Məhkəmə qərarları › İş №2-1(102)-1566/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1566/2021

05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1566/2021 05.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (kassasiyanın mümkünsüzlüyü, şikayətin imzalanmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı arxiv arayışının verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-716/2021 n ömrəli, 17 fevral 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.08.1992ci il tarixdən 12.05.1994-cü il tarixinədək elan olunan atəşkəsə qədər və təxris olunduğu 17.07.1996-cı il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan 702, N və N saylı hərbi hissələrdə bütün xidmətlərinin hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılması və nəticəsi barədə qərar qəbul etməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, qəbul edilmiş qərarın araşdırılmasının nəticəsi olaraq 10.08.1992-ci il tarixdən 12.05.1994-cü il tarixinədək, elan olunan atəşkəsə qədər və təxris olunduğu 17.07.1996-cı il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan 702, N və N saylı hərbi hissələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi barəsində qərardan irəli gələn ehtiyata buraxılması haqqında arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

2. Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2-1(112)-6512/2020 nömrəli qərardadı ilə (hakim: F.İ.Mədətli) iddia mümkün sayılmamışdır.

3. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələbi qeyri-müəyyən olmaqla iddianın mümkünlük şərtlərini ödəmir.

4. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv olunmasını və işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-716/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: V.M.Ağayev və A.Ə.Hüseyn) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2-1(112)-6512/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 7.İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək şi kayətin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN DƏLİLLƏRİ, KASSASİYANİN MÜMKÜNLÜYÜ:

8. İddiaçının kassasiya şikayətini nəzərdən keçirərkən müəyyən edilmişdir ki, şikayət vəkil tərəfindən tərtib edilib imzalansa da, iddiaçı tərəfindən imzalanmamışdır.

9. Bununla əlaqədar, dinlənilmə hüququnun təmin edilməsi üçün iddiaçının verdiyi şikayət üzrə kassasiya icraatının mümkünlüyü məsələsinə baxılması 05 oktyabr 2021-ci il tarixinə məhkəmə iclasına təyin edilmiş, bu barədə, tərəflərə müvafiq məhkəmə bildirişi göndərilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları:

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə kollegiyasının iclasında t əmsil olunmamışlar. TƏTBİQ EDİLƏN HÜQUQ:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 407.3 Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.2 Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 90.3 Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hal larda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qəra rdadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

13. Bu Qərarın 11-12-ci bəndlərində qeyd edilən normaların tələbindən göründüyü kimi, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır.

14. İşdən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20.04.2021-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilmiş, ona dövlət hesabına vəkil təyin edilməsi qərara alınmış və icra edilməsi üçün göndərilmişdir. 15. 28 saylı Vəkil Bürosunun vəkili Vəkil 09 iyul 2021-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin hakimi A.Nuriyevaya aşağıdakı məzmunda məktub göndərmişdir: “İddiaçı dövlət hesabına hüquqi yardımın göstərilməsi ilə əlaqədar Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasın ın 20.04.2021-ci il tarixli qərardadının icrası kassatorla əlaqə saxlamaq mümkün olmadığından yubanmışdır. Kassatorla hal-hazıradək əlaqə saxlamaq və kassasiya şikayətini imzalatdırmaq mümkün olmamışdır. Odur ki, öz vəzifəmi yerinə yetirərək tərəfimdən tərtib edilmiş kassasiya şikayətini İddiaçı imzalamadan Sizə göndərirəm.”

16. İddiaçının şikayəti vəkil tərəfindən imzalansa da, iddiaçının özü tərəfindən imzalanmadığından, ona müvafiq məhkəmə bildirişi göndərilməklə qeyd olunan çatışmazlıq onun diqqətinə çatdırılmış, bu çatışmazlığın aradan qaldırılması, imzalanmış şikayətin təqdim edilməsi təklif olunsa da, məhkəmə iclasının keçirildiyi günədək iddiaçı və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış kassasiya şikayəti məhkəmə kollegiyasına təqdim edilməmişdir. İddiaçı məhkəmə ic lasına da gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə heç bir məlumat daxil olmamışdır.

17. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçının şikayəti üzrə kassasiya icraatı mümkün sayıla bilməz. Odur ki, şikayətin qəbulundan imtina edilməlidir.

18. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası Qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-716/2021 nömrəli, 17 fevral 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar