Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1568/2021 02.08.2021 ALİ MƏHKƏMƏ Kasasiya şikayətinin mümkün sayılmaması barədə QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Zakir Quliyev (sədrlik edən və məruzəçi), Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.06.2021-ci il tarixli, 2-1(103)1325/21 nömrəli qərardadından İddiaçı kasasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 1 ünvanda olan evin 05.02.2002-ci ildə tərtib edilmiş reyestr nömrəsi 30/300 olan texniki pasportunda göstərilən tikinti altındakı 116 kv.m. torpaq sahəsinə və evə birgə mülkiyyət kimi çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4500/2017 nömrəli iş üzrə 26.12.2017-ci il qərarı ilə iddia təmin edilmiş, iddiaçının Bakı şəhəri Nərimanov rayonu R.Axundov küçəsi 43 ünvandakı evin 115,9 kv.m. ölçüdə tikintialtı torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq həmin evlə birlikdə sözügedən torpaq sahəsinə dair vahid əmlak kimi reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
3. Cavabdeh apelyasiya şikayəti verərək, 2-1(82)-4500/2017 nömrəli iş üzrə 26.12.2017-ci il qərarının ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
4. Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)1477/2018 nömrəli iş üzrə 20.06.2018-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 26.12.2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
5. Bundan sonra, ərizəçilər Ərizəçi, Ə.Həsənzadə, İ.Həsənzadə və Maraqlı şəxs Bakı İnzibati Məhkəməsinə 27.11.2020-ci il tarixdə ərizə təqdim edərək, onların hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmalarını, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.12.2017-ci il tarixli qərarının ləğv olunmasını və iş üzrə icraatın təzələnməsini xahiş etmişdirlər.
6. Bakı İnzibati Məhkəməsinin 12.02.2021-ci il tarixli, 2-1(82)-4500/2017 nömrəli (hakim Rüstəm Kərimli) qərardadı ilə ərizənin rədd edilməsi qərara alınmışdır.
7. Ərizəçilər Bakı İnzibati Məhkəməsinin 12.02.2021-ci il tarixli, 2-1(82)4500/2017 nömrəli qərardadından apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə yeni qərardadın qəbul edilməsini xahiş etmişdir.
8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.06.2021-ci il tarixli 2-1(103)-1325/21 nömrəli (hakimlər Vidadi Məmmədov, Raqib Qurbanov və Vüsalə Baxışova) qərardadı ilə ərizəçilərin apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 12.02.2021-ci il tarixli, 2-1(82)-4500/2017 nömrəli qərardadının ləğv edilməsi, işin baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.06.2021-ci il tarixli, 2-1(103)-1325/21 nömrəli qərardadından narazı qalan iddiaçı həmin qərardaddan kasasiya şikayəti vermişdir.
10. İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti mümkün sayılmamalı, onun qəbulundan imtina edilməlidir.
11. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə görə iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər.
12. Həmin Məcəllənin 28.4-cü maddəsində əsasən inzibati məhkəməyə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz.
13. Həmin Məcəllənin 28.5-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
14. Beləliklə, qanunvericiliyin tələblərindən göründüyü kimi vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
15. Hazırkı halda isə iddiaçının kasasiya şikayəti vermək hüquqa malik olması qanunvericilikdə nəzərdə tutulmamışdır.
16. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apelya siya instansiyası məhkəməsi özünün qəbul 207.06.2021-ci il tarixli 2-1(103)-1325/21 nömrəli qərardadından Ali Məhkəmənin İnzibati kollegiyasına kasasiya şikayəti vermək hüququnun olmasını qeyd etməklə prosessual səhvə yol vermişdir.
17. Belə ki, analogiya üzrə vəsatətin təmin edilməsindən imtina barədə qərardaddan şikayət verilməsi nəzərdə tutulduğu halda, həmin qərardadı ləğv edib, işi həmin məhkəməyə göndərilməsi barədə qərardaddan şikayət nəzərdə tutulmamışdır.
18. Yəni, burada da məhz ərizənin rədd edilməsi barədə şikayətin mövcud olması həmin qərardadın ləğv edilməsi və yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardaddan şikayətin verilməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır.
19. Bu həmçinin o deməkdir ki, İ PM-nin 83.4-cü maddəsində nəzərdə tutulduğu kimi “bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər.”
20. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayətinin icraata qəbul etməkdən imtina edilməli, kasasiya şikayəti mümkün sayılmamalıdır.
21. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1, 28.4, 28.5 və 96-cı maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.06.2021-ci il tarixli, 2-1(103)-1325/21 nömrəli qərardadından verdiyi kasasiya şikayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin. İş Bakı Apelyasiya Məhkəməsinə geri qaytarılsın.