Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1566/2023 07.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qaçqın statusunun verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın qanunsuz sayılaraq ləğv edilməsi və ailə üzvləri ilə birlikdə ona qaçqın statusunun verilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1460/2023 nömrəli, 17 mart 2023-cü il tarixli qərarından iddiaç ı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Nigeriya Federativ Respublikasının vətəndaşı olan iddiaçı cavabdehə müraciət edərək ona qaçqın statusunun verilməsini xahiş etmiş, cavabdehin 12 sentyabr 2022-ci il tarixli, İQ-20/6 nömrəli qərarı ilə vəsatət rədd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixli, İQ-20/6 nömrəli qərarının qanunsuz hesab olunması və ailə üzvləri ilə birlikdə ona qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Nigeriya Federativ R espublikasının Delta ştatının Abgor şəhərində doğulmuşdur. Milliyətcə nigeriyali-igbo tayfasındandır. Dini etiqadına görə xristiandır. 1982-1989-cu illərdə Abgor şəhərində ibtidai təhsil almış, 1990-1995-ci illərdə Abgor şəhərində “X2”da orta təhsilini başa vurmuş, 20022004-cü illərdə Benin şəhərində kompüter elmləri üzrə oxumuşdur. 2013-cü ildə Benin şəhərində Harvestime İnstitutunda ilahiyyat üzrə oxumuşdur. 2014-2016-cı illərdə Benin şəhərində Open Universitetində Petroleum marketing ixtisası üzrə təhsil almışdır. İxtisasca neft marketing mütəxəssisidir. 2004-2012-ci illərdə Verri şəhərində Top Chemicals ve Solace microfinance limited şirkətlərində çalışmışdır. 2016-2019-cu illərdə Benin şəhərində sahibkar kimi fəaliyyət göstərmişdir. 2021-ci ilin sentyabrdan 2022-ci ilin mart ayına kim i Dubayda EXPO sərgisində mütəxəssis kimi işləmişdir. Atası vəfat etmiş, iki bacısı və anası isə hal-hazırda Nigeriyada qalır. X1 adlı Nigeriya vətəndaşı ilə evlidir. Bu nikahdan dörd qız övladı dünyaya gəlmişdir. Həyat yoldaşı və dörd qızı ilə birlikdə sığınacaq üçün Azərbaycana gəlmiş, sığınacaq üçün müraciət etməmişdən qabaq Gürcüstana gedib geri qayıtmışdır. İnsanları qonaqpərvər olmadığına görə Gürcüstanda sığınacaq üçün müraciət etməmiş və yenidən Azərbaycana geri qayıtmışdır. Hal-hazırda Azərbaycanda ünvan 1 ünvanında müvəqqəti olaraq yaşayır. Ölkəsini tərk edərək Azərbaycanda sığınacaq axtarmasına səbəbləri olduqca çoxdur. Belə ki, ölkəsində təhlükəsizliklə bağlı problemlərin olması və ölüm hallarının artması, Benin şəhərində müsəlman Fulani tayfasının dini zəmində xristianlara tez -tez hücum edilməsi və onların öldürülməsi, tayfalar arası və dinlər arası ədavətin güclənməsi, oğurluq hallarının artması, uşaq oğurluqlarının çoxalması, heç kimlə şəxsi düşmənçiliyi olmamasına baxmayaraq, motosikletinin yandırılması, ölkədəki mövcud vəziyyətin qarışıq olmasına baxmayaraq, ölkə başçısının və polisin rəhbərliyinin Fulani tayfasından olduğu üçün polisin bu halların qarşısını almaqda gücsüz olması, 2019-cu ildə iyun ayının 24-də Benin şəhərində ofisinin digər ofislərlə birlikdə yandırılması, 2019-cu ilin aprel ayında uşaqlarının oxuduğu məktəbdə silahlı atışma olması, atışma zamanı məktəb direktorunun qolundan yaralanması, 2021-ci ilin avqust ayının 26-da atasının naməlum şəxslər tərəfindən oğurlanaraq girov saxlanılması və azad edilməsi üçün pul istənilməsi, lakin atasının girovluqda olduğu üçün ürək tutmasından vəfat etməsi olmuşdur. Beləliklə, o bütün bu yaşadıqlarına dözə bilmədiyi üçün ailə üzvləri ilə birlikdə ölkəni tərk edərək qaçqın statusu ilə bağlı cavabdeh quruma müraciət etmiş, lakin cavabdeh tərəfindən ona imtina verilmişdir. Cavabdehin etirazları:
4. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, ərizəçinin ərizə-anketin qeydiyyatı və müsahibə zamanı söylədiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və bu məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, ərizəçi özünün və ailə üzvlərinin etibarlı pasportlarını təqdim edərək adını, yaşını, vətəndaşlığını sübut etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Ərizəçinin qaçqın statusunun verilməsi ilə bağlı de diklərinin təhlili aparılarkən təqdim etdiyi digər məlumatların təhlili zamanı şəxsin verdiyi məlumatlar da inandırıcılıq baxımından qiymətləndirilmişdir. Təhlil zamanı əldə edilmiş nəticələrdən və özünün də verdiyi məlumatlardan onun ümumilikdə ölkəsini təhlükəsizlik nöqteyi-nəzərindən tərk etdiyi, lakin şəxsən özünə və ailə üzvlərinə qarşı hansı bir təhdid və ya təqibin olmadığı müəyyən olunmuşdur. Şəxsin ofisinin yandırılması ilə bağlı məlumatların təhlili və mənşə ölkəsi haqqında aparılan araşdırmalar zamanı Nigeriya bazarlarında bu cür yanğın hadisələrinin tez-tez baş verməsi, səbəbinin isə yüksək elektrik gərginliyi, mağazalarda kimyəvi məhsulların olması, yanğınsöndürmə xidmətinin normal fəaliyyət göstərməməsi ilə bağlı olduğuna dair nümunələrə rast gəlinmişdir.
5. İddiaçının ərizə- anketinin qeydiyyatı və müsahibə zamanı verdiyi məlumatlardan Abgor şəhərində doğulmasını, anası və bacısının Verri şəhərində yaşamasını, 2004-2012ci illərdə Verri şəhərində işləməsini nəzərə alaraq onun mənşə ölkəsində yerdəyişmə alternativinin olmasını göstərmişdir. Həmçinin ərizəçinin təqdim etdiyi pasportlara əsasən onun 2016, 2018, 2019-cu illərdə Dubaya səfər etməsi, 2019-cu ildə ölkəsini tərk edərək 3 il ərzində Dubayda yaşayıb işləməsi, Dubayda keçirilən sərgi zamanı Azərbaycan haqqında verilən məlumatlarla tanış olduqdan sonra Azərbaycana gəlməsi, Azərbaycana gəldikdən sonra Gürcüstana səfər edərək vəziyyəti qiymətləndirməsi, Gürcüstanın qaçqın statusuna müraciət etmək üçün uyğun yer olmadığını bildirməsi, Azərbaycana qayıtdıqdan sonra qaçqın statusunun verilməsi ilə bağlı müraciə t etməsi İddiaçı sığınacaq deyil gələcək həyatı üçün daha yaxşı şəraiti olan ölkə axtarışında olduğunu müəyyənləşdirmişdir. Həmçinin onun verdiyi məlumatlardan əldə edilmiş nəticəyə əsasən vətəndaşı olduğu ölkə istər dövlət qurumları tərəfindən, istərsə də digər qruplaşmalar tərəfindən şəxsən təhdid və ya təqiblərə məruz qalmaması onun “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq qaçqın statusunun verilməsi meyarlarına uyğun olmadığını göstərmişdir.
6. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, onun qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər Azərbaycan Respublikası qa nunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir (“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması ü zrə Komissiyanın 12 sentyabr 2022-ci il tarixli, 20 saylı protokolu). Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikasının qanunun 1-ci maddəsinə əsasən qaçqın Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Belə ki, yuxarıda göstərilən norma ha nsı şəxslərin qaçqın olma dairəsini müəyyən etmişdir. Beləliklə, şəxslə və ailə üzvləri ilə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə işin hallarında əsaslandırılmış təqib qorxusu mövcud olmadığından DMX tərəfindən əcnəbi şəxsə münasibətdə əsaslı olaraq qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13505/2022 nömrəli, 22 dekabr 2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçının ona “qaçqın” statusunun verilməsi ilə bağlı dəlilləri qanunvericiliklə («Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə) “qaçqın”a verilən anlayışın tələbləri, buna dair əlamətlərlə əhatə olunmur. Eləcə də iddiaçı v ətəndaşı olduğu ölkədə təhlükəsizliyinin təmin edilməməsini, təqiblərə məruz qalmasını təsdiqləyən tutarlı sübutlar təqdim etməmiş, onun dəlilləri isə mülahizələrə söykənir
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1460/2023 nömrəli, 17 mart 2023-cü il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti ver ərək qərarın ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiyasına qaytarılmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçının kassasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Kassasiya şikayətini hüquqi cəhətdən əsaslandırmaq üçün Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş «“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası»nın 1-ci bəndinin 5-ci hissəsinə, 8-ci bəndinə və Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında 21 May 1999-cu il Qanununun 1-ci maddəsinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Cavab deh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti ve rən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
19. İşin araşdırılmış hallarına görə, iddiaçının cavabdehə müraciəti ilə bağlı cavabdeh tərəfindən inzibati icraat başlanmış, təqdim edilmiş sənədlərin surətləri inzibati icraata dair işə əlavə edilmiş, iddiaçının dinlənilmə hüququ təmin olunaraq onunla müsahibələr keçirilmiş, inzibati icraatın nəticəsi olaraq vəsatətin təmin olunmaması, yəni iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsindən imtina barədə əsaslandırılmış qərar qəbul edilmişdir.
20. İddiaçının müraciətinə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Q aydasının tələblərinə uyğun baxılmış və qərar qəbul edilmişdir. Həmin Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir.
21. İddiaçının müraciəti ilə başlanmış inzibati icraat materialları məhkəmə araşdırmasının predmeti olmuşdur. 22. “Qaçqınların və məcburi köçkünl ərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, qaçqın Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir.
23. İnzibati icraat zamanı müəyyən edilmişdir ki, iddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğ ul olmamış, irqi əlamətinə və milliyyətinə görə təqibə məruz qalmamışdır. O, həmçinin dövlət orqanları tərəfindən hər hansı əlamətə, o cümlədən dini etiqadına görə təqib olunmamışdır. İddianın əsaslarından da göründüyü kimi, iddiaçı yaşadığı ölkəni tərk etməsini ölkəsində qeyri-stabil vəziyyətlə əlaqələndirilmiş və gələcəkdə həyatı üçün təhlükə olacağını ehtimal etmişdir.
24. Məhkəmənin qənaətinə görə, iddiaçının mənşə ölkəsində təqibə məruz qalacağı ilə bağlı real riskin mövcudluğu iş üzrə müəyyən olunmuş hallarla təsdiq olunmur. Belə ki, iddiaçı bu barədə məhkəməyə hər hansı ciddi və mötəbər sübut təqdim etməmişdir.
25. Beləliklə, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit olunmuş “qaçqın” anlayışı ilə əhatə olunmadığından cavabdehin imtinası əsaslı olmuşdur.
26. İddiaçının BMT-nin “Qaçqınların statusu haqqında” Konvensiyasına istinadı da vəziyyəti dəyişmir. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit olunmuş “qaçqın” anlayışı həmin Konvensiyada təsbit edilmiş “qaçqın” anlayışına uyğundur. İddiaçı isə həmin anlayışa uyğun gələn şərtləri təmin etmir.
27. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kolleg iyasının 2-1(103)-1460/2023 nömrəli, 17 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.