Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1568/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiyanın mümkünsüzlüyü, şikayət verilməsi müddətinin üzrsüz səbəblərdən ötürülməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh aparatının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi, böyük məsləhətçi vəzifəsindən işdən azad olunduğu öhdəliyinin Cavabdeh üzərinə qoyulması” tələbinə dair inzibati iş üz rə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(108)-07/2021-ci il tarixli qərarından iddiaçının verildiyi şikayət üzrə kassasiyanın mümkünlüyünə (prosessual müddətin bərpasına dair ərizəyə) yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Cavabdeh Aparatının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi, böyük məsləhətçisi vəzifəsindən işdən azad olunması barədə xx.xx.2019-cu il tarixli, əmrin ləğv edilməsi və onun həmin işə bərpa olunması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
2. Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(087)-124/2019 nömrəli qərarına əsasən (hakim-H.X.Muradov) iddianın rədd edilməsi qərara alınmışdır.
3. Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
4. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(108)-08/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – S.M.Qarayev, hakimlər Ə.M.Xıdırov və M.D.Allahverdiyev) Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(087)-124/2019 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
5. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1670/2020 saylı, 29 oktyabr 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: N.İ.Rəsulbəyova, hakimlər: İ.K.Hüseynov və K.N.Bədəlov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(108)-08/2020 nömrəli qərarı ləğv edilərək iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
7. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kolle giyasının xx.xx.2021-ci il tarixli, 2-1(108)-07/2021 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – F.M.Abbasov, hakimlər: İ.M.Mirzəyev və V.K.Quliyev) Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(087)-124/2019 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır..
8. İddiaçı həmin qərardan kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir.
9. Ərizə onunla əsaslandırılmışdır ki, həmin qərardan qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilməsi COVİD-19 pandemiyası ilə səbəbindən ötürülmüşdür. TƏTBİQ EDİLƏN HÜQUQ:
10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 22.1 Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1 Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2 Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
11. Məhkəmə tərkibi hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
12. Belə ki, kassasiya şikayəti məhkəmə qərarının təqdim olunduğu gündən 1 (bir) ay müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
13. İş materiallarından görünür ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(108)-07/2021 nömrəli qərarı 2 mart 2021ci il tarixdə iddiaç ı təqdim edilmişdir. İddiaçı kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəni isə 4 iyun 2023-cü il tarixdə təqdim etmişdir.
14. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı vəkillə tərtib edilmiş kassasiya şikayəti təqdim etməmişdir.
15. Beləliklə də, kassasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş 1( bir) aylıq müddətin ötürülməsi işin mübahisəsiz halıdır. İddiaçının ərizəsində də qərarın təqdim edilməsi və şikayətin verilməsi tarixləri, eləcə də şikayət verilməsi müddətinin ötürülməsi mübahisə edilmir.
16. İddiaçı tərəfindən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürülməsi ərizədə etiraf edilir və müddətin ötürülməsi səbəbinin üzrlü hesab olunması xahiş edilir. İddiaçı ərizəsində müddətin ötürülmə səbə bini pandemiya ilə əlaqələndirir.
17. Məhkəmə kollegiyası ərizənin dəlilinə qiymət verərək qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı cavabdehə təqdim edilən vaxt (2 mart 2021-ci il tarixdə) və ondan sonrakı müddətdə Azərbaycan Respublikası ərazisində sərt karantin rejimi mövcud olmamışdır. Həmçinin qeyd olunmalıdır ki, pandemiya vətəndaşların və ya inzibati orqanların məhkəmələrə müraciət etməsinə, kassasiya şikayəti təqdim etməsinə maneə olan hal deyildir. Bu müddət ərzində fiziki və hüquqi şəxslərin ərizələrinin, apelyasiya və kassasiya şikayətlərinin poçt vasitəsilə və ya elektron şəkildə qəbulu təmin olunmuşdur.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında bildirdiyi hüquqi mövqeyə görə, qanunla nəzərdə tutulmuş prose ssual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır.
19. Məhkəmə kollegiyası iddiaçının dəlilini müddətin bərpa edilməsi üçün üzrlü səbəb kimi qəbul etmir və hesab edir ki, iddiaçının kassasiya şikayətini vaxtında təqdim etməsinə mane olan və ya məhdudiyyət qoyan səbəblər müəyyən edilmədiyindən, kassasiya şikayəti verilməsi müddəti iddiaçı tərəfindən üzrlü səbəb olmadan ötürülmüşdür. Odur ki, prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli, kassasiya mümkün sayılmamalıdır.
20. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021ci il tarixli, 2-1(108)-07/2021-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. İddiaçının verdiyi şikayət üzrə kassasiya icraatı mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.