Məhkəmə qərarları › İş №2-1(102)-1565/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1565/2023

24.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1565/2023 24.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1962-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilmə si” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 mart 2023-cü il tarixli, 2-1(103)-1708/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. NZ seriyalı, ******* nömrəli hərbi biletə əsasən iddiaçı xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək həqiqi hərbi xidmət keçmişdir.

2. İT ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1983-cü ildə 3-cü dərəcəli dülgər-betonçu kimi qəbul edilmiş, xx.xx.1983-cü ildə işdən azad edilmiş, xx.xx.1983-cü ildə Azərbaycan SSR Tikinti Sənayə Nazirliyinin 7 saylı trestin 72 saylı Tikinti idarəsində MMMT-dən 2 saylı məntəqəyə köçürülərək 3-cü dərəcəli dülgər-betonçu kimi işə qəbul edilmiş, xx.xx.1984-cü ildə b etonçu vəzifəsinin 4-cü dərəcəsini mənimsəmişdir, xx.xx.1986-cı ildə işdən azad edilmiş, xx.xx.1986-cı ildə Bakı zavodu SQO-da 4-cü dərəcəli dülgər kimi RTU köçürülmüşdür, xx.xx.1988-ci ildə dülgərin beşinci dərəcəsini mənimsəmişdir, xx.xx.1988- ci ildə işdən azad edilmiş, xx.xx.1988-ci ildə BHAZ TMİ “Şelfprouektoriya”dan tikinti qrupuna 5-ci dərəcəli dülgər kimi qəbul edilmiş, xx.xx.1988-ci ildə işdən azad edilmiş, xx.xx.1988-ci ildə Azərbaycan SSR MS 7 saylı trestinin 73 saylı Bölüşdürücü idarəsində dülgərin 5-ci dərəcəsini mənimsəmişdir, xx.xx.1989-cu ildə işdən azad edilmiş, xx.xx.1989-cu ildə tikinti qrupuna beş dərəcəli dülgər kimi qəbul edilmiş, xx.xx.1990-cı ildə işdən azad edilmiş, xx.xx.1990-cı ildə Azərbaycan SSR X3 Nazirliyi SMU-2 5-ci dərəcəli dülgər kimi təyin edilmiş, xx.xx. 1993-cü ildə işdən azad edilmiş, xx.xx.1993-cü ildə Şeyllayihətikinti Birliyinin İxtisaslaşdırılmış Tikinti İdarəsinə köçürmə yolu ilə 2 nömrəli sahəyə 5-ci dərəcəli dülgər qəbul edilmiş, xx.xx.1993-cü ildə işdən azad edilmiş, xx.xx.1993-cü ildə Mənzil və Kommunal İdarəsi BHAZ TMİ “Şelfprouektoriya” tikinti qrupu üçün 5-ci kateqoriyalı suvaqçı tərəfindən nümunələr olmadıqda, xx.xx.1997-ci ildə işdən azad edilmiş, xx.xx.1997-ci ildə 4 №-li Tikinti-Quraşdırma İdarəsinə köçürmə yolu ilə 4-cü dərəcəli betonçu işinə qəbul edilmiş, xx.xx.1998-ci ildə işdən azad edilmiş, xx.xx.1998-ci ildə 2 saylı Tikinti Quraşdırma İdarəsində 1 nömrəli sahəyə 3-cü dərəcəli quraşdırıcı qəbul edilmiş, xx.xx.1999-cu ildə 4cü dərəcəli quraşdırıcı keçirilmiş, xx.xx.2000-ci ildə 5-ci dərəcəli quraşdırıcı keçirilmiş, x x.xx.2001-cdə 6-cı dərəcəli quraşdırıcı keçirilmiş, xx.xx.2002-ci ildə işdən azad edilmiş, xx.xx.2002-ci ildə MkDermott X2-da quraşdırıcı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2002-ci ildə 6-cı dərəcəli quraşdırıcı vəzifəsinə keçirilmiş, xx.xx.2004-cü ildə işdən azad edilmiş, xx.xx.2004-cü ildə 6-cı dərəcəli quraşdırıcı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2007-ci ildə işdən azad edilmiş, xx.xx.2022-ci ildə "xxxx" MMC-nin Ələttikinti layihəsinə fəhlə peşəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci ildə işdən azad edilmişdir.

3. İT ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.2009-cu ildə "xxxx" MMC-yə su kəməri işçisi işinə qəbul edilmiş, xx.xx.2011-ci ildə işdən azad edilmiş, xx.xx.2011-ci ildə "xxxx" MMC-yə quraşdırıcı peşəsinə qəbul edilmiş, xx.xx.2018-ci ildə işdən azad edilmiş, xx.xx.2019-cu ildə "xxxx" MMC-də quraşdırıcı vəzifəsinə qəbul edilmiş, xx.xx.2020-ci ildə işdən azad edilmiş, xx.xx.2021-ci ildə "xxxx" MMC-də quraşdırıcı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci ildə işdən azad edilmişdir. 4. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli HR-2022/BOS/GHA/R-00/103 saylı güzəştli arayışından görünür ki, iddiaçı "xxxx" MMC-də xx.xx.2011-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Quraşdırıcı (Metalkonstruksiyaların quraşdırılması üzrə) peşəsində işləmiş, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2018-ci il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyah ısı”, 29-cu hissədə öz əksini tapmış “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” bəndinə əsasən iddiaçının güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı yaranmışdır. Onun BOS Şelf MMC-də güzəştli əmək şəraitində iş müddəti 6 il 9 ay 19 gün təşkil edir. 5. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli AS05/22-028 saylı işin xarakteri haqqında güzəştli arxiv arayışından görünür ki, iddiaçı "xxxx" MMC X1 xx.xx.2021-ci ildə tarixindən xx.xx.2022-ci il tarixinədək “Quraşdırıcı” peşəsində işləyib. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”, 29-cu hissədə öz əksini tapmiş “polad və dəmir-beton konstruksiyalarının quraşdırlması üzrə quraşdırıcılar” bəndinə əsasən iddiaçının "xxxx" MMC-də güzəştli əmək şəraitində iş müddəti 0 il, 8 ay, 2 gün təşkil edir. 6. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 308 saylı güzəştli arayışından görünür ki, iddiaçı "xxxx" MMC-də xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək Quraşdırıcı (Metalkonstruksiyaların quraşdırılması üzrə) peşəsində işləmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “ Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”, 29-cu hissədə öz əksini tapmış “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” bənd inə əsasən iddiaçının güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı yaranmışdır. Onun "xxxx" MMCdə güzəştli əmək şəraitində iş müddəti 0 il 4 ay 3 gün təşkil edir.

7. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmişdir. Cavabdehin 17 avqust 2022-ci il tarixli, **********7 nömrəli məktubu ilə iddiaçının güzəştli iş stajını 12 il 6 aydan az (7 il 8 ay 19 gün (xx.xx.2011-xx.xx.2018-ci il, xx.xx.2019xx.xx.2020-ci il, xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr)) təşkil etməsi səbəbi ilə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdir ilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 60 yaşı tamam olduğu 14 may 2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsin öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehə rəsmi sənədləri ilə müraciət edərək, xx xxx 1962-cı il təvəllüdlü olduğunu və 14 may 2022-ci il tarixdən yaranmış pensiya hüququ nəzərə alınmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Qanunvericiliyin tələblərinə əsasən onun 14 may 2022-ci il tarixdə güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmışdır. Lakin cavabdeh tərəfindən onun güzəştli iş stajının tələb olunan 12 il 6 aydan az olduğu əsas gətirilməklə müraciətindən imtina edilmişdir. Cavabdeh in imtinası əsassızdır.

10. Cavabdeh iddiaya dair imtina məktubuna uyğun yazılı etiraz təqdim edərək iddianın rədd olunmasını xahiş etmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2-1(112)- 11679/2022 nömrəli qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilmiş, iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

12. Məhkəmə qeyd etmişdir ki iddiaçı xx.xx.2002-ci ildən xx.xx.2007-ci ilədək MkDermott X2-da quraşdırıcı vəzifəsində, xx.xx.2011-ci ildən xx.xx.2018-ci ilədək "xxxx" MMC-yə quraşdırıcı vəzifəsində, xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək "xxxx" MMC-də quraşdırıcı vəzifəsində, xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" MMC-də quraşdırıcı vəzifəsində işləmişdir (cəmi 12 il 06 ay 11 gün). İddiaçının işlədiyi həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda nəzərdə tutulmuşdur – Bölmə 29 - Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri, bənd a) fəhlələr: polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar.

13. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 mart 2023-cü il tarixli, 2-1(103)-1708/2023 nömrəli qərarı ilə (hakimlər: K.Əkbərov - sədrlik edən və məruzəçi, M.Tağızadə və R.Səmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

17. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunun, iddia dair etiraz ərizəsinin, eləcə də apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b. Kassasiya şikayəti nə qarşı etirazın dəlilləri

18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanun Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş h əddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il ta rixli 12 nömrəli Qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”). bölmə 29. “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri”.

21. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi i lə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayət çinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

25. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Qanu nvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

28. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razı laşır.

29. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

30. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı ona 60 yaşının tamam olduğu, yəni hüququnun yarandığı 14 may 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir.

31. Kassasiya şikayətinin təkrarlanan dəlili ondan ibarətdir ki, iddiaçının 12 il 06 ay güzəştli iş stajı yoxdur.

32. Bununla bağlı qeyd edilməlidir ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına görə iddiaçı xx.xx.2002-ci ildən xx.xx.2007-ci ilədək “MkDermott X2”-da quraşdırıcı vəzifəsində, xx.xx.2011-ci ildən xx.xx.2018-ci ilədək "xxxx" MMC-yə quraşdırıcı vəzifəsində, xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək "xxxx" MMC-də quraşdırıc ı vəzifəsində, xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" MMC-də quraşdırıcı vəzifəsində işləmişdir. Belə olan halda, onun güzəştli iş stajı cəmi 12 il 06 ay 11 gün təşkil edir.

33. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının işlədiyi peşələr hazırkı qərarın 20-ci bəndində göstərilən siyahının 29-cu bölməsinə (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri, bənd a) fəhlələr: polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar) uyğundur.

34. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır.

35. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanunazidd olmuş və onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

36. Odur ki, iddiaçıya hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə apellyasiya məhkəməsinin qərarı əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 mart 2023-cü il tarixli, 21(103)-1708/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar