olmasına, həmçinin İ qrup əlil olmadığına görə ona sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımdan mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı məhkəməyə müraciət edərək 3-cü qrup əlilliyə görə dövlət qulluqçusu kimi almış olduğu pensiyanın dövlət qulluğuna xitam verildiyi xx.xx.2019-cu il tarixdən dövlət qulluqçusu kimi bərpa edilərək ödənilməsi və yaranmış pensiya məbləği fərqinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1971-ci ildə Ağdam rayonunda anadan olmuş, 20 dekabr 1994-cü il tarixdə ona “ümumi görməyə görə” müddətsiz olaraq üçüncü dərəcəli əlillik təyin edilmişdir. 10 iyun 1993-cü ildən 05 fevral 2019-cu ilə qədər dövlət qulluğunda 24 il 10 ay ümumi iş stajı olmuşdur. Əlillik təyin olunduğu tarixdən əlilliyə görə DSMF-nin Suraxanı rayon şöbəsi tərəfindən 3-cü qrup əlil kimi pensiya təyin olunmuş və ödənilmişdir. Daha sonra isə dövlət qulluğunda işlədiyi dövrlər nəzərə alınmaqla və 01 yanvar 2005-ci il tarixdən qüvvəyə minmiş “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 5-ci maddəsinə uyğun olaraq ona xx.xx.2010-cu il tarixdən dövlət qulluqçusu kimi 3-cü qrup əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Uzun müddət dövlət qulluqçusu kimi 3-cü qrup əlilliyə görə əmək pensiyası alsa da, 2018-ci ildə həmin pensiya dayandırılmışdır. Aparılmış araşdırma nəticəsində iddiaçıya dövlət qulluqçusu kimi əlilliyə görə pensiya təyinatının aparılmasının mümkün olmaması səbəbindən 01 oktyabr 2019-cu il tarixdən yalnız əlilliyə görə pensiya ödənişi bərpa edilmişdir.
6. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən şəxsin dövlət qulluqçusu kimi pensiya ala bilməsi üçün 3 şərtin mövcud olması tələb olunur - əmək pensi yası yaşına çatması, birinci dərəcə əlil olması və dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajının olması. Cavabdeh hazırda tələb olunan üç şərti əsas gətirməklə iddiaçıya dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Lakin ona 3-cü qrup əlillik 1994-cü ildə təyin edilmiş, qanunvericiliyə dəyişiklik edilmədən öncə dövlət qulluğunda lazım olan stajı toplamış və buna görə də, ona dövlət qulluqçusu kimi əlilliyə görə pensiya təyin edilmişdir. İşləyən əmək pensiyaçısı olduğu müddətdə qulluq stajına görə əlavələri almamalı olsa da, həmin əlavələri almış və cavabdeh tərəfindən artıq ödənilmiş həmin məbləğlər hazırda əmək pensiyasından tutulmaqdadır. İnzibati orqanın bu hərəkətindən narazılığı yoxdur. Lakin iddiaçıya əlillik təyin olu nduğu dövrdən xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan normalarda şəxsin əlillik dərəcəsindən asılı olmayaraq onun dövlət qulluqçusu kimi pensiyaya çıxmaq hüququ mövcud olmuşdur. Ona əlillik təyin oldunduğu dövrdən xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan normalarda şəxsin əlillik dərəcəsindən asılı olmayaraq onun dövlət qulluqçusu kimi pensiyaya çıxmaq hüququ mövcud olmuşdur. Göründüyü kimi cavabdeh inzibati orqan ilk növbədə ona təyin olunmuş əmək pensiyasını dayandırmış və sonradan pensiya təyinatı ödənişini bərpa etdiyi zaman qüvvədə olan qanunvericilik normalarını əsas götürmüşdür. Bununla da, qanunvericiliyin tələbləri pozulmuş, iddiaçıya ödənilməli olan pensiya məbləği əhəmiyyətli dərəcədə azalmışdır.
7. Cavabdeh iddiaya qarşı etirazında müraciəti təmin etməkdən imtina edərkən ə saslandığı eyni dəlillərə istinadla iddiaçıya dövlət qulluqçusu kimi pensiya təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından yolverilməz olduğunu bildirməklə iddianın rədd edilməsini xahiş etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 06 noyabr 2021-ci il tarixli, 2-1(112)-5715/2020 nömrəli qərarı ilə (hakim - N.İ.Abıyev) iddia təmin edilərək İddiaçı 3-cü qrup əlilliyə görə dövlət qulluqçusu kimi almış olduğu pensiyanın dövlət qulluğuna xitam verildiyi xx.xx.2019-cu il tarixdən dövlət qulluqçusu kimi bərpa edilərək, ödənilməsi və yaranmış pensiya məbləği fərqinin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya xx.xx.1994-cü il tarixdən müddətsiz olaraq üçüncü dərəcəli əlillik təyin olunmuş və onun dövlət qulluqçusu kimi əmək pensiyası almaq hüququ məhz qanunvericiliyin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına uyğun olaraq yaranmışdır.
10. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli 21(103)-846/2021 saylı qərarı ilə (sədrlik edən və məruzəçi hakim - E.Nağıyeva, hakimlər V.Məmmədov və A.Nuriyeva) cavabdehin apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 06 noyabr 2021-ci il tarixli 2-1(112)-5715/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikay əti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsində birinci icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)2239/2021 nömrəli, 7 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: X.S.Məmmədov /məruzəçi/, R.S.Nəbizadə və İ.K.Hüseynov) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-846/2021 nömrəli, 18 may 2021-ci il tarixli qərarı ləğv edilərək iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının hazırkı tələbinin əsaslı olması üçün müəyyən olunmalıdır ki, ona 29 mart 2010-cu il tarixdə əlilliyə görə pensiya təyin edilərkən o, həm də həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən dövlət qulluğundakı stajına görə əlavələri almaq hüququna malik olmuşdurmu?
16. Qanunvericiliyin bununla bağlı həmin vaxt qüvvədə olan istinad olunan normasından göründüyü kimi iddiaçı sözügedən qulluq stajına görə əlavələri o halda ala bilərdi ki, əlilliyə görə əmək pensiyası təyin edilən vaxt dövlət qulluğunda işləməyən şəxs olsun.
17. Məhkəmə tərkibi qeyd etmişdir ki, apellyasiya məhkəməsi iddianı təmin etsə də, bu istiqamətdə yəni, əlilliyə görə pensiya təyin edilərkən iddiaçının dövlət qulluğunda işləyib-işləmədiyini müəyyənləşdirmək üçün hər hansı araşdırma aparmamışdır. Bundan başqa, iş materiallarında mövcud olan sənədlərə əsasən də sözügedən məsələyə dair yekun və qəti qənaətə gəlmək hazırkı mərhələdə mümkün deyildir.
18. Belə ki, iddiaçıya 29 mart 2010-cu il tarixdə əlilliyə görə pensiya təyin edilərkən onun həmin vaxt dövlət qulluqçusu kimi fəaliyyət göstərib-göstərmədiyi ilə bağlı məsələyə dair əmək kitabçasındakı məlumatlarla X2 tərəfindən təqdim edilmiş dövlət qulluqçusunun anket məlumatları (i.v.99) arasında uyğunsuzluq vardır. Apellyasiya məhkəməsi həmin halın dəqiq müəyyənləşdirilməsinin iş üzrə həlledici əhəmiyyət kəsb etməsini nəzərə almadan sözügedən uyğunsuzluğun səbəblərini müəyyənləşdirməmiş, eləcə də mübahisəli hal üzrə vəziyyəti dəqiq müəyyən etməmişdir. ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-831/2022 nömrəli, 5 may 2022-ci il tarixli qərarı ilə (hakimlər: C.A.Yusifov /sədrlik edən/, H.Ü.Həmidov və V.Ə.B axışova) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddiaçının iddia tələbi təmin edilməmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandıraraq qeyd etmişdir ki, ”Ali Məhkəmənin qeyd olunan mövqeyi nəzərə alınmaqla, iddiaçının əmək kitabçasının əsli əldə olunub tədqiq olunmuş, eləcə də, iddiaçının pensiya işinin sənədləri təkrarən araşdırlmış və bu zaman işin aşağıdakı mübahisələndirilməyən halları müəyyən olunmuşdur: -TSEK-in xx.xx.1994-cü il tarixli qərarı ilə ona 3-cü dərəcə əlillik təyin olunmuş; 10 iyun 1993-cü ildən dövlət qulluğuna işə qəbul olunaraq aşağıdakı dövrlərdə müxtəlif vəzifələrdə çalışmışdır: xx.xx.1993 – xx.xx.1998: Nəsimi rayon əhalinin sosial müdafiəsi mərkəzində birinci dərəcəli müfəttiş; xx.xx.1998-xx.xx.2001: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri Nəsimi rayon Əhalinin sosial müdafiə mərkəzində arxivçi, müfəttiş; xx.xx.2001-xx.xx.2002: Bakı şəhəri Binəqədi rayon Əhalinin Sosial müdafiəsi mərkəzində Baş müfəttiş; 26.11. 2002-xx.xx.2003: Əzizbəyov rayon (hazırkı Xəzər rayonu) Əhalinin Sosial müdafiə mərkəzində baş müfəttiş; xx.xx.2003-xx.xx.2004: həmin Mərkəzdə baş müfəttiş, xx.xx.2004-xx.xx.2006: baş məsləhətçi; xx.xx.2006-xx.xx.2007: DSMF-nin Xətai rayon şöbəsində məsləhətçi; xx.xx.2007xx.xx.2007: DSMF-nin Səbail rayon şöbəsində baş məsləhətçi, xx.xx.2007-xx.xx.2010: Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin İqtisadi təhlil-proqnozlaşdırma və əməyin ödənilməsinin tənzimlənməsi şöbəsində böyük məsləhətçi, xx.xx.2009-xx.xx.2010: AR ƏƏSMN-nin Ağsu rayon Əhalinin sosial müdafiəsi mərkəzində baş məsləhətçi; xx.xx.2010-xx.xx.2016: Bakı şəhər Suraxanı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində baş məsləhətçi; xx.xx.2016-xx.xx.2017: ƏƏSMN yanında X1 baş məsləhətçi, xx.xx.2017-xx.xx.2019: DSMF-nin Suraxanı rayon şöbəsində baş məsləhətçi.
21. İddiaçıya xx.xx.2010-cu il tarixindən dövlət qulluqçusu kimi, 3-cü qrup əlilliyinə görə əmək pensiyası təyin edilsə də, pensiya təyin olunarkən hələ o, dövlət qulluğunda olmuş, xx.xx.2019-cu il tarixdə yalnız DSMF-nin Suraxanı rayon şöbəsində tutduğu baş məsləhətçi vəzifəsindən azad elilməklə onun dövlət qulluğuna xitam verilmişdir.
22. İddiaçının əmək kitabçasının yuxarıda qeyd olunan göstəricilərinə əsasən müəyyən olunan əmək fəaliyyətindən isə göründüyü kimi, 2010-cu ildə dövlət qulluqçusu k imi əlillik pensiyası təyin olunarkən, hələ dövlət qulluğundan ayrılmamış, dövlət orqanlarında əmək fəaliyyətini davam etdirmişdir.
23. Belə ki, əmək kitabçasının göstərilən qeydlərindən göründüyü kimi, xx.xx.2007-ci il tarixdən xx.xx.2010-cu il tarixinədək Müdafiə Sənayesi Nazirliyində (şöbəsində) böyük məsləhətçi vəzifəsində işləmiş və xx.xx.2010-cu il tarixində tutduğu vəzifəsindən azad olunmuş, lakin faktiki olaraq xx.xx.2009 - xx.xx.2010 dövründə onun Ağsu rayon Əhalinin sosial müdafiəsi Mərkəzində baş məsləhətçi, xx.xx.2010–cu il tarixdən isə Bakı şəhər Suraxanı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində xx.xx.2016-cı il tarixinədək baş məsləhətçi vəzifələrində çalışdığı təsbit olunur.
24. Başqa sözlə, əmək kitabçasına əsasən dövlət qulluqçusu kimi xx.xx.2010-cu il tarixindən əlillik pensiyası təyin olunarkən, xx.xx.2010-cu il tarixindən etibarən onun Bakı şəhər Suraxanı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində dövlət qulluğu vəzifəsində çalışmaqda davam etdiyi və xx.xx.2016-cı il tarixinədək həmin vəzifdə çalışdığı müəyyən olunur.
25. Qeyd olunmalıdır ki, əmək kitabçasın həmin qeydlərindən görünür ki, onun xx.xx.2010-cu il tarixində AR Müdafiə Sənayesi Nazirliyində (şöbəsində) tutduğu böyük məsləhətçi vəzifəsindən azad olunması barədə 41-ci qeydi nazirliyin kadrlar sektorunun müdirinin imzası və həmin sektorun dairəvi möhürü ilə təsdiq olunmuşdur. İddiaçı həmin qeydlərin düzgün olduğunu qeyd etmiş, lakin arxa tarixdən, xx.xx.2009 - xx.xx.2010-cu il tarixlərdə Ağsu rayon Əhalinin sosial müdafiəsi mərkəzində, bundan sonra isə xx.xx.2010cu il tarixdən isə Bakı şəhər S uraxanı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində çalışmağa başladığına aydınlıq da gətirə bilməmişdir.
26. Hər bir halda, iddiaçının əmək kitabçasının sözügedən qeydlərində ona xx.xx.2010-cu il tarixdən dövlət qulluqçusu pensiyası 3-cü qrup əlilliyinə görə pensiya təyin olunarkən, onun dövlət qulluğundan ayrıldığı müəyyən olunmur. Əksinə, həmin qeydlərdən birmənalı olaraq görünür ki, həmin gün, bundan əvvəl və sonra da o dövlət qulluğunda olmuşdur.
27. İş materiallarının 99-cu vərəqində olan xx.xx.2020-ci il tarixli onun “Dövlət qulluqçusunun anket” məlumatlarına gəldikdə isə həmin anket məlumatlarında da xx.xx.2010-cu il tarixdən pensiya təyin olunarkən onun dövlət qulluğunda olduğu öz təsdiqini tapır. Belə ki, həmin anket məlumatlarına əsasən iddiaçının mübahisələndirilən dövrdə əmək f əaliyyəti aşağıdakı kimi olduğu təsbit edilir: “...xx.xx.2007-xx.xx.2009: Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin İqtisadi təhlil-proqnozlaşdırma və əməyin ödənilməsinin tənzimlənməsi şöbəsində böyük məsləhətçi, xx.xx.2009-xx.xx.2010: AR ƏƏSMN-nin Ağsu rayon Əhalinin sosial müdafiəsi mərkəzində baş məsləhətçi”; xx.xx.2010-xx.xx.2016: Bakı şəhər Suraxanı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində baş məsləhətçi;
28. Əslində, əmək kitabçasının sözügedən qeydlərinə münasibətdə, sözügedən anket məlumatlarında onun xx.xx.2009-cu il tarixində Müdafiə Sənayesi Nazirliyindən tutdubğu vəzifəsindən azad edilməsi və həmin tarixdə də Ağsu rayon Əhalinin sosial müdafiəsi Mərkəzində dövlət qulluğuna işə qəbul edilməsi, reallığa daha uyğun olsa da, hər bir halda, həmin anket məlumatlarından da dəqiqiliyi ilə görünür ki, xx.xx.2010-cu il tarixdən pensiya ona dövlət qulluqçusu kimi əlillik pensiyası təyin olunarkən, o, Bakı şəhər Suraxanı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində xx.xx.2010-cu il tarixdən çalışmağa başlamaqla, xx.xx.2016-cı il taixində yalnız həmin orqanıda tutduğu vəzifəsindən azad edilərək, başqa bir dövlət strukturunda fəliyyətini davam etdirmişdir.
29. Göründüyü kimi, istər əmək kitabçasının qeydləri, istərsə də “Dövlət qulluqçusunun anketi”nin məlumatları üzrə iddiaçının, ona xx.xx.2010-cu il tarixdən dövlət qulluqçusu kimi 3-cü qrup əlilliyinə görə əmək pensiyası təyin olunarkən, konkret olaraq dövlət qulluğunda çalışdığı tam təsdiqini tapır.
30. Belə olan halda, onun “Əmək pensiyaları haqqında” Qanunun həmin vaxt qüvvədə olan 20.1.7-ci maddəsinin red aksiyasına görə dövlət qulluqnçusu kimi 3-cü qrup əlilliyinə görə pensiya hüququ yaranmır.
31. Hər iki halda, yəni, həm xx.xx.2010-cu il tarixindən ona dövlət qulluqçusu kimi 3cü qrup əlilliyinə görə pensiya təyin olunarkən həmin vaxt dövlət qulluğunda olduğuna görə iddiaçının dövlət qulluqçusu kimi həmin əlilliyinə görə pensiya hüququ yaranmamış, həm də xx.xx.2019-cu il tarixdə onun dövlət qulluğundan getməsindən sonra, onun İ qrup əlillik dərəcəsi olmadığından dövlət qulluqsçusu kimi əlilliyə görə pensiya hüququ yaranmır.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
32. Kassasiya şikayətində işin halları və iddia tələbinin dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, hazırda qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının dövlət qullu qçusu kimi pensiya ala bilməsi üçün 3 şərtin mövcud olması tələb olunur əmək pensiyası yaşına çatması, birinci dərəcə əlil olması və dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajının olması. Cavabdeh hazırda tələb olunan üç şərti əsas gətirməklə iddiaçıya dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Lakin ona 3-cü qrup əlillik 1994-cü ildə təyin edilmiş, qanunvericiliyə dəyişiklik edilmədən öncə dövlət qulluğunda lazım olan stajı toplamış və buna görə də, ona dövlət qulluqçusu kimi əlilliyə görə pensiya təyin edilmişdir. İşləyən əmək pensiyaçısı olduğu müddətdə qulluq stajına görə əlavələri almamalı olsa da, həmin əlavələri almış və cavabdeh tərəfindən artıq ödənilmiş həmin məbləğlər hazırda əmək pensiyasından tutulmaqdadır. İnzib ati orqanın bu hərəkətindən narazılığı yoxdur. Lakin iddiaçıya əlillik təyin olunduğu dövrdən xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan normalarda şəxsin əlillik dərəcəsindən asılı olmayaraq onun dövlət qulluqçusu kimi pensiyaya çıxmaq hüququ mövcud olmuşdur. Ona əlillik təyin oldunduğu dövrdən xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan normalarda şəxsin əlillik dərəcəsindən asılı olmayaraq onun dövlət qulluqçusu kimi pensiyaya çıxmaq hüququ mövcud olmuşdur. Göründüyü kimi cavabdeh inzibati orqan ilk növbədə ona təyin olunmuş əmək pensiyasını dayandırmış və sonradan pensiya təyinatı ödənişini bərpa etdiyi zaman qüvvədə olan qanunvericilik normalarını əsas götürmüşdür. 33. xx.xx.2006-cı il tarixinədək qüvvədə olan “Dövlət qulluqçularının pensiya təminatı haqqında ’’ Qanunun 5.1-ci maddəsi ilə müəyyən edilirdi ki, pensiya təyin edilməsi üçün müraciət etdiyi zaman dövlət qulluğunda olmayan və dövlət qulluğunda azı 5 il çalışmış dövlət qulluqçusunun müvafiq qanunvericiliyə əsasən pensiya yaşına çatdıqda və ya əlil olduqda bu Qanunla pensiya almaq hüququ vardır. Yəni, iddiaçı həmin dövrdə dövlət qulluğunda olduğu üçün onun dövlət qulluqçusu kimi pensiya almaq hüququ yox idi.
34. Qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası X2 tərəfindən 09/xx-xx/2667 №li xx.xx.2020-ci il tarixli məktubla məhkəməyə göndərilmiş İddiaçı barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Dövlət qulluqçularının Reyestri" informasiya sisteminə daxil edilmiş məlumatdan müəyyən olunur ki, 3-cü dərəcə dövlət qulluq çusu İddiaçı 01,08.1990-cı ildən xx.xx.2019-cu il tarixədək (xx.xx.1993- xx.xx.1998; xx.xx.1998xx.xx.2001; xx.xx.2003-xx.xx.2006; xx.xx.2007-xx.xx.2007; xx.xx.2007-xx.xx.2009; xx.xx.2009-xx.xx.2010; xx.xx.2010-xx.xx.2016; xx.xx.2016-xx.xx.2017; xx.xx.2017xx.xx.2019) dövlət qulluğunda ümumi iş stajı 21 il 11 ay 5 gün təşkil edir. Bununla da, qanunvericiliyin tələbləri pozulmuş, iddiaçıya ödənilməli olan pensiya məbləği əhəmiyyətli dərəcədə azalmışdır.
35. Kassasiyaçı Azərbaycan Respublikası Konstitusiyasının, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun, 01 iyul 2017-ci il tarixədək qüvvədə olan "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsin in İnzibati Kollegiyasının 5 may 2022-ci il tarixli 2-1(103)831/2022 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 37. “Əmək pensiyaları haqqında” Qanunun 29 mart 2010-cu il tarixə olan redaksiyası: -20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: -20.1.7. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanu nu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla);
38. İnzibati Prosessual Məcəllə: Maddə 12.1.Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 16.3. Bu Məcəllənin 96.4-cü m addəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hall arda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
39. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şi kayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
40. İş üzrə apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetin i yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
43. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də Ali Məhkəmənin 2-1(102)-2239/2021 nömrəli, 7 dekabr 2021-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə uyğun şəkildə işin hallarının tam və hərtərəfli araşdırılmasını təmin etmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
44. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya dövlət qulluqçusu pensiyasının veri lməsinin bərpa edilməsi ilə bağlı məsələni apellyasiya məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-831/2022 nömrəli, 5 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.