Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1568/2022 23.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında çıxarışın verilməsi, şəhadətnamənin mötəbərliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yan ında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş 12 may 2006-cı il tarixli JN-657 kod 31301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba şəhərində yerləşən 0.05 hektar torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının vahid daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınması və iddiaçının adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)9/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayə tinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Quba rayonu Quba bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 12/2 saylı qərarı ilə Quba şəhəri ərazisində yerləşən 0.05 hektar torpaq sahəsi JN 657 KOD 30301004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında İddiaçı (bundan sonra iddiaçı) adına qeydə alınmışdır.
2. İddiaçı JN 657 KOD 30301004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında 0.05 hektar torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə (bundan sonra cavabdeh) müraciət etmişdir.
3. Cavabdeh 14 oktyabr 2019-cu il tarixli, **********08 nömrəli məkt ubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, JN 657 KOD 30301004 saylı “Torpağın mülkiyyətə verilməsinə” dair şəhadətnamə 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza məlumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında öz əksini tapmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Bu səbəbdən müraciətin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia əriz əsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş 12 may 2006-cı il tarixli, JN-657 kod 31301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba şəhərində yerləşən 0.05 hektar torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının vahid daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınması və iddiaçının adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 657 kod 30301004 saylı şəhadətnaməyə əsasən iddiaçının mülkiyyətində Quba şəhəri ərazisində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi vardır, iddiaçı həmin torpağı özgəninkiləşdirmək istəyir. İd diaçı bununla əlaqədar hüquqmüəyyənedici sənədləri cavabdehə təqdim etmiş, cavabdeh isə iddiaçıya çıxarışın verilməsindən imtina etmişdir. Halbuki, JN- 657 kod 30301004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd olunmuş 0.05 ha torpağın döngə nöqtələri, koordinatları və qonşu sərhədləri qeyd edilmiş, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin müdiri və Dövlət Yerquruluşu Layihə İnstitutunun direktoru tərəfindən imzalanmış və möhürləri ilə təsdiq edilmişdir. Həmin sənədin cavabdehin bazasında öz əksini tapmaması və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinə təhvil verilməməsi, arxivdə olan dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmaması iddiaçının təqsirindən baş verməmişdir və onun mülkiyyət hüquqlarının məhdudlaşdı rılması üçün əsas ola bilməz.
6. Cavabdeh iddia ərizəsinə etiraz edərək iddianın təmin olunmamasını xahiş etmişdir.
7. Cavabdehin iddiaya dair yazılı etirazı iddiaçıya ünvanlanmış imtina məktubuna uyğun əsaslandırılmışdır.
8. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin (hakim Z.R.Pirverdiyev) 18 dekabr 2019-cu il tarixli, 2-1(85)-1801/2019 nömrəli qərarı ilə iddiа təmin edilərək Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş 12 may 2006-cı il tarixli, JN-657 kod 31301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba şəhərində yerləşən 0.05 hektar torpaq sahəsi üzərində X1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və iddiaçının adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi c avabdehin üzərinə qoyulmuşdur.
9. Məhkəmə qeyd etmişdir ki, “Hüquqların dövlət qeydiyyatından imtina”nın əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində öz əksini tapmışdır. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır.
10. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)234/2020 saylı, 7 avqust 2020-ci il tarixli qərarı ilə (hakimlər: F.G.Zeynallı /sədrlik edən və məruzəçi/, Z.İ.Məmmədov və F.Ə.Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmişdir.
12. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)2053/2020 saylı, 1 dekabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: K.N.Bədəlov /sədrlik edən və məruzəçi/, N.İ.Rəsulbəyova və İ.K.Hüseynov) cavabdehin kassasiya şikayəti qismən təmin edilərək Sumqayıt Ape llyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 avqust 2020ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
15. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, JN 657 kod 30301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən torpaq sahəsi Quba rayonu Quba bələdiyyəsinin 28 mart 2005-ci il tarixli 12/2 saylı qərarı ilə iddiaçıya satılmışdır. İş materiallarına həmin şəhadətnamənin əsli deyil, surəti əlavə edilmiş, Quba regional “Asan Xidmət” mərkəzində isə şəhadətnamənin fotosurətinin düzgünlüyü təsdiq olunmuşdur. Yəni, iddiaçı tərəfindən şəhadətnamənin əsli heç bir məhkəmə instansiyasına təqdim edilməmiş, apelyasiya instansiyası məhkəməsi isə şəhadətnamənin əslinə baxış keçirmək üçün onu tələb etməmişdir. Halbuki, cavabdehin etirazının, eləcə də apelyasiya və kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının iddia tələbinin faktiki əsası kimi istinad etdiyi JN 657 KOD 30301004 saylı “Torpağın mülkiyyətə verilməsinə” dair şəhadətnamə 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza məlumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında öz əksini tapmamışdır. Apelyasiya instansiyası məhkəməsi belə olan halda, iddiaçının məhkəməyə təqdim etdiyi JN 657 KOD 30301004 saylı “Torpağın mülkiyyətə verilməsinə” dair şəhadətnamənin mötəbər sübut kimi qəbul edilməsinin mümkünlüyü ilə bağlı ətraflı araşdırma aparmalı olduğu halda bunu etməmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
16. A li Məhkəmənin göstərişlərinə əsasən, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq X3 filiallı tərəfindən təqdim edilən Quba Bələdiyyə iclasının 28 mart 2005-ci il tarixli 03 saylı protokolunun 12/2 nömrəli qərarının arxiv surətindən görünür ki, Quba Bələdiyyəsi tərəfindən Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli Qanununa müvafiq olaraq Quba Bələdiyyəsinin ehtiyat torpaq fondundan Quba şəhəri, Qaqarin küçəsi, 34 saylı evdə yaşayan İddiaçı 17 mart 2005-ci il tarixli 36 saylı ərizəsi nəzərə alınaraq haqqı ödənilməklə fərdi yaşayış evi tikintisindən ötrü Quba şəhərinin 31-ci məhəlləsindən 20.0m x 40.0m = 800 (səkkiz yüz) kvadrat metr torpaq sahəsinin ayrılması qərara alınmış və ayrılm ış torpaq sahəsinə dair situasiya planı tərtib edilmişdir.
17. Həmçinin, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, C-09 nömrəli mütəxəssis rəyindən görünür ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi məqsədli təyinatına görə yaşayış məntəqələrinin torpaqlarına aiddir, hüquqi statusuna görə torpaq sahəsi elektron baza məlumatlarındakı DWJ xəritələrinə görə bələdiyyə mülkiyyətində olan torpaqlara aiddir.
18. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-9/2022 saylı, 27 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər: H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, Z.T.Məmmədov və R.Ə.Ağayev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
19. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, tədqiq edilmiş sübutlara əsasən iddiaçıya Bələdiyyənin xx.xx.2005-ci il tarixli 12/2 saylı qərarı ilə 0,08 ha torpaq sahəsi ayrılmış və onun 0.05 ha hissəsi üzərində hüququ müvafiq şəhadətnamə ilə təsdiq edilmişdir. Həmin torpaq sahəsi bələdiyyə mülkiyyəti olmaqla kateqoriyasına görə yaşayış məntəqələrinin torpaqlarına aiddir.
20. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
21. Məhkəmə kollegiyas ı maddi hüquq normasının tələblərini pozmuşdur. Belə ki, məhkəmə kollegiyası nəzərə almamışdır ki, JN 657 KOD 30301004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin əsli məhkəməyə təqdim edilməmiş, işin materiallarında ancaq onun fotosurəti vardır. Bununla bağlı hazırki iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının qərarında göstərilmişdir ki, iddiaçı tərəfindən şəhadətnaməsinin əsli heç bir məhkəmə instansiyasına təqdim edilməmiş, apellyasiya instansiyası məhkəməsi isə şəhadətnamənin əslinə baxış keçirmək üçün onu tələb etməmişdir. Məhkəmə kollegiyası Ali Məhkəmənin bu göstərişinə əməl etməmiş, şəhadətnamənin təqdim edilməsini təmin etməmişdir. Halbuki, iddiaçıya məxsus JN 657 KOD 30301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə cavabdehin elektron baza məl umatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyat kitabında öz əksini tapmamışdır.
22. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, Quba Bələdiyyəsinin xx.xx.2005ci il tarixli, 12/2 saylı qərarı ilə torpaq sahəsi ayrılarkən İddiaçı ilə Quba Bələdiyyəsi arasında 0.05 ha torpaq sahəsinin satılması barədə alqı-satqı aktı bağlanmamışdır. Bununla bağlı hazırki iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının qərarında göstərilmişdir ki, iş materiallarında belə bir akt yoxdur (maddə 26. maddə 28). Məhkəmə kollegiyası qərarda bu xüsusata heç bir münasibət bildirməmişdir, bununla da Ali Məhkəmənin bu göstərişinə də əməl etməmişdir.
23. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, mülkiyyət hüququnun dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmişdir. Cavabdeh qanunvericiliyin tələblərinə riayət etməklə iddiaçının təqdim etdiyi JN 657 KOD 30301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlamış və məlum olmuşdur ki, o, 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza məlumat larında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyat kitabında öz əksini tapmamışdır. Belə olan halda isə Ərazi İdarəsi tərəfindən iddiaçının hüququnun qeydə alınması mümkün deyildir.
24. Şikayətin maddi hüquqi əsası kimi “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanununun 2.1-ci, 8-ci, 9.1.2-ci maddələrinə, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
26. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. M ülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Respublikasının Qanunu: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun ola raq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə
4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.3. 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanıl malı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:..... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;..... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.......
28. İnzibati icraat haqqında Qanun: Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri i lə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur..... Maddə
58. Sübutların araşdırılması qaydası.... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir..... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdi m olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayət lə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər..... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələbləri nə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
34. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Ape llyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
35. Quba Bələdiyyəsinin 28 mart 2005-ci il tarixli qərarı ilə iddiaçıya 800 kv.m torpaq sahəsi ayrılmış, həmçinin bələdiyyə sədri tərəfindən torpaq sahəsinin situasiya planı tərtib edilmişdir. 12 may 2006-cı il tarixdə 925 nömrə ilə qeydə alınmış Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə bələdiyyənin 28 mart 2005-ci il tarixli qərarına istinad edilərək 0,05 ha torpaq sahəsinə iddiaçının hüququ dövlət qeydiyyatına alınmışdır.
36. Apelyasiya məhkəməsinin aldığı mütəxəssis rəyinə görə idd iaçının istifadə etdiyi torpaq sahəsi məqsədli təyinatına görə yaşayış məntəqələrinin torpaqlarına aiddir, bələdiyyə mülkiyyətinə aid torpaqdır. 37. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin tələbinə görə qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar və 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
38. İddiaçının mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmaq istədiyi 0,05 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla 2005-ci ildə iddiaçıya satıldığından, Torpağın mül kiyyətə verilməsinə dair şəhadətnamədə bələdiyyə qərarına istinad edilməklə, şəhadətnamənin etibarsız sayılmasına dair cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilmədiyindən, həm bələdiyyə qərarı, həm də şəhadətnamə hüququn qeydə alınması üçün əsas olduğundan hüququn qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. Apelyasiya məhkəməsi bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağl ı qiymətləndirməsi ilə də razılaşaraq kasasiya şikayətini təmin etmir.
39. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və İnzibati Prosessual Məcəllənin 96.8, 96.9 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-9/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.