Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1567/2021 06.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyi Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: diplom üzrə ixtisasın tanınması Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili Vəkil1 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi Cavabdehnə (bundan sonra cavabdeh) qarşı Azərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə “xarici dövlətin ali təhsil sahəsində bakalavr diplomu üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-918/2021 saylı, 20 aprel 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Rusiya Federasiyasının X2 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu tərəfindən 23.03.2006-cı ildə verilmiş diplomun Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, iddiaçı həmin Universitetinin “Pedaqogika və Psixologiya” ixtisası üzrə mütəxəssis proqramını mənimsəmiş və dövlət yekun attestasiyasını uğurla keçmişdir. Dövlət imtahan komissiyasının qərarı ilə “Pedaqogika və X3” ixtisas dərəcəsi verilmişdir. Sözügedən bakalavr diplomu Rusiya Federasiyasının X2 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunun rektoru Klimov S.M və Moskva şəhəri təhsil Departamentinin Q.T.Alimov apostili ilə 25.05.2012-ci il tarixdə təsdiq olunmuşdur.
2. Rusiya Federasiyasının X2 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu tərəfindən 23.03.2006-cı ildə verilmiş diploma 23.03.2006-cı il tarixli əlavənin Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, iddiaçı həmin Universitetinin “Pedaqogika və Psixologiya” istiqaməti üzrə bakalavr təhsili aldığı zaman 50 fəndən qənaətbəxş, məqbul, yaxşı və kafi qiymət almış, 3 kurs işi yazmış və ixtisası üzrə dövlət imtahanlarını vermişdir. Əlavə də iddiaçının təhsil müddətinin 5 il olduğu göstərilmişdir. 3. 1 saylı Yerli İqtisad Məhkəməsinin 27 fevral 2007-ci il tarixli 2393/5-497 saylı qətnaməsi ilə (hakim Ü.Mayılov) iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin cavabdeh Rusiya Federasiyasının X2 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunun Bakı Filialına qarşı iddiası təmin edilərək, filialın fəaliyyətinin dayandırılması və cavabdeh müəssisədə təhsil alan şəxslərin təhsil hüquqlarının qüvvədə olan qanunvericiliyə uyğun təmin olunması Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilməsi qət edilmişdir.
4. İddiaçının müraciəti əsasında verilmiş elektron cavab məktubundan müəyyən olunur ki, İddiaçı xarici ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə 24. 12.2018-ci il tarixli müraciətinə baxılmış, Rusiya Federasiyasının X2 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutuna Azərbaycan Respublikası ərazisində təhsil fəaliyyəti ilə məşğul olmaq üçün Təhsil Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.7-cı bəndinə əsasən, A784F7F72757942 nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab olunmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı 6 dekabr 2019-cu il tarixdə cаvаbdeh Azərbaycan Respublikası Təhsil Nazirl iyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, diplomun ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) və müvafiq şəhadətnamə verilməsi öhdəliyinin cavabdeh Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2000-ci il tarixdə Rusiya Federasiyasının X2 Əlaqələr, İqtisadiyyat və X4 və psixologiya fakültəsinin qiyabi şöbəsinə ödənişli əsaslarla qəbul olunmuşdur. 2006-cı il tarixdə həmin institutu bitirmişdir. Təhsil aldığı müddətdə hər il təhsil haqqını ödəmişdir. Diplom almadan öncə əmək fəaliyyətinə başlamışdır. Bu səbəbdən də diplomla əlaqədar zərurət olmadığından onun Təhsil Nazirliyi tərəfindən nostrifikasiya olunması barədə məlumatı olmamışdır. Bu hal iddiaç ıya yalnız 2013-cü ildə tutduğu vəzifəni dəyişmək istəyərkən məlum olmuşdur. Təhsil aldığı beş il ərzində imtahanlarını müvəffəqiyyətlə vermişdir. Təhsil haqqı ödəmişdir. Dəfələrlə instituta Təhsil Nazirliyi tərəfindən nümayəndələr gəlib, yoxlamalar aparılıb, tədbirlər həyata keçirilib və nəhayət dövlət imtahanı vermişdir. Bundan əlavə olaraq təhsil aldığı dövrlərdə institutdan başqa universitetlərə və eləcə də başqa universitetlərdən başqa instituta Təhsil Nazirliyinin əmri ilə tələblər köçürülmüşdür. 03.07.2015-ci il tarixdə iddiaçıya imtina məktubu verilmişdir. Lakin çoxsaylı şikayəti əsasında nəhayət ki, üzərindən 3 il yaxın bir müddət keçənə yaxın məlum olmuşdur ki, iddiaçıya imtina verilməsi qanunsuz olmuşdur. Halbuki, iddiaçı bütün sənədləri toplayaraq Təhsil Nazirliyinə müraciət et mişdir. İddiaçı hesab edir k, şifahi müsahibədən uğurla keçmişdir. Belə ki, imtahan zamanı iddiaçıya verilən suallara tam və dəqiq cavab verilmiş, lakin sentyabrda müsahibədən keçməyinə baxmayaraq, cavabı sistemə yaxın vaxtlarda yerləşdirilir. Həmin cavabda isə iddiaçının tamam başqa imtina cavabı verildi ki, həmin institut ölkədə qanunsuz fəaliyyət göstərdiyindən diplomunun tanınması mümkün olmamışdır. İnstitutun fəaliyyəti 2007-ci ilin avqust ayında dayandırılmış, iddiaçı isə 07.02.2006-cı ildə artıq institutu bitirmiş, diplom əldə etmişdir. Həmin vaxtadək isə institut tam qanuni olaraq lisenziya əsasında fəaliyyət göstərmişdir. Buna görə də müsahibədən uğurla keçdiyinə görə Təhsil Nazirliyinin bu əsasla diplomunun tanınmasından imtina etməsi tam qanunsuz və əsassızdır. İddiaçı Azərbayca n Respublikasının Təhsil Nazirliyi tərəfindən süni maneələr yaradılaraq, 2013-cü ildən diplomunun ekvivalentliyinin müəyyən edilməsi bu günə kimi mümkün olmamışdır. Halbuki, iddiaçı ilə təhsil almış, hazırlıq səviyyələri iddiaçıdan qat-qat aşağıda olan digər vətəndaşların öz diplomlarının ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) məsələsi öz həllini çoxdan tapmışdır. İddiaçı qeyd edir ki, rus dilini mükəmməl, ixtisasını qənaətbəxş bilmiş olsa da, diplomunun tanınmasından qanunsuz şəkildə imtina edilir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2090/2020 saylı, 18 fevral 2020-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl Cavabdeh il ə əvəz edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin eyni tarixli qərardadı ilə Təhsil Nazirliyi hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
9. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
10. Azərbaycan Respublikası X10nin məhkəməyə ünvanladığı 10.03.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 11 avqust 1976-cı il təvəllüdlü iddiaçı 2000-ci ildə ali, tam və ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə keçirilmiş qəbul imtahanlarında iştirak etmək üçün müraciət etmiş abituriyentlər sırasında aşkar edilməmiş, heç bir təhsil müəssisəsinə qəbul olmamış və barəsində X10 (Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən hər hansı təhsil müəssisəsinə qəbul əmri verilməmişdir.
11. Bakı İnzibati Məhkəməsinin (hakim X9, 2-1(112)-2090/2020 saylı iş) 22 oktyabr 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.
12. Birinci instansiya məhkəməsi qərarını əsaslandırarkən qeyd etmişdir ki, iddiaçının təhsil aldığı Rusiya Federasiyasının X2 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunun Bakı Filialı lisenziyasız fəaliyyət göstərmişdir. İddiaçının təhsil aldığı ali təhsil müəssisəsi fəaliyyət göstərdiyi dövrdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada akkreditasiyadan keçmədən, xüsusi lisenziya almadan qanunsuz fəaliyyət göstərdiyindən, iddiaçının hazırkı tələbi əsassız olmuşdur.
13. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı İnzi bati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X7-məruzəçi, X5 və X15, 2-1(103)-918/2021 saylı iş) 20 aprel 2020-cu il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
15. İddiaçı 16 iyun 2021-ci il tarixdə qərarın surətini almış, 7 iyul 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin olunması və ya işin apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
16. Apelyasiya instansiyası məhkəməsi işin obyektiv araşdırılmasın da obyektiv olmamış, işin tam araşdırılmasını təmin etməmişdir.
17. Üçüncü şəxs Rusiya Federasiyasının X2 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunu məhkəmə çəkişməsi barədə məlumatlandırmayıb, iştirakını təmin etməmişdir. Həmin institutun fəaliyyəti ilə bağlı Vergi Xidmətinə, Ədliyyə Nazirliyinə və s. əlaqədar qurumlara sorğular göndərməmiş, Təhsil Nazirliyi tərəfindən 2007-ci ildən əvvəl və sonra bu instituta köçürülən və İnstitutdan köçürülən tələbələrlə bağlı sorğu verməmişdir.
18. İnstitutun fəaliyyəti 2007-ci ilin avqust ayında dayandırılmış, iddiaçı isə 7 fevral 2006-cı il tarixdə institutu bitirmiş, diplom əldə etmişdir. Həmin vaxtadək institut tam qanuni olaraq lisenziya əsasında fəaliyyət göstərmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kasasiya şikayətinə qarş ı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
21. Cavabdehin nümayəndəsi və vəkili X6 ərizə göndərərək 02-20 oktyabr tarixlərində məzuniyyətlə bağlı ölkə hüdudlarından kənarda olacağına görə işə baxılmasının digər tarixə təxirə salınmasını xahiş etmiş, ərizəsi məhkəmə kollegiyası tərəfindən təmin olunmamışdır.
22. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq üçüncü şəxs məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 23. “Təhsil haqqında” Qanun: Maddə. 27.1. Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün хüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir (19 iyun 2020-ci ilə qədər olan redaksiya). Maddə 27.4. Xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29.0.21. Xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qa ydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Maddə 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. 24. 8 sentyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının 1992-ci il 7 oktyabr tarixli 324 nömrəli Təhsil Qanunu: Maddə
13. Təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statu su alırlar. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli 01.03.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.278.28-ci bəndlərinə görə nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. 25. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 05.09.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 və 44.2-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
26. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə görə nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları: -1.1-ci bənd. Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; -1.6-cı bənd. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; -3.2-ci bənd. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: -ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; -xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). -3.6-cı bənd. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynə lxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; -3.7-ci bənd. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yo xdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. 28. “Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında” 1996-cı il tarixli Qanun: Maddə
12. Hüquqi şəxslər, xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri yalnız dövlət qeydiyyatına alındıqdan sonra xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə məşğul olmaq üçün “Sahibkarlıq fəaliyyəti haqqında2 Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada lisenziya ala bilərlər. Maddə
22. Bu Qanun qəbul edilənədək başqa orqanlarda dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filiallarının və nümayəndəliklərinin qeydiyyat sənədləri müvafiq ədliyyə orqanlar ına təhvil verilir və onlar bu orqanlarda uçota alınırlar. 29. “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 4 oktyabr 1997ci il tarixdə 637 nömrəli Fərmanı: Təhsil Nazirliyi ali və orta ixtisas təhsil müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyəti üzrə lisenziya verən orqan kimi müəyyən edilsin.
30. Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2002-ci il tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”: 1.5-ci bənd. Xarici hüquqi və fiziki şəxslər, habelə xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri öz öhdəliklərində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda, həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu qaydalara uyğun olaraq lisenziya almalıdırlar. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələri istisna olmaqla, hər bir təhsil müəssisəsi təhsil fəaliyyəti göstərmək üçün “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada lisenziya almalıdır. Təhsil müəssisələrinə lisenziya müddətsiz verilir. 31. “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında bəzi fə aliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar: 1.5-ci bənd. Xarici hüquqi və fiziki şəxslər, habelə xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri öz ölkələrində bu qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda, həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar. Qaydaların 2 №-li əlavəsinə əsasən ali təhsil sahəsində fəaliyyətin göstərilməsi üçün xüsusi razılıq (lisenziya) alınması tələb olunur.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 may 1998-ci il tarixli 112 nömrəli Qərarı ilə təsdiq edilmiş (Qərar qüvvədən düşmüşdür) “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili mü əssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları”: 1.4-cü bənd. Xarici hüquqi şəxslərin filialları öz ölkələrində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda, onlar həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar.
33. İnzibati Prosessual Məcəllə: Maddə
58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət hə ddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə ş ikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
34. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstəri lmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
35. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. İddiaçının əsas dəlili ondan ibarətdir ki, xarici ölkədə təhsil aldığı diplomun tanınması üçün Azərbaycan Respublikası Nazirlər K abinetinin 2003-cü il 13 may tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş Qaydaların tələbləri apelyasiya məhkəməsi tərəfindən təmin edilməmişdir.
38. Kasasiya şikayətlərinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
39. İddiaçı 2000-2006-cı illərdə Rusiya Federasiyasının X2 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunun Bakı filialında təhsil almışdır. İddiaçının təhsil aldığı vaxt Rusiya Federasiyasının X2 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunun Bakı filialının Azərbaycan Respublikasında fəaliyyəti qanuni olmamış, ali təhsil sahəsində fəaliyyətin göstərilməsi üçün filial xüsusi razılıq (lisenziya) almamışdır.
40. Qanuni qüvvəsini almış 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 27 fevral 2007-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Rusiya Federasiyasının X2 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunun Bakı filialı Azərbaycan Respublikasında qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmadan və lisenziya almadan fəaliyyətə başlamış və fəaliyyət göstərmişdir. Ona görə də onun fəaliyyəti qanunauyğun hesab edilə bilməz və bu fəaliyyət dayandırılmalıdır. 41. “Təhsil haqqında” Qanunun 27.1-ci maddəsi də tələb edirdi ki, Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün хüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilə bilər.
42. Həmçinin iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan təhsil qanunvericiliyinin tələbinə görə təhsil müəssisələri müvaf iq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alırlar.
43. İddiaçının təhsil aldığı Rusiya Federasiyasının X2 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunun Bakı filialı Azərbaycan Respublikasında yuxarıda sadalanan normativ hüquqi akrlarda göstərilən qaydada dövlət qeydiyyatına alınmadan və lisenziyası olmadan fəaliyyət göstərdiyindən iddiaçıya verilən ali təhsil diplomu tanına bilməz.
44. Odur ki, iddianı rədd etməklə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
45. İddiaçı kasasiya şikayətində oxuduğu ali məktəbin üçüncü şəxs kimi cəlb edilməli olmasını bildirmişdir.
46. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması əsasları və qaydası İPM-in 28-ci maddəsi ilə müəyyən olunmuşdur.
47. İddiaçının təhsil aldığı məktəbin icraata cəlb edilməsi üçün İPM-in 28-ci maddəsində nəzərdə tutulan əsaslar olmadığından şikayətin bu dəlili əsaslı sayıla bilməz.
48. İddiaçının ali məktəbi 2006-cı il tarixdə bitirməsi, məktəbin fəaliyyətinin 2007ci il tarixdə dayandırılması barədə şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Rusiya Federasiyasının X2 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunun Bakı filialı qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan qanunsuz olaraq fəaliyyət göstərdiyindən şikayətin dəlili əsaslı sayıla bilməz.
49. Kasasiya şikayəti təmin olunmadan, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
50. Şərh olunanlara və İnzibati Prosessual Məcəllənin 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kas asiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-918/2021 saylı, 20 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.