Məhkəmə qərarları › İş №2-1(102)-1566/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1566/2025

05.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1566/2025 05.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: müddətin ötürülməsinə görə apellyasiya şikayətinin mümkün sayılmaması; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyya t Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödənilən məbləğin geri qaytarıldığı günədək gecikdirilən hər gün üçün vergi ödəyicisinə 0,1 faiz məbləğinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 05 fevral tarixli, 2-1(103)-1281/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı İnzibati Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, 2-1(112)10126/2024 nömrəli qərarı ilə (hakim B.Cəlalov) iddia tələbi təmin edilmiş, iddiaçı tərəfindən artıq ödənilmiş 29500,0 (iyirmi doqquz min beş yüz) manat pul vəsaiti geri qaytarılanadək gecikdirilən 814 təqvim günü üzr ə 24013,0 manat məbləğin ödənilməsi barədə rəyin verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

2. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 fevral 2025-ci il tarixli, 2-1(103)-1281/2025 nömrəli qərardadı ilə (hakimlər P.Hüseynov /sədrlik edən və məruzəçi/, Ş.Məmmədova, C.Məmmədov) cavabdeh tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, 2-1(112)-10126/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmayaraq apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir.

3. Apellyasiya məhkəməsinin mövqeyinə görə, Bakı İnzibati Məhkəməsinin 21(112)-10126/2024 nömrəli, 30 sentyabr 2024-cü il tarixli qərarı cavabdeh Azərbaycan Resp ublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən elektron kabinet vasitəsi ilə xx.xx.2024-cü ildə rəsmi qaydada alınmışdır. Apellyasiya şikayəti isə cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, qanunla müəyyən edilmiş qərardan şikayət vermə müddəti (30 gün) cavabdeh tərəfindən buraxılmışdır (32 gün). Apellyasiya şikayəti məhkəməyə daxil olduqdan sonra Bakı Apellyasiya Məhkəməsi tərəfindən cavabdehə məktub göndərilərək qərardan apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə və sübutların məhkəməyə təqdim edilməsi bildirilmişdir. Cavabdeh buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizəni məhkəməyə təqdim etsə də, həmin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi. Buna görə də buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməlidir.

4. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 fevral 2025-ci il tarixli, 2-1(103)-1281/2025 nömrəli qərardadının ləğv olunmasını və işin mahiyyəti üzrə baxılması üçün təkrar apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Cavabdeh kassasiya şikayətini buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə eyni məzmunda əsaslandırmış, əlavə olaraq məhkəmənin qərardadında göstərilənlərlə bağlı qeyd etmişdir ki, inzibati məhkəmələrdə icraat 2 formada, yəni İPM 9-1-ci maddəyə əsasən, elektron və ənənəvi (kağız daşıyıcılarla olan yazışmal ar) üsullarla aparılır. İddia ərizəsi isə məhkəməyə əlbəəl üsulla təqdim olunmuş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)10126/2024 nömrəli Qərarından görüldüyü kimi, müvafiq qərar elektron qeydiyyatı yoxdur. Belə olan halda, məhkəmənin həmin qərarı poçt üsulu ilə tərəfə göndərməli olduğu halda, bunu etməmiş və apellyasiya məhkəməsi isə bu hala ümumiyyətlə qiymət verməmişdir. Həmçinin “İnformasiya əldə etmək haqqında” Qanunun tələbləri pozularaq müvafiq qərardad qəbul edilmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

5. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023- cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

6. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəli llər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

7. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həl l edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

8. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əgər inzibati məhkəmə icraatının iştirakçıları qanunla nəzərdə tutulmuş müddəti bu və ya digər səbəbdən ötürmüşlərsə, müddətin bərpa edilməsinə dair vəsatətlə birlikdə müddətin üzürlü səbəbdən ötürülməsi və ya ötürülmədiyi barədə müvafiq sübutlar təqdim etməlidirlər. Belə sübutlar təqdim edilmədiyi təqdirdə apellyasiya şikayətinin mümkün sayılmaması barədə apellyasiya instansiyası məhkəməsinin qərardadlarından verilmiş kassasiya şikayətləri də təmin edilmir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-3657/2024 nömrəli; xx.xx.2024-cü il tarixli 2-1(102)-2151/2024 nömrəli; xx.xx.2024-cü il tarixli 2-1(102)-2359/2024 nömrəli; xx.xx.2024-cü il tarixli 2-1(102)1737/2024 nömrəli; xx.xx.2024-cü il tarixli 2-1(102)-1506/2024 nömrəli qərardadları; xx.xx.2024-cü il tarixli 2-1(102)-2187/2024 nömrəli; xx.xx.2024-cü il tarixli 2-1(102) 1170/2024 nömrəli; xx.xx.2024-cü il tarixli 2-1(102)-1167/2024 nömrəli; xx.xx.2023-cü il tarixli 2-1(102)-2463/2023 nömrəli; xx.xx.2023-cü il tarixli 2-1(102)-1617/2023 nömrəli; xx.xx.2023-cü il tarixli 2-1(102)-524/2023 nömrəli qərarları).

9. Nəzərə alınmalıdır ki, prosessual müddətlərin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək im kanı yaradır.

10. Məhkəmə kollegiyası hazırkı işin hallarına münasibətdə nəzərə alır ki, apellyasiya məhkəməsinin də qeyd etdiyi kimi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)10126/2024 nömrəli, 30 sentyabr 2024-cü il tarixli qərarı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən elektron kabinet vasitəsi ilə 18 oktyabr 2024-cü ildə rəsmi qaydada alınmışdır. Apellyasiya şikayəti isə cavabdeh tərəfindən 20 dekabr 2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, qanunla müəyyən edilmiş qərardan şikayət vermə müddəti (30 gün) cavabdeh tərəfindən buraxılmışdır. Cavabdeh tərəfindən isə buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə məhkəməyə təqdim edilsə də, həmin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübutlar ərizəyə əlavə olunmamışdır.

11. Cavabdehin kassasiya şikayətində göstərdiyi dəlillərlə bağlı isə kollegiya bir daha qeyd edir ki, qərarın elektron qaydada imzalanaraq cavabdeh qurum Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə məxsus şəxsi elektron kabinetində yerləşdirildiyi iş materialları üzrə öz təsdiqini tapmışdır, müvafiq olaraq şikayət vermə müddətinin axımı da həmin təqdim edilmə anından hesablanmalıdır.

12. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmi n edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Bundan başqa, iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

13. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 05 fevral tarixli, 2-1(103)-1281/2025 nömrəli qərardadından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar