Məhkəmə qərarları › İş №2-1(102)-1567/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1567/2024

22.08.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1567/2024 22.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MTK-ya qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanı tərəfindən siyahıya alınmış əmlakın satılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MTK-ya qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.20 24-cü il tarixli 2-1(103)595/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən cavabdeh vergi ödəyicisi olan Cavabdeh MTK Sizin xx.xx.2019-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 1.332.945,28 manat, o cümlədən: vergilər üzrə 809.569,01 manat maliyyə sanksiyaları üzrə 1000 manat. faizlər üzrə 398.759,27 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 123.617,00 manat işsizlikdən sığorta haqqı üzrə ümumilikdə 42.489,28 manat (32.399,04 + 10.090,24 manat faizlər üzrə) vergi borcunun olduğu və yaranmış borc məbləğinin 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi barədə xx.xx.2019-cu il tarixli ***** *****2 nömrəli bildiriş göndərilmişdir.

2. Lakin cavabdeh “Srat-M” MKT vergi borcunu Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən, vergi öhdəliklərini və digər məcburi dövlət ödənişlərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə əmlakının siyahıya alınması qərara alınmışdır (xx.xx.2019-cu il tarixli **********5 nömrəli qərar).

3. Həmin borcun ödənilməsini təmin etmək məqsədilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən həmin vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2021-ci il tarixli **********5 nömrəli protokol tərtib edilmişdir. Dövlət büdcəsinə ödənilməmiş borcuna görə vergi ödəyicisinin Bakı şəhəri, Nəsimi rayonu, H.Əsgərov, C.Hacıbəyli, M.Qaşqay küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli yaşayış binasının 1000 kv.m olan qeyri-yaşayış sahəsi (Siyahıya alınmış əmlakın tam siyahısı tərtib edilmişdir. Protokol və protokola əlavə edilmiş siyahı cavabdehin nümayəndəsi tərəfindən imzalanmamış və imza etməkdən imtina qeydi aparılaraq iş materiallarına əlavə edilmişdir) siyahıya alınmışdır.

4. Tərtib edilmiş protokol əsasında vergi ödəyicisinin iştirakı ilə siyahıya alınmış və həmin əmlak siyahıya alındıqdan sonra saxlanılması üçün vergi ödəyicisinin məsul saxlancına verilərək, bu barədə “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” xx.xx.2021-ci il tarixli Akt tərtib edilmişdir.

5. İddiaçı tərəfindən cavabdehə əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın artıq hərracda satılması üçün məhkəmədə i ddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 89.10cu maddəsinə əsasən xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2019-cu il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 896.832,45 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1.500.000 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması:

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının qanunvericilikdə müəyyə n edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildirişlər verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq, yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2019-cu il tarixə yaranan 1.116.832,45 manat borcuna görə 1.500.000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2021-ci il tarixli **********5 saylı Protokol tərtib edilmiş dir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2019-cu il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 896.832,45 manat ödənilməmiş borcu qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazları:

8. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-3294/2023 saylı qərarı ilə iddia təmin edilməmişdi r.

10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, siyahıya alınmış əmlak daşınmaz əmlak olsa da, həmin qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən hər hansı bir sənəd iş materiallarına əlavə olunmamışdır. Eyni zamanda, məhkəmə araşdırması zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə verilmiş sorğuya əsasən bildirilmişdir ki, Cavabdeh MTK-nın balansında olan Bakı şəhəri, Nəsimi rayonu, H.Əsgərov, Q.Quliyev, C.Hacıbəyli, M.Qaşqay küçələrinin kəsişmələri ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci və 2-ci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsinin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir.

11. Məhkəmə hesab edir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi hallara dair, o cümlədən siyahıya alınan əmlakın cavabdehin mülkiyyətində olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməli idi. Belə ki, VM-nin 89.1-ci maddədə “onun əmlakı siyahıya alına bilər” ifadəsi ilə məhz vergi ödəyicisinin əmlakını nəzərdə tutur. Bu baxımdan, cavabdehə aid olduğu rəsmi sənədlə təsdiq edilməyən əmlakın siyahıya alınması qanunvericiliyin tələblərinə və məqsədlərinə ziddir.

