Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1567/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə dair çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba şəhəri, 32-33-cü məhəllədə yerləşən 0.30 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını n qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-335/2022 nömrəli, 24 may 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. JN-8261N KOD30301036 seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən iddiaçıya 0.30 hektar torpaq sahəsi ayrılmışdır. Şəhadətnamənin verilməsinə əsas kimi Quba rayon Aqrar İslahat Komissiyasının 15 may 1998-ci il tarixli 09 saylı qərarı göstərilmişdir.
2. İddiaçı həmin “Şəhadətnamə”yə əsasən ona verilmiş Quba şəhəri, 32-33-cü məhəllədə yerləşən 0,30 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması və iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdehə müraciət etmişdir.
3. Cavabdehin iddiaçıya ünvanladığı 20 sentyabr 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, qeyd olunan JN-8261 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış şəhadətnamələrin qeydiyyat kitabında qeydə alınmamış, eyni zamanda, Ərazi İdarəsinin elektron-məlumat bazasında olan xəritədə öz əksini tapmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Quba şəhəri, 32-33-cü məhəllədə yerləşən 0.30 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Quba şəhəri, 32-33-cü məhəllədə yerləşən 0,30 ha torpaq sahəsi Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 saylı qərarına əsasən iddiaçıya ayrılmışdır. Həmin vaxtdan göstərilən torpaq sahəsi iddiaçının qanuni istifadəsindədir, onun tərəfindən həmin ərazidə ağaclar əkilmişdir. 2004-cü ildə DTXK-nin Quba rayon şöbəsi tərəfindən JN-8261 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” verilmişdir. Həmin torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsind ən çıxarış almaq məqsədi ilə iddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir.
6. Cavabdeh iddiaya etirazında göstərmişdir ki, İddiaçı müraciəti araşdırılarkən istinad olunan JN-8261N nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış şəhadətnamələrin qeydiyyat kitablarında qeydə alınmadığı və idarənin elektron məlumat bazasında olan xəritədə də öz əksini tapmadığı müəyyən edilmişdir. Qeyd olunan səbəbdən ərizənin icrası mümkün olmamışdır.
7. Məhkəmənin sorğusuna əsasən Quba rayon Dövlət Arxivi tərəfindən göndərilmiş Quba rayon Aqrar İslahat Komissiyasının 23 iyun 1998-ci il tar ixli 9 saylı qərarından görünür ki, həmin qərar ayrı-ayrı kəndli fermer təsərrüfatlarının ləğv edilərək yaradılmış aqrar islahat komissiyalarının qərarlarının təsdiq edilməsi barədədir.
8. Sumqayıt İnzibati Məhkəməsinin (hakim V.E.Əzizova) 17 dekabr 2021-ci il tarixli, 2-1(118)-2160/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin ayrılmasına əsas kimi göstərilmiş Quba rayon Aqrar İslahat Komissiyasının 15 may 1998-ci il tarixli 09 saylı qərarı mövcud deyildir. Beləliklə, müəyyən edilmişdir ki, onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə müəyyən edilən əsaslardan hər hansı biri yoxdur. Bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeyd iyyatına alınmasından imtinaya əsasdır.
10. İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Apelyasiya instansiyası məhkəməsi işin hallarının araşdırılması üçün X1 filialına sorğu vermiş, Quba rayonunda keçirilmiş aqrar islahat zamanı iddiaçıya torpaq sahəsinin ayrılıb-ayrılmaması barədə məlumat verilməsini, ayrıldığı təqdirdə qərarın təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsini xahiş etmişdir.
12. X1 filialının 438 nömrəli 11 may 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Quba rayon Aqrar İslahat Komissiyasının sənədlərində iddiaçıya torpaq sahəsinin ayrılması haqqında heç bir məlumat aşkar edil məmişdir
13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-335/2020 nömrəli, 24 may 2022-ci il tarixli qərarı ilə (hakimlər: F.Ə.Məmmədov /sədrlik edən və məruzəçi/, Z.İ.Məmmədov və H.Ç.Babayeva) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmışdır.
14. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Məhkəmə iddianı rədd edərkən ona əsaslanmışdır ki, torpaq sahəsinin ayrılmasına dair Aqrar İslahat Komissiyasının qərarı aşkar olunmamışdır. Quba rayon Aqrar İslahat Komissiyasının 1998-ci il üçün iclas protokollarına vətəndaşların adlı siyahılarının əlavə olunmaması bir vətəndaş kimi iddiaçının təqsiri deyil və bu halın iddianın rədd olunması üçün əsas kimi götürülməsi özü-özlüyündə absurddur. Belə ki, məhkəmə qərarında göstərilən bu hala əsaslansa, onda belə çıxır ki, Quba şəhərində aqrar islahat aparılarkən Quba şəhərinin sakinlərinə verilmiş bütün torpaqlar qanunsuz verilib və bu torpaqların heç birinə reyestrdən çıxarış verilməməlidir.
17. Dövlət tərəfindən verilmiş, qüvvədə olan, heç bir səlahiyyətli orqan tərəfindən etibarsız sayılmamış və ya ləğv olunmamış, mülkiyyət hüquqlarını təsdiq edən sənəd olan “Torpağı n mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən 1998-ci ildən qanuni istifadəsində olan torpaq sahəsinin hüquqi statusu necə olmalıdır? Əgər DƏDRX ona göstərilən torpaq sahəsinə çıxarış verməkdən imtina edirsə (baxmayaraq ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən, “2006-cı il iyulun 6dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır”. Deməli, 2000-ci ilin may ayında verilmiş şəhadətnamə ilə təsbit olunmuş mülkiyyət hüquqlarını DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin tanımamağa və bunları mübahisələndirməyə heç bir hüququ yoxdur) və məhkəmə orqanları DƏDRX-in bu qanunsuz mövqeyini müdafiə edirsə, göstərilən torpaq sahəsini nə etməlidir? Ümumiyyətlə, dövlət reyestrində qeydiyyat hüququn yaranması kimi yox, bundan əvvəlki yaranmış hüququn sadəcə olaraq reyestrdə formal qeydə alınması kimi qiymətləndirilməlidir. 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən, “2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Belə olduqda, cavabdeh DƏDRX yaranmamış Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş şəhadətnamə əsasında mövcud olan hüquqları sadəcə olaraq qeydə almalı idi. İşə baxan məhkəmə instansiyaları isə qanunun yuxarıda göstərilən müddəalarını düzgün tətbiq edə bilməmiş və iddiaçının birbaşa olaraq Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən mülkiyyət və vətəndaş hüquqlarını pozan qərarlar qəbul etmiş lər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.3. 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:..... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;.....
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayə ti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul ed ə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər..... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Şikayətdə apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətin in dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Bununla belə, qeyd edilməlidir ki, iddiaçının kassasiya şikayətinin əsaslarına görə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən cavabdeh DƏDRX yaranmamış Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş şəhadətnamə əsasında mövcud olan hüquqları qeydə almalı idi.
28. Məhkəmə kollegiyası iddiaçının şikayətin dəlillərini əsaslı hesab etmir.
29. İdd iaçının təqdim etdiyi şəhadətnamənin verilməsinə əsas kimi Quba rayon Aqrar İslahat Komissiyasının 15 may 1998-ci il tarixli 09 saylı qərarı göstərilmişdir.
30. Cavabdeh JN-8261 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış şəhadətnamələrin qeydiyyat kitablarında qeydə alınmadığına, eyni zamanda, ərazi idarəsinin elektron məlumat bazasında olan xəritədə öz əksini tapmadığına istinad edərək iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtina etmişdir.
31. Həmçinin işin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarından müəyyən olunur ki, Quba rayon Aqrar İslahat Komissiyasının sənədlərində vətəndaş İddiaçı torpaq sahəsinin ayrılması haqqında heç bir məlumat mü əyyən edilməmişdir. 32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.3-cü maddəsində qeyd edilmişdir ki, 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər.
33. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının təqdim etdiyi şəhadətnaməyə əsasən mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı dövlət reyestrində müvafiq məlumat və həmin sənədin arxiv məlumatları olmadığından, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayətləri təmin olunmur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 may 2022-ci il tarixli, 2-1(105)-335/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.