12. Məhkəmə hesab edir ki, əmlakın hərracda satışı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında əmlakın, ona dair heç bir şərt qoyulmadan satışıdır. Bu zaman ən yüksək qiymət təklif etmiş alıcı həmin əmlak üzərində mülkiyyət hüququnu əldə edir. Hərracın təşkilatçısı kimi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) çıxış edir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi o rqan (qurum) hərracı vergi orqanın sifarişi əsasında həyata keçirir. Vergi orqanın sifarişi ilə daşınmaz əmlak satıldıqda, həmin əmlaka dair qanunvericiliyə müvafiq olaraq zəruri olan sənədlərin surəti, ayrıca tikili satıldıqda, həmin tikilinin yerləşdiyi torpaq sahəsindən istifadə hüququnu və ya həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin surəti əlavə edilməlidir. Lakin hazırkı işdə qeyd olunan sənədlər mövcud deyildir. Belə ki, siyahıya alınmış qeyri-yaşayış sahəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti tərəfindən qeydiyyatdan keçməmiş və müvafiq çıxarış verilməmişdir. İddiaçı borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə Cavabdeh MTK-nın balansında olan Bakı şəhəri, Nəsimi rayonu, H.Əsgərov, Q.Quliyev, C.Hacıbəyli, M.Qaşqay küçələrinin kəsişm ələri ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci və 2-ci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsinin ixtisaslaşdırılmış açıq hərracda satılması tələbini irəli sürsə də, həmin qeyri-yaşayış sahəsinin cavabdehin mülkiyyətində olması və yaxud cavabdehin həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsindən istifadə hüququnu və ya həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir.

13. Göründüyü kimi, siyahıya alınmış və mülkiyyət hüququ təsdiq olunmayan daşınmaz əmlak hərracda satıldığı təqdirdə, alıcı həmin tikiliyə mülkiyyət hüququnu əldə edə bilməyəcək və nəticədə hərrac baş tutmayacaq.

14. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi hallara dair, o cümlədən siyahıya alınan əmla kın cavabdehin mülkiyyətində olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmiş və hazırkı iş üzrə qərar qəbul edərkən və siyahıya alınmanı həyata keçirərkən MM-in 139, 140, VM-in 39.1, 89, 90-cı maddələrinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddələrinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarının tələbləri pozulmuşdur.

15. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-595/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3294/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri: Maddi hüquq normalarının pozulmasına dair dəlillər:

19. İş materiallarından göründüyü kimi Bakı İnzibati Məhkəməsi tərəfindən siyahıya alınmış əmlakın cavabdehin mülkiyyətində olub-olmaması barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixli sorğu ünvanlanmışdır. Lakin apellyasiya şi kayətində də qeyd olunduğu kimi siyahıya alınmış əmlak tikintisi başa çatmayan obyektdir. Vergi Məcəlləsinin 90.3-cü maddəsinin tələblərinə uyğun olaraq, ayrıca tikili satıldıqda, həmin tikilinin yerləşdiyi torpaq sahəsindən istifadə hüququnu və ya həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin surəti, tikintisi başa çatmamış obyekt üzərində hüquq satıldıqda əlavə olaraq torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin və tikintiyə icazənin surətləri hərracın keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (qurum) vergi orqanının verdiyi sifarişə əlavə olunur. Həmin maddənin məzmunundan da məlum olduğu kimi bu proses, yəni sözügedən sənədlərin sifarişə əlavə olunması əmlakın satılması ilə bağlı məhkəmə qər arı qanuni qüvvəyə mindikdən sonra həyata keçirilir (Vergi Məcəlləsi 90.3.3.1). Belə olan halda da həmin sənədlərin vergi orqanından məhkəmə gedişində tələb olunması Vergi Məcəlləsinin sözügedən maddəsinə uyğun deyil.

20. Bundan əlavə, Vergi Məcəlləsinin 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə (dövlət reyestri aparılan daşınar və daşınmaz əmlakın reyestr məlumatlarına əsasən siyahıya alınması halı istisna olmaqla) protokola əlavə edilir.

21. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəy icisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Yuxarıda qeyd olunan maddənin məzmunundan da göründüyü kimi daşınmaz əmlakın mülkiyyətdə olmasını təsdiq edən sənədlərin protokola əlavə edilməsi qeyd olunmamışdır. 22. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2005-ci il tarixli 0486 nömrəli torpaq icarəsi müqaviləsində qeyd olunmuşdur ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 305 saylı, xx.xx.2004-cü il tarixli sərəncamı xx.xx.2005-ci il tarixli 11598 saylı inşaat pasportu əsasında Nəsimi rayonu, H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin kəsişdiyi 987-ci məhəllədə ayrılmış 9000 kv.m. olan torpaq sahəsi icarəçinin 49 il müddətinə istifadəsinə verilir.

23. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən torpaq sahəsi yaşayış binalarının tikintisi üçün verilir. Gös tərilmiş məqsəd üçün sahənin istifadə olunması qətidir və gələcəkdə istifadə üçün icazə adlandırılacaq.

24. Qeyd olunanlardan da göründüyü kimi sözügedən tikilinin yerləşdiyi torpaq sahəsindən cavabdehin istifadə hüququ tanınmışdır və həmin torpaq sahəsində aparılan tikinti üçün müvafiq icazə verilmişdir. Lakin qeyd olunan hallar hər iki instansiya məhkəməsi tərəfindən araşdırılmamış, iddiaçının əmlakın siyahıya alınması ilə bağlı hüquqları pozulmuş, vergilərin tam və vaxtında ödənilməsinə nəzarət etmə ilə bağlı vəzifəsinin icrasından məhrum edilmiş, cavabdehə isə vəzifəsinin icra edilməməsi üçün şərait yaranmışdır.

25. Həmçinin Mülki Məcəllənin 109, 110, 110-3-cü maddələrində qeyd olunanlardan göründüyü kimi, kooperativlər onun iştirakçılarının maddi və ya başqa tələbatlarını ödəmək məqsə dilə yaradılır və nəticədə ərsəyə gəlmiş əmlak kooperativin mülkiyyətində olur. Belə ki, kooperativin üzvünün əmlak pay haqqı nizamnamə ilə müəyyənləşdirilən qaydada və həcmdə üzvlər tərəfindən ödənilən daşınar və (və ya) daşınmaz əmlakdan, habelə pulla qiymətləndirilən əmlak hüquqlarından ibarət olan pay haqqından ibarətdir ki, bu pay haqqında kooperativin əmlakının meydana gəlməsinə sərf olunur və nəticədə, yaranmış əmlak kooperativin mülkiyyətində olur. Həmin Məcəllənin 110-cu maddəsinə görə, kooperativin əmlakı onun xüsusi mülkiyyətindədir və kooperativlər öz öhdəliklərinə görə özləri məsuliyyət daşıyırlar. Göründüyü kimi, qanunvericilikdə kooperativlərin öz əmlakları ilə tam məsuliyyəti nəzərdə tutulmuşdur.

26. Məhkəmə yuxarıda qeyd olunanlara qərarında münasibət bildirməmiş, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin ümumi sözlərdən istifadə edilməklə əsaslandırıldığını qeyd etmişdir. Məhkəmə özü yuxarıda qeyd olunan maddi hüquq normalarını pozmuşdur. Prosessual hüquq normalarının pozulmasına dair dəlillər:

27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci, 12.1-ci, 12.2ci, 58.7-ci maddələrinin tələbi pozulmuşdur. Məhkəmə İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinin tələbinə əməl etməmiş, mübahisənin düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən faktiki halları xidməti vəzifəsi olduğu halda araşdırmamışdır. Belə ki, məhkəmə qərarında siyahıya alınmış əmlakın Cavabdeh MTK-nın mülkiyyətində olmasına dair hər hansı sübutun siyahıya əlavə edilmədiyini, o cümlədən məhkəməyə təqdim edilmədiyini qeyd edir. Apellyasiya şikayətinin dəlillərində məhkəmənin aidiyyəti dövlət orqanlarına sorğu vermədiyi qeyd olunsa da, apellyasiya instansiya məhkəməsi bu dəlilə münasibət bildirməmişdir. Çünki zəruri olan sübutları nə özü, nə də birinci instansiya məhkəməsi təmin etmişdir. Hər iki instansiya məhkəməsi qərarında tikilidə tikintiyə icazə verilməsi barədə sənədlərin əlavə edilmədiyini qeyd edir. Həmin sənədlərin əlavə edilməməsi məhkəməyə əsas vermir ki, aidiyyəti üzrə sorğular verməklə həmin məlumatın əldə olunmasını təmin etməsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müvafiq ərazidə yerləşən daşınmaz əmlakın cavabdehə məxsus olub-olmaması barədə sorğu verdiyi halda obyektiv həqiqətin müəyyən olunması üçün Bakı şəhəri İcra hakimiyyətinə, eyni zamanda cavabdehə tikintiyə ica zə verilməsi barədə sənədlərin məhkəməyə təqdim edilməsini istəməmişdir.

28. Həmçinin məhkəmə iddiaçıdan təqdim edilməsi mümkün olmayan sübut istəmişdir. Halbuki iş materiallarından da göründüyü kimi siyahıya alınmış əmlak Cavabdeh MTK-nın tikdiyi və ona məxsus olan, tikintisi tam olaraq başa çatmadığından daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Məhkəmə bu halları araşdırmalı, əmlakın çıxarışı olmadığını bildiyi halda israrla iddiaçıdan həmin sənədi tələb etməməli idi.

29. Şikayətə əlavə olunan müqavilədən də görünür ki, həmin ərazidə tikintinin aparılması üçün qanunvericilikdə nəzərdə tutulan bütün sənədlər mövcud olmuşdur.

30. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

31. Məhkəmə qərar qəbul edərkən iddiaçı tərəfindən təqdim olunmuş sənədləri tam və hər tərəfli araşdırmamış, siyahıya alınmış əmlak mövcud olduğu halda və vergi ödəyicisinin nümayəndəsinin iştirakı ilə əmlakın siyahıya alınması tədbiri həyata keçirildiyi üçün sözügedən əmlakın kimə məxsusluğu məhkəmə tərəfindən araşdırılmalı idi. Həmin əmlakın Cavabdeh MTK-ya məxsus olması iş materiallarında hansısa sənədlə inkar olunmur. Məhkəmənin istinad etdiyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsinin məktubunda da bunu inkar edən qeydlər mövcud deyildir. Həmin məktubda da qeyd olunur ki, əmlakın istismara icazə sənədi 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmamışdır. Sözügedən tikili də tikintisi başa çatmayan əmlak olduğu ü çün onun istismarına icazə verilməməsi iddianın rədd olunmasına əsas verə bilməz. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

32. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutu lmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

35. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhk əmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin əsas dəlili məhkəmənin kifayət qədər araşdırma aparmaması, vəzifəsi olduğu halda zəruri sübutlar toplamaması, məhkəmənin yalnız Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu na istinad edərək qərar qəbul etməsindən ibarətdir.

38. Məhkəmə kollegiyası kassasiya şikayətinin qeyd olunan dəlillərinə münasibətdə qeyd edir ki, yuxarıda qeyd olunanlardan da göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən vergi orqanı siyahıya almanı həyata keçirərkən daşınmaz əmlak siyahıya alındıqda ona dair mülkiyyət hüququnu təsdiq edən sənədlər, tikilidə tikintiyə icazə verilməsi barədə sənədlər siyahıya almaya dair materiallara əlavə etməlidir. Halbuki, vergi orqanı siyahıya alınmış daşınmaz əmlaka Cavabdeh MTK-nın əşya hüquqlarının olmasına dair hər hansı sübutu siyahıya əlavə etməmiş, o cümlədən birinci və apellyasiya instansiya məhkəməsinə təqdim etməmişdir.

39. İddiaçının kassasiya şikayətində istinad etdiyi sərəncam və müqaviləyə gəldikdə, işdən göründüyü kimi, iddiaçı ka ssasiya şikayətinə əlavə etdiyi həmin sənədləri birinci və ya apellyasiya instansiya məhkəmələrinə təqdim etməmiş, məhz bu səbəbdən də həmin sənədlər məhkəmə araşdırmasının predmeti olmamışdır. Buna görə də şikayətin əsası kimi iddiaçının həmin sənədlərə istinadı apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

40. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 21(103)-595/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